Təhqiramiz karikaturalar bu dəfə İspaniyada nəşr edilib
16:20
“El-Jueves” jurnalı islam peyğəmbərini karikaturalaşdırmaqla müsəlmanları qəzəbləndirib.
“Selef.my1.ru” Türkiyə mətbuatına istinadən bildirir ki, ABŞ-da “Müsəlmanların məsumiyyəti” filmi və Fransada karikatura böhranından sonra növbəti qalmaqal İspaniyada baş verib.
Belə ki, ölkənin “El-Jueves” satirik jurnalının növbəti sayının üz qabığında Həzrəti Məhəmmədin karikaturası dərc olunub. Jurnalın üz qabığındakı karikaturada polis tərəfindən sıraya düzülmüş bəzi müsəlmanlar “Həzrəti Məhəmmədin surətini bilən varmı?” başlığı ilə əks olunub.
“Haffinqton Post” qəzetinə müsahibə verən jurnalın redaktoru Mayt Kvilez məsələyə yumor hissi ilə yanaşdıqlarından dolayı belə bir üz qabığı hazırladıqlarını deyib. Kvilez etirazlara ironiyalı yanaşaraq, Məhəmməd peyğəmbərin surətinin olmadığı bildirildiyi halda karikaturada çəkilənin islam peyğəmbəri olduğunun necə müəyyənləşdirildiyi sual edib.