Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19629 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (16748 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (13827 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9576 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9099 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2010 » İyul » 19 » Saqqal
    Saqqal
    14:38

    Bilindiyi kimi bu gün çox müsəlmanlar saqqal qırxmaq xəstəliyinə tutulmuşlar. İslam ümmətinin tarixində belə bir şey görünməmiş, müsəlmanların hidayət imamlarından saqqalını qırxan bir fərd də belə yoxdur. Bu sapıq adət bizə kafirlərdən və ya aramızdan kafirlərin ölkələrinə gedib, saleh keçmişlərin yolundan üz çevirərək özlərini təmamən onlara bənzədən, özlərinə möminlərin yolundan başqa yollar seçən kimsələr vasitəsiylə girmişdir. «Peyğəmbər sizə nə verirsə onu götürün, nəyi qadağan edirsə, ondan əl çəkin. Allahdan qorxun. Həqiqətən, Allahın cəzası çox şüddətlidir» (əl-Həşr 7) İbn Kəsir – rahmətullahi aleyhi – deyir ki: «Sizə nə əmr edirsə onu yerinə yetirin və sizə hər nəyi qadağan edərsə ondan uzaq durun. Çünki o, ancaq xeyirli olanı əmr edir və ancaq şər olanı qadağan edir» «Hər kəs özünə doğru yol aşkar olduqdan sonra Peyğəmbərlərdən üz döndərib möminlərdən qeyrisinin yoluna uyarsa, onu istədiyi (özünün yönəldiyi) yola yönəldər və Cəhənnəmə varid edərik. Ora necə də pis yerdir» (ən-Nisa 1154) «Allah və Peyğəmbəri bir işi hökm etdiyi zaman heç bir mömin kişiyə və qadına öz işlərində başqa yol seçmək yaraşmaz. Allah və onun Peyğəmbərinə asi olan şəxs şübhəsiz ki, haqq yoldan açıq-aydın azmışdır» (əl-Əhzab 36) «Aralarında hökm vermək üçün Allahın və Peyğəmbərinin yanına çağrıldıqları zaman möminlərin sözü ancaq eşitdik və itaət etdik deməkdən ibarətdir. Nicat tapanlar da məhz onlardır» (ən-Nur 51)

    SAQQAL – Bığdan başqa, çənə, iki çənə sümüyünün altı, iki yanaq və boyunun iki yanında bitən üz tükləri saqqal adlanır. Saqqal saxlamaq hər bir həddi buluğa çatan müsəlman kişi üçün fərzdir. İbn Ömər – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Bığlarınızı qısaldın və saqqalınızı uzadın (buraxın)» ( Buxari 5893, Müslim 259)

    KAFİRLƏRƏ BƏNZƏMƏK – Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Şirk əhli bığlarını uzadır və saqqallarını qırxırlar. Onlara müxalif olun. Saqqalınızı uzadın və bığlarınızı qısaldın» (Heysəmi «Məctəuz zəvaid» 5/166) Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – səllallahu aleyhi və səlləm – buyurdu: «Saqqalınızı uzadın və bığlarınızı qısaldın. Yəhudi və Nəsranilərə oxşamayın» (Əhməd «Musnəd» 2/356) İbn Ömər – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – səllallahu aleyhi və səlləm – buyurdu: «Müşriklərə müxalif olun. Saqqalı uzadın və bıqları qısaldın» (Buxari 5892, Müslim 259) Peyğəmbər – səllallahu aleyhi və səlləm – saqqal qırxmağın müşriklərin adəti olduğunu və müsəlmanları onlara müxalif olmalarını əmr etmələrini və onlara bənzəməməklərini bildirmişdir. Peyğəmbər – səllallahu aleyhi və səlləm – buyurdu: «Kim bir qövmə bənzəməyə çalışarsa o, da onlardandır» (Səhih Əbu Davud) Peyğəmbər – səllallahu aleyhi və səlləm – buyurdu: «Başqasının sünnəti (adət ənənələri) ilə əməl edən bizdən deyildir» (Səhihul Cəmi 5439)

    Bir Məcusi Peyğəmbər - səllallahu aleyhi və səlləm – in yanına gəlir. Onun saqqalı qırxılmış və bığları uzadılmış vəziyyətdə idi. Peyğəmbər: «Bu nədir?» deyə buyurdu. O: «Bu bizim dinimizdir» dedi. Peyğəmbər: «Lakin bizim dinimizdə bığlarımız qısaldılır və saqqalımız uzadılır». (İbn Əbi Şeybə «Musənnəf») Kisranın Peyğəmbər – səllallahu aleyhi və səlləm – in yanına göndərdiyi iki elçisinin ikisi də saqqallarını kəsmiş və bığlarını uzatmışdılar. Peyğəmbər – səllallahu aleyhi və səlləm – bu insanlar üzünə də baxmaq istəmədi və onlara: «Vay sizin halınıza! Sizə bunu kim əmr etmişdir» deyə buyurdu. Onlar: «Bizə bunu Rəbbimiz (yəni Kisra) əmr etmişdir» dedilər. Peyğəmbər: «Lakin Rəbbim mənə saqqalımı uzatmağımı və bığlarımı qısaltmağı əmr etmişdir» deyə buyurdu. (İbn Cərir ət-Təbəri). Vay Saqqalını qırxan müsəlmanın halına. Peyğəmbər – səllallahu aleyhi və səlləm –onun üzünə baxmaqdan çəkinirsə o, nə cavab verəcəkdir? Hətta üzünü ona belə deyərək çevirərsə nə cavab verəcəkdir? «Vay sənin halına! Sənə bunu kim əmr etmişdir».

    Saqqal saxlamaq Peyğəmbər – səllallahu aleyhi və səlləm – in əmridir. Əmrə uyan savab, uymayan isə cəza görür. «Allaha və Onun Peyğəmbərinə asi olanları Cəhənnəm odu gözləyir. Onlar orada həmişəlik qalacaqlar». (əl-Cinn 23). Peyğəmbər – səllallahu aleyhi və səlləm – isə uzun və gur saqqalı idi.

    QADINLARA BƏNZƏMƏK – Açıq- aydın bir həqiqətdir ki, Allah kişiləri qadınlardan fərqli olaraq yaratmışdır. Bu fərqlərdən biri də saqqaldır. Bunun qırxılmasında kişilərin qadınlara bənzəməsi meydana gəlir. Kişilərdən qadınlara bənzəmək istəyənləri isə Peyğəmbər – səllallahu aleyhi və səlləm – dili ilə lənətlənmişdir. Peyğəmbər – səllallahu aleyhi və səlləm – buyurdu: «Kişilərdən qadınlara bənzəməyə çalışanlar lənətlənmişlər» (Buxari) Saqqalın kişilər üçün bir çox faydaları vardır ki, bunlardan: Kişinin zinətidir, kişini heybətli edir, qadından fərqləndirir və s.

    SAQQALIN QIRXILMASI FİTRƏTƏ MÜXALİFDİR - (Ya Muhəmməd!) Üzünü Allahın pak dininə tərəf tut. Allah fitrəti ilə insanları fitrət üzərə yaratmışdır». (ər-Rum 30)

    FİTRƏT - Sünnət. Yəni Allahın insanları yaratdığı saf, təmiz halı. Fitrətin əsli – xilqətin (yaradılışın) başlanğıcıdır. İbn Əsir – rahmətullahi aleyhi – deyir ki: Fitrət Peyğəmbər – səllallahu aleyhi və səlləm – in əməl etmək üçün əmr etdikləri sünnətlərdir» (ən-Nəhayə 3/257) Peyğəmbər – səllallahu aleyhi və səlləm – buyurdu: «On şey fitrətdəndir: Bığları qısaltmaq və saqqalı uzatmaq…» (Müslim «Təharət» 56, Tirmizi 2757)

    ALLAHIN YARATDIĞINI DƏYİŞDİRMƏK - «Allah ona lənət etdi. O, isə dedi: «Əlbəttə mən sənin bəndələrindən müəyyən qismini ələ alacağam. Onları hökmən sapdıracağam, xülyalara salacaq, heyvanların qulaqlarını kəsməyi və Allahın yaratdıqlarına dəyişikliklər verməyi əmr edəcəyəm. Allahı atıb şeytanı özünə dost tutan şəxs əlbəttə açıq-aşkar ziyana uğramışdır» (ən-Nisa 118,119) «Allahın xəlqini (xəlq etdiyi sifəti) dəyişmək olmaz» (ər-Rum 30) Bu dəlillər açıq-aydın, şəri bir izn olmadan Allahın yaratdığını dəyişdirməyin, şeytanın əmrinə itaət olduğunu göstərməkdədir. Saqqalı qırxmaq isə şeytanın sevdiyi və əmr etdiyi bir yaradılışı pozma əmri olduğuna heç bir şübhə yoxdur.

    Abdullah b. Məsud – radıyallahu anhu – deyir ki: «Allah döymə (nakolka) döyən, döymə döydürən, qaşlarını aldıranlara, gözəllik üçün Uca Allahın xilqətini (Allahın verdiyi surəti) dəyişdirərək dişlərini hamarlandıraraq incəldən qadınlara lənət etmişdir. Bu sözlər Abdullahın evində olan Umm Yaqub kimi tanınan Əsəd övladlarından olan bir qadına çatdı. Abdullahın yanına gələrək belə dedi: «Mənə xəbər verildiyinə görə sən filan-filan sözləri demisən». Abdullah: «Peyğəmbərin – səllallahu aleyhi və səlləm – in lənət etdiyi və Uca Allahın Kitabında da (lənətlə) yad edilmiş kimsələri mənə nəyə görə lənətləməməliyəm?» Qadın: «Məndə heç şübhə yoxdur ki, Quranı başdan axıra qədər oxumuşam və bilirəm. Sənin bu dediyini orada görməmişəm». Abdullah: «Əgər sən Quranı həqiqətən oxumuş olsaydın onu tapardın və: «Peyğəmbər sizə nə verirsə onu götürün, nəyi qadağan edirsə, ondan əl çəkin» buyurduğunu orada oxumamısanmı?». Qadın oxuduğunu təsdiq etdikdə, Abdullah dedi: «Peyğəmbərin- səllallahu aleyhi və səlləm – bu dediklərini qadağan etmişdir». Qadın: «Məncə sənin ailən də bunu edir» dedi. Abdullah: «Get, bax! dedi. Qadın getdi, lakin dediyi kimi bir şey görmədi. O, qayıdaraq: «Xeyr, dediyim kimi bir şey görmədim, deyincə, Abdullah: «Əgər dediyim kimi olsaydı bizimlə birlikdə olmazdılar» (Buxari, Müslim, İbn Kəsir 4/336)

    Saqqal qırxmaq da gözəllik üçün Allahın yaratdığını pozmaqdır. Saqqal qırxmaq Allahın yaratdığına etiraz etmək deməkdir və bu əməl də yuxarıda qeyd olunduğu kimi lənəti gətirən səbəblərdəndir. Çünki Allah insanı ən gözəl, mükəmməl bir surətdə yaratmışdır. «Sizə surət verdi və surətlərinizi gözəl yaratdı» (ət-Təğabun 3) «Biz Adəm övladını şərəfli və hörmətli elədik» (əl-İsra 70) «Biz insanı ən gözəl biçimdə yaratdıq» (ət-Tin 4) «Bu hər şeyi yerli-yerində edən Allahın gördüyü işdir» (ən-Nəhl 88) Şübhəsiz ki, saqqalın kəsilməsi (qırxılması) bu böyük neməti inkar etmək mənasına gəlir.

    İMAMLARIN BU HAQDA SÖZLƏRİ - «Ey anam oğlu! Saçımdan, saqqalımdan tutma. Doğrusu sənin: «İsrail oğulları arasında ayrılıq saldın, sözümə baxmadın! – deyəcəyindən qorxdum»(Ta Ha 94) Şingiti – rahmətullahi aleyhi – deyir ki: «Bu ayə saqqalın saxlanılmasının lazım olduğunu bildirən ayədir». Cabir b. Səmura deyir ki: «Peyğəmbər – səllallahu aleyhi və səlləm – zöhr və əsr namazlarında Quran oxumasını saqqalının tərpənməsindən bilirdilər. Əbu Bəkr, Ömər, Osman və Əli (Allah ondan razı olsun) saqqallarının çox və sız olduğu qeyd edilmişdir. (Quvvətul Qulub 4/9, İbn Həcər Əsqəlani «İsabə» 2/511, 2/455, İbn Sad «Təbəqat» 3/25,58). İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: «Səhih hədislərdən bilindiyinə görə saqqal qırxmaq haramdır. Kimsə mübah görməmişdir». (İhtiyaratul İlmiyyə). Hənəfilərdən İbn Abidin – rahmətullahi aleyhi – deyir ki: «Kişinin saqqalını qırxması haramdır». (Rəddul Muhtar). İmam Şafii – rahmətullahi aleyhi – deyir ki: «Saqqal qırxmaq haramdır». (əl-Umm). İbn Abdul Bərr – rahmətullahi aleyhi – deyir ki: «Saqqal qırxmaq haramdır və bunu kişilərdən qadınlara bənzəyənlərdən başqası etməz». (Təmhid). Cəmi Zeynu (Allah ondan razı olsun) deyir ki, Məkkədə Məscidul haramda dərs deyirdim. Hacılara Peyğəmbər – səllallahu aleyhi və səlləm – in saqqal saxlamağı və bığları qısaltmağı tövsiyə edirdim. Dərsdə olanlardan bir nəfər ayağa qalxaraq məndən bunun vacibliyinə dair Qurani Kərimdən dəlil gətirməməyi xahiş etdi. Mən də ona: «Peyğəmbər sizə nə verirsə onu götürün, nəyi qadağan edirsə, ondan əl çəkin» ayəsini oxu dedim və sonra Peyğəmbər – səllallahu aleyhi və səlləm - in saqqal saxlamağı əmri vardır» dedim. O, da: «Doğru söylədin» dedi.


    Bölmə: İSLAM MƏQALƏLƏRİ | Əlavə etdi: azik30 | Baxılıb: 2100 | Tarix: 24.04.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 4
    04.02.2013
    4. Zafer (QARDAS) [Məqalə]
    Esselamu aleykum Qardas burda saqqal barede oxudum Allah razi olsun sizden,sadece 1 soru takildi kafama ,saqqal buraxmaq farzdi ya sunne? Xahis edirem cevablayasiz. Esselamu aleykum ve rahmetullahi ve berekatu

    08.08.2010
    3. Orxan (Shakh) [Məqalə]
    tesekkur.Allah razi olsun

    19.07.2010
    2. Aishe (Aishe95) [Məqalə]
    Bunu meqaleni oxuandan sonra ,yeqin ki, insanlar ne qeder sehv etdiklerini anlayarlar. Allah bele insanlara hidayet versin!

    19.07.2010
    1. ABDULLAH (Selef) [Məqalə]
    MASHALLAH

    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Loqin:
    Şifrə:
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  İyul 2010  »
    BeÇaÇCaCŞB
       1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 1
    Qonaqlar: 1
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru