Radikal yəhudilərə cavab xarakterli reklamın təşkilatçısı müsəlmanlar deyil.
“Selef.my1.ru” xarici KİV-ə istinadən bildirir ki, Qərb ictimaiyyətində müsəlmanlara qarşı nifrət formalaşdırmaq üçün kampaniya aparan radikal yəhudi qrupun ABŞ-ın Nyu-York Şəhər metrosuna yerləşdirdiyi İslam əleyhinə afişalarına xristianlar özünəməxsus şəkildə etiraz etməyə hazırlaşırlar.
Belə ki, Nyu-Yorkdakı xristian qruplardan biri metro stansiyalarına “Müsəlman qonşunu sev” reklamı ilə məlum afişalara cavab verməyi planlaşdırır.”Sojourners” qrupu radikal yəhudilər tərəfindən yerləşdirilən hər bir İslam əleyhinə afişanın yanına “Müsəlman qonşunu sev” elanını asacaq.
Qrup elanları asmaq üçün bələdiyyəyə ödəniləcək minlərlə dollarlıq icazə üçün üzvləri arasında yardım toplamağa başlayıb. Türkiyənin “Zaman” qəzetinin xəbərinə görə, bu arada müsəlmanlar da radikal yəhudilərin afişalarına qarşı İslamla tanışlıq xarakterli broşürlər yaymağa başlayıblar.