Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19613 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (16660 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (13753 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9558 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9085 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2009 » Yanvar » 12 » QƏLBLƏR, YOXSA QƏLPLƏR!?
    QƏLBLƏR, YOXSA QƏLPLƏR!?
    21:35
    Həmd olsun aləmlərin Rəbbi olan, hər şeyin sahibi, hər şeyi yaradan və bütün yaratdıqlarına nizam-intizam qoyan Allaha. Həmd olsun o uca Allaha ki, insanı yaratdı, mələklərə onun qarşısında boyun əyməyi əmr etdi, insanı Yer üzünə göndərdikdən sonra belə onu tək qoymadı, azğınlığa, pozğunluğa getməyinə razı olmadı, həmişə insan oğluna haqqın yolunu göstərmək üçün peyğəmbərlər, elçilər göndərdi. Həmd olsun Rəbbimizə ki, bizə də Muhəmmədi (s.a.s) göndərdi, bizi zülmətlərdən çıxarıb nura qovuşdurdu.

    Həmd olsun tək olan tanrımıza ki, O, öz övliyalarına, Ona yaxın olanlara və yaxın olmaq istəyənlərə izzət və cəlalını göstərir, Onun bir xaliq olduğunu dərk etməyə imkan verir, Onun kamillik sifətlərini görə bilmək üçün qəlblərini nurlandırır, öz naz-nemətlərini onlara tanıdır. O bəndələr də Onun tək olduğunu anlayır, bilir və inanırlar, Onun ehtiyacsız, şəriksiz, kamil, hər şeyi yaradan, əbədi və əzəli olan tək Rəbb kimi tanıyırlar.
    Həmd olsun hər şeyə qadir olan Rəbbimizə! O, hər şeyi eşidən və duyandır, qara qarışqanın qaranlıq zülmətdə qara daşın üzərində getdiyini, onun ayaq izlərini görən, ayaq səslərini eşidəndir. Bütün səslərin və tonların bir-birinə qarışmasına, bütün dillərin müxtəlifliyinə baxmayaraq hər şeyi aydın eşidib anlayandır. Nə səslər, nə istəklər, nə arzular, nə dualar, nə yalvarışlar, nə də şəkillər, heç bir şey Onu çaşdıra və ya məşğul edə bilməz, zahiri, batini nə varsa hər şeyi anında görəndir. Insanın qəlbinin və halının hər an dəyişdiyini görən və biləndir. Əgər bəndəsi Ona üz tutarsa, O da bəndəsinə tərəf yönələr, əgər bəndəsi Ondan üz döndərərsə, yenə də bəndəsini tək başına düşmənləriylə buraxmaz. Onu izləyər, göz-qulaq olar, qoruyar və yenə də dönəcəyini gözləyər. Bəndəsi isə anlayıb, yenə geri dönüb tövbə edərsə, onun tövbəsinə çox sevinər.

    Həmd olsun Uca Rəbbimizə, Ondan başqa ibadətə layiq olan ilahi yox, heç bir şəriyə və heç bir şeyə ehtiyacı yoxdur, nə verdiyinə mane ola bilən, nə də verəcəyinin qarşısını ala bilən vardır. Nə hökmünü geri çevirə bilən, nə də əmrinə qarşı çıxa bilən vardır.
    Salat və salam olsun Muhəmmədə, Onun ailəsinə və səhabələrinə.
    Allah sübhənəhu və təala yaratdıqlarının heç birini səbəbsiz və ya əbəs yerə yaratmamışdır, hər bir yaradılanın bu dünyada bir vəzifəsi vardır. Allah insanlara müəyyən işləri görməyi buyurmuş, müəyyən işlərdən də çəkindirmişdir, onların bir qismi xoşbəxt, bir qismi də bədbəxtir. Hər birinə elm və əməl bəxş olunmuş, həmçinin qəlb, göz, qulaq və başqa əzalar nemət olaraq əta edilmişdir. Kim bu nemətləri Rəbbinin itaətinə işlədərsə, Onu rizasını unutmadan hərəkət edərsə bu nemətlərinin şükrünü etmiş sayılar. Bir kəs də həmin nemətləri yalnız və yalnız öz istək və arzuları, şəhvəti üçün sərf edər, Allahın haqqını qorumazsa, hesab verəcəyi günü çox peşmançılıq çəkər. “Bilmədiyin bir şeyin ardınca getmə, Çünki qular, göz və ürək bunların hamısı (sahibinin etdiyi əməl, dediyi söz barəsində) sorğu-sual olunacaqdır.”(isra; 36)

    İnsanın bütün əzalarının başında isə qəlbi durar, qəlbi onları istəyinə uyğun hərəkət etdirərək ya xeyrə, ya da şərə doğru istiqamətləndirər. Peyğəmbərimizdən (s.a.s) rəvayət olunan hədislərin birində deyilir ki, Rəsulullah (s.a.s) belə buyurmuşdur; “Bədəndə bir parça ət vardır, əgər o bir parça ət doğru dürüst olarsa bütün bədən saleh (doğru və sağlam) olar, yox əgər o zay olarsa bütün bədən zay olar. O, qəlbdir.” Niyyətə görə qəlbdir məsul, məsuliyyətinin də hesabını verməlidir.
    Qəlblər əsasən 3 cür olur.
    1. Sağlam, doğru qəlb.
    2. Xəstə və zəif qəlblər.
    3. Ölmüş, meyit qəlblər.
    Axirət və hesab günü yalnız sağlam qəlb sahibləri nicat tapar, hesabdan müvəffəqiyyət və uğurla qurtularlar. “O gün ki, nə mal-dövlət, nə də övlad bir fayda verər Ancaq sağlam (təmiz, daxilində şəkk-şübhəyə, küfrə, şirkə və nifaqa yer olmayan) bir qəlblə Allahın hüzuruna gələn kimsədən (möminlərdən) başqa!”(əş-Şüəra 88-89)

    Sağlam qəlbi uzun-uzadı şərh etmək, sifətlərini aydınlaşdırmaq olar, hər kəs də sağlam qəlbə bir cür təsvir verə bilər. Amma qısaca desək, qəlbi Allahın əmr və buyuruqlarına uyan, hər cür şəhvətdən təmiz, Allaha müxalif çıxa biləcək bütün şübhələrdən uzaq olan, Allahdan başqasına heç bir zaman əyilməyən, sitayiş etməyən, yalnız Allah və rəsulunun hökmünə tabe olan, Allahı və rəsulunu hər şeydən çox sevən, yalnız Allaha yönələn, Ondan rica edən, Ona qayıdan, Ona əyilən, Ona ibadət, Ona təvəkkül edən, Onun rizasını hər şeydən öndə və üstün tutan, həmişə Onun qəzəbindən uzaq olmağa çalışan, sağlam qəlbdir. Deməli, sağlam qəlbdə həm Allah həm də Ona şərik ola biləcək heç bir şey ola bilməz. Sevgisinin, məhəbbətinin, arzu və istəklərinin, təvəkkülünün və hər bir işinin başında Allah durar. Xalis olaraq Allaha bağlanmış qəlbdir sağlam qəlb. Sevdiyi hər şeyi Allah üçün sevər, sevərkən bir şeyi - Allahı unutmaz. Hirslənərsə Allah üçün hirslənər, öz şəhvətlərini tam tətmin edə bilmədiyi üçün deyil. Verərkən, alarkən, vermək istəməsə belə ilk Allahı düşünər.

    Ölmüş qəlb isə sağlam qəlbin tam əksidir. Bu qəlb meyittir, ölmüş, bitmiş, tükənmiş, məhv olmuşdur. O, nə Rəbbini tanıyır, nə Rəbbinə ibadət edir, nə Rəbbini sevir, nə də ümumiyyətlə Rəbbiylə razıdır. O, öz şəhvətləri və ləzzətlərilə yaşayır, bu, Rəbbini qəzəbləndirsə, narazı etsə belə. O heç nəyi vecinə almır. O başqa şeyləri Rəbbindən çox sevir, az qalır o sevgilərə sitayiş etsin. Sevəndə, nifrət edəndə, alanda, verəndə, qəzəblənəndə və hər şeydə kefi necə istəyirsə o cür hərəkət edir. Onun kefli abu havası, onun üçün daha önəmli və Rəbbindən daha sevimlidir. Onun başçısı keyfidir, hara gedərsə istiqamətləndiricisi şəhvəti, sürükləyicisi də axmaqlığıdır. Qəflətdə oturub, yalnız dünyasını düşünərək ağlını itirmiş kəs kimi yaşayır. Nə məsləhət dinlər, nə də nəsihət. Dünya malına görə qəzəblənər, elə dünya malıyla da sakitləşər. Bu cür insanlarla bir araya gəlmək zəhərlənmək, onlarla oturmaq xəstəlik və onlarla yaşamaq, qaynayıb-qarışmaq məhv olmaq deməkdir.

    Xəstə qəlblərdə isə həyat var, yaşayırlar, amma içində bir əngəl də var, sağlam qalmalarını əngəlləyən bir xəstəlik, əskiklik, nasazlıq var. Bu cür qəlblər bəzən rahat, sağlam və xoş anlar yaşayır, bəzən də halları çox pis olur. Bu qəlblərdə Allah sevgisi çoşdusa, dərinliklərindəki iman və ixlas hissləri qabarıb üzə çıxdısa, xoş anlar keçirir, özünü sağlam hiss edir, həyatda olduğunu anlayır.. Lakin bu qəlblərdə şəhvətlərə və şəhvətləri oynadan amillərə məhəbbət, həvəs və meyl də var. O şəhvət və ləzzətləri əldə etməyə can atarlar. Ona görə də həmin qəlblərdə bəzən həsəd, təkəbbür, riyakarlıq, özündən razı qalmaq kimi ağır xəstəliklər özünü biruzə verir. Bu xəstəliklər də uzun müddət qalarsa, həmin qəlbi məhv, həlak edər.

    Bu üç cür qəlblər həyatlarını müxtəlif və fərqli yönlü yaşarlar.
    Sağlam qəlb ağ olar, təmiz olar, iman nuru içini aydınlaşdırar, fitnə ilə rastlaşarsa, üz çevirib yan keçər, üz-üzə gələrsə, rədd edər, beləcə nuru və qüvvəti artar. Qəlblərə təklif olunan fitnələr onların xəstəlik səbəbləridir. Şəhvət, şübhə, azğınlıq, zəlalət, pozğunluq, üsyan, günah, zülm, cəhalət və cürbəcür fitnələr qəlbdə fəsad törədər, onun iradəsini zəiflədər, elm və etiqad səviyyəsizləşib, zay olar.
    Bu zaman qəlb məhvə doğru gedərək həlak olar, həyat maddəsi bitər və qəlb sönər. Xəstə qəlblərin işi isə çox çətindir. Ya sağlam olar, düzələr, ya da fəsada meyl etdikcə məhv olar. Xəstə qəlblərdə iman var, amma bu iman tam yerini tutmamış, oturuşmamışdır, həyəcan və narahatlıq içində olar. Allah eləməsin bir gün yüskək gərginlikdə və təzyiqdə qəlbi tərk edər və bir daha dönməz.

    Bölmə: İSLAM MƏQALƏLƏRİ | Əlavə etdi: MUSELMAN-BACI | Baxılıb: 1477 | Tarix: 16.04.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 1
    13.01.2009
    1. rovshen (rovshen) [Məqalə]
    cox saqol baci. faydali xebere gore Allah razi olsun. Allah hemise qelblerimizi teqva, imanla dolu etsin.

    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Loqin:
    Şifrə:
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  Yanvar 2009  »
    BeÇaÇCaCŞB
       1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 1
    Qonaqlar: 1
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru