Ölkədə fəaliyyət
göstərən, adına "pir" və "ziyarətgah" sözləri əlavə edilən məscidlərin
adları dəyişdiriləcək. Bu barədə "OLAYLAR"a etibarlı mənbədən məlumat
verilib. Məlumata görə, həmin məscidlərdən "pir" və "ziyarətgah"
sözləri götürüləcək. Hazırda bununla bağlı Qafqaz Müsəlmanları İdarəsi
və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu cür məscidlərin
siyahısını aparır. Yanvarın sonuna kimi bu cür monitorinqin
aparılacağını deyən mənbə bildirir ki, yanvarın sonunda həmin
monitorinqin nəticələri müəyyənləşdiriləcək və müzakirə ediləcək.
Fevralın əvvəllərindən isə həmin məscidlərin adları dəyişdiriləcək.
Mənbə bildirir ki, həmçinin həmin məscidlərə nəzir vermək və digər
ziyarət üçün insanların gəlməsi qadağan ediləcək. Bütün məscidlər
yalnız namaz qılmaq üçün fəaliyyət göstərəcək.