Yer üzündə nə varsa, hamısını sizin
üçün yaradan, sonra səmaya üz tutaraq onu yeddi qat göy halında düzəldib nizama
salan Odur (Allahdır)! O, hər şeyi biləndir! (əl-Bəqərə, 29)
Rəbbiniz göyləri və yeri altı gündə
xəlq edən, sonra ərşi yaradıb hökmü altına alan (ərşə üz tutan), hər işi yerinə
qoyan (səhmana salan) Allahdır. Onun izni olmadan heç bir şəfaət edən ola
bilməz. Bu, Rəbbiniz olan Allahdır. Ona ibadət edin. Məgər öyüd-nəsihət qəbul
etməyəcəksiniz? (Yunus, 3)
Mələklər də onun (göyün) ətrafında
(Allahın əmrinə müntəzir) olacaq və həmin gün (ya Peyğəmbər!) sənin Rəbbinin
ərşini onların (başı) üstündə səkkiz mələk daşıyacaqdır! (əl-Haqq, 17)
Görəsən bu ayələrdən sonra Əbu
Hüreyrənin (r.a) Peyğəmbərdən (s.ə.s) söylədiyi hədisləri öz ağlına görə şərh
edənlər, indi bu ayələri necə şərh edərlər?! Əlbəttə ki, bu onların ağlına görə
deyil. Əsl möminlər onlardır ki, bu cür ayələri öz ağlına görə şərh etməzlər,
"eşitdik və qəbul etdik" deyərlər.
Hətta bu məsələ barədə rəvayətlər
şiə məzhəbinin kitablarında da var. Hətta nəinki var, bəzi şiə alimləri Allahın
dünya səmasına qədər enməsi barədə rəvayətləri mütəvatir səviyyəsinə çatdığını
qeyd etmişdir.
Rəvayətlər:
1)
Əs-Saduq özünün "ət-Tövhid" kitabında Cəfər əs-Sadiqin münafiq
və zındıqların üzərinə ihticac etdiyi bir hədisdə, isnadı Hişam bin Həkəmdən
rəvayət edilən hədisdə bir zındıqın Əbu Abdullaya (Cəfər əs-Sadiqə) ünvanladığı
sual olan hədisdə: "Uca Allahın: "Ər-Rahman ərşin üzərinə istiva
etdi" ayəsi barədə sualına Abu Abdulla cavab verərək demişdir: "Uca
Allah bu cürə özünü vəsf etmişdir. Həmçinin, ərş Onu daşımaz, məxluqatdan
yüksəkdə, ərşin üzərinə istiva etmişdir və ərş Onun üçün, doldurucu (tam əhatə
edən) deyildir və ərş Onu əhatə etməz. Lakin, biz deyirik: "O, ərşin
daşıyıcısıdır və ərşi tutandır. Biz də, Onun dediyini deyirik: "Onun
kürsüsü göyləri və yeri əhatə edir" (Əl-Bəqarə surəsi, 255). Ərş və
kürsüdən Onun sabit etdiyini, biz də sabit edirik və ərş və ya kürsüdən Onun
doldurucu (tam əhatə edən) olmasını biz də rədd edirik. Əziz və Cəlil olan
Allah özünün xəlq etdiyi məkana və ya şeyə yönəlmiş olur ki, xəlq etdiklərinin
hamısı Ona möhtacdır.
Sual edən soruşdu ki: "Əllərinizi səmaya
qaldırmaqla, ovuclarınızı yerə tərəf tutmaq arasında nə fərq var ki?". Əbu
Abdulla (Cəfər əs-Sadiq) (əs) dedi: "Bu, Onun (Allahın) elmində, əhatəsi
altında və qüdrətində bərabərdir (yəni, heç bir fərq yoxdur). Lakin, Əziz və
Cəlil olan Allah öz övliyalarına (vəlilərinə, dostlarına) və qullarına əllərini
səmaya tərəf - ərş istəqamətinə qaldırmağı əmr etmişdir. Çünki, O (Allah) bunu,
ruzinin mədəni (mənbəsi) etmişdir. Biz, bununla, Qur`anda və peyğəmbərdən (sas)
gələn xəbərlərdə sabit olanları isbat edirik. Necə ki, peyğəmbər (sas)
demişdir: "Əllərinizi Əziz və Cəlil Allaha tərəf qaldırın. Bunun üzərində
ümmətin bütün firqələri (məzhəbləri) icma etmişlər". Soruşan sual edərək
dedi: "Sən: "Onun (Allahın) dünya səmasına endiyinimi?"
deyirsən. Əbu Abdulla (Cəfər əs-Sadiq) (əs) dedi: Biz deyirik ki: "Bu
barədə gələn rəvayətlər və xəbərlər səhihdir". Bunun üzərinə, soruşan sual
edərək dedi: "Əgər, O (Allah dünya səmasına) nazil olursa, məgər, ərşdən
ayrılmırmı və Onun ərşdən ayrılması f`eli sifət deyilmi?". Bunun üzərinə,
Əbu Abdulla (Cəfər əs-Sadiq) (əs) dedi: "Onun (Allahın) xəlq etdiyi
məxluqlarında olan, bir yerdən bir yerə gedərkən, halın dəyişməsi, yorğunluq,
kədərlənmək və bir yerdən başqa bir yerə getmək və bir haldan, başqa bir hala
keçmək Ondan (Allahdan) deyildir. Çünki, O (Allah), təbarəkə və təaladır və
Onda, heç bir hal dəyişikliyi baş verməz və Ona heç bir şey olmaz. Onun (dünya
səmasına) nazil olması (enməsi) məxluqun nazil olması kimi deyildir. Hansı ki,
bir məkandan başqa bir məkana gedərkən, əvvəlki məkan ondan boşalır (yəni, o,
artıq, həmin məkanda olmur). Lakin, Onun (Allahın) dünya səmasına nazil olması,
yerdəyişmə və hərəkət ilə deyildir. Necə ki, O (Allah), ərşin üzərində səmanın
yeddinci qatında olarkən, həmçinin, dünya səmasında da olur. O (Allah) yalnız,
əzəmətindən kəşf (aşkar) edilir, özü istədiyi kimi, övliyalarını (vəlilərini,
dostlarını) görür və qüdrətindən istədiyinə kəşf edir (verir). Onun (Allahın)
nəzəri həm yaxında olan və həm də uzaqda olan üçün, bərabərdir". (Əs-Saduq
"Ət-Tövhid" (Səh. 248). Çap edilmiş nüsxədə, soruşanın axırıncı
sorusu yoxdur. Bu: "... O (Allah), dünya səmasına nazil olur?". Bunun
üzərinə, Əbu Abdulla (Cəfər əs-Sadiq) (əs) deyir: "Biz deyirik ki:
"Bu barədə gələn rəvayətlər və xəbərlər səhihdir ..." hissəsidir.
Biz, bunu, Muhəmməd Baqir əl-Məclisinin "Biharul-ənvər" kitabından
(3\səh. 331) "kitabut-tövhid" 14-üncü babdan (fəsildən) təsbit
etdik).
2)
Əl-Kuleyni özünün "əl-Kafi" kitabının "tövhid
kitabı"-nda isnadı Muhəmməd bin İsadan olan rəvayətdə demişdir:
"Əbul-Həsən Əli bin Muhəmmədə (əs) (bir yazı) yazdım ki: "Ey
seyyidim! (burada) bizə rəvayət edirlər ki, bəs, Allah bir yerdə olmaq və başqa
bir yerdə olmamaqla ərşin üzərinə, istiva etmişdir və O (Allah), hər gecənin
axırıncı yarısında dünya səmasına nazil olur. Rəvayət edilir ki, O (Allah)
ərəfə gününün gecəsi (səmadan) nazil olur və sonra da, öz yerinə qayıdır. Bunda, bəzi (elmə) malik olanlar
deyirlər ki: "Əgər, O (Allah), bir yerdə olub, başqa bir yerdə olmadığı
zaman, artıq, havaya qarışır. Hava yüngül cismdir və Onun (Allahın havaya)
qarışması, Onun qədəri ilə hər şeyin ona qarışmasıdır. Bu misala görə, onlar
Cəlil və səna sahibi olan Allah necə qarışır?". Buna cavab olaraq,
Əbul-Həsən Əli bin Muhəmməd (əs) dedi: "Bunun elmi, Onun (Allahın)
nəzdindədir. O, bunun qədərini təyin etmiş və O, nə qədər də qədəri gözəl təyin
edəndir. Bil ki, O (Allah), dünya səmasında olduğu zaman, O (Allah) ərşin
üzərində olduğu kimidir. Hər şey Onun üçün, -- həm elm olaraq, həm qüdrət
olaraq, həm mülk olaraq və həm də, əhatə etmək olaraq bərabərdir".
(Əl-Kuleyni "Usul min əl-Kafi" "Kitabut-tövhid",
"Babul-hərəkəti vəl-intiqal" 4-üncü hədis (1\səh. 126)
3)
Hətta
tanınmış təfsir alimi
Əllamə Muhamməd Hüseyn Təbətabai öz təfisirində, əl-Mizan fi Təfsir il Quranda
belə deyir: "Sonra ərşə çəkildi" ifadəsindən anlaşıldığına görə ərş,
varlıq aləmində var olan bir məqamdır, hadisələrin və inkişafın idarəsi bu
məqamda toplanır, necə ki ölkənin bütün işləri hökmdarın taxtında
toplanır" (Ər-Əraf surəsi, 54-cü ayənin təfsiri).
4)
Allah Hüseynin (r. a)
qəbrini ziyarət edir, onunla əl ilə görüşür və onunla çarpayıda oturur.("Səhih
fəthul abrar”, cild 2, səh. 140;
"Dəvətül imamə”, səh. 78: "Mədinətul Məaciz”, cild 3, səh. 460, bab 25, rəvayət
980.)
5) "Allahın yerə imamların qəbirlərini ziyarət etməsi üçün nazil olması
(enməsi)”.("Təhzib”, cild 6, səh. 21, bab "fadlu ziyara”: "Füru əl-Kafi”, cild 4, səh.
579-580, bab "əz-ziyara və savabuhə”: Muhyiddin, "Kitabul Məzar”, səh. 30, bab
"ziyaratul əmirul muminin” və s.)
Vassalamu alekum va rahmatullahi va barakatuhu!
Topladı:
Əli Zülfüqar
|