Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19921 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (17089 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (14154 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9945 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9361 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2011 » Mart » 11 » Zeydi şiələri
    Zeydi şiələri
    01:36
    Zeydi şiələri:
    Zeydiyyə məzhəbi İmam Zeynu’l-Abidin’in oğlu İmam Zeyd ibn Əli ilə
    bağlıdır. Şiəlikdə siyasət və hökm nəzəriyyəsini formalaşdıran o olmuşdur və
    bunun uğrunda geniş bir mübarizə apararaq sonunda şəhid düşmüşdür.
    Zeyd bin Əli Zeyn əl-Abidin bin əl-Hüseyn bin Əli – radiyallahu anhum – hicri
    80-ci ildə (mil. 698) doğulmuşdur. Həzrəti Hüseynin – radiyallahu anhu –
    nəvəsidir. İraqda xəlifə Hişam bin Abdilməlik’in zamanında əməvilərə qarşı
    şiələrin üsyanına rəhbərlik etmişdir. Kufə əhli onu bu üsyanında dəstəkləmiş,
    lakin daha sonra Əbu Bəkrə və Ömərə qarşı münasibətini öyrəndikdən sonra
    onu tərk etmişlər. Çünki o, - radiyallahu anhu – Əbu Bəkr və Ömərə lənət
    etməzdi, onları söyməzdi, onlardan bəraət etməzdi, əksinə onlardan razı idi
    və onları sevdiyini açıq şəkildə bildirərdi, məhz bu səbəbdən daha əvvəllər
    onu dəstəkləyən şiələr daha sonra ona xəyanət edərək onu inkar etdilər, onu
    tərk etdilər. Nəticədə İmam Zeyd beş yüz atlı ilə əməvi qoşunu ilə
    qarşılaşmalı oldu və döyüşdə oxdan yaralandı və bu yara hicri 122-ci ildə
    (mil. 740) onun ölümünə səbəb oldu.
        
    
    Şam və İraq torpaqlarında əvvələn elm, sonra isə əhli-beytin imamlıqdakı
    haqqını tələb etmişdir. Təqva sahibi, alim, fəzilətli, ixlaslı, şücaətli, xüsusilə də
    Quran və Sünnəti yaxından bilən bir şəxsiyyət olmuşdur.
    Qardaşı Muhamməd əl-Baqir’dən elm və rəvayət öyrənib. əl-Baqir isə
    imamiyyə məzhəbinin etiqad etdiyi on iki imamdan biri sayılır.
    Mötəzilə firqəsinin böyüyü Vasil bin Ata ilə görüşmüş, ondan elm
    öyrənmişdir, ondan bəzi fikirlərində təsirlənmişdir və bu fikirlərdən bəziləri
    nəticədə zeydi fikrinə daxil olmuşdur1. Bəzi alimlər onun Vasil bin Ata’nın
    yanında tələbəlik etdiyini inkar edirlər, bəziləri isə bunu təsdiqləyir, lakin
    mötəzilə fikirlərindən təsirləndiyini isə qəbul etmirlər.
    "Məcmu əl-Hədis” və "Məcmu əl-Fiqh” kitabları ona nisbət olunur və hər iki
    kitab "əl-Məcmu əl-Kəbir” kitabının tərkibindədir. Hər iki kitabı onun tələbəsi
    Əbu Xalid Amr bin Xalid əl-Vasiti əl-Haşimi rəvayət etmişdir.
    Oğlu Yəhya bin Zeyd atası ilə birlikdə əməvi qoşunlarına qarşı döyüşdə
    iştirak etmiş, lakin döyüşdə sağ qalaraq Xorasana qaça bilmişdir. Amma yenə
    də əməvi qılıncları onu orada taparaq hicri 125-ci ildə şəhid etmişdir.
    Ondan sonra əmirlik işi Muhamməd və İbrahimə keçmişdir. ən-Nəfs əz-
    Zəkiyyə adı ilə tanınan Muhamməd bin Abdullah əl-Həsən bin Əli, Mədinə
    şəhərində imam olaraq qalxmış, lakin daha sonra qətl edilmişdir. Ondan
    sonra isə qardaşı İbrahim, Basra şəhərində imam olur, lakin o da qətl edilir.
    Bundan sonra Zeyd bin Əlinin nəvəsi Əhməd bin İsa bin Zeyd İraqda imam
    olaraq qalxır. O, Əbu Hənifənin tələbələrindən elm öyrənmişdir. Zeydi
    məzhəbini zənginləşdirənlərdən biri də o olmuşdur və bu məzhəbin inkişaf
    etməsində xüsusi əməyi vardır.
    Zeydi alimlərindən bir digəri əl-Qasim bin İbrahim ər-Rassi bin Abdullah bin
    əl-Hüseyn bin Əli bin Əbi Talib – radiyallahu anhum – ( hic. 170 – 242)
    olmuşdur. Zeydi şiələrindəki əl-qasimiyyə qolu onun adı ilə bağlıdır. Ondan
    sonra nəvəsi əl-Hadi ilə’l-Haqq Yəhya bin əl-Hüseyn bin əl-Qasim ( hic. 245 –
    298) gəlir. Yəməndə ona imam olaraq beyət edildi və o, Yəməndə zəlalət
    firqələrindən olan əl-Qaramita firqəsinə qarşı döyüşmüşdür. Yəmən və
    Hicazda yayılmış əl-hədəviyyə zeydi məzhəbi onun adı ilə bağlıdır.
    Deyləm və Gilanda zeydiyyə məzhəbini yayan İmam Hüseyni ( hic. 230 – 304)
    olmuşdur. O, Əbu Muhamməd əl-Həsən bin Əli bin əl-Həsən bin Zeyd bin
    Ömər2 bin əl-Hüseyn bin Əli’dir. ən-Nasir əl-Kəbir ləqəbi və əl-Ətruş adı ilə
    tanınmışdır. Bu imam, Deyləm və Gilana hicrət edərək insanları İslama dəvət
    1 Bu fikirlərdən bəzilərini hələ də müşahidə etmək olar. Zeydi kitablarında Allahın zatı
    haqqında mötəzilə fikirləri dəstəklənməkdədir, insanların əməllərində mötəzilə fikrinə uyğun
    ixtiyar sahibi olduqlarına inanırlar. Eləcədə böyük günah sahibinin mənzilətu beynəlmənziləteyn’də,
    yəni iki mənzil arasında qalacağına inanırlar. Bax: əl-Muqbili, "əl-İlmuşŞəmix”,
    səh: 319; "əl-Miləl van-Nihəl”, 1/162; ər-Razi, "əl-Muhsal”, səh: 247
    2 Gördüyümüz kimi Həzrəti Hüseyn – radiyallahu anhu – övladlarını Ömər, Əbu Bəkr,
    Osman kimi ilk xəlifələrin adları ilə adlandırmışdır. Bu isə onların bu səhabələrə qarşı
    duyduqları hörmətin əlamətidir.
    İrşadu’l-Ğabi ilə Məzhəb Əhli’l-Beyti fi Sahbi’n-Nəbi
    etmişdir, təbii ki, dəvətini öz məzhəbi üzərində qurmuşdur, nəticədə əhalidən
    çox sayda insan zeydi olmuşdur.
    Digər bir dəvətçi isə Tabəristanın böyüyü əl-Həsən bin Zeyd bin Muhamməd
    bin İsmayıl bin Zeyd bin əl-Həsən bin Əli – radiyallahu anhum – olmuşdur və
    o, Xəzər dənizinin cənubunda hicri 250-ci ildə zeydi dövlətinin əsasını
    qoymuşdur.
    Bu imamların səhabələr haqqındakı görüşləri ilə İmam əş-Şəvkani’nin –
    rahiməhullah – bu risaləsində tanış olacaqsız.
    Zeydi qollarından bəziləri bunlardır: əl-Qasimiyyə, əl-Hədəviyyə, əl-
    Carudiyyə3, əs-Süleymaniyyə4, əl-Butriyyə və əs-Salihiyyə5.
    Zeydilər, istər əl-Hüseynin, istərsə də əl-Həsənin nəslindən olsun, həzrəti
    Fatimənin – radiyallahu anhə - övladlarının hamısının imamlığa layiq
    olduğunu deyirlər. Onlara görə imamlıq varisliklə deyildir, yəni atadan oğla
    keçməsi şərt deyildir. Lakin insanların beyət etməsi ilə imam seçilir. Əgər
    kimsə Fatimeyi-Zəhranın – radiyallahu anhə - övladlarındandırsa və imamlıq
    şərtlərini ödəyirsə, insanların ona beyət etməsi ilə xəlifə seçilir. Mutə
    nikahındə imamiyyə firqəsini inkar edirlər. İmamlarının məsum olduğunu
    demirlər və eləcədə zülmə qarşı çıxmaq üçün Mehdini gözləmirlər, əksinə
    onların etiqadına görə zalım və facir imamlara qarşı çıxmaq vacibdir.
    İstənilən halda zeydi imamları da peyğəmbər övladlarıdır, onlar da o
    mübarək nəsildən gəlirlər. Onlar da əhli-beyt elmini öz atalarından rəvayət
    edirlər. Sözsüz ki, zeydilər də şiələrdən sayılır.6
    3 Zeydilərin bu firqəsi Əbul-Carud Ziyad bin Əbi Ziyad ilə bağlıdır. Əbu Hatim ər-Razi onun
    haqqında deyir: "Rafizi olmuşdur, peyğəmbərin – salləllahu aleyhi va səlləm – səhabələrini
    gözdən salan hədislər uydurmuşdur...” Onlara görə peyğəmbər – salləllahu aleyhi va səlləm
    – Əlini – radiyallahu anhu – adını çəkərək, təyin edərək deyil, işarə və vəsf ilə özündən sonra
    xəlifə təyin etmişdir və ümmət bu işi başqasına tapşırdığı üçün zəlalət və küfrə düşmüşdür.
    Onlar Əbu Bəkr, Ömər və Osmanın xəlifəliyini qəbul etmirlər.
    4 Süleyman bin Cərir’in adı ilə bağlıdır. Bu firqəyə görə xəlifə işi sura ilə həll olunur, bununla
    belə Əbu Bəkr və Ömər daxil olmaqla bütün səhabələrin xəta etdiyinə inanırlar, çünki Əliyə
    tabe olmadılar.
    5 Kəsir ən-Nəva əl-Əbtar və Həsən bin Salih’in adları ilə bağlıdır. Hər iki firqə fikirlərində
    eynidirlər və görüşlərində əs-Süleymaniyyə firqəsinə yaxındırlar.
    6 Zeydilərin firqələri arasında çox böyük bir fərq vardır. Daha əvvəl carudi zeydiləri
    haqqında və onların imamiyyə firqəsinə yaxın olmaqlarından söz açdıq. Zeydi firqələri
    arasında əhli-sünnətə ən yaxın firqə, əl-Həsən bin Saleh bin Həyy əl-Fəqih’in əshabıdır. Onlar
    imamlıq vəzifəsinin Əlinin övladlarına aid olduğunu deyirlər. İbn Həzm deyir: "əl-Həsən bin
    Saleh’in etiqadı olaraq sabit olan budur ki, ona görə imamlıq işi bütün qureyş əhlinə aiddir.
    Onlar bütün səhabələri sevir, onlara hörmət edirlər, lakin Əlini bütün səhabələrdən üstün
    sayırlar.” (İbn Həzm, "əl-Fasl”, 2/266) Həqiqi zeydilərin səhabələr haqqındakı görüşü üçün
    böyük alim İbnul-Vəzir’in "ər-Ravd əl-Bəsim” kitabına (səh: 49-50) baxmaq olar. İbnul-Vəzir
    də İmam əş-Şəvkani kimi daha əvvəl zeydi olmuş, sonra isə əhli-sünnət məzhəbini qəbul
    etmişdir. Eləcədə bax: əl-Muqbili, "əl-İlmuş-Şəmix”, səh: 326
        
    

    İmamiyyə şiələrinin zeydilərə münasibəti
    Lakin imamiyyə firqəsi onları şiə saymırlar. İmamiyyənin şeyxi və alimi əl-
    Mufid şiəliyi termin olaraq belə təsbit edir: Şiə adı "möminlərin əmiri Əlinin
    davamçılarından o kəslərə deyilir ki, onlar Əlinin Peyğəmbərdən –
    salavatullahi aleyhi va alihi – sonra heç bir fasilə olmadan imam olmasına etiqad
    edir, onu sevir, xəlifəlik məqamında ondan əvvəl gələnlərin imamlığını inkar
    edirlər.”7 Daha sonra bu terminin daxilinə imamiyyə firqəsinin və carudiyyə
    zeydilərinin daxil olduğunu söyləyir8, lakin zeydilərin digər qollarını isə şiə
    termininə daxil etməmişdir. Çox güman ki, bu, əl-Mufid’in "insafından” irəli
    gəlir. Şiə firqələri haqqında yazılmış qədim kitablarda əl-Mufid’in şiələrə
    verdiyi tərifdən daha qısa və daha konkret bir tərif verilmişdir. Bunlardan ən-
    Növbəxti "Firaq əş-Şiə” və Səid əl-Qummi "əl-Məqalət val-Firaq” kitabında
    şiələrin "Əli bin Əbi Talibin davamçıları olduğunu”9 deməklə
    kifayətlənmişlər. Texniki olaraq zeydi şiələri də bu tərifə daxil olmalıdır.
    Lakin imamiyyə firqəsinin digər şeyxi ət-Tusi isə, Əlinin peyğəmbərin
    vəsiyyəti ilə və Allahın istəyi ilə müsəlmanların imamı olmasına etiqad edən
    kəslərin şiələr olduğunu müəyyən etmişdir.10 ət-Tusi’yə görə süleymaniyyə
    zeydiləri bu tərifə daxil deyildir, çünki süleymaniyyə zeydilərinə görə
    imamlıq rəvayətlə deyil, şura ilə sabit olur.11 Zeydi şiələrindən əl-butriyyə və
    əs-salihiyyə qolları da onlara görə şiə sayılmır, çünki bu iki məzhəb əssüleymaniyyə
    qolundan da mötədildir.
    İmamiyyə alimləri zeydiləri "nasibi” firqələrinə aid edirlər12, nasibilər isə
    imamiyyə alimlərinin rəyinə görə kafirdir. Onları nasibi saymaqla
    kifayətlənmir, üstəlik onların nasibilərdən də şərli olduğunu deyirlər.13
    7 əl-Mufid, "Əvail əl-Məqalət”, səh: 39
    8 Əbu Carud və carudiyyə firqəsi haqqında şiə alimi əl-Kəşşi’nin "Ricəl əl-Kəşşi” kitabına
    (səh: 151, 229-230) baxmaq kifayət edər. Orada Əbu Carud’u pisləyən altı rəvayət nəql
    etmişdir, bu rəvayətlərdən bəziləri onun yalançı və kafir olduğunu göstərir. Lakin bununla
    belə şiə alimi əl-Mufid onları şiəlik tərifinə daxil etmiş və digər zeydiləri isə şiə saymamışdır.
    Sanki əl-Mufid’ə görə əsas meyar səhabələri söymək, onları lənətləyib onların kafir olduğuna
    etiqad etməkdir.
    9 Səid əl-Qummi, "əl-Məqalət val-Firaq”, səh: 3; ən-Növbəxti, "Firaq əş-Şiə”, səh: 2
    10 ət-Tusi, "Təlxis əş-Şafi”, 2/56; Müasir şiə şeyxlərindən Muhamməd Cavad Muğniyyə "əşŞiə
    fil-Mizan” kitabında (səh: 15) ət-Tusi’nin bu görüşünü təsdiqləmiş və yalnız və yalnız
    Əlinin peyğəmbərin əmri ilə xilafətə layiq olduğuna inanan kəslərin şiə olduğunu
    söyləmişdir.
    11 Bax: əl-Əşari, "Məqalət əl-İsləmiyyin”, 1/143
    12 Bax: ət-Tusi, "ət-Təhzib”, 1/364; əl-Hurr əl-Amili, "əl-Vəsəil”, 4/288
    13 Bax: "Ricəlul-Kəşşi”, səh: 459
    İrşadu’l-Ğabi ilə Məzhəb Əhli’l-Beyti fi Sahbi’n-Nəbi
    İlk şiələr
    Bilmək lazımdır ki, ilk dövrlərdə şiə adı sadəcə Əlini Osmandan üstün
    sayanlara deyilirdi, Əlini üstün sayanlara şiə, Osmanı üstün sayanlara isə
    osmani deyilirdi.14 Buna görə də Şeyxul-İslam İbn Teymiyyə deyir: "Əlinin
    zamanındakı ilk şiələr Əbu Bəkr və Öməri üstün sayırdılar.15 Bir nəfər Şureyk
    bin Abdullaha deyir: "Şiə olduğun halda belə deyirsən?”16 Dedi: "Bəli! Kim
    belə demirsə, o, şiə deyildir. Allaha and olsun ki, Əli özü onları
    dəstəkləmişdir və belə demişdir: "Eşit! Bu ümmətin peyğəmbərindən sonra
    ən xeyirlisi Əbu Bəkrdir, sonra Ömərdir.” Onun sözünü necə rədd edə bilərik,
    necə onu təkzib edə bilərik?! Allaha and olsun ki, o, yalançı olmamışdır.”17
    İbn Battah, Əbul-Abbas bin Məsruq adı ilə tanınmış şeyxindən rəvayət edir:
    Muhamməd bin Həmid bizə rəvayət etdi: Cərir bizə Sufyandan, o da
    Abdullah bin Ziyad bin Hədir’dən belə dediyini rəvayət edir: Əbu İshaq əs-
    Səbii Kufə şəhərinə gəldi. Şəmr bin Atiyyə bizə dedi: "Onun yanına gedin!”
    Onun yanında oturduq və söhbət etdilər. Əbu İshaq dedi: "Kufədən çıxarkən
    Əbu Bəkr və Ömərin fəzilətində və onların üstünlüyündə şəkk edən bir nəfər
    belə görmədim, indi isə Kufəyə geri gəlmişəm, onlar isə deyirlər və deyirlər.
    Yox, Allaha and olsun ki, nə dediklərini anlamıram!”18
    Muhib əd-Din əl-Xatib deyir: "Bu şiəliyin inkişafını müəyyənləşdirmək
    yönündə böyük bir tarixi dəlildir, çünki Əbu İshaq əs-Səbii Kufənin şeyxi və
    alimi olmuşdur. Möminlərin əmiri Osmanın şəhid düşməsindən üç il əvvəl
    dünyaya gəlmişdir, hicri 127-ci ildə ölənə qədər uzun bir ömür yaşamışdır.
    Möminlərin əmiri Əlinin zamanında uşaq idi və o, öz uşaqlığı barəsində deyir
    ki, "atam məni yuxarı qaldırardı, hətta Əli bin Əbi Talibi xütbə verərkən
    görərdim, saçları və saqqalı ağ idi.” Əgər onun nə zaman Kufəni tərk etdiyini
    və nə zaman yenidən ziyarət etdiyini bilsəydik, bunun vasitəsilə Kufədə
    imamlarının (yəni Əlinin) inandığı kimi ələvi şiələrinin də Əbu Bəkrin və
    Ömərin üstünlüyünə inanmaqlarının hansı zamana təsadüf etdiyini öyrənmiş
    olardıq, eynilə Əlinin inandığı, Kufənin minbərində elan etdiyi kimi onun iki
    qardaşı, peyğəmbərin – salləllahu aleyhi va səlləm - iki səhabəsi, iki vəziri və ən
    gözəl, ən təmiz zamanlarda ümməti üzərindəki iki xəlifəsinin üstünlüyü
    fikrindən nə zaman ayrıldıqlarını, onun bu fikrinə nə zaman qarşı çıxdıqlarını
    öyrənərdik.”19
    14 Nəşvan əl-Humeyri "əl-Hurul-Ayn”, səh: 179; eləcədə bax: İbn əl-Murtəda "əl-Məniyyə valƏmil”,
    səh: 81
    15 "Minhəc əs-Sunnə”, 2/60; təhqiq: Rəşad Səlim
    16 Yəni; "Əlinin şiəsi olduğun halda, Əbu Bəkr və Ömərin ondan üstün olduğunu necə deyə
    bilirsən?”
    17 "Minhəc əs-Sunnə”, 1/7-8; təhqiq: Rəşad Səlim
    18 əz-Zəhəbi, "əl-Muntəqa”, səh: 360
    19 "Həşiyətul-Muntəqa”, səh: 360-361
        

    Leys bin Əbi Səlim20 deyir: "İlk şiələrlə qarşılaşdım və onlar heç kəsi Əbu
    Bəkr və Ömərdən üstün saymırlar.”21
    Lakin vaxt ötdükcə şiələr ifrata vardılar və bizim indi gördüyümüz şiələrin
    halına düşdülər. Buna görə də İmam Hüseynin nəvəsi Zeyd bin Əli, Əbu
    Bəkri və Öməri söyənləri, onları imam kimi qəbul etməyənləri inkar etdi,
    onların şiə deyil, rafizi olduqlarını söylədi.
    Müasir şiəliyin kökləri
    Müasir şiəliyin banisinin kimliyi haqqında müzakirələr çoxdur. Ən məşhur
    olan görüşə görə Yəməndən çıxmış yəhudi olan Abdullah bin Səba olmuşdur.
    Son zamanlar bəzi inadkarlar İbn Səbanın guya uydurulmuş biri olduğunu və
    belə bir şəxsiyyətin tarixdə mövcud olmadığını iddia edirlər. Lakin bu,
    iddiadan başqa bir şey deyildir. Onların ən məşhur və ilk dövr rəvayət
    alimləri belə İbn Səbanın kimliyini təsdiq edirlər. Hətta Səid bin Abdullah əl-
    Qummi "əl-Məqalət val-Firaq” kitabında Əlinin imamətinə etiqadın fərz
    olmasını söyləyən və səhabələrə tənə edən ilk kəsin İbn Səba olduğunu etiraf
    edir.22 Səid əl-Qummi şiələrə görə ən etibarlı və xəbərlərində güvənilən
    biridir, əs-Saduq adını verdikləri şiə şeyxi Muhamməd bin Babaveyh əl-
    Qummi deyir ki, Səid əl-Qummi, məsum imam əl-Həsən əl-Əskəri ilə
    görüşmüşdür və ondan rəvayət etmişdir.23 Digər şiə şeyxi ən-Növbəxti də bu
    fikrində əl-Qummi ilə razılaşmışdır.24 Digər bir alim əl-Kəşşi "Ricəl əl-
    Kəşşi”də25 deyir: "Abdullah bin Səba yəhudi idi, sonra müsəlman oldu. Əlini
    – aleyhis-sələm - dost edindi. Yəhudi olduğu halda Yuşəğ Bin Nun’un Musanın
    vasisi olduğunu deyərdi, müsəlman olduqda isə peyğəmbərin – salləllahu
    aleyhi va səlləm – vəfatından sonra eyni şeyin Əliyə aid olduğunu deyərdi.
    Əlinin imamətinin fərz olmasını söyləyən, onun düşmənlərindən bəraət edən,
    onun müxaliflərini və onların küfrlərini ifşa edən ilk kəs o olmuşdur. Buna
    görə də şiələrə müxalif olanlar deyirlər ki, şiəliyin və rafiziliyin əsası
    yəhudilikdən götürülmüşdür.”26 Müasir dövrdə şiə alimlərinin ən
    20 Leys bin Əbi Səlim əl-Quraşi əl-Kufi, Kufənin alimlərindən biridir. İkrimə ilə qarşılaşmış,
    ondan elm öyrənmişdir. O, Məmar, Şubə və əs-Səvri’nin şeyxlərindəndir. Kufə alimləri içində
    həcc qaydalarını ən yaxşı bilən alim idi. Hicri 143-cü ildə vəfat etmişdir. Bax: "Təqrib ət-
    Təhzib”, 2/138; "Təhzib ət-Təhzib”, 8/465-468; "əl-Kəşif”, 3/14
    21 "əl-Muntəqa”, səh: 360-361
    22 "əl-Məqalət val-Firaq”, səh: 10-21
    23 əs-Saduq, "İkməl əd-Din va Təmam ən-Nimə”, səh: 425-435; əs-Saduq adını ona şiələr
    veriblər və Saduq doğru sözlü, sözündə yalan olmayan birinə deyilir.
    24 ən-Növbəxti, "Firaq əş-Şiə”, səh: 19-20
    25 Bu kitab şiələrdə ən qədim mötəməd ricəl kitabıdır. Ricəl kitabı deyildikdə, ravilərin və
    digər alim və imamların tərcümeyi-hallarından danışan kitab qəsd olunur.
    26 əl-Kəşşi (səh: 108-109) əl-Kəşşi şiələrdən İbn Səba və onun etiqadına aid çox sayda rəvayət
    nəql etmişdir. Bax; səh: 106-108; rəq: 180-184
    İrşadu’l-Ğabi ilə Məzhəb Əhli’l-Beyti fi Sahbi’n-Nəbi
    böyüklərindən sayılan əl-Məmqani kitabında əl-Kəşşi’nin bu sözlərini nəql
    etmişdir.27 İbn Səba və səbəilik haqqında danışan ən qədim şiə kitabının
    "Məsəil əl-İməmiyyə”28 kitabı olması mümkündür və bu kitab Abdullah ən-
    Naşi əl-Əkbər’ə29 aiddir. İbn Səbanın kimliyini isbat edən şiə kitabları çoxdur,
    lakin bu mövzunun yeri bura deyildir. Vacib olan budur ki, şiəlik daha
    sonradan ortaya çıxmış bir firqədir, hətta şiələrin özlərinin etiraf etdiyi kimi
    ilk dövrdə şiəlik fikirlərini Kufə əhlindən başqa heç kəs qəbul etməmişdi.30
    Qeyd etmək lazımdır ki, şiəliyin indiki şəkli ilk dövr şiələr tərəfindən qəbul
    edilmirdi. Səhabələri, peyğəmbərin – salləllahu aleyhi va səlləm – xanımlarını
    söymək, onları kafir saymaq, imamları qəbul etməyənləri kafir saymaq və
    bənzəri fikirlər bizim zamanımızda şiəlik məzhəbinin üzərində durduğu
    əsaslar olduğu halda, ilk dövr şiələr bu fikirləri ifrat fikirlər sayırdılar. Hətta
    müasir dövrdə ricəl elmində ən güclü şiə alimi sayılan əl-Məmqati bunu etiraf
    edərək deyir: "Bizim indi şiəlik məzhəbinin zəruriyyətlərindən saydığımız
    görüşləri ilk dövr alimlərimiz ğuluv31 sayardılar və bununla ən etibarlı kəsləri
    ittiham edərdilər.”32
    Şiəliyin indiki şəkli yalan və uydurmalar üzərində qurulmuş bir məzhəbdir,
    zaman ötdükcə azğın kəslər fasiq fikirlər uydurmuş və bunları insanlara
    imamların adından rəvayət etmişlər. Şiə kitablarını araşdıran kəs görəcəkdir
    ki, elə imamların özləri şiə dininin kökünü təşkil edən xəbərləri rəvayət edən
    kəsləri tənqid etmiş, onları yalanda ittiham etmişlər. Lakin indiki şiə alimləri
    bunu təqiyyə bəhanəsi ilə izah etməyə çalışırlar, guya bu imamlar həmin
    şəxslər haqqında bu sözləri deyərkən təqiyyə halında olublar. Əgər şiələr şiə
    dinini uydurmuş həmin şəxslər haqqında öz imamlarının sözlərini qəbul
    etsələr, o zaman şiəlik dinini tərk edib əhli-sünnət məzhəbini qəbul etməyə
    məcbur olarlar. Hətta müasir şiə alimlərindən Muhamməd Rida əl-Muzaffər,
    imamların həmin şəxsiyyətləri tənqid etməsi, onları pisləməsi haqqındakı
    xəbərlər haqqında deyir: "Belə böyük şəxsiyyətlərin pislənməsi necə doğru
    ola bilər?! Məgər məhz onların dəlilləri üzərində haqq din qurulmamışdırmı
    və əhli beytin məsələsi ortaya çıxmamışdırmı?!”33
    Bəli! Doğrudur! Şiəliyin etiqad etdiyi din həmin kəslərin yalanları üzərində
    qurulmuşdur və Allaha həmd olsun ki, Allah həmin şəxsləri öz imamlarının
    sözü ilə, öz kitablarında ifşa etmişdir. Allah bununla onlara haqqı göstərir,
    27 əl-Məmqani, "Tənqih əl-Məqal”, 2/84
    28 Bax: "Məsəil əl-İməmiyyə”, səh: 22-23
    29 Abdullah bin Muhamməd Əbul-Abbas; İbn Şərşir ən-Naşi əl-Əkbər adı ilə tanınır. İbn
    Xaləkan deyir: "Şair, nəhv və aruz alimi olmuşdur. Əsli əl-Ənvar’dan gəlir, uzun müddət
    Bağdadda yaşamışdır, gözəl kitabların sahibidir. Hicri 293-cü ildə Misirdə vəfat etmişdir.”
    "Vafəyat əl-Əayan”, 3/91-92; "Ənbə ər-Ruvat”, 2/128-129
    30 "Bihərul-Ənvar”, 100/259
    31 "Ğuluv”, yəni ifrata varma, həddi aşmaq.
    32 "Tənqih əl-Məqal”, 3/23
    33 Muhamməd əl-Hüseyn əl-Muzaffər, "əl-İmam əs-Saduq”, səh: 178
        
    !
    onlar üçün haqq yolunu asanlaşdırır. Lakin onlar öz inadkarlığında davam
    edirlər. Bu inadkarlıqlarını göstərmək üçün belə bir misal verək! Şiə
    xəbərlərini rəvayət edən kəslər içində ən çox rəvayət edən kəslər xüsusilə
    seçilirlər və onların başında Cabir əl-Cafi34 gəlir. əl-Hurr əl-Amili onun
    haqqında deyir: "əl-Baqirdən – aleyhis-sələm – 70000 hədis rəvayət etmişdir və
    ümumi 140000 hədis rəvayət etmişdir. Aydın olan budur ki, imamlardan –
    aleyhimus-sələm – şifahi yolla rəvayət edilənlər Cabir’in rəvayət etdiklərindən
    çoxdur.”35 Görünür ki, say etibarı ilə ən çox rəvayət edən Cabirdir. Şiələrin
    dörd qaynaq hədis kitablarında ümumilikdə 44244 hədisin mövcud
    olduğunu36 nəzərə alsaq, Cabirin rəvayət etdiyi hədislərin nə qədər çox
    olduğunu anlamış olarıq. Lakin görün onun haqqında əl-Kəşşi’nin kitabında
    nə rəvayət olunur: Zarara bin Ayən deyir: "Əbu Abdullah’dan – aleyhis-sələm
    – Cabirin hədisləri haqqında soruşdum. Dedi: "Bir dəfədən başqa onu atamın
    yanında əsla görmədim, mənim yanıma isə heç gəlməmişdir.”37 İmam əs-
    Sadiq özü Cabirin ondan və atasından rəvayət etdiklərini bu sözləri ilə
    yalanlayır.
    Cabir əl-Cafi bu halında yeganə bir şəxsiyyət deyildir. Şiələrin ən böyük və ən
    məşhur ravilərinin yalanları öz imamları tərəfindən ifşa olunmuşdur. Lakin
    bu məsələ kitabın mövzusu olmadığı üçün burada qeyd edərək müqəddiməni
    uzatmaq və oxucunu yormaq istəmirik. Eyni zamanda bu mövzunun
    əhəmiyyətini nəzərə alaraq bu barədə gələcəkdə ayrı bir məqalə və ya kitabça
    yazmağı bizə nəsib etməsini Allahdan diləyirik.
    Bölmə: İSLAM MƏQALƏLƏRİ | Əlavə etdi: Selef | Baxılıb: 1080 | Tarix: 22.11.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 2
    19.04.2011
    2. Ayten (Ya_Huseyn) [Məqalə]
    BİSMİLLAH

    ALLAHUMME SELLİ ELA MUHEMMED VE ALİ MUHEMMED

    Sonra da deyirler ki, Ehli-Beyti (e) sevirik. Goresen bu ne cur sevgidir??? ALLAH hidayet etsin.


    18.04.2011
    1. Nicat (rehimzade) [Məqalə]
    Vəhhabilər S.Ərəbistanında 4 İmam ziyarətini dağıtmışlar
    1924-cü ildə vəhhabilər bugünkü Saudiyyə kralı Fəhdin atası Abdul-Əziz bin Saudun başçılığıyla Məkkə şəhərini işğal edirlər. Sonra onlar Mədinə şəhərini də ələ keçirirlər. Burada vəhhabilər Bəqi qəbiristanlığını, oradakı Peyğəmbər (s.a.a.v.) ailəsinin, nəvələrinin, eləcə də səhabələrinin qəbirlərini dağıdırlar.
    Həcc ziyarətində olmuş həcilərdə bunu təsdiq edirlər. Həcc ziyarətinə Azərbaycandan getmiş zəvvarlar İmamları və Peyğəmbəri ziyarət etmək hüququndan məhrum edilmələrini orada canlı şahidi olmuşlar. Hətta fiziki təzyiqlərə məruz qalan zəvvarlarda olmuşdur. Vəhhabilərin əlində olan Əhli-Beytin adı ilə olan məscidlər dağıdılmış və ya uçmuş halda bağladılmışdır. Lakin İslam aləmində cinayətlər törətmiş şəxslərin adına böyük məscid və məhəllələr saldırmışlar. Bu şəxslər bunlardır Bəni-üməyyə nəslindən: Əbu-Sufyan (öz dövründə Muhəmməd peyğəmbərlə mübarizə aparmış şəxs) ,Muaviyə (İmam Əli (ə)-la düşmənçiliyi tarixdə açıq aşkar bilinən şəxs və İmam Həsənin qatili), Yezid ( Şərabxor, zinakar və İslamı zəiflətməyə çalışan bir şəxs. Həmçinin İmam Huseyn (ə) və 72 Müsəlman möminləri qətlini əmr vermiş şəxs).

    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  Mart 2011  »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 1
    Qonaqlar: 1
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru