Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19921 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (17089 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (14154 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9944 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9361 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2010 » Avqust » 1 » zikir
    zikir
    01:17


    Uca Allah buyurur:

    «Məni yad edin ki, Mən də sizi yad edim! Mənə şükür edin, Mənə küfr etməyin». (əl-Bəqərə, 152.)

    «Ey iman gətirənlər! Allahı çox-çox zikr edin».( əl-Əhzab, 41.)

    «…Allahı çox zikr edən kişilər və qadınlar üçün Allah bağışlanma və böyük mükafat hazırlamışdır». (əl-Əhzab, 35.)

    «Səhər-axşam ürəyində yalvararaq və qorxaraq, səsi qaldırmadan Rəbbini yad et və qafillərdən olma!» (əl-Ə'raf, 205.)

    Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir:
    «Rəbbini yad edənlə Rəbbini yad etməyənin misalı diri ilə ölünün misalına bənzəyir». [1]

    Başqa bir rəvayətdə səllallahu aleyhi və səlləm demişdir:
    «Sizə əməllərinizin ən xeyirlisini, Sahibiniz yanında ən təmiz olanını, dərəcələriniz içində ən yüksəyini, sizin üçün qızıl-gümüş xərcləməkdən daha xeyirlisini, düşməninizlə qarşılaşıb onların boyunlarını vurmağınızdan, onların da sizin boyunlarınızı vurmasından daha xeyirlisini sizə bildirimmi?» (Əshabələr) dedilər: «Bəli!» O dedi: «Uca Allahı zikr etməkdir». [2]

    Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir:
    «Uca Allah buyurur: «Mən qulumun barəmdəki zənni yanındayam. Məni yad etdikcə onunlayam. O Məni öz-özlüyündə yad etsə, Mən də onu Öz-Özlüyümdə yad edərəm. O Məni camaatın yanında yad etsə, Mən onu onlardan daha xeyirli camaatın (mələklərin) yanında yad edərəm. O Mənə bir qarış yaxınlaşsa, Mən ona bir dirsək yaxınlaşaram. O Mənə bir dirsək yaxınlaşsa, Mən ona bir qulac yaxınlaşaram. O Mənə doğru yeriyərək gəlsə, Mən ona doğru yüyürərək gələrəm». [3]

    Abdullah ibn Busr Allah ondan razı olsun rəvayət edir ki, bir kişi (Peyğəmbərə səllallahu aleyhi və səlləm) dedi: «Ey Allahın elçisi! İslam ayinlərinin çoxluğu mənə ağır gəlir. Mənə elə bir şey öyrət ki, ondan bərk-bərk yapışım». O dedi: «Çalış ki, dilin daim Allahı zikr etməklə islaq qalsın».[4]

    Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: «Kim Allahın Kitabından bir hərf oxusa, bununla ona bir savab yazılır. Bu savab isə on savab mislindədir. Mən demirəm «əlif, ləm, mim» bir hərfdir. Əksinə, əlif bir hərf, ləm bir hərf, mim bir hərfdir». [5]

    Uqbə ibn Amir Allah ondan razı olsun demişdir: «Biz Süffədə [6] olarkən Peyğəmbər səllallahu aleyhi və səlləm gəlib dedi: «Hansınız hər səhər Büthan yaxud əl-Əqiq vadisinə gedib günah işləmədən və qohumluq əlaqələrini kəsmədən oradan hörgüclü iki maya dəvə gətirmək istəyir». Biz dedik «Ey Allahın elçisi! Biz bunu istəyirik». O dedi: «Sizlərdən biri səhər məscidə gedib qüdrət və qüvvət sahibi olan Allahın Kitabından iki ayə öyrənərsə yaxud (onları) oxuyarsa, bu onun üçün iki dəvədən daha xeyirli olar. Üç (ayə) onun üçün üç (dəvədən), dörd (ayə) onun üçün dörd (dəvədən) daha xeyirli olar. (Öyrənilən və oxunulan) ayələrin sayı nə qədərdirsə, o qədər də dəvələrdən daha xeyirlidir».[7]

    Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: «Kim oturduğu (hər hansı) bir yerdə Allahı yad etməsə, (Axirətdə) Allah onu peşmançılığa məruz qoyar. Kim uzandığı (hər hansı) bir yataqda Allahı yad etməsə, (Axirətdə) Allah onu peşmançılığa məruz qoyar». [8]

    Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: «Hər hansı bir məclisdə oturub, orada Allahı yad etməyən və öz peyğəmbərinə salavat gətirməyən bir camaat (Qiyamət günü) mütləq peşmançılığa məruz qalar. Sonra Allah istəsə onlara əzab verər, istəsə onları bağışlayar». [9]

    Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: «O camaat ki, məclisdən Allahı zikr etməmiş qalxırlar, onlar uzunqulaq leşi üzərindən qalxmış kimidirlər. Buna görə onlar peşman olacaqlar». [10]



    [1] «Fəthul-Bari», 11/208; Muslim isə bu hədisi belə rəvayət etmişdir: «Allah yad edilən evlə Allah yad edilməyən evin misalı diri ilə ölünün misalına bənzəyir». 1/539.
    [2] ət-Tirmizi, 5/459; İbn Macə, 2/1245. Bax: «Səhih ibn Macə», 2/316; «Səhihu-t-Tirmizi», 3/139.
    [3] əl-Buxari, 8/171; Muslim, 4/2061. Bu, əl-Buxarinin mətnidir.
    [4] ət-Tirmizi, 5/458; İbn Macə, 2/1246. Bax: «Səhihu-t-Tirmizi», 3/139; «Səhih ibn Macə», 2/317.
    [5] ət-Tirmizi, 5/175; Bax: «Səhihu-t-Tirmizi», 3/9 və «Səhihul-Camiu-s-Səğir», 5/340.
    [6] [Süffə - Peyğəmbər səllallahu aleyhi və səlləmin məscidində evsizlər üçün ayrılmış bir yerdir.]
    [7] Muslim, 1/553.
    [8] Əbu Davud, 4/264 və başqaları. Bax: «Səhihul-Cami», 5/342.
    [9] ət-Tirmizi. Bax: «Səhihu-t-Tirmizi», 3/140.
    [10] Əbu Davud, 4/264; Əhməd, 2/389; Bax: «Səhihul-Cami», 5/176.
    Bölmə: İSLAM MƏQALƏLƏRİ | Əlavə etdi: MUSELMAN-BACI | Baxılıb: 963 | Tarix: 22.11.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 1
    05.08.2010
    1. Zazu (_MucahiD_) [Məqalə]
    Allah razi olsun.Chox gozeldi... applause

    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  Avqust 2010  »
    BeÇaÇCaCŞB
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 1
    Qonaqlar: 1
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru