Əhməd bərbər işləyirdi. Allahın varlığına inanmırdı. Bir dəfə saçını düzəltdirmək üçün yanına bir kişi gəldi. Saçını qırxdıra-qırxdıra zikr etməyə başladı. Əhmən ondan nə etdiyini soruşdu. O da Allahı zikr etdiyini dedi. Əhməd kişiyə Allaha inanmadığını dedi. Kişi sözün qarşısında mat-məəttəl qaldı. Ondan bunu səbəbini soruşdu. Əhməd isə belə cavab verdi:
- Mən var olduğuna inanmıram. Çünki Allah var olsa idi, dünyada ac insan olmazdı. Hamı firavan yaşayardı.
Kişi “SubhənAllah” deyib səbr etməyi üstün tutdu. Saçını qırxdırdıqdan sonra bayıra çıxdı. Bir qədər irəlilədikdən sonra nə isə gördü və qaçaraq geriyə qayıtdı. Əhmədi çağırdı və dedi:
- Bilirsən, Əhməd. Mən belə düşünürəm ki, dünyada bərbər yoxdu.
Əhməd həyəcanlı halda belə soruşdu.
- Ay dayı, axı bu necə ola bilər? Bəs mən bərbər deyiləm?
Kişi gülümsədi və tində saçı, saqqalı uzun və dağınıq bir kişini göstərdi:
- Görürsən o kişini? Onun da bərbərə ehtiyacı var. Amma saçını qırxdırmır. Deməli dünyada bərbər yoxdur? Bərbər var, özü də çoxdur. Amma Allah (Subhənə və Təalə) təkdir. Onun tayı və bərabəri yoxdur. O hər şeyə qadirdir.
Əhməd indiyə qədər səhv düşüncədə olduğunu anladı və Allaha şəhadət gətirərək dedi:
- Əşhədu ənlə iləhə illəllah və əşhədu ənnə Muhəmmədən abduhu və rasuluh.
|