Ana Səhifə » 2012 » Sentyabr » 22 » Qətər “Həzrəti Məhəmməd” filmi üçün 450 milyon dollar ayırıb
Qətər “Həzrəti Məhəmməd” filmi üçün 450 milyon dollar ayırıb
06:48
İslam peyğəmbərinin həyatından bəhs edəcək filmin ssenarisi artıq hazırdır.
“Selef.my1.ru” Türkiyə mətbuatına istinadən bildirir ki, Qətərdə Həzrəti Məhəmmədin həyatından bəhs edən 3 hissədən ibarət yeni filmin çəkilişlərinə başlanılacaq.
“Nur” şirkətinin istehsal edəcəyi filmin büdcəsinin 450 milyon dollar təşkil etdiyi bildirilir. Çəkiləcək ekran əsərinin son dövrlərdə islam peyğəmbərini təhqir xarakterli filmə cavab olacağı qeyd edilib.
“Nur” şirkətinin direktoru Əhməd Haşimi xarici mətbuata açıqlamasında Həzrəti Məhəmmədin həyatını və toleranlığını bütün dünyaya nümayiş etdirmək üçün yüksək texniki imkanlardan istifadə edəcəklərini deyib.