Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19921 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (17089 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (14154 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9945 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9361 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2011 » Aprel » 28 » SƏQƏLEYN HƏDİSİ-5
    SƏQƏLEYN HƏDİSİ-5
    00:59


                Ümumiyyətlə şiə məzhəbində hədis elmi olmayıb. Onlar, hədislərin ağına-bozuna baxmadan, hədisin ravilərini araşdırmadan, necə gəldi qəbul ediblər. Şübhəsiz ki, bu elm, əhli-sünnətə məxsus bir elmdir. Daha sonra onlar, əhli-sünnətə baxaraq bu elmə girişdilər və nəticədə də onların bütün hədisləri zəif və uydurma çıxdı.

    Şiənin ən məhşur və ən qabaqcıl mühəddislərindən biri olan Hurr əl-Amili demişdir: "Yeni istilahlar (yəni hədisləri "səhih” və "zəif” kimi növlərə ayırmaq) əhli-sünnətin etiqadına və qaydalarına müvafiqdir. Hətta bu elm onların kitablarından götürül-müşdür.” ("Vəsailuş-şiə” 20/100 və ya 30/260).

                Həmçinin o demişdir: "Məlum olduğu kimi, bu istilahlar Alləmənin (yəni ibn Mutahhar əl-Hillinin) və ya onun şeyxi Əhməd ibn Tavusun zamanında ortaya çıxmış-dır.”  ("Vəsailuş-şiə” 20/102 və ya 30/262)

                Yusuf əl-Bəhrani də bunu təstiqləmişdir ki, hədisləri "səhih” və "zəif” kimi növ-lərə ayıran ilk şiə alimləri İbn Mutahhar və onun ustadı ibn Tavus olmuşdur. ("əl-Hədaiqun-Nədira”1/53)

                Şiələr, hədisləri növlərə ayırmağı əhli-sünnətin kitablarından öyrəndiyi kimi hədis-lərdən hökm çıxarmaq qaydalarını da əhli-sünnətdən öyrənmişdir.

                Şiə alimi əl-Hairi demişdir: "Heç bir şübhə yeri olmadan məlumdur ki, bizim alim-lərimizdən Şəhidus-sənidən qabaq dirayətul-hədisə (hədisdən hökm çıxarmağın qaydala-rından bəhs edən bir elmdir)  dair kitab yazan olmayıb. Bu elm də əhli-sünnətin elmlərin-dəndir.” ("Muqtəbisul-əsər” 3/73)

                Bəs, nə üçün şiələr də hədis elminə girişdilər?

                Cavab: Əhli-sünnət hədisin sənədinə və doğruluğuna fikir verirdi. Bu səbəbdən də şiələr daima əhli-sünnətin yanında gözü kölgəli idi. Çünki onlar da hədis elmi mövcud deyildi və hədisləri necə gəldi qəbul edirdilər. Bu səbəbdən də onlar, əhli-sünnətin qınağından qurtulmaq üçün bu elmə girişdilər. Ancaq heç bir faydası olmadı.  (Bax! "Vəsailuş-şiə! 20/100 və ya 30/258)

                Faydası ona görə olmadı ki, onların rəvayətləri əhli-beytdən nəql olunmayıb. Yuxarıda da qeyd etdiyim kimi, raviləri yalançı və hədis uyduranlardır. Bu səbəbdən də onların "rical” kitabları ixtilaf və ziddiyətlərlə doludur. Bunu onların böyük alimi olan Feyz əl-Kaşani də etiraf etmişdir. (Bax! "əl-Vafi” 1/11-12)

                Hurr əl-Amili özü də etiraf edir ki, şiə alimlərinin əhli-sünnətə baxaraq hədisləri zəif-səhihə ayırmaları boş və əbəs bir şeydir: "Şeyx (ət-Tusi) çox vaxt hədisin ravisinin zəif olduğuna görə, hədisi də zəif sayır...Ancaq Şeyxin hədisləri bu səbəbdən ötrü, yəni ravisinin zəifliyindən ötrü zəif sayması qeyri-həqiqi bir şeydir... Məsələn, (Tusi) deyir ki: "Bu ravi zəif olduğuna görə, onun rəvayət etdiyi hədis də zəifdir”. Sonra biz görürük ki, o, başqa bir yerdə elə bu zəif ravinin rəvayəti ilə əməl edir. Hətta, bəzi yerlərdə ondan da zəif olan ravini qəbul edir. Çox yerdə hədisi Mürsəl olduğuna görə (yəni sənədi tam olmadığına görə) zəif sayır, sonra elə özü (başqa bir yerdə) Mürsəl hədisi dəlil gətirir. Hətta o, çox vaxt sənədi qırıq (mürsəl) və zəif rəvayətləri qəbul edir, amma Müsnəd (sənədi tam) və raviləri güclü olan hədisləri isə rədd edir.”  (Bax! "Vəsailuş-şiə! 20/111 və ya 30/279).

                Hurr əl-Amili şiənin hədisləri barədə demişdir: "Əgər hədislərimiz (hədis elminin qaydaları əsasında) araşdırılsa, hamısı zəif çıxacaqdır.” (Bax! "Vəsailuş-şiə 30/260)

                Nə üçün?

                Cavab: Çünki bir hədisin səhih ola bilməsi üçün ilk növbədə o hədisi rəvayət edən ravilərin adil olmaları şərtdir. Şiənin hədislərini isə yuxarıda da qeyd etdiyim kimi məlun (lənətlənmiş) və kəzzab (yalançı) ravilər rəvayət etmişdir. Hurr əl-Amili deyir: "Yeni istilahların (yəni hədis elminin) əhli, hədisin ravisinin adil olmasını şərt qoşmuşdur. Elə bu şərtə görə də bizim bütün hədislərimiz zəyif çıxır. Çünki nadir hallarda ravinin adil olub-olmaması bilinir.” (Bax! "Vəsailuş-şiə 30/260) Bu, böyük bir şiə aliminin öz hədislərinə verdiyi şəhadətidir.

                Bu günümüzdə də vəziyyət fərqli deyil. Bunu əhli-sünnətin və şiələrin (daha doğrusu müsəlmanların və şiələrin) kitablarını oxuyan hər kəs görə bilər. Əhli-sünnətə məxsus kiçik həcmli bir kitabça da olsa, orada qeyd olunan bütün hədislərin mənbələri, etibarlılığı (səhih olub-olmaması) mütləq göstərilir. Ancaq belə şeylərə şiə kitablarında rast gəlmək çox çətindir.

     

    Nəticə

                Sonda bu risaləni, yaşadığım iki hadisəni qeyd etməklə bitirmək istəyirəm. Mən şiələrdən birinə belə bir sual vermişdim: "Əhli-beytdən ən çox hədis nəql edən raviniz kimdir?” O dedi: "Zurarə ibn Əyun və başqaları...” Mən dedim: "Mən nə bilim ki, Zurarə hədis uyduran olub, yoxsa doğru danışan?” O isə: "Bunun üçün rical kitablarına baxmaq kifayətdir” dedi. Mən dedim: "Mən artıq şiənin ən əsas rical kitabına – Ricalul-Kəşşiyə baxmışam. Orada imamlar Zurarəni gah tərifləyir və bir çox yerdə isə lənətləyir.” Şiə dedi: "O sözlər təqiyyə ilə deyilib.” Mən təəccüb edərək dedim: "Sizin rical kitablarınıza da təqiyyə (yalan) giribsə, sizə deyəcəyim başqa sözüm yoxdur.”

                İkinci bir hadisə, yenə də bu şiə ilə aramda olan söhbət zamanı baş verdi. Belə ki, mən ona "Muhəmmədə nazil olan Quran, 17 min ayə idi” hədisini deyəndə, o, bu hədisin uydurma olduğunu söylədi. Mən dedim: "Hədislərin səhih və zəif olmasını kim ayırd edir?” O dedi: "Hədis alimləri.” Mən də ondan soruşdum ki: "Şiə məzhəbinin əsas və mötəbər hədisçiləri kimlərdir?” O, Məclisinin adını çəkdi. Mən də: "Axı Məclisi "Miratul-Uqul”da bu hədisi doğru sayıb” deyəndə, o cavab verdi ki: "Məclisi bu hədisi səhih saysa da, bu hədis Qurana ziddir.” Bu zaman mənim ona cavabım belə oldu: "Axı bu hədisi rəvayət edən ravilərin hamısı sizin rical kitablarınızda təriflənmiş ravilərdir. Bəs necə oldu ki, ən sağlam raviləriniz İmam Cəfərin dilindən Qurana zidd olan belə bir şeyi nəql ediblər.”

                Bir sözlə şiələr üçün hədisin səhihliyi və ravilərin doğruluğu önəmli deyil. Onlar üçün önəmli olan hədisin öz istəklərinə uyğun olmasıdır. Bütün bunlardan sonra, onlar SƏQƏLEYN hədisini necə dəlil olaraq irəli sürə bilərlər?

     

     

     

     

                                                                                                                abuzeyd-selefi@mail.ru



    [1] H.1111-ci ildə vəfat etmişdir. "Biharul-Ənvər”, "Miratul-Uqul fi-şərhi əxbərir-Rəsul”, Cilə-ul-Uyun”, "Əl-Ərbəin”, "Haqqul-Yəqin” və başqa bir çox əsərin müəllifidir. Onun böyük bir hədis-çi və fəqih bir alim olmasında heç bir şiə alimi ixtilaf etməmişdir. O, öz zamanında ən böyük şiə alimi idi. Onun bioqrafiyası üçün bu kitablara müraciət edin! Ərdəbili "Cəmiur-Rəvat”2/78-79, Məməqani "Tənqihul-Məqal”2/85, Hurr Amili "Əməlul-Amil”2/248.

    [2] Şiələrin əhli-beytdən saydıqları on dörd nəfər: Peyğəmbər, qızı Fatimə, Əli, Həsən, Hüseyn, Əli əz-Zeynulabidin, Muhəmməd əl-Bəqir, Cəfər əs-Sadiq, Musa əl-Kazım, Əli ər-Rda, Muhəmməd əl-Cəvad, Əli əl-Hədi, Həsən əl-Əskəri və Muhəmməd əl-Mehdi.

    [3] Yəni: Əbu Bəkr, Ömər, Osman və Əli (Allah onlardan razı olsun!).

    [4] 4 şəzz qiraət məqbul qiraət sayılmır. Bu qiraətlər ilə namazda Quran oxuna bilməz. Qiraətin məqbul sayılması üçün bu üç şərtin bir yerdə olması labüddür:

    a. Ayə və surənin Peyğəmbərə qədər çatan sənədinin səhih və mütəvatir (çoxsaylı) olması;

    b. Osman (r.a)  tərəfindən çoxaldılan və ümmətin icma etdiyi Quran nüsxələrinə uyğun olması;

    c. Ərəb dilinə uyğun olması.

    On qiraət bütün bu şərtləri özündə cəm etdiyi üçün səhih (doğru) və məqbul qiraət adlanmışdır. Bu on qiraətdən hər biri ilə Quran oxumaq olar.

    [5] Yuxarıda da qeyd etdiyim kimi Quranın ilk dəfə yazıb çoxaldılması Osmanın xilafəti zamanı baş vermişdir. Bu nüsxələr Osman (r.a) tərəfindən hər biri bir Quran ustadı ilə birlikdə Küfə, Bəsrə və Şam şəhərlərinə göndərildi. Bir nüsxədə Mədinədə saxlanıldı. Çoxaldılan bu Quran nüsxələrində hərflərin nöqtə və hərəkələri yox idi. Bəs o zaman insanlar nöqtəsiz və hərəkəsiz Quranı necə oxuyurdular? Yer üzərində barmaqla sayılacaq bu qədər az Quran nüsxəsi olduğu halda insanlar necə Quranı uxuyur və necə onu əzbərləyirdilər? Quranı tam olaraq əzbər bilən minlərlə hafiz necə əmələ gəlirdi? Bütün bu sualların cavabı belədir: Peyğəmbər (saləllahu aleyhi və səlləm) zamanında Quranın nazil olan hər ayəsi onun əshabı tərəfindən əzbərlənirdi. Onların övladlarıda Quranı öz böyüklərinin dilindən əzbərləyirdilər. Yəni Quran müshəflərdən (yəni Quran nüsxələrindən) yox, dillərdən götürülürdü. Bu cür əzbərləmə metoduna "əl-Müşafəhə” və ya "əs-Səma” deyilir. Beləcə Quranın on müxtəlif oxunuş forması əmələ gəldi ki, bu formaların hamısı da Peyğəmbər (saləllahu aleyhi və səlləm) tərəfindən əshabına öyrədilmişdir. Bu on qarinin hər biri bir qiraət formasını tabiinlərdən (yəni səhabələrin tələbələrindən) və tabiinlər də Peyğəmbərin əshabından öyrənmişdirlər. Daha sonralar bu qiraətlər bu on qarinin vasitəsi ilə gələcək nəsillərə ötürüldüyündən, bu on qarinin adı ilə məhşurlaşmış və onların adları ilə adlandırılmışdır. Quranı bu on qarinin hər birisindən də iki tələbəsi nəql etmişdir. Bu gün yer üzərində ən çox oxunan qiraət, Həfsin öz ustadı İmam Asimdən nəql etdiyi qiraətdir. Demək olar ki, Quran-i Kərim dünyanın hər yerində bu qiraətlə oxunur. İmam Asim də Quran qiraətini Abdullah ibn Həbib əs-Süləmidən və Zirr ibn Hubeyşdən, onlar isə Osman, Əli, ibn Məsud, Ubey ibn Kəb və Zeyd ibn Sabitdən, bu beş səhabə isə Peyğəmbərdən (saləllahu aleyhi və səlləm) rəvayət etmişlər. Bu gün Quran nüsxələrinin əksəriyyəti Asim qiraətinə görə hərəkələnir. Ancaq digər qiraətlərdə də Quran nüsxələri çap olunmaqdadır.

     

    [6] Hicri 307-ci ildə vəfat etmişdir. "Təfsirul-Qummi” adı ilə məhşurlaşan təfsirin müəllifidir. Məclisi onun haqqında belə deyir: "Əli ibn İbrahim ibn  Həşim Əbul-Həsən əl-Qummi imamilərin ən dəyərli ravilərindən və ən böyük şeyxlərindəndir. Bütün tərcümeyi-hallar onun dəyəri və etibarlılığı üzərində ittifaq halındadır.” Rical alimi Nəcaşi "əl-Fihrist”də demişdir: "Hədisdə doğrucul, nüfuzu təstiqlənmiş və düzgün məzhəbli birisidir.” (Bax! "Müqəddimətul-Bihar” səh.128.) Həmçinin onun təfsiri haqqında belə deyilmişdir: "Əli ibn İbrahim əl-Qummi Kuleyninin ən dəyərli şeyxlərindən birisidir. Heç şübhəsiz ki, onun əlimizdə olan təfsiri bizə çatan ən qədim təfsirlərdəndir. Bu təfsir iki doğrucul adamın (Bəqir və Cəfər) əleyhissəlamın təfsiridir.” (İxtisarla nəql etdim. Bax! "Tabaqatu əaləmuş-şiə” (4-cü əsr) səh.167. "Əz-Zəria” 4/302. "Muqəddimətu Təfsiril-Qummi” Şeyx Musəvi əl-Cəzairinin qələmi ilə səh.14-16.)

    [7] H.328-ci ildə vəfat etmişdir. Şiə məzhəbinin ən dəyərli kitabı olan "Kitabul-Kafi”nin müəllifidir. Onun barəsində Şeyx Tusi demişdir: "Hədisdə alim idi...” ( "Ricəl ət-Tusi”səh.495.) Ərdəbili demişdir: "Hədisdə insanların ən doğruculu idi. Kitabul-Kafini iyirmi ilə yazmışdır.” ("Cəmiur-Ruvat” 2/218. Hilli səh.145). Ağabozork ət-Tehrani demişdir: "Əl-Kafi, hədisdə etimad olunan əsas dörd kitabın ən dəyərlisidir. Rəsulullahın ailəsindən nəql olunmuş rəvayətləri onun kimi yazan olmamışdır.” ("Əz-Zəria”17/245) Onun bu kitabı haqqında həmçinin belə deyilmişdir: "O, İslami kitabların ən dəyərlisi, imamilərin əsərlərinin ən əzəmətlisidir. Əl-Əstərabadi deyirki; biz, şeyx və alimlərimizdən eşitdik ki, İslamda bu kitaba bərabər bir kitab yazılmamışdır.” (Bax!Abbas əl-Qummi "əl-Kunə vəl-əlqab” 3/98. "Mustədrəkul-Vəsail”3/532).

    [8] H.620-ci ildə vəfat etmişdir. "əl-İhticac” kitabının müəllifidir. Məclisi onun barəsində demişdir: "Şeyx Əbu Mənsur Əhməd ibn Əbi Talib ət-Təbərsi bizim dəyərli, qədim və doğrucul mühəddis olan fəzilətli alimlərimizdəndir və "Kitabul-İhticac”ın sahibidir.” (Müqəddimətu Biharil-Ənvər səh.140). Hur Amili də onun barəsində: "Fəzilət sahibi bir alim və doğrucul olan fəqih bir mühəddis idi” deyir.  (Əməlul-Amil 2/17 və Məməqani "Tənqihul-Məqal”1/69).

    [9] H.1111-ci ildə vəfat etmişdir. "Biharul-Ənvər”, "Miratul-Uqul fi-şərhi əxbərir-Rəsul”, "Ciləul-Uyun”, "Əl-Ərbəin”, "Haqqul-Yəqin” və bir çox əsərlərin müəllifidir. Onun böyük bir hədisçi və fəqih bir alim olmasında heç bir şiə alimi ixtilaf etməmişdir. O, öz zamanında ən böyük şiə alimi idi. Onun bioqrafiyası üçün bu kitablara müraciət edin! Ərdəbili "Cəmiur-Rəvat”2/78-79, Məməqani "Tənqihul-Məqal”2/85, Hur Amili "Əməlul-Amil”2/248.

    [10] Yəni, təhrif barədə olan hədisləri inkar etdikləri halda imamət barəsində olan hədisləri necə qəbul edirlər?Axı təhrif barəsində olan hədislər heçdə imamət haqqında olan xəbərlərdən az deyil!!!

    [11] Şiə alimlərinin bioqrafiyalarının yer aldığı "Ravdatul-Cənnət” əsərində Əbul-Həsən Amilinin ən böyük şiə fəqihlərindən olduğu qeyd edilir. Bütün şiə alimləri onu övmüş, onun elmini təqdir etmişdir. Həqiqətən də, o, şiənin fəxridir. (Onun bioqrafiyası üçün bu əsərlərə müraciət edin! Ağabozork ət-Tehrani "Əz-Zəria” 20/264. Yusuf Bəhrani "Lulutul-Bəhreyn” səh.107.)

    [12] "Məşariquş-Şumus əd-Durriyyə” kitabının müəllifidir. Ağabozorq ət-Tehrani onun barəsində belə deyir: "Mahir olan elm əhlindən və fəziləti kamil olanlardan biri idi...” (əz- Zəria 3/1265: ixtisarla nəql etdim.)

    [13] "Luluətul-Bəhreyn” və "əd-Durarun-Nəcəfiyyə” adlı kitabların müəllifidir. Hədisdə və fiqihdə mahir bir alim idi. Onun bioqrafiyası üçün bax! "Əyanuş-şiə” 10/317.

    [14] Şiənin böyük bir mühəddisi və kəlamçısıdır. N\hcul-Bələğanı şərh etmişdir. Onun bioqrafiyası üçün bax! Ravdatul-Cənnə 7/204.

    [15] Quranın təhrifinə dair etiqad, əslində şiələrin əsas etiqadlarından biridir. Ancaq onlar bu etiqada sahib olduqlarından ötrü tarix boyu müsəlmanlar tərəfindən təhqir edildiklərinə görə "Bu, bizə qarşı böhtan və yalandır” deməyə məcbur oldular.

    [16] Şiələrin qədim ən mötəbər dörd hədis kitabı:

    1. Muhəmməd ibn Yaqub əl-Kuleyninin "Kitabul-Kəfi” kitabı. İçərisində 16099 hədis var. Bu kitab üç hissədən; "Furu”, "Usul” və "ər-Rovda”dan ibarətdir.

    2. Muhəmməd ibn Babaveyh əl-Qumminin (Şeyx Saduq ləqəbi ilə tanınmışdır) "Mən lə yəhduruhul-fəqih” kitabı. 176 bölümdən, 9044 hədisdən ibarətdir.

    3. Muhəmməd ibn Həsən ət-Tusinin "Təhzibul-Əhkam” kitabı.

    4. Muhəmməd ibn Həsən ət-Tusinin "əl-İstibsar” kitabı.

    Şiələrin daha sonra yazılmış ən mötəbər dörd hədis kitabı:

    1. əl-Feyz əl-Kaşaninin "əl-Vafi” kitabı.

    2. Məclisinin "Biharul-ənvər” kitabı.

    3. Hurr əl-Amilinin "Vəsailuş-şiə” kitabı.

    4. Nuri ət-Təbərsinin"Mustədrəkul-vəsail” kitabı.

    [17] Əhli-sünnətin ən mötəbər altı hədis kitabı: Buxari və Müslimin "Səhih”ləri, Nəsai, Tirmizi, Əbu Davud və İbn Məcənin "Sünən”ləridir. Bu kitablara "Kutubi-sittə” (yəni altı kitab) deyilir. "Kutubi-tis`a”  (yəni doqquz kitab) deyildikdə, bu altı kitabdan əlavə İmam Əhmədin "Müsnəd”i, Dariminin "Sünən”i və İmam Məlikin "əl-Muvatta” adlı kitabı nəzərdə tutulur.

    [18] Belə bir hədis şiə kitablarında da nəql olunmuşdur. Əli (radiyallahu anh)  Muhəmməd ibn Əbu Bəkrə və Misir əhlinə dəstəmazın necə alınacağını bəyan edərək deyir: "Başınıza məsh çəkin, sonra sağ və sol ayaqlarınızı üç dəfə yuyun! Çünki mən Peyğəmbəri bu cür dəstəmaz alan gördüm.”  ("Müstədrək əl-vəsail” 1/44)   Əli deyir: "Dəstəmaz almaq üçün oturmuşdum. Elə bu vaxt Peyğəmbər (saləllahu aleyhi və səlləm) gəldi və mənə gözəl şəkildə dəstəmaz almağın qaydasını öyrətdi. Mən ayağımı yuduğum vaxt, o, (saləllahu aleyhi və səlləm) mənə dedi: "Ey Əli! Barmaqlarının arasını da yu ki, sənə cəhənnəm odu toxunmasın.” ("əl-İstibsar” 1/65-66, "Təhzib əl-əhkam” 1/93, "Vəsailuş-şiə”1/296-297)   İmam Cəfər dəstəmazı öyrədərkən demişdir: "Əgər başa məsh çəkməmiş ayaqları yusan, gərək qayıdıb başa məsh çəkəsən və sonra ayaqları yuyasan” (Kuleyni "Furu əl-Kəfi” 3/35, "Təhzib əl-əhkam” 1/99, "əl-İstibsar” 1/74, "Vəsailuş-şiə”1/318)

    [19] Əlidən nəql olunmuş bu hədis şiələrin bütün məzhəbləri tərəfindən də rəvayət olunmuşdur. "Zeydi” şiələrinin mənbəsi; "ər-Rovdun-nəzir şərhu məcmuul-fiqhil-kəbir” 4/23. "Cəfəri” şiələrinin mənbələri; "ət-Təhzib” 2/186, "əl-İstibsar” 3/142, "Vəsailuş-şiə” 14/441.  "İsmaili” şiələrinin mənbəsi: "Dəaimul-İsləm” 2/228-229 hədis no: 858.

    [20] Əlinin Ömər barədə olan zənnini Allah həqiqətə çevirdi. Sağlığında iki dostu ilə birlikdə olan Ömər, vəfat etdikdən sonra da onlarla birlikdə oldu. (Üçünün də qəbri bir yerdədir) Əli ibn Hüseyn (Zeynulabidin)-dən soruşdular: "Əbu Bəkr və Ömərin Peyğəmbərə yaxınlığı necədir?” İmam isə əli ilə peyğəmbərin qəbirlərinə işarə edərək dedi: "Onların peyğəmbərə olan yaxınlığı indiki kimi idi.” (Zəhəbi "Siyəru Aləmin-nübəla” 4/394-395)

    [21] Bu mənada olan hədislər şiələrin də kitablarında mövcuddur. Bunlardan bir neçəsini qeyd edirəm. Əli daima xütbələrində deyərdi: "Allahım! Raşidi xəlifələrini islah etdiyin kimi, bizi də islah et!” Ondan soruşanda ki, "Onlar kimlərdir?”, cavabında imam belə demişdir: "Onlar, iki sevimli, İslamın şeyxləri, hidayət rəhbərləri və peyğəmbərdən sonra özlərinə tabe olunan Qureyşin kişiləri – Əbu Bəkr və Ömərdir. Kim onlara tabe olsa qorunar, onların izi ilə gedən isə doğru yolda olar.” (Tusi "Təlxisuş-Şəfi” 2/428). Zeynulabidin əl-Həşr surəsinin 8-10 cu ayələri ilə Əbu Bəkr, Ömər və Osmanı müdafiə etmişdir. ("Kəşful-ğummə”2/291)  İmam əl-Bəqir demişdir: "Allah Əbu Bəkrə "Siddiq” (doğrucul) deməyənin sözünü nə bu dünyada, nə də axirətdə təmizə çıxarmaz.” ("Kəşful-ğummə”2/360)  Bir qadın Cəfərdən, Əbu Bəkr və Ömər barədə soruşur. İmam isə onları sevməyi və onları dost tutmağı tövsiyə edir.  (Kuleyni "Rovda əl-Kəfi” səh.88)  Əli ibn Musa ər-Rdadan, Peyğəmbərin "Mənim əshabıma dua edin!” hədisi və "Əshabım ulduzlar kimidir, onlardan birinə tabe olan haqqı tapar” hədisi barədə soruşdular. O isə cavabında; "Bu hədis səhihdir” dedi. (Qummi "Uyunu əxbər ər-Rda” 2/87)   Mühəmməd ibn Əli ər-Rda demişdir: "Mən Ömərin fəzilətini inkar etmirəm. Lakin, Əbu Bəkr Ömərdən də əfzəldir.” (əl-İhticac 2/479)

    [22] Görəsən, nə üçün daima Kərbəla şəhidləri üçün mərsiyyə, şer və qəzəllər oxuyan şiələr Əbu Bəkr ibn Əlinin, Ömər ibn Əlinin, Osman ibn Əlinin adlarını çəkmirlər?

    [23] Bax! Əhli-sünnətin kitablarından; Tarix ət-Təbəri 3/162, 343 və İbn Kəsir "əl-Bidayə vən-Nihayə” 8/189.   Şiə kitablarından; Əbul-Həsən Ərdəbili "Kəşful-Ğummə” cild.2 səh.64, 67-68, 90, 199, 217, 334 və cild.3 səh.10, 29, 60. Tarixul-Yaqubi 2/213, "əl-Fusulul-Muhimmə” səh.283.

    Təbərsi "Ə`ləmul-vəra” səh.203, Mufid "əl-İrşad” səh.186, Əbul-Fərəc Əsfəhani " Məqatilut-Talibin” səh.78, 83, 119, 142, 561-562. Məclisi "Ciləul-uyun” səh.182 və 582, "Biharul-ənvər” 42/120, Məsudi "ət-Tənbih vəl-İşraf” səh.263, "Ənvərun-Numaniyyə” 1/371 və.s.

    [24] Cəfər əs-Sadiqdən soruşurlar: "Əri ölmüş qadın öz evində qalmalıdır, yoxsa harada istəsə qala bilər?” İmam cavabında deyir: "Əlbəttə, harada istəsə. Əli, Ömər öləndən sonra Ümmü Gülsümün talağını alıb onu öz evinə gətirdi.” (Kuleyni "Furu əl-Kəfi” cild.2 səh.115 bəzi nüsxələrdə; səh.311) Buna bənzər bir rəvayəti də Tusi "Təhzibul-əhkam” kitabının "Qadınların iddəti” fəslində gətirir.  Ömərin Ümmü Gülsümdən övladları da olmuşdur. ("Təhzibul-əhkam”2/380 "Miras kitab”ında)

    [25] Qumda təhsil almış bir şiə ilə bu barədə söhbət etdikdə, o mənə belə dedi: "Ömər Əlini təhdid edib. Onu öldürtdürəcəyini və ya üzərinə oğurluq iftirası ataraq əlini kəsdirəcəyini deyib. Buna görə də Əli məcburiyyət qarşısında qalaraq qızını Ömərə verib.” Hətta İmam Cəfərin belə dediyini irəli sürdü: "Bu  (yəni Ümmü Gülsüm), bizim əlimizdən alınmış namusumuzdur.”  (Furu əl-Kəfi 2/141 "Ümmü Gülsümün ərə verilməsi” fəsli) Mənim isə ona cavabında belə dedim: "Sənin bu sözün Əliyə "namussuzluq” iftirası atmaqdır. Sözündən elə çıxır ki, Əli öz canının qorxusundan namusunu satıb. Həmçinin sənin bu sözün Əliyə "qorxaqlıq” iftirası atmaqdır. Necə olur ki, Əli bir qızına sahib çıxa bilmədi. Axı sizə görə Əli Peyğəmbərdən  (saləllahu aleyhi və səlləm) sonra bu ümmətin sahibi sayılır. Bir qızına sahib çıxa bilməyən, bu ümmətə nacə sahiblik edə bilər? Bax, beləcə, şiələr haqqı bilənlərin yanında gizli olmayan qüsurları əhli-beytə yamaq etmişlər.”

    [26] Buna oxşar bir hədisi şiə alimi Nuri Təbərsi "Mustədrəkul-vəsail” kitabında cild.2 səh.379-da qeyd etmişdir.

    [27] Şiə kitablarından: "əl-Kəfi”6/528, "Vəsailuş-şiə”3/211, "Biharul-ənvər”76/286.

    [28] Şiə kitablarında da qəbir üzərində qübbə və türbə tikmək, qəbirin üzərinə yazı yazmaq, qəbrə doğru və qəbir olan yerdə namaz qılmaq kimi şirkə vəsilə olan əməllərin haram olması barəsində əhli-beytdən kifayət qədər hədislər nəql olunmuşdur: "Mən lə yəhduruhul-fəqih”1/178, "İstibsar” 1/217, "Təhzibul-əhkam”1/461, "Müstədrəkul-vəsail” 2/347, "Vəsailuş-şiə”3/202, 210-211, 235 və 5/158, 161, "Biharul-ənvər” 73/159, 79/20, 80/313 və.s.

    [29] Məclisi kitabının həmin yerində imamların qəbrini ziyarət etməyin qaydasını açıqlayaraq deyir: "İmam Hüseynin qəbrini ziyarət zamanı, qəbrin baş tərəfində iki rəkət namaz qılırsan. Birinci rəkətdə Fatihə və Yasin surələrini, ikinci rəkətdə isə Fatihə və ər-Rəhman sürələrini oxuyursan. Əgər, istəsən qəbrin arxasında da qıla bilərsən, amma baş tərəfində qılmaq daha əfzəldir. Bu iki rəkəti qıldıqdan sonra nə qədər istəsən namaz qıla bilərsən...” Daha sonra o, imamların qəbrini ziyarət etmək üçün əvvəlcədən necə qüsul almağı, ziyarətkahın qapısının önündə durub dua etməyi, əl sürtməyi, öpməyi, ora necə daxil olmağı, qəbrə doğru namaz qılmağı və.s. bu kimi şirk əməlləri öyrədir.

    Sübhənallah!!! Daha şeytana nə qaldı? Onun vəzifəsini artıq Məclisi gördü. Şiə alimləri imamların qəbirlərini ziyarət etməyin qaydalarına dair bu cür kitablar çox yazıblar. Onlar, bu kitabların adını adətən "Ziyarətnamə” qoyurlar. Mən isə bu kitablara "Şirknamə” deyərdim.

    [30] Ümumiyyətlə şiələrin əhli-beyt barədə olan etiqadlarını oxuyanda insanı dəhşət bürüyür. Şiə alimlərinə görə İmam Hüseynin qəbrinin torpağını, palçığını yemək bütün dərdlər üçün dəva, xəstəliklər üçün şəfadır. ("Kitabul-kəfi” 3/378, "Biharul-ənvər” c.98 səh.118, 129, 131)  Xomeyni "əl-Hukumətul-İsləmiyyə”kitabında (səh.75) belə deyir: "Bizim məzhəbin zəruriyyətlərindəndir ki, imamların dərəcəsinə nə Allaha yaxın bir mələk, nə də rəsul olan bir peyğəmbər çata bilməz.”

    Ayətullah Zeynulabidin "Ənvərul-vilayə” kitabında (səh.440) demişdir: "Məsum imamların içi də, çölü də təmizdir... Onların bövl (sidik) və ğait (nəcis)-ləri murdar sayılmır. Əksinə, bunlar misk kimidir. İmamların bövl və ğaitlərini içən şəxsə Allah Cəhənnəm odunu haram edər və ona Cənnətə girmək vacib olar.”

    [31] Buxari "Tarix” 2/198, Əbu Nəim "Hilyətul-Övliya” 3/192, Zəhəbi "Siyər” 6/255.

    [32] Şiələrin ən mötəbər kitabı olan əl-Kəfinin ilk iki cildində Əhli-əbadan, yəni Peyğəmbərdən (saləllahu aleyhi və səlləm), Əlidən, Fatimədən, Həsən və Hüseyndən (Allah onlardan razı olsun!) nəql olunmuş hədislərin sayını sizə təqdim edirəm:

    1-ci cilddə 1445 hədis var. Bu hədislərdən 4-ü Peyğəmbərdən, 38-i Əlidən, 2-si Hüseyndən rəvayət olunmuşdur. Bu cilddə Fatimə və Həsəndən bir dənə də olsa hədis rəvayət olunmamışdır. 1445 hədisdən cəmi 44-ü Əhli-əbadan nəql olunmuşdur.

    2-ci cilddə 2346 hədis var. Bu hədislərdən 17-si Peyğəmbərdən, 30-u Əlidən, 1-i Həsəndən, 1-i də Hüseyndən rəvayət olunmuşdur. Bu cilddə də Fatimədən bir hədis belə rəvayət olunmamışdır. 2346 hədisdən cəmi 49-u Əhli-əbadandır. Fikir verin, bu iki cilddə olan 3791 hədisdən cəmi 93 hədis Əhli-əbadandır. Mən hələ bu hədislərin səhih olub-olmadığından danışmıram. Kitabul-kəfini şərh etmiş üç şiə alimi: Məclisi "Miratul-Uqul”da, Behbudi "Səhihul-kəfi”də və Muzəffər "əş-Şəfi fi şərhi usulil-kəfi”də bu hədislərin (yəni 93 hədisin) hamısının zəif olduğunu bəyan etmişdilər. Ey şiələr, siz nə üçün Fatiməyə, Həsən və Hüseynə məsumluq isnad edirsiniz? Ona görə ki, onlar xəta edə bilməzlər və bu səbəbdən də onlara tabe olmaq vacibdir? Budurmu onlara tabeçilik? Onlardan səhih olaraq nə rəvayət etmisiniz ki, ona da tabe olasız.

    [33] Ancaq bunun əksinə, dörd imam və onların tələbələri  müsəlmanlar üçün etiqada, fiqhə və hədisə dair əsərlər qoyub gediblər. "Müsnəd”, "Fiqhul-əkbər”, "Fədailus-sahabə”, "Kitabuz-zühd”, "Rəddu aləl-Cəhmiyyə”, "ər-Risalə”, "əl-Umm” kimi əsərlər onların müsəlmanlar üçün miras qoyduqları əsərlərdən yalnız bir qismidir. Onların tələbələri tərəfindən yazılmış kitablar isə həddən artıq çoxdur.

    [34] Mufid adıyla məhşurlaşan bu alimin əsl adı Əbu Abdullah Məhəmməd ibn Məhəmməd ibn ən-Numandır. H.413-ci ildə vəfat etmişdir. "əl-İrşad”, "Əvailul-Məqalət”, "əl-İxtisas” və "Şərhu Əqaidis-Saduq” kimi bir çox əsərin müəllifidir. Yusuf Bəhrani onun barəsində demişdir: "Şiə şeyxlərinin ən dəyərli olanlarından,onların ustadı və rəislərindəndir.”  (Lulutul-Bəhreyn 356-357) Abbas əl-Qummi isə belə demişdir: "Ümmətin başçılarının başçısı, dəyərli şeyxlərin şeyxi və şiənin fəxridir...” (Əl-Kunə vəl-Əlqab 3/164)

    [35] Muhəmməd Bəqir əl-Behbudi Kitabul-Kəfini təhqiq edən şiə alimlərindən biridir. O, "Səhihul-kəfi” adlı bu kitabında 16 min hədisdən yalnız 4428 hədisi səhih saymış və yerdə qalan 11693 hədisi səhih görməmişdir.

    [36] Elə bu səbəbdən də İmam Buxari "əs-Səhih” əsərində Cəfər əs-Sadiqdən bir dənə də olsa, hədis nəql etməyib. Çünki o, İmam Cəfərin zamanında yaşamadığından ötrü, birbaşa ondan hədis nəql edə bilməyib. Ancaq o, imamın adından yalan hədislərin çox yayıldığını və doğrunu yalandan ayırd etməyin də həddən çox çətin olduğunu bildiyi üçün, hədis ravilərinin onun adından nəql etdikləri hədislərə güvənməmiş və bu hədisləri kitabına götürməmişdi. Çünki ondan hədis rəvayət edən ravilərin əksəriyyəti yuxarıda da qeyd etdiyim kimi, Küfənin "hədis uyduran şiə sənətkarları” idi.

    [37] Təqiyyə – doğru olanı daxildə gizlədərək, onun ziddini (yalanı) üzə çıxarmağa deyilir. Şiələr təqiyyəyə (yalana) o qədər aludə olublar ki, hətta onu dinlərinin əsasına çeviriblər. Onlar əl-Bəqirin belə dediyini rəvayət edirlər: "Təqiyyə, mənim və ata-babalarımın dinindəndir, təqiyyəsi olmayanın imanı yoxdur” (Kitabul-kəfi 2/219, Biharul-ənvər 72/431). Guya ki, İmam Cəfər demişdir: "Dinin onda doqquzu təqiyyədir, təqiyyəsi olmayanın da dini yoxdur” (əl-Kəfi 2/217). "Təqiyyədən daha sevimli əməl yoxdur” (Biharul-ənvər 72/398) "Ən təqvalınız, ən çox təqiyyə edəninizdir” (əl-Kəfi 2/218). Şeyx Saduq demişdir: "Təqiyyəni tərk edən ilə namazı tərk edən eyni səviyyədədi.” ("Etiqad” səh.127). Bu yerdə belə bir sual ortaya çıxır. Onlar nə üçün təqiyyəyə bu qədər önəm veriblər? Cavab: Onlar görəndə ki, əhli-beyt öz şiələrini söyür, şiə raviləri imamların dilindən lənətlənir, səhabər imamlar tərəfindən təriflənir, belə olduqda onlar bu cür deməyə məcbur oldular: "Bütün bunlar təqiyyə ilə deyilmiş sözlərdir.” Deməli, şiəlik məhz təqiyyə (yalan) əsasında və təqiyyə (yalan) üzərində qurulub.

    [38] Rical – ravilərin tərcümeyi-halından bəhs edən elmin adıdır. "Rical”-"Kişilər” deməkdir. Hədisləri rəvayət edən ravilər kişilər olduğundan, bu elmə də rical elmi adı verilmişdir. Şiə məzhəbinin ən etibarlı rical kitabları bunlardır: Ricalul-Kəşşi, Ricalul-Hilli, Ricalun-Nəcaşi, Ricalut-Tusi və.s.
    Bölmə: İSLAM MƏQALƏLƏRİ | Əlavə etdi: Selef | Baxılıb: 2698 | Tarix: 22.11.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 10
    21.07.2011
    10. Gunel (karakun) [Məqalə]
    men aqresiv yazmışam?? qardaşım bir öz yazıva bax! bizim eqideye batil eqide deyirsen? neyi batildir? belke namaz qılmırıq belke oruc tutmuruq belke zekat vermirik belke din uğrunda canlarından keçenlere şehid demirik belke Allahımızı peygemberimizi imamlarımızı tanımırq?? belke vahabiler kimi Kebede hecc ziyaretine getmiş şielerin elinden imamlarımız haqqında kitablarımızı alıb zoprla yerine al Ömeri oxu Osmanı oxu ve s deyirik?? belke vahabiler kimi artıq Kebede möhürle namaz qılan şienin qarşısından möhürü tepikle vurub atırıq??? siz hanıs eqidenin ssehvliyinden batilliyinden özü de danışırsız?? islamda bütün dinlere hörmet var. sen gedib heç xristiyanı mecbureen islamaa getire bilmezsen senin dinin sehv deyerek. islamın gözelliyini görüb gelir gelenler. ve sen kimsen ki şie eqidesine batil eqide deyirsen??? yazdığıvız metndeki şielere qarşı tutduğuvuz o çox qerezli mövqedir ki biz bele sert şerhler yazırıq! gir bir şie saytına vicdanın olsun bax gör biz orda heç sizden danışırıq? namazdan danışırıq orucdan ve s dini söhbetler. daha sizin kimi ay sünniler düzgün eqidede deyiller selefler bele getdi söhbeti yoxdur. biz sizden heç danışmırıq siz de selefliyivizi edin bizden danışmayın. danışmayın da deyirem sizinki danışmaq deyile başdan ayağa şer böhtan tehqirdir. ve sen o qüvvede o hökmde deyilsen qardaşım ki kiminse eqidesine özü deki şielik kimi islamın ikinci en böyük qolu olan Allahına peygemberine imamlarına şekk etmeyen bir eqideye batil eqide deyesen! bu sözün hesabı senden emin ol çox ağır sorulacaq!

    19.06.2011
    9. Shamil (Gazavat) [Məqalə]
    Salam Aleykum.
    Gunel xanim hemiwe aqresiv daniwmazdan evvel birinci duwunun sora daniwin. Sizden evvelki xanim, Omere (radi Allahu anhu) lenet oxuyur. Bu tehqir deyil..? Nece sakit selef yolunda olagki, kiwiliyden uzag olanlar, Ebu Bekre, Omere, Osmana, Talheye, Zubeyre, mominlerin anasi olan Aiwe anamiza ( Allah onlarin her birinden razi olsun) lenet oxuyurlar, soyurler. Wie mollalari Omerin (radi Allahu anhu) qatiline rehmet oxuyub, onunla bir yerde hewr olmagini dileyirler..???? Bir deyin gorum hansi bir Selef eqidesinde olan kes, Ehli Beyte lenet oxuyur..?? Eliye, Huseyne, Hesene, Cefer Sadiqe, Fatimeye (Allah onlarin hamisindan razi olsun ) lenet oxuyur..??? deye bilersiz.???? Ne qeder, Elinin, Fatimenin, Huseynin, Hesenin, ( Allah onlarin hamisindan razi olsun ), Cefer Sadiqin (rahimehullah) adina yalan daniwassiz..???? uydurma hedisleri onlara istinad edessiz..??? Peygemberimizin (Allahin salavat ve Salami olsun ona ve ailesine) adindan yalanlar deyessiz..?? Ne qeder, wirk edib, oluden komek diliyessiz, ozuvuz bir qiraga cahil insanlari bu batil eqideye Islam adi altinda devet edessiz..? Vallah sorumlusuz onlardan.. Ne qeder, suni wekilde, Ehli Beyte olan "sevgivizi" mersiye deyib sine doymekle gostereceksiz..????, bir mucahidin wehidliyini dunyalar qeder wiwirdib agliyassiz..??? Wehid olubda.. Cenneti qazanibda, yeni istemirsizki Allaha qovuwsun..??? Qovuwubda.. istiyirsiz.. bes niye agliyirsiz buna...???ele bil pewmansiz wehid olmagina... Qiyametedek agliyassizda, cunki derk edirsiz hardasa nece boyuk bir gunah edib Huseyni oldurmusuz... Siz deyilsizki, deyirsizki, Allah Huseyne agladi sine doyub mersiye dedi (estagfirullah)..??? Men nece sizle razi olum ki, meni yoxdan Yaradana qarwi kufr edirsiz...??? siz deyilsiz, bizi Vehabi adi altinda wer bohtanlarla millete tanitdiran..??? indide deyirsizki, ne isteyirik wielerden...??? haqli olmalarini isteyirik, yalan dememelerini isteyirik, wirk etmemelerini isteyirik, murdar, murdar fetvalarla insanlarin beynini doldurmamalarini isteyirik.. Peygemberin Sehabelerinin dirnaginin tozunun tozu olmadigi halda, Onlara dil uzatmamalrini isteyirik, Allahin hele Peygemberinin zamaninda tamaladigi dini olan Islama yenilikler, getirmemelerini isteyirik, bidetleri Allahin dinine istinad etmeyin. Allahdan qorxun.. Vallah, batil eqidedesiz. bunu cox gozel bilirsiz, ama nefsivize ustun gele bilmirsiz.
    Siz bize Vehabi deyirsiz - Muwrikler Peygembere Wair, Mecnun, Kahin, Sehrbaz deyirdiler. Eyni weydi, prosta lefz bawqadi.
    Siz ölen ovliyalari Allaha yaxinlawdiran vasite bilirsiz - Muwrikler butleri Allaha yaxinlawdiran vasite bilirdiler.
    Siz Aiwe anamiz haqda sehv fikirdesiz - Munafiqlerde Onun haqqinda sehv fikirde idiler
    Siz Allahin razi qaldigi Sehablerden razi deyilsiz - munafiqlerde razi deyildiler..
    Indi bildiz kimin yolundasiz..??? kimin menhecindesiz..???
    Bir sozle, meseleler 1000 ilden cox olmasina baxmayarag oz helli tapmayibsa, indide tapan deyil. beledeki :

    "..Onlar bir ümmət idi ki, gəlib getdilər. Onların qazandıqları özlərinə, sizin qazandığınız isə sizə aiddir.
    Siz onların etdikləri barədə sorğu-suala tutulmayacaqsınız.."
    (beqere, 134)

    Siz wieler hemiwe fitne yaradib, sora qarwi terefi hemen fitnede gunahkar bilirsiz.
    Allah tezlikle sorgu sual edecek bizleri, onda goreceyik kim haqq idi kim batil. kim, Ehli Beyt "awiqi" idi, kim duwmeni. Kim Islami oldugunu kimi yawiyirdi, kim tehrif olunaraq. Allah size hidayet versin. Sizi, o Iranin mollalarinin cenginden qurtarsin. Xomyeninin, Sitaninin, Behcetinin, Lenkeraninin, MEclisinin, Kuleyninin, Ticaninin, Ocag nejadin fitnelerinden, kufrlerinden, bidetlerinden, wirklerinden qorusun sizi. Bu sadaladigim weytanin dostlaridirlar, Allah ve Resulundan uzag duşmuş keslerdir. onlar Cehenneme birinci - arxasiycanda onlarin ardinca gedenler girecekler ve bele deyeceksiz :

    “Kaş biz Allaha ibadət edəydik, Onun Elçisinə müti olaydıq!”
    Onlar deyəcəklər : “Ey Rəbbimiz! Biz başçılarımıza və böyüklərimizə itaət etdik,
    onlar da bizi haqq yoldan azdırdılar.
    Ey Rəbbimiz! Onları ikiqat əziyyətə sal və onları müdhiş bir lənətə məruz qoy!”
    ( Əhzab, 66-68)

    "..(Axirət günü) hamı Allahın hüzuruna çıxarılacaq və zəiflər təkəbbürlük göstərənlərə deyəcəklər:
    “Biz sizə tabe idik. (İndi) siz, Allahın əzabını, qismən də olsa, bizdən sovuşdura bilərsinizmi?”
    Onlar deyəcəklər: “Əgər Allah bizi doğru yola yönəltsəydi, biz də sizə doğru yolu göstərərdik.
    (İndi) qəm çəksək də, səbr etsək də bizim üçün eynidir. (Çünki) bizim üçün qurtuluş yeri yoxdur.."
    ( İbrahim, 21 )

    Salam olsun Allah dergahinda Muselman olanlara.

    16.06.2011
    8. Gunel (karakun) [Məqalə]
    siz ne qeribe adamsınız? niye bu qeder qerezli mövqe tutmusunuz şielere qarşı? başqa mövzuvuz yoxdur? düşmençilik yaratmaq isteyirsiz? sakit sakit niye selefliyivizi elemirsiz ay balam? size kim qulaq assa deyer göresen bu şie nedi bele yalançının saxtakarın geride qqalmışın agılsınız biridrki. onu unutmayın ki mehz şieler peygemberin dediyinin ve onun özünden sonra imam qoydugunun arxasıyca gedibler hamsını bir qıraga qoyaq peyğemberin emisi oglunun fve nevelerinin neticelerinin arxasınca gedibler ve hele bir şie ne ömere ne osman ne ebu bekre bir tehqir bele yazmayıb. besdirin de ne qeder tehqir yazırsız siz dini tebliğ edirsiz yoxsa şielere qarşı tebliğat aparırsız? islamda neinki diger teriqetler diger dinlere bele hörmet var. heç olmasa bunu düşünün.

    07.06.2011
    7. ABDULLAH (Selef) [Məqalə]
    EY vacibsiz insan,, O DEQIQE BILINIR KI HEMISHEKI KIMI KOR KORANE YAZMISAN MEQALENI OXUMADAN,,GOR SENIN MURTED ALIMLERIN NEQEDER HEDIS REVAYYET EDIB, EBU HUREYRA NE QEDER EDIB,,SIZINKILER 5 DEFE ONDAN COX REVAYET EDIB OZUDE BATIL BATIL...

    29.05.2011
    6. ABDULLAH (Selef) [Məqalə]
    Şiə mənbələrində uçan fil haqqında hədis

    Əssalamu alekum va rahmatullah!

    Cabir ibn Yəzid əl-Cəfi rəvayət edir: “Mən imam əl-Baqirin (ə.s) gildən fil hazırladığını gördüm və o, onun üzərində oturaraq Məkkəyə uçdu və yenidən geriyə qayıtdı. Mən onun bu sözünə inanmadım və əl-Baqirlə rastlaşanda soruşdum: “Cabir mənə sənin haqqında belə dedi.... O bunu eşitcək məni öz filində otuzdurub Məkkəyə uçduq və geriyə qayıtdıq”.

    ---------------------------------------
    Mənbə: Haşim əl-Bəhrani “Mədinət əl-Məəcz”

    29.05.2011
    5. ABDULLAH (Selef) [Məqalə]
    dedim axi kor korane naqillari bura yazmayin,, QURANIN tehrif edilmesine inanan alimlerin dalinca gedenler MUHAMMEDIN s.a,s dininden deyil.. ALLAH size hidayet versin eger layiqsinizse,,

    29.05.2011
    4. Ayten (Ya_Huseyn) [Məqalə]
    BİSMİLLAH

    ALLAHUMME SELLİ ELA MUHEMMED VE ALİ MUHEMMED

    Gulun, gulun, ALLAH sizi hidayet elesin. İNSHAALLAH bizim de gulen vaxtımız olacaq.

    Elnur (YaHuseyn) qardashın sherhini niye silmisiniz ki? Deyesen serf elemir, ona gore?!

    28.05.2011
    3. Shamil (Gazavat) [Məqalə]
    Salam Aleykum ve Rahmetullah.
    Ayten xanim, Eqide ve Fiqhi meselelerden sohbet acan ve melumat veren yeterince internet menbelerimiz var. Elhemdulilleh. Bu sayt haqqi batilden cox gozel ayirir. Shielerin ic uzunu ele onlarin oz kitablarindan melumdur. yaziglar bilmir day ne desinler. indide, durub deyirlerki - Quran tehrif olmuyub - demelidilerde, eger oz "kecmiw alimlerinin" qeletini birde eleseler bu dovrde kim wieliye yaxin durar???? hec kim. zaten hec duranda yoxdur. bu arada hemen Seqaleyn yazisindan bir parca yadima duwduu : Hansi Wie "elm" ehlisine sual verirsenki "..senin alimin Quranin tehrif olundugunu deyir.." cavabi bu olurki ".. he, ne olsun..? xeta eliyib.." ama Xomneyidi ne zir zibildi oz kitabinda Imameti qebul etemeyini kafir gorur. SubhenAllah. Bu deccal insan, Quranin tehrifine etiqad edeni ozune "alim" elan edir, imameti qebul etmeyeni kafir gorur. Shielik bashdan ayaga tragikomediyadir.

    Hele aci gulmeli bir wey yadima duwdu. Demek Ocag Nejad yazirki ( qalan vaxti wieler deyirki Allah goyde deyil) yazirki :

    "..Her awura gunu Allah Meleklerini ve Peygemberleri qaldirir goye,
    Ozu enir yer uzune Imam Huseynin Qebrini Tefav edir.."

    Tfuuuuuuuuuuuuuuuuuuuu.. bunun eqidesine.. Xaliq Mexluqun Qebrine, mezarina kruq vurur. busuzda. ozuvuz o qeder dawa, qayaya baglanmisizki artig etiqad etdiyiviz Allahida onlara baglayirsiz. bilirem, bu sozleri oxuyandan sonra yene hemen zindig Pajarnik Nejada - Agam, Agam, deyessiz.. cunki qelbleriviz ele mohurlenibki, gel goresen. Selef insanlari Xaliqe bagalayanda, siz Mexluqa ( hele herden ele olurki, daw parcasina ) baglayirsiz..

    Bir letifede daniwim :

    Bir wie gelir kitabxanaya kitab axtarir. ama istediyi kitabi tapa bilmir. Kitabxanaci deyir :
    - Hansi kitabi axtrirdiz..?!
    Wie deyir :
    - Wieliyin haqq teriqet olmasina dair kitab var..??
    Kitabxanaci :
    - Fantaziya ve Nagillar bolumu diger refdedir happy happy

    27.05.2011
    2. ABDULLAH (Selef) [Məqalə]
    DEYESEN MEQALENI HELEDE YAXSHI OXUMAMISAN HEMISHEKI KIMI YENEDE KOR KORANE CABAB YAZMISIZIZ,,MEN SIZI QINAMIRAM CUNKI SIZI KOR TEQLIDE OYREDIBLER,,,

    27.05.2011
    1. Ayten (Ya_Huseyn) [Məqalə]
    BİSMİLLAH.

    ALLAHUMME SELLİ ELA MUHEMMED VE ALİ MUHEMMED

    De, qardashım, de. İNSHAALLAH ki, bir faydası olar. Sayta fikir verirsinizse, demek olar ki, butun xeberler shielik, shie menbelerinden hedislerle baglıdır. Eqideniz bele duzdurse, yazın da ondan da bir shey.Deyirem belke İbn Teymiyyeden ya da Vahididen yazasınız. Sizi qınamıram yazacaq bir shey yoxdur axı...
    Saytda haradadır destemaz, teyemmum hokmleri? Tutmusunuz ele, shieler batildir, ne bilim bidet ehlidir....Arada bir oz eqidenize baxın ve diqqetle fikirleshin, heqiqetenmi Peygember (s.e.a.s) bize sizin gosterdiyiniz islamı qoyub getmishdir? ALLAH sizleri hidayet etsin.

    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  Aprel 2011  »
    BeÇaÇCaCŞB
        123
    45678910
    11121314151617
    18192021222324
    252627282930
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 1
    Qonaqlar: 1
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru