Qeyri-adi qərarla qadağan olunan surələr arasında “əl-Bəqərə”, “Məhəmməd” və “əl-İnsan” surələri də var.
Astana Şəhər Məhkəməsi qeyri-adi qərar qəbul edərək, müqəddəs Quranın bəzi surələrinin ekstremist məzmunlu olduğu barədə qərar qəbul edib. İyul ayının 3-də qəbul edilən qərar ölkənin Təhsil Nazirliyinin saytında yalnız bir müddət əvvəl yerləşdirilib.
Qazaxıstan Respublikası Baş Prokurorluğunun şikayəti əsasında açıq keçirilən məhkəmə prosesində radikal “vəhhabilik” ideologiyasına, “Hizb ət-Təhrir” partiyasının görüşləri və “Müsəlman Qardaşları” hərəkatının izlədiyi siyasi kursa dair materiallarla yanaşı, Quranın bir neçə surəsinin də ekstremist xarakterli olduğu barədə hökm çıxarılıb.
Məhkəmənin qərarına görə, Qurani-Kərimin “Əl-Əhqaf”, “Məhəmməd”, “əl-Fəth”, “əl-Hucurat”, “əl-Kəhf”, “əl-Mulk”, “əl-Qələm”, “əl-Həqqa”, “əl-Məaric”, Nuh”, “əl-Cinn”, “əl-Muzzəmmil”, “əl-Müddəssir”, “əl-Qiyamə”, əl-İnsan”, “əl-Mursəlat” “əl-Bəqərə” surələri Astana məhkəməsi tərəfindən ekstremist ədəbiyyat elan olunub. Ümumilikdə isə 207 dini material qadağan olunmuş ədəbiyyat siyahısına əlavə edilib. Beləliklə Qazaxıstan Qurani-Kərimi qadağan edən ilk dövlət olub.