Qalmaqallı filmin istehsalçılarından biri həbs edilib
16:18
Los Anceles məhkəməsi Nakoula Bassili Nakoulanın sərbəst buraxılmaması barədə hökm çıxarıb.
“Selef.my1.ru” xarici KİV-ə istinadən bildirir ki, dünyanın müxtəlif ölkələrində müsəlmanların etirazına səbəb olan “Müsəlmanların məsumiyyəti” filminin istehsalçılarından olan Nakoula Bassili Nakoula həbs edilib.
ABŞ-ın Los Anceles məhkəməsində keçirilən iclasda Nakoulanın zaminə buraxılması tələbi qəbul olunmayıb. Hakim Nakoulanın daha əvvəllər də törətdiyi cinayətləri qeyd edərək, müttəhimin zaminə buraxılması barədə vəkillərin qaldırdığı vəsatəti təmin etməyib.
Məlumat üçün deyək ki, misirli qibti xristian olan Nakoula qalmaqallı filmin prodüseridir.