Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19921 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (17089 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (14154 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9944 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9361 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2012 » Sentyabr » 11 » ZƏİF HƏDİSLƏR !!!
    ZƏİF HƏDİSLƏR !!!
    06:56
    1) "Ərəbləri 3 səbəb görə sevin: çünki mən ərəbəm, Quran ərəb dilində nazil olub və Cənnətin dili ərəb dili olacaq"

    əl-Hakim, Müstədrək, cild 4, səh 87. Əbu Hatim özünün "Cərh və Tədil" (cild 3, səh 359) kitabında bu hədis barədə demişdir ki, hədis uydurmadır.

    2) "Hansı qadın dursa onun qalxdığı yerə şeytan oturar. Hər bir qadının qucağında da mütləq bir şeytan oturar və onu baxanlara gözəl göstərər.Sonra o qadına bəzi əmrlər verər. Məsələn -əlini-qolunu bayıra çıxar, göstər -deyər.. Qadın da bu əmri yerinə yetirər. Əl-qolunu açıb göstərər. Bundan sonra şeytan o qadının həya pərdəsini dırnaqları ilə yırtar."

    Hədisin müəllifi - Muhyiddin ibn əl-Ərəbi. Sufi filosof, bir neçə poemaların müəllifidir, "əl-İltihad əl-Kəvni" və s. poemaları vardır. Bir sıra təsəvvüf kitablarının müəllifidir. Böyük sufi alimi, zəlalət əhlindən olan ibn Rüşd ilə görüşmüş, onun fikirləri ilə tanış olmuşdur. Bir sözlə sufidir, zəlalət əhlidir, zəlalət əhlinin hədisləri qəbul olunmur. O bu uydurulmuş rəvayəti "Şərcərət əl-Kəvn" kitabında yazmışdır - "Şeytanın təşrifi rəvayəti" başlığı ilə.

    3) "Adəm xəta işlətdikdə dedi: "Ey Rəbbim, Səndən Məhəmmədin haqqı üçün istəyirəm, məni bağışla. Allah dedi: "Ey Adəm, hələ onu xəlq etmədiyim halda sən Muhəmməd barədə necə bildin? O dedi: "Ey Rəbbim, çünki Sən məni Öz Əlinlə xəlq etdikdə və mənə ruh üflədikdə mən başımı qaldırdım və gördüm ki, Ərşin sutunlarında: "Lə iləhə illəllah Muhəmmədən Rəsulullah yazılmışdı” və mən bildim ki, Sən Öz Adının yanına məxluqundan Sənin üçün ən sevimli olanından başqasının adını izafə (nisbət) etməzsən.” Allah dedi: "Sən doğru söylədin, ey Adəm, çünki o məxluqum içində Mənə ən çox sevimli olandır və bir halda ki, sən onun haqqı naminə istədin, səni bağışladım. Məhəmməd olmasaydı səni xəlq etməzdim.”

    Bu hədis uydurmadır. Şeyxul İslam ibn Teymiyyə (Allah ona rəhmət etsin) bu barədə şərh vermişdir. Çünki Allah Sübhənahu cinləri və insanları heç bir şərik olmadan yalnız Ona ibadət etmək üçün xəlq etmişdir və Adəm də (Ona Allahın salamı olsun) bəşərdən biridir. Tövfiq Allahdandır. Sitatın sonu.

    İbn Bəəz, "Fətvalar Toplusu”, (26/327)

    Beyhəqi bu barədə "Dələil ən-Nubuvvəh”, (5/489) əsərində deyir: "Bunu yalnız Abdurrəhman ibn Zeyd ibn Əsləm rəvayət edib və o zəifdir. Sitatın sonu.

    Şeyxul İslam ibn Teymiyyə "Təvəssul”, (səh.166) əsərində deyir:

    "Mərfu və məvquf yolla Ömər ibn əl-Xəttabdan (Allah ondan razı olsun) rəvayət edilib. Bu hədisin isnadında Abdurrəhman ibn Əsləm var, yekdil rəyə görə o zəifdir və çoxlu xətalar edir. Sitatın sonu.

    Albani (Allah ona rəhmət etsin) "Silsilə əl-Daifə” (25) əsərində hədisin uydurma olduğuna hökm etmişdir.

    4) "Kim ki Həcci yerinə yetirmədən öncə evlənərsə, öz həyatını böyük səhvlə başladı" (İbn Adi)

    İbn Cəvzi demişdir ki, bu hədis uydurmadı.

    5) "Mən elmin şəhəriyəm, Əli isə onun qapısı" (əl-Hakim, Müstədrək 3/126)

    Raviləri - "Əbu Salət Abdussaləm ibn Salihdən, o, isə Əbu Muaviyyədən, o da Əl-Aməşdən, o Mucahiddən, O, isə İbn Abbasdan mərfu olaraq.."

    Əl-Aməş - "Osman əd-Darimi dedi: "Yəhyadan eşitdim və ona sual verildi ki, əgər bir kişi iki siqa arasında bir zəif birisi ilə qarşılarsa, siqaya digər siqadan hədis ötürürsə və deyir: Hədisdən kəsirəm, əsl olan siqanın siqadan rəvayət etməsidir, bu hədisi həsən edir? Dedi: "Belə etməsin! Çünki ola bilsin ki, kəzzabın hədisi bir şey deyildir, hətta o onu həsən etmişdirsə və təsbit etmişsə, lakin rəvayət olunduğu kimi rəvayət etsin!" Osman əd-Darimi dedi: "Əl-Aməş də ola bilsin ki, belə edirdi!"
    "Tarix Osman əd-Darimi", rəqəm: 952

    Əbu Muaviyyə bu xəbəri əl-Aməşdən rəvayət etməkdə təkdir, halbuki, lakin əl-Aməşin səhabələrindən olan Yəhya, Savri, Şubə və digərləri kimi hafizlər bunu rəvayət etməmişdir.

    Əbdussaləm ibn Salih Əbu Salət əl-Harvi - İmam Əhməd ibn Hənbəl demişdir: "Munkər hədislər rəvayət etmişdir!"
    İmam əl-Cəvzəcani: "Haqqdan sapmış və hədəfində əyrilik olan biri idi. Bəzi imamların onun haqqında belə dediyini eşitdim: "O Dəccal eşşəklərin qalıqlarının ən yalançılarındandır, lap əvvəldən də pisliklərə bulanmış idi."

    6) "Kim mənim vəfatımdan sonra qəbrimi ziyarət etsə, həyatımda məni ziyarət etmiş kimidir" (əl-Dəraqutni, 2/278)

    Bu hədis uydurmadı. əl-Hafiz əl-Zəhəbi özünün "Lisanül Mizan" (4/285) kitabında bu hədisin uydurma olduğunu qeyd etmişdir.

    əl-Buxari hədisin ravilərindən biri olan Harun ibn Əbu Qəzə əl-Mədəni barədə demişdir ki, "o qəbul edilən və etibarlı deyil."

    əl-Hafiz ibn Həcər özünün "Lisanül Mizan" 6/217) kitabında demişdir ki, Harun ibn Əbu Qəzə əl-Mədəni əl Hatibdən mürsəl hədislər rəvayət edir.

    Şeyx Albani "Silsilə əl-Zəifə"-də (1021) hədisin uydurma olduğunu demişdir.

    7) "Mənim əshabım ulduzlar kimidir, hansını təqib edərsəniz haqq yolu taparsız."

    Ravilərdən olan Səllam bin Süleym yalançı olub İbn Hibbanın dediyi kimi uydurma hədislər rəvayət etmişdir. Digər ravi olan Hariz bin Huseyn isə bilinmir kimdir. (Əlbani Silsilə əz-Zəifə)

    8) "Ümmətimin ixtilafı rəhmətdir"

    Mühəddislər bu rəvayətin sənədini tapmaq üçün çox çalışmışlar, amma tapmamışlar. Lakin rəvayət alimlər tərəfindən münkər rəvayət hesab edilmişdir. İbn Həzm demişdir: "Bu deyilən ən pis sözlərdəndir, çünki əgər ixtilaf rəhmət olsa, bu halda ittifaq da qəzəb olar. Heç bir müsəlman da bunu deyə bilməz" (Əhkam, 5/64) Rəvayət uydurmadır. (Əlbani, Silsilə əz-Zəifə)

    9) "Kim yeni doğulmuş uşağın sağ qulağına azan oxuyarsa, sol qulağına isə iqamə oxuyarsa, şeytanın ona zərəri dəyməz" (Əbu Yəla, əl-Müsnəd, 4/1602)

    Ravilərdən olan Yəhya bin əl-Əla ər-Razi və Mərvan bin Süleyman hədis uydurmuşlar. İbn Teymiyyə əl-Kəlimut-Təyyib-də, İbn Qeyyim isə əl-Vabil əs-Sayyib-də hədisə zəif demişdilər. (Əlbani, Silsilə əz-Zəifə)

    Bu hədisdə uşağın sağ qulağına azan oxunması cümləsi səhihdir, amma iqamə oxunması isə uydurmadır.

    10) "Peyğəmbər (s.ə.s) aydınlıqda gördüyü kimi, qaranlıqda da görürdü" (əs-Suyuti, Camius Sağir)

    Hədis uydurmadır. Ravilərdən olan Abudllah bin əl-Muğirə haqqında İmam Zəhəbi demişdir ki, bu hədislə bərabər ondan söylənilən digər rəvayətlər də uydurmadır. (Əlbani, Silsilə əz-Zəifə)

    11) "Peyğəmbər (s.ə.s) ölmədən öncə oxudu və yazdı" (Əbu əl-Abbas əl-Asam, 3/153. Təbərani)

    Hədis uydurmadır. (Əlbani, Silsilə əz-Zəifə)

    12) "Müshəfə baxmaq ibadətdir, övladın ana və atasına baxması ibadətdir və Əli ibn Abu Talibə baxmaq ibadətdir" (ibn əl-Furayti)

    Bu hədis uydurmadır. Ravilərdən olan Muhəmməd bin Zəkəriyyə əl-Qulabi hədis uydurmaqla tanınmışdır. (Əlbani, Silsilə əz-Zəifə)

    13) "Vətəni sevmək - imandandır"

    Hədis uydurmadır. (Şeyx əl-Əlbani, Silsilə əz-Zəifə 1/110, 36.
    əs-Səğani, əl-Məvduat səh 7.)

    14) "Peyğəmbər (s.ə.s) dua etmək üçün əlini qaldırdıqda, əllərini üzünə sürtməyənədək aşağı salmırdı". (Sünən Tirmizi, 2/244)

    Ravilərdən olan Həmmad ibn İsa barədə alimlər belə demişlər:

    İbn Həcər "Təgrib əl-Təhzib" kitabında yazmışdır:

    Abu Hatim: "Hədisdə zəifdir", Əbu Davud: "Münkər hədislər rəvayət edir", Hakim ibn Nəqqaş: "O, İbn Curayc və Cəfər əs-Sadiqdən uydurma hədislər rəvayət edir". Daraqutni: "Zəifdir", İbn Hibban: "Zəifdir".

    "İrva əl-Ğəlil" 2/178-182, Şeyx Əlbani

    15) "İsadan başqa Mehdi yoxdur" (İbn Macə, 2/495)

    Hədis münkərdi.

    Ravilərdən əl-Həsənül Bəsri müdəllisdir. Hədisi "anana" ilə rəvayət etmişdir (hədis elmində, müdəllis rəvayətçi hədisi bu cür rəvayət edərsə, onun bu hədisi qəbul olunmur)

    Ravilərdən Muhəmməd bin Xalid bilinmir kimdir.

    Şeyx Albani, Silsilə əz-Zəifə.

    16) "Kim mənim məscidimdə 40 namaz qılarsa, ona atəşdən bəraət və əzabdan qurtuluş yazılar. Nifaqdan da uzaq olar."

    Hədis münkərdir.

    Əlbani, Silsilə əz-Zəifə.

    17) "Kim sevib gizlədərsə və namuslu qalarsa, öləndə şəhid kimi ölər"

    Hədis uydurmadır.

    Ravilərdən olan Suveyd bin Said əl-Hədəsani və Əbu Yəhya, hər ikisi zəifdir.

    Əlbani, Silsilə əz-Zəifə

    18) "Qadınlara qulaq asmayın, çünki bunda bərəkət vardır" (Əli bin Cad, 12/1771/1)

    Hədis zəifdir.

    Əlbani, Silsilə əz-Zəifə.

    19) "Qadına qulaq asmaq peşmanlıqdır" (İbn Adi, 1/308)

    Hədis uydurmadır.

    Ravilərdən olan Ənbəsə bin Əbdurrəhman hədis uydurur. İbnül Cəvzi hədisi "əl-Məvduat"-da qeyd etmişdir, 2/272.

    Əlbani, Silsilə əz-Zəifə

    20) "Kimin üç uşağı olarsa, adını Muhəmməd qormazsa, cahillik etmişdir"
    ‎21) "Hər kim iki Bayramın (Ramazan və Qurban) gecəsini ibadətlə keçirərsə, onun ürəyi öldüyü gün ölməyəcək" (İbn Macə, 1782)

    Hədis zəifdir. Əl-Nəvəvi "əl-Əzkar"-da demişdir ki, hədis zəifdir.
    əl-Hafiz ibn Həcər demişdir: "Bu qərib hədisdir, isnadı zəifdir" (əl-Fütuhat əl-Rabbani, 4/235)

    Şeyx Əlbani, Silsilə əz-Zəifə, 521.

    22) "Kim mənim sünnəmdən 40 hədis əzbərləyərsə, Allah onu Qiyamət günü alim və fəqih kimi dirildəcək" və ya "Mən Qiyamət günü ona şəfaətçi olacam"

    əl-Hafiz ibn Həcər "əl-Təlxis əl-Həbir" (3/93-94) kitabında bunu qeyd etmişdir.
    əl-Beyhəqi, "Şuəb əl-İman", hədis zəifdir.

    23) "Sivaqla iki rükət namaz qılmaq, 70 rükət sivaqsız namaz qılmaqdan fəzilətlidir."

    Hədis zəifdir.

    Məcmu Fətava İbn Bəəz, 26/288.
    əl-Beyhəqi, "Sünən əl-Kubrə" (1/38), hədis zəifdir.
    Şeyx Əlbani, "Zəif əl-Cami", 3519.

    24) "Kim ki namaza etinasızlıq göstərsə, Allah ona 15 cəza göndərəcək, 6-sını bu dünyada, 3-nü ölən zaman, 3-nü qəbirdə və 3-nü isə qəbirdən dirildiləndən sonra...."

    Hədis uydurmadır.

    İbn Bəəz, əl-Bühuz əl-İsləmiyyə (22/329)
    Fətava əl-Ləcnə (4/468)

    Lakin bu o demək deyil ki, namaza etinasızlıq edən cəzasız qalacaq. Allah buyurur:

    Çünki namaz möminlərə müəyyən olunmuş vaxtlarda vacib edilmişdir. (Nisa, 103)
    Sizi Səqərə (Cəhənnəmə) salan nədir?
    Onlar deyəcəklər: "Biz namaz qılanlardan deyildik. (Müdəssir, 42-43)

    25) "Peyğəmbər (s.ə.s) 1 ay boyunca Qunut tutdu, sonra bunu dayandırdı, amma sonra hər sübh namazında ölənə kimi Qunut tutdu." (Darəqutni, 2/39. Əhməd, Müsnəd 3/162)

    Ravilərdən olan İsa ibn Məhən əl-Razi zəifdir. Əhməd ibn Hənbəl demişdir ki, o hədis rəvayət etməkdə zəifdi. əl-Nəsai: O zəifdir. (əl-Təhzib, 12/57)

    Ümumiyyətlə bu mətndə olan hədislər zəifdir.

    26) "Əgər Ərafa günü Cümə gününə düşərsə, bu halda günlərin ən yaxşısı Ərəfa günüdür və bu gün digər günlərə düşərsə, 70 Həccdən daha yaxşıdır"

    Hədis uydurmadır.

    İbn Qeyyim: "Xalq arasında yayılan bu deyim uydurmadır və bu hədisin əsası yoxdur." (Zədül Məad, 1/65)

    Şeyx Əlbani, Silsilə əz-Zəifə, 207.

    27) "Ölülərinizin üzərində Yasin surəsini oxuyun" (Əbu Davud, 3121. İbn Macə, 1448)

    Hədis zəifdir.

    Şeyx Əlbani, Əhkam əl-Cənaiz, səh 11.

    28) "Hər kim qəbirstanlığa girərsə və Yasin surəsini oxuyarsa, həmin günün əziyyəti üzərindən düşəcək və qəbirstanlıqda olan qəbirlər qədər savab qazanacaq"

    Hədis uydurmadır.

    Şeyx Əlbani, Silsilə əz-Zəifə, 1246.

    29) "Hər şeyin qəlbi var və Quranın da qəlbi Yasin surəsidir. Hər kim Yasin surəsini oxuyarsa, Allah ona 10 dəfə Quran oxumaq savabını yazacaq". (Tirmizi, 2887)

    Hədis zəifdir.

    Şeyx Əlbani, Silsilə əz-Zəifə, 169.

    30) Peyğəmbərin (s.ə.s) Əbu Bəkrlə (r.a) Məkkədən Mədinəyə hicrəti zamanı olan mağarada olarkən "Hörümçək toru", "Göyərçin" və "Mələklərin onları gizlətməsi" barədə gələn rəvayətlər zəifdir. Bunlar barədə rəvayətlər Əhmədin, Müsnəd kitabında, 3241-ci hədisdə yer alıb.

    Şeyx Əlbani, Silsilə əz-Zəifə.
    Əhməd Şakir, Təhqiq əl-Müsnəd (3251). Hədis zəifdir.
    Şeyx Əlbani, Silsilə əz-Zəifə, 3/339

    Peyğəmbər (s.ə.s) mağarada olarkən, Əbu Bəkrə deyir: "Mələklər bizi qanadları ilə örtüb" (Təbərani, əl-Kəbir, 24/106-108)

    Hədis zəifdir.

    Şeyx Əlbani, Silsilə əz-Zəifə 3/263.

    31) Allah buyurur: "Bədənini sağlam etdiyim insan 5 ildən sonra Mənim Evimə (Həccə) gəlmirsə, həqiqətən o bundan məhrum olmuşdur" (əl-Beyhəqi, 5/262)

    ibn əl-Ərəbi əl-Məliki demişdir ki, hədis uydurmadı.
    Daraqutni, əl-Subki demişdir ki, hədis zəifdir. Fətava əl-Subki, 1/263

    32) "Əgər görsəniz ki, bir nəfər tez-tez məscidə gəlirsə, onda buna şahidlik edin ki, o mömindir" (Tirmizi, 2617. əl-Müsnəd, 27325)

    Hədis zəifdir.

    Ravilərdən Dərrac Əbul Səma əl-Qurəşi zəif ravidir. Dərəqutni zəif demişdir.
    əl-Təhzib, 3/209.
    Şeyx Əlbani, Təmam əl-Minnə, səh 291.

    33) Hacət namazının bidət olması.

    Bu namaz barədə 4 hədis var və onlardan 2-si uydurma, 1-i zəif, digəri isə çox zəifdir.

    Mən hədislərin tərcüməsini yazmayacam, amma yerlərini deyəcəm.

    1-ci hədis) İbn əl-Cəvzi, "əl-Məvduət" (3/63).
    Bu hədisin sənədində Amr əl-Bəlxi var, o yalançıdır.

    2-ci hədis) əl-Əsbahani, "əl-Tərğib vəl Tərhib" (1/275).
    Şeyx Albani (rhm) özünün "Zəif-əl-Tərgib" (419) və "Silsilə əl-Zəifə" (5298) kitablarında demişdir ki bu hədis uydurmadır.

    3-cü hədis) əl-Tirmizi (479), İbn Macə (1384)
    əl-Albani "Zəif əl-Tərğib" (416) kitabında qeyd edir ki, bu çox zəif hədisdir.

    4-cü hədis) əl-Əsbahani, əl-Tərğib vəl Tərhib (1/275).
    əl-Albani "Zəif əl-Tərğib" (417) və "Silsilə əl-Zəifə" (5287) kitablarında qeyd edir ki, bu zəif hədisdir.

    əl-Şəvkani "Tühfət əl-Zakirin" (səh 140) kitabında qeyd edir ki, "Allah hər bir duaya cavab verə bilər, hətta ondan kiminsə xatirinə istəməsən də."

    34) "Əlinin üzünə baxmaq ibadətdi"

    Bu hədisin zəif olmasını aşağıdakı alimlər qeyd etmişdilər:

    1) İbn Cauzi "əl-Məvdua” (1/361) kitabında qeyd etmişdir ki bu hədis bütünlüklə uydurmadır
    2) İmam Zəhəbi "Mizanul İtidal” (4/401) kitabında bu hədisin uydurma olduğunu demişdir.
    3) İbn Həcər əl-Əsqalani də "Lisanul Mizan” (1/572) kitabında hədisin uydurma olduğunu demişdir.
    4) Muhəmməd Nəsirəddin əl-Əlbani "Zəif əl-Cami” (5992) və "Silsilə əz-Zəifə” kitablarında hədisin zəif olduğunu qeyd etmişdir.

    Hədisdə olan ravilər barədə:

    1) Müstədrək (4682) kitabında olan hədisin raviləri: a) Yəhya ibn İsa ər-Rəmli – Nəsai onun güclü ravi olmadığnı demişdir. Yəhya ona zəif demişdir. b) əl-Əməş – o rəvayət etdiyi hədisi qeyd etməmişdir ki o doğurdan da sonrakı ravidən eşidib yoxsa yox. c) Salib ibn Müqatil – Daraqutni demişdir ki o güclü ravi deyil.

    2) Müstədrək (4683) kitabında olan hədisin raviləri: a) Asim ibn Əli - ibn Muin demişdir ki o heç nədir. Nəsai demişdir ki o zəifdir. b) Əbdürrəhman ibn Abdullah əl-Məsud – onun barəsində alimlərdə ixtilaf var. c) Museyb ibn Zuheyr – onun etibarlılığı bilinmir.

    3) Xatib (2/51) tərəfindən nəql olunmuş hədisin raviləri: a) Muhəmməd ər-Razi – Daraqutni onun zəif olduğunu demişdir. b) Muhəmməd ibn Ayub – İbn Cauzi "əl-Məvdua” (1/362) kitabında qeyd etmişdir ki, bu bilinmir ki Muhəmməd ibn Ayub sonrakı ravi ibn Xəlifətdən rəvayət eşidib. Sonra isə kitabda qeyd edir ki İbn Hibban onun barəsində (ibn Ayub) demişdir ki, o saxta hədislər nəql edir.

    4) İmam Zəhəbi "Təlxis" (1, 119-120) kitabında yazıb: "Abdullah ibn İbrahim Zaynabi, Məhəmməd ibn Süfyan, Usman ibn Yaqub, Məhəmməd ibn Məhəmməd Basri, Hamanidan, ibn Fudayldan, Yazib Abu Ziyatdan, Mucahitdan, ibn Abbasdan mərfu olaraq: "Əliyə baxmaq ibadətdir". Hamani yalançı olub”

    Hədis uydurmadır.

    İbnül Cəvzi bu hədisi "əl-Məvduat"-da qeyd etmişdir, 1/154.

    Əlbani, Silsilə əz-Zəifə.

    ‎35) "Mənim əhli-beytimin məsəli Nuh qəmisinə bənzər" (Təbərani, əl-Hakim)

    Şeyx Əlbani, Zəiful Cəmius Sağir, 5251.

    36) "Oruc tutanın yuxusu ibadətdi, onun sakitliyi zikrdi, onun dualarına cavab verilir və onun yaxşı əməllərinin savabı iki dəfə artar" (əl-Beyhəqi, Şub əl-İman, 3/1437)

    Şeyx Əlbani, Silsilə əz-Zəifə, 4696.
    əl-Mənəvi, Fəyd əl-Qadir, 9393.

    37) Peyğəmbərin (s.ə.s) valideynlərinin guya həyata qaytarılaraq Peyğəmbərə (s.ə.s) iman etməsi.

    Peyğəmbər (s.ə.s): "Mən anam Əminənin qəbrinin yanına getdim və Allahdan onun həyatının qaytarılmasını xahiş elədim. Allah onun həyatını qaytardı və anam mənə iman etdi və Allah onu yenidən qəbrinə qaytardı." (əl-Suyuti, əl-Həvi, 2/440)

    Hədis uydurmadır.

    İbn əl-Cəvzi, əl-Məvduat, 1/283
    İbn Kəsir, əl-Bidayə vən Nihayə, 2/261
    İbn Teymiyyə, Məcmuul Fətava, 4/325

    38) "Evliliyi elan et, nişanı isə gizlət" (Deyləmi, Müsnəd əl-Firdəvs)

    Hədis zəifdir.

    Şeyx Əlbani, Silsilə əl-Zəifə, 2494. Zəif əl-Cəmi əl-Sağir, 922.

    39) "Kim ki hər səhər 3 dəfə - "Əuzu billəhil səmi il alim min əş şeytanir rəcim" və Həşr surəsinin son 3 ayəsini oxuyarsa, Allah ona 70 min mələk göndərəcək ki, axşama kimi ona xeyir dua etsin və əgər o, həmin gün ölərsə, şəhid kimi öləcək." (əl-Tirmizi, 2922)

    Hədis zəifdir.

    İbn Həcər demişdir: Hədisin sənədində Xalid ibn Təhman var. Onun şiə olması deyilir. "Təqrib əl-Təhzib", 1644.
    Tirmizi hədisin qərib olduğunu demişdir.
    Şeyx Əlbani, Zəif Əbu Davud, 2922.

    40) "Hər kim Duxan surəsini Cümə günündən əvvəlki gün oxuyarsa, o bağışlanacaqdır" (Tirmizi, 2889)

    Hədis zəifdir.

    Tirmizi demişdir ki, ravilərdən olan Hişam Əbul Miqdam zəifdir.
    İbn əl-Cəvzi, əl-Məvduat, 1/247.
    Şeyx Əlbani, Zəifə əl-Tirmizi. Silsilə əz-Zəifə, 4632.

    41) "Mənim qəbrimin yanında edilən salavatları mən eşidirəm". (əl-Beyhəqi, Şub əl-İman, 1583)

    Hədis uydurmadır.

    Ravilərdən Muhamməd ibn Mərvan Əsədi yalançıdır. İmam Saleh Cəzrə, Təhzib əl-Təhzib, 9/387.
    Həmçinin ravilərdən əl-Əməş də müdəllisdir.

    42) Peyğəmbər (s.ə.s) demişdir: "Ya Əli, namazda imama unutduğu ayəni xatırlatma" (Sünən Əbu Davud, 908)

    Əbu Davud hədisin şərhində dedi ki, Əbu İshaq ə-Harisdən sadəcə 4 hədis eşitmişdir və bu hədis onlardan deyil.

    Şeyx Əlbani, Zəifə Əbu Davud.

    43) "Mehdi üçün 2 əlamət vardır ki, yer və göy yaranandan bəri heç vaxt olmayıb. Bunun birincisi, Ramazanın birinci gecəsi Ayın tutulması, ikincisi isə Günəşin yarı tutulmasıdır."

    Bu hədis uydurmadır.

    Əbdülalim Əbdüləzim əl-Bəstəvi "Məvsuə fi əhədis əl-Mehdi əl-Zəifə əl-Məvduə" kitabında, səh 169-da yazmışdır:

    Hədisin sənədində Yunis ibn Bəkir ibn Vəsil əl-Şəybani var. O çoxlu səhvlər edir. Əmr ibn Şəmr əl-Cəfi əl-Kufi rafizidir, uydurma hədislər rəvayət edir.

    əl-Cəuzani Əmr ibn Şəmr əl-Cəfi əl-Kufi barədə demişdir ki, o yalançıdır.

    İbn Hibban, əl-Hakim onun rafizi, yalançı olduğunu demişlər.

    44) "Əhli Beytim ulduzlar kimidir, hər kim onlara uyarsa hidayət olunar"

    Hədis uydurmadır.

    İmam Zəhəbi ravilərdən olan Əhməd bin Qasım ər-Rəyyanın yalançı olduğunu demişdir.

    İbn Ərrak hədisin uydurma olduğunu demişdir. "Təzih əş-Şəriə" (2/419)

    45) Ümm Həbibə Peyğəmbərdən (s.ə.s) soruşmuşdu: "Ya Allah Rəsulu, əgər qadının 2 əri var idisə (yəni, biri ölüb, digəri ilə evlənibsə), Cənnətdə qadın kimə aid olacaq?" O (s.ə.s) dedi: "Münasibətləri və davranışları yaxşı olanla olacaq."

    Hədis zəifdir.

    əl-Qurtubi: "Bu hədis çox zəifdir. Ravilərdən Ubeyd ibn İshaq əl-Əttar çox zəifdir, Sinan ibn Harun isə çox zəifdir." (əl-Təzkirə fi Əvvəl əl-Məvtə vəl Axirə, 2/278)

    əl-Nəsai: Ubeyd bin İshaq əl-Əttar mətrukdur, yəni qəbul edilmir. (əl-Zuəfə vəl Mətrukin, səh 72)

    Yəhya ibn Məin: Sinan ibn Harunun hədisləri qəbul edilmir. (əl-Məcruhin, 1/354)

    46) "Cənnət əhli bir-birinə ağ dəvələrin üzərində baş çəkəcəklər. Dəvə və quşlardan başqa heç bir heyvan olmayacaq Cənnətdə" (Təbərani, əl-Kəbir 4/179)

    Hədis zəifdir.

    əl-Heytəmi demişdir: "Ravilərdən Cabir ibn Nuh zəifdir." Məcmuəl-Zəvaid, 10/413.
    Şeyx Əlbani, Zəif əl-Cami, 1833.

    47) "Cənnət əhli bir-birinə ağ dəvələrin üzərində baş çəkəcəklər. Dəvə və quşlardan başqa heç bir heyvan olmayacaq Cənnətdə" (Təbərani, əl-Kəbir 4/179)

    Hədis zəifdir.

    əl-Heytəmi demişdir: "Ravilərdən Cabir ibn Nuh zəifdir." Məcmuəl-Zəvaid, 10/413.
    Şeyx Əlbani, Zəif əl-Cami, 1833.

    48) "Ümmətimin günahları mənə göstərildi və onların içində ən böyük günah odur ki, bir kəs Quranın bir surəsini və ya ayəsini əzbərləyir, sonra isə unudur"

    Hədis zəifdir.

    Şeyx Əlbani, Təxric Mişkət əl-Məsabih, 720.

    49) Peyğəmbər (s.ə.s): "Hər kim məni yuxusunda görübsə, həqiqətən məni görüb, çünki mən hər surətdə görsənə bilərəm"

    Hədis zəifdir.

    İbn Həcər demişdir: "Ravilərdən əl-Təvəmənin azad nökəri olan Salih zəifdir." (Fəth əl-Bari, 12/384)

    Burada əsas prinsip odur ki, Peyğəmbər (s.ə.s) yuxuda ancaq və ancaq öz surətində görsənə bilər. Şeytan isə başqa surətdə görsənərək deyə bilər ki, mən Peyğəmbərəm. Amma həqiqət budur ki, şeytan heç zaman Peyğəmbərin (s.ə.s) surətində görsənə bilməz. Peyğəmbər (s.ə.s) demişdir: "Hər kim məni yuxuda görərsə, həqiqətən məni görmüşdür, çünki şeytan mənim surətimdə görsənə bilməz" (Səhih Buxari, 6592). Digər bir rəvayətdə Peyğəmbər (s.ə.s) demişdir: "Şeytan mənə bənzəyə bilməz" (Əhməd, 3400. səhihdir)

    50) Peyğəmbər (səllalahu əleyhi və səlləm) demişdir: "Xəstələrinizi sədəqə ilə müalicə edin, malınızı zəkatla təmizləyin və fitnələrə Allaha dua etməklə cavab verin"

    Hədis zəifdir.

    Şeyx Əlbani, Silsilə əl-Zəifə, 3591. Zəif əl-Tərğib vəl Tərhib, 456.

    51) Hz. Aişe Radiyallahu Anh’tan rivayetle Efendimiz Sallallahu Aleyhi Vessellem buyurdular ki: «Bir kimse ana babasının veya onlardan birinin kabrini her cuma günü ziyaret eder ve orada «Yasin» okursa, Allah onu okuduğu Yasinin her harfi miktarınca mağfiret eder.» (Deylemi)

    Bu hədisi həmçinin İbn Adiyy Abu Naim, həmçinin Abdulqaniy əl Məqdisi rəvayət etmisdir. Bu hədis uydurmadır. Bu hədisin sənədində Amr ibn Ziyad adli ravi hedis uydurmaq ilə ittiham olunanlardandır. Dariqutni (Allah ona rəhmət etsin) demisdir: » Hədis uydurmadır.» Ona gorə də İbnul-Covzu (Allah ona rəhmət etsin) bu hədisi «Movduat» (Uydurmalar) kitabinda zikr etmisdir. Şeyx Albani (Allah ona rəhmət etsin) də bu hədisin uydurma oldugunu bəyan etmisdir (1-126).

    52) Oruc tutun, sağlam olun” (ət-Təbərani, Əbu Nuaym).

    Əl-Albani buyurub: "Hədis zəifdir. Ravilərdən olan Züheyr b. Muhamməd Şamlılardan olan rəvayətində zəifdir. Beləliklə Hafiz b. əl-İraqi sənədin zəif olduğunu bildirir (Təxric əl-İhyə).

    53) Kim məğrib (axşam) və işa namazı rasında 20 rükət namaz qılarsa Allah o insana Cənnətdə bir ev tikər. (İbn Macə 1/144)

    Əl-Albani:”Hədis uydurmadır.”
    Ravilərdən olan Yaqub b. əl-Valid barəsində İmam əl-Əhməd belə deyir: ”böyük yalançılardandır, hədis uydurur.” (əl-Busiri, əz-Zəvaid K 1/85)
    İbn Məin və Əbu Xatim də bu ravinin yalançı olduğunu deyiblər, buna baxmayaraq əs-Suyuti bu hədisi əl-Camius-Sağirdə zikr edir.
    ‎54) Məsciddə danışmaq heyvanların yaşıllığı yediyi kimi savabları yeyər.

    Albani deyir ki, bunun əsli yoxdur. Qazzali İhya(1/136) da nəql edir: Hafiz əl-İraki rəvayətin əslini tapa bilmədiyini, əs-Subki isə əsərin isnadını tapa bilmədiyini deyir. Rəvayətin dillərdə məşhur olan şəkli isə belədir: Məsciddəki mübah söz atəşin odunu yediyi kimi savabları yeyər.

    55) Gerçəkdən Allah öz qulunu halal şeyin əldə edilməsində yorğun olaraq görməyi sevər. (əd-Deyləmi, əl-Firdovs)

    Əl-Albani: hədis uydurmadır.
    Ravilərdən olan Muhamməd b. Səhl Əl-Əttar hədis uyduran bir insandır.

    56) "Allahın 99 adı vardır. Kim bunları əzbərləyər və həyatı boyunca Allahı bu şəkildə tanıyaraq yaşayar və həyatını bu iman və yaşayış üzrə bitirərsə inşəAllah Cənnətə girər. Sonra Allahın 99 adını sadalayır". (Sünən Tirmizi, 3507)

    Hədis zəifdir.

    Tirmizi hədisin sənədinin sağlam olmadığını demişdir, qərib hədisdir.
    İbn Teymiyyə, Məcmuəl Fətava, 22/482
    Ibn Həcər, əl-Təlxis əl-Həbir, 4/172

    Əslində, Səhih Buxari və Müslimdə buna bənzər hədis var, lakin Allahın adlarını sadalamır. Bunu yazmaqda niyyətim odur ki, Allahın tam olaraq 99 yox, 99-dan da çox adı vardır, lakin biz bunları bilmirik.

    57) "Əbu Bəkrin (r.a) qızı Əsma (r.a) incə bir paltarda Rəsulullahın (s.ə.s) qarşısından keçdikdə Rəsulullah (s.ə.s) ondan üzünü çevirdi və dedi: "Ey Əsma! qadın həddi buluğa çatdıqda onun vücudundan bu və bundan başqa yerləri göstərmək olmaz - deyərək, Əsmanın üzünü və əllərini işarə etdi." (Sünən Əbu Davud, 4104).

    Əbu Davud öz Sünən kitabında bu hədisin zəncirini belə vermişdir: Yaqub bin Kab əl-Əntəki və Mumməl bin əl-Fəzl əl Hərani bizə rəvayət etmişdir, onlar bizə dedilər: əl-Valid Səid bin Bəşirdən, o, Qətadadan, o, Xalid ibn Dureykdən, o da Aişədən (r.a) rəvayət etmişdir.

    Əbu Davud demişdir ki, hədis mürsəldir. Ravilərdən olan Xalid bin Düreyk Aişəni (r.a) görməmişdir.

    Həmçinin, ravilərdən Səid bin Bəşir əl-Əzdi bəzi hədis alimləri tərəfindən inanılan ravi kimi bilinsə də, bəzi alimlər tərəfindən, məsələn Əhməd, İbn Məin, İbn əl-Mədəni, ən-Nəsai, əl-Hakim və Əbu Davud tərəfindən zəif ravi kimi tanınmışdır. Məhəmməd bin Abdullah bin Numeyr Səid bin Bəşir əl-Əzdi
    barədə demişdir: "O hədis nəql etməkdə güclü deyil, o, Qətadadan münkər hədislər nəql edir". İbn Hibban demişdir: "Onun yaddaşı zəifdir və o, Qətadadan heç kimin nəql etmədiyi rəvayətlər nəql edir". Əs-Saci demişdir: "O, Qətadadan bəzi münkər rəvayətlər nəql etmişdir"

    Qətadanın özü elə müdəllisdir (başqalarından aydın məlumat çatdıra bilmir və ya nəql etdiyi insanın adını təhrif edir). Digər ravi Əl Valid də İbn Müslim tərəfindən müdəllis kimi tanınıb.

    Həmçinin, ravilərdən əl-Valid bin Müslim müdəllis hədislər rəvayət etmişdir.

    Daimi Elmi Araşdırmalar Mərkəzi, Fətava İsləmiyyə, cild 7, səh 186-188.
    Fətava əl-Ləcnə vəl-Daimə, Məcəllət əl-Buhuz-da, 21/68

    58) "Bir saat elm öyrənmək 60 il ibadətdən daha xeyirlidir" (Əbu əş-Şeyx, 1/297/42)

    Hədis uydurmadır.

    Ravilərdən Osman bin Abdullah əl-Qureyşi və İshaq bin Nüceyh əl-Məlati yalançıdır. (İbn Qeyyim, əl-Məvduat 3/144)

    Əlbani, Silsilə əz-Zəifə.

    59) "İnsanlar həlak oldu, alimlər müstəsna, alimlər də həlak oldu ixlas sahibləri müstəsna. Amma onlar da çox böyük təhlükə altındadırlar."

    Bu hədis uydurmadır. əs-Sağani demişdir ki, bu hədis uydumadır və əsli yoxdur. Sufilərin sözlərindəndir, bəzi cahillər bunu Peyğəmbərə (s.ə.s) nisbət etmişdilər. Şeyx Əlbani, Silsilə əz-Zəifə

    60) Cümə (namazı) kasıbların həccidir, başqa bir rəvayətdə: "Miskinlərin”.
    (Ən-Nuaym 2/190; İbn Asakir 11/132)

    Əl-Albani: "Hədis uydurmadır. Ravilərdən olan Muqatil yalançıdır. Beləliklə, əs-Saqani və İbnul-Cevzi (bu) rəvayəti uydurma hədisləri topladıqları kitablarında zikr edirlər.”

    61) "Elm Çində olsa belə onun ardınca gedin."

    elm Chinda olsa bela, onun ardinca gedin. - Bu hədis uydurmadır. Hədisi İbn Adiy 2/207. əl-Hatib, əl-Tarix 9/364-də rəvayət etmişdilər. Ravilərdən Əbu Atikə Turayf bin Süleymanın hədisi mətrukdur. İbn Cəvzi bu hədisi əl-Məvduat-ında qeyd etmişdir. İbn Hibban hədisin uydurma olduğunu demişdir. Şeyx Əlbani, Silsilə əz-Zəifə

    62) "Əli haqq ilə, haqq da Əli ilədir, onlar Kövsər hovuzunun yanında mənə qovuşmayana qədər ayrılmazlar" (əl-Hatib, əl-Tarix, 14/322, 6/312)

    Ravilərdən Əli bin Hişam bin Bureyd atası ilə bərabər qatı şiədirlər. İbn Hibban Əli bin Hişam haqqında demişdir: "Qatı şiədir, münkər hədislər rəvayət etmişdir". Həmçinin ravilərdən Abdussalam ibn Salih yalançıdır, münkər hədislər rəvayət etmişdir. (Abu Abdullah əl-Hakim, əl-Mədxəl ilə səhih, 139). ibn Həcər demişdir ki, münkər hədislər rəvayət edir. (Təhric əhədis kəşhəf, 2/465)

    63) "Alimlərin mürəkkəbi şəhidin qanına bərabərdir."

    Hədisi Suyuti "əl-Cami əl-Sağir" kitabında qeyd etmişdir və demişdir ki, hədis zəifdir. İbn əl-Cəvzi də "əl-İlal" kitabında demişdir hədis zəifdir. əl-Hatib əl-Bağdadi demişdir ki, hədis uydurmadır. (Kəşf əl-Qafə, 2276).

    64) Peyğəmbərin (s.ə.s) Əbu Bəkrlə (r.a) Məkkədən Mədinəyə hicrəti zamanı olan mağarada olarkən "Hörümçək toru", "Göyərçin", "Mələklərin onları gizlətməsi" və "İlanın danışması" barədə gələn rəvayətlər zəifdir. Bunlar barədə rəvayətlər Əhmədin, Müsnəd kitabında, 3241-ci hədisdə yer alıb.

    Şeyx Əlbani, Silsilə əz-Zəifə.
    Əhməd Şakir, Təhqiq əl-Müsnəd (3251). Hədis zəifdir.
    Şeyx Əlbani, Silsilə əz-Zəifə, 3/339

    Peyğəmbər (s.ə.s) mağarada olarkən, Əbu Bəkrə deyir: "Mələklər bizi qanadları ilə örtüb" (Təbərani, əl-Kəbir, 24/106-108)

    Hədis zəifdir.

    Şeyx Əlbani, Silsilə əz-Zəifə 3/263.

    65) "Allaha mənim cəddimlə yaxınlaşın"

    Hədis uydurmadır.

    İbn Teymiyyə, "İqtidə əl-Sirat əl-Mustəqim" 2/415
    Şeyx Əlbani, Silsilə əz-Zəifə, 22

    66) Ömər (r.a) Ümrəyə getmək üçün Peyğəmbərdən (s.ə.s) izn istədi və O (s.ə.s) da verdi və sonra: "Ey qardaşım! Duanda bizi də unutma"-deyə buyurdu. Ömər (r.a): Peyğəmbərin (s.ə.s) bu sözlərinin yerində bütün dünya mənim olsaydıda məni bu qədər sevindirməzdi." (Sünən Əbu Davud, 1498. Sünən Tirmizi, 3562)

    Bu hədis zəifdir.

    Şeyx Əlbani hədisin zəif olduğunu demişdir.

    67) Ümmətimin alimləri İsrailoğullarının peyğəmbərləri kimidir.

    Bu hədisin əsası yoxdur, uydurmadır. Alimlərin bu hədisin əslinin olmadığına dair ittifaqları vardır. Zəlalətdə olan Qadiyaniyyə firqəsi peyğəmbərliyin hələ davam etdiyinə dəlil olaraq bu hədisi gətirirlər. Səhih olsa belə onların əleyhinə dəlil olardı. Bir az düşünən bunu anlayar. (Şeyx Əlbani, Zəif Hədislər Silsiləsi)

    68) "Evlənin və boşanmayın, çünki həqiqətən də boşanma ərşin silkələnməsinə səbəb olur"

    Hədis zəifdir.

    Şeyx Əlbani, Əl-Cəmi əs-Sağir, 2429

    69) Aişə (Allah ondan razı olsun) demişdir: "Allahın Rəsulu (Allahın ona salavatı və salamı olsun) bir gün gördü ki, mən iki dəfə yemək yemişəm və dedi: "Ey Aişə, istəyirsən ki, məşğuliyyətin yalnız mədən olsun? Gündə iki dəfə yemək yemək israfçılıqdır və Allah israfçılıq edənləri sevməz.”

    Cavab: Həmd Allaha məxsusdur.

    Bu hədisi əl-Beyhəqi "İmanın Şöbələri”ndə (7/441) rəvayət edib. O demişdir: "Əbu Abd ər-Rəhman əs-Süləmi bizə xəbər verdi: "Muhəmməd ibn Əhməd ibn Həmdən bizə rəvayət etdi: "Əhməd ibn Muhəmməd ibn Übeydə bizə rəvayət etdi: Yəhya ibn Osman əl-Məsri bizə rəvayət etdi: atam mənə, İbn Lüheyədən, o Əbu-l-Əsvəddən, o Ürvadan, o Aişədən rəvayət etdi və sonra hədisi danışdı. Hədisin isnadı zəifdir.

    Əbu Abd ər-Rəhman əl-Süləminin adı Muhəmməd ibn əl-Hüseyindir, "Təbaqat əl-Sufiyyə” (Hicrətin 412-ci ilində vəfat etmişdir). əl-Hafizi əl-Zəhəbi onu barəsində demişdir: "Onlar onu tənqid etmişdirlər və o mötəbər deyil. Bax "Mizan əl-İtidal”, (3/532)

    Abdullah ibn Lüheyə həmçinin yaddaş baxımından çox zəifdir. Ona görə də, İmam əl-Beyhəqi bu xəbəri rəvayət etdikdən sonra demişdir: "Bunda bəzi zəiflik var. Sitatın sonu. Əl-Münziri (Allah ona rəhmət etsin) demişdir: "Bunun isnadında İbn Lühey-ə var. Sitatın sonu.

    "əl-Tərğib və ət-Tərhib”, (3/101)

    Şeyx Əlbani (Allah ona rəhmət etsin) demişdir: Bu (hədis) məvdudur (uydurmadır). Sitatın sonu.

    əl-Silsiləh əd-Daifah, 257
    Bölmə: İSLAM MƏQALƏLƏRİ | Əlavə etdi: Muslimah_92 | Baxılıb: 986 | Tarix: 21.11.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  Sentyabr 2012  »
    BeÇaÇCaCŞB
         12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 4
    Qonaqlar: 4
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru