Rəhmli və Mərhəmətli Allahın adı ilə! Həmd
olsun Allaha – aləmlərin Rəbbinə! Yerə, nuru Qiyamətə qədər sönməyəcək
haqq bir tə'lim gətirən Məhəmməd Peyğəmbərə, həmçinin onun ailəsinə və
mö'min əshabələrinə Allahın salamı və salavatı olsun! Ailə –
müsəlman cəmiyyətinin vacib hissəsidir və buna görə Allahın şəriətində
ona xüsusi yer ayrılıb. İnsan şəriətə uyğun nigah sayəsində öz təbii
ehtiyaclarını ən gözəl şəkildə ödəmək imkanı qazanaraq sakitlik və
əminamanlıq əldə edir, nəslini davam etdirib Allahın mükafatına sahib
olur, öz həyatını nizamlayır, onda öz ailəsinə və uşaqlarının
tərbiyəsinə görə mə'suliyyət hissi oyanır. Amma öz həyatını başqa
insanın həyatı ilə bağlayarkən gərək bunu ömürlük edəsən. Bütün dünyada müsəlmanlar müvəqqəti nigahı qəbuledilməz hesab edirlər. Bununla yalnız cəfərilər razılaşmır.