Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19921 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (17089 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (14154 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9944 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9361 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2009 » Yanvar » 30 » Ərdoğan Peresə səsini qaldırdı
    Ərdoğan Peresə səsini qaldırdı
    01:40
    Türkiyənin baş naziri İsrailin prezidentinə dünyanın gözünün önündə “Siz öldürməyi yaxşı bacarırsınız” dedi

    Dünyanın bütün diqqətinin yönəldiyi Davos Forumunun tarixində görünməmiş gərginlik yaşanıb. APA-nın xəbərinə görə, Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan BMT-nin baş katibi Pan Ki Munun və İsrail prezidenti Şimon Peresin iştirak etdiyi paneldə İsrailin ünvanına sərt ifadələr söyləyəndən sonra paneli yarımçıq tərk edib.

    “İsrail soyuqqanlı olmalıdır”

    “Qəzza: Yaxın Şərqdə sülh” adlı paneldə çıxış edən BMT baş katibi Ban Ki Mun İsrailin bütün sərhədləri açmasının vacibliyini qeyd edib: “Atəşkəsin davamlı olması üçün bu çox lazımlıdır. İnsanlar yaxınlarını, dostlarını, ailə üzvlərini itirdilər. Böyük bir insanlıq faciəsi yaşandı. Mən BMT-nin orada bombalanmış ofisinə getdim. Fələstinlilərin uzun müddətli birləşməsinə ehtiyac var. Əks təqdirdə, beynəlxaql aləmin bu bölgəyə yardım göstərməsi çox çətin olacaq”.

    Ban Ki Mun ABŞ prezidenti Barak Obamanın Qəzza bölgəsində baş verənlərlə bağlı açıqlamalarını çox müsbət qarşıladığını da vurğulayıb.
    BMT baş katibi əlavə edib ki, HƏMAS-ın silahlı hücumlarını və təxribatlarını önləməklə yanaşı, İsrailin də soyuqqanlılığını qorumasına ehtiyac var.

    “Qəzza-açıq havada həbsxanadır”

    Bundan sonra çıxış edən Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan deyib ki, ötən ilin iyun ayında bölgədə atəşkəs olub, heç bir sıxıntı da hiss olunmayıb. Bu müddətdə İsrailin bölgəyə olan embarqonu qaldırması lazım idi, amma İsrail bunu etməyib: “Qəzza bir açıq hava həbsxanasıdır. Burdakı hər hansı sərhəd qapısından Fələstinə bir qutu pomidor belə daxil edilə bilmir. Mən İsraillə səfərə getdim. Oradan Fələstinə keçmək üçün Türkiyənin baş naziri olaraq yarım saat sərhəd qapısında gözlədildim. Amma biz Türkiyə olaraq İsraildən gələn diplomatlarla belə davranmırıq.
    Çoxlu sayda fələstinli öldürüldü. Biz hələ bu əməliyyatlar başlamadan öncə bölgəyə humanitar yardım göndərməyə başlamışdıq.
    Mən anti-semitizmi də, islamafobiyanı da bir insanlıq suçu olaraq görən baş nazirəm. Adamların müsəlman, xristian, yəhidi olması mənim üçün önəmli deyil. Amma göndərdiyimiz humanitar yardımlar 15 gün sərhəddə saxlanıldı. Bunları cənab Peres bilirmi, bilmirmi, onu bilmirəm.
    Dekabrın 23-də İsrailin baş naziri Olmertlə görüşümüz oldu. Bizim vasitəçi missiyamız vardı. Görüşümüz Ankarda idi.
    O görüşdə Olmertə dedim ki, indi Həmasın əlində əsir olan İsrail əsgərlərini azad etdirə bilərik. Amma ondan bir xahişim oldu ki, Fələstində İslahatlar və Dəyişiklik Partiyası seçkilərdə qələbə qazanıb. Bu nəticəni sayğıyla qarşılamaq zorundayıq. Ona dedim ki, bu seçkilərdə qələbə qazanmış millət vəkilləri, Məclis başqanı Sizin əlinizdə əsirdir. Dedim ki, gəlin bir paket hazırlayıb, əsirləri dəyişdirək. Cənab Abbasa göstərdiyiniz jesti indi də göstərin. Olmert cavabında bildirdi ki, bunu eləsə, Abbas kriz keçirər.
    Bundan sonra isə Qəzzaya bombaların yağdığını gördük. Mülki əhalidən 1200 insan öldü. İsrailin əlində olan silahların bir zərəsi belə Fələstinin əlində yox idi.

    … Susdu və seyr etdi

    BMT-nin qərarını İsrail tanımadı. Bir insanlıq faciəsi yaşandı. Bəs beynəlxalq aləm nə etdi? Susdu və seyr etdi. Eyni şeylər Gürcüstanda yaşananda isə susmadılar. Amma biz Gürcüstanın da yardımına ilk getdik. Bizim üçün din, irq fərqi yoxdu.
    Bu hesab çox ağır bir hesabdır. Bu olaylardan danışanda həmişə HƏMAS deyildi, amma Qəzza bir HƏMAS-dan ibarət deyil. İsrailin bütün qapıları açması vacibdir. Deyirlər ki, həmin qapılardan silah daxil olmasın. Əgər bu tunellərin bir ucu Misirdədirsə, qoy Misir silah daxil edilməsinə imkan verməsin”.
    Ərdoğan qeyd edib ki, dünyada sülh olması üçün Yaxın Şərqdə sülhün olması şərtdir.
    Bundan sonra isə Ərəb Birliyinin başqanı Əmr Musa danışıb. O deyib ki, ərəblər İsraillə sülh yaratmaq, əməkdaşlıq etmək və vəziyyəti yoluna qoymaq arzusundadırlar.

    “Siz hansı HƏMAS-dan danışırsınız?”

    İsrail prezidenti Şimon Peres deyib ki, ondan öncə danışan dövlət və hökumət başçıları bildikləri ölkələrin rəsmini çəkiblər: “Demokratik bir ölkədə terror təşkilatına qarşı mübarizə aparmaq çox çətindir. Kimsə bunu görmür. Nədənsə İsrailə bomba atılanda kimsə danışmır. Seçkiləri cənab Abbas qazanmışdı. HƏMAS seçkilərə qatılmışdı, amma onların demokratiya ilə bağlı fərqli görüşləri var. Seçkilərə gedirlər, sonra isə öldürməyə başlayırlar.
    Mən bu nöqtədə danışanlara qatılmıram. HƏMAS bizi narahat edir. HƏMAS-ın ortaya qoyduğu anlaşmada yazılıb ki, qiyamət günü müsəlmanlar yəhudiləri öldürənə qədər gerçəkləşməyəcək. Barış çabaları, anlaşmalar işə yaramayacaq. Siz hansı HƏMAS-dan danışırsınız?
    İsrail bu terror hadisələri nəticəsində yüz minlərlə vətəndaşını itirdi. HƏMAS Qəzzaya gələndən bəri 500 min raket atıldı, 400 hava hücumu oldu. Bu hücumu biz başlamadıq. Bizim baş nazirimiz Türkiyədə Sizinlə birlikdəykən (Ərdoğana xitab edir-red) biz hücuma qərar verməmişdik.
    Hisslərinizi anlayıram. Amma İsrail oradan tamamilə çəkildi, 15 min nəfər çəkildi və bunu biz istədik, heç kimin təsiri olmadan oradan çəkildik.

    “İnsanlar mənə “xain” deyib qışqırırdılar”

    Mən bunu anlamaq istəyirəm, bizə niyə raket hücumlarına başladılar. Bütün qapılar açıqdı, ora sərmayə qoyurduq, 20 milyon dollar göndərirdik.
    Təkcə bir nəfərin 5 milyon dollar göndərdiyini bilirəm. İsrail Qəzzaya gündəlik su, qaz nəql edirdi. İrandan raket gətirdilər və tünelləri açdılar.
    Bizə hər gün yüzdən artıq raket atıldı. Milyonlarla insan bomba altında qaldı. İnsanlar bizdən nə vaxt təhlükəsiz yaşayacaqlarını soruşurdular.
    Biz Misirlə, İordaniya ilə barışdıq. Fələstinlilərlə danışıqlara başladıq. Cənab Ərdoğan nə zaman gözlədiniz? O dönəmdə dinamitlər vardı.
    İnsanlar mənə “xain” deyib qışqırırdılar.
    İsrail 60 illik tarixi olan ölkədir, Siz 60 il döyüşən bir ölkə gördünüzmü?
    Bütün bunlara baxmayaraq, biz gözlədik, Misir üçün, Fələstin Muxtariyyəti üçün gözlədik. Hüsnü Mübarək də, cənab Abbas da vəziyyəti bilirlər.
    İran Yaxın Şərqdə hegamonluq arzusundadır və HƏMAS-a silah verir.
    Nə etməyimizi gösləyirdiniz? İstanbula raket hücumu olsa, Siz nə edərdiniz? Biz bunu istəmirdik, sülh istəyirdik”.
    Ş. Peres daha sonra bildirib ki, onlar üçün fələstinlilərin birləşib-birləşməsi müzakirə mövzusu deyil.
    O daha sonra Fəth rəsmilərindən birinin HƏMAS-la bağlı sərt fikirlərini səsləndirib: “İsrail kimisə öldürmək istəmir. Bizim üçün bütün uşaqlar çox önəmlidir. Bizim topladığımız bütün pullar uşaq mərkəzlərinə gedir”.
    “İsrailin bir atəşkəsə ehtiyacı yoxdur, çünki hücumları biz başlamadıq. Bizim qarşımızda Qüds problemi var, üç din üçün də önəmli bir şəhərdir. Biz fələstinlilərə qərbi Şeriyanı verməyə hazır olduğumuzu dedik.
    Qəzza tragediyasını başlayan İsrail deyil, orada diktatorluq quran HƏMASdır”.

    “Mənim üçün Davos bitdi”

    Ş. Peresin çıxışına sərt reaksiya verən Ərdoğan “ Cənab Peres məndən yaşlısan, amma səsin çox yüksək çıxır. Səsini yüksəltmən özü bir günahlılıq psixologiyasıdır” deyib.
    Ərdoğan daha sonra davam edib: “Öldürməyi Siz daha yaxşı bilirsiniz. Ölkənizdə baş nazir olmuş şəxslərin sözləri var. Tankların üzərində Fələstinə girdiyimizdə özümü xoşbəxt hiss edirəm deyən baş nazirləriniz vardı.
    Bu zülmləri alqışlayanlara da ayıb olsun”.
    Ərdoğan daha sonra Tövratdan misal çəkib.
    Panel aparıcısının sözünü kəsməsindən sonra “Mənim üçün Davos bitdi” deyən baş nazir paneli yarımçıq tərk edib.


    Bölmə: Dünya Xəbərləri | Əlavə etdi: Selef | Baxılıb: 1142 | Tarix: 21.11.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 2
    31.01.2009
    2. sema (sema) [Məqalə]
    Halaldi.

    30.01.2009
    1. Seymur (arab) [Məqalə]
    salam aleykum.Allah Erdoğan qardaşımızdan razı olsun.Yeganə dövlət məmurudu ki açıq Aşkar olanlara sərt mövqe bildirir.Allah bütün müsəlmanlara kömək olsun.

    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  Yanvar 2009  »
    BeÇaÇCaCŞB
       1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 8
    Qonaqlar: 8
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru