Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19900 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (17073 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (14121 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9929 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9347 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2012 » Sentyabr » 19 » Peyğəmbərin (s) gənclərə münasibəti (İkinci hissə)
    Peyğəmbərin (s) gənclərə münasibəti (İkinci hissə)
    06:40
    III. GƏNCLƏRİ ÖYMƏSİ, TƏRİFLƏMƏSİ
    Tərifin, öymənin qəlbə, xüsusilə də gənc qəlbinə böyük təsiri vardır.Bunun üçün Allahın rəsulu (s) mömin gəncləri tez-tez tərifləyərdi.

    Hədislərinin birində Peyğəmbər (s) buyurub: “Allaha dünya və onun əyləncəsinə uymamaq üçün dua edən, gəncliyini Allaha itaət naminə məhrumiyyətə qatlaşdıran elə bir gənc yoxdur ki, Allah ona yetmiş iki siddiqin (hədsiz əməlisalehlərə verilmiş ad) savabı qədər əcr verməsin.” Digər bir hədisdə isə deyilir: “Allaha məxluqları arasında ən sevimlisi gözəl surətli gənc olub gəncliyi və gözəlliyini Allah və Ona itaət üçün sərf edəndir. Mərhəmətli olan (Allah – mütər.) onu mələklərinə tərifləyər və deyər: “Bu, mənim həqiqi qulumdur!” Başqa bir hədisdə isə Rəsulullahın (s) dilindən oxuyuruq: “Uşaqlığından ibadət edən abid gəncin, yaşlandığı zaman ibadət edən qocadan olan üstünlüyü peyğəmbərlərin insanlar üzərində olan üstünlüyü kimidir.”
    Peyğəmbərin (s) gəncləri öyməsi, nəticədə, onların Allah rəsulunun (s) ətrafında toplanmasına gətirib çıxarmış, islam dəvətinin pionerlərinə, bu dini yayanlarına çevirmişdi.
    Gənclər hər bir tərəqqinin əsası, millətlərin intibahının sirri, cəmiyyətin əsas gücüdür. Çünki onlar bir güc mərhələsində olub vermə, yaratma qabiliyyətinə malikdirlər, özlərini qurban verməyə, fəda etməyə hazırdırlar.
    IV. GƏNCLƏRDƏ ÖZÜNƏİNAM AŞILAMA
    Şəxsiyyəti formalaşdıran, müvəffəqiyyətə aparan ən əsas amillərdən biri də özünəinamdır. Peyğəmbərin (s) həyatı ilə tanış olan oxucu Allah rəsulunun (s) gənclərdə özünəinamı aşıladığının şahidi olacaqdır. Belə ki, Rəsulullah (s) gənclərə onlarda özünəinamı formalaşdıran, iradələrini artıran bir-çox məsələlərdə məsuliyyət yükləmişdir. Bunun üçün o, gənclərə bir-sıra məsuliyyətli işləri tapşırmışdır. Məsələn,
    1.Mədinəyə ilk dəvətçi olaraq hələ gənc olan Mus`ab ibn Ümeyri göndərmişdir. Mus`ab öz gəncliyinə rəğmən Mədinədə islamı bacarıqla yaymış və Mədinə o zaman Ərəbistan yarımadasının ən mühüm islam mərkəzinə çevrilmişdi. Mus`ab öz işini ixlasla başa çatdırmış, insanların islamı qəbul etmələri üçün vəsilə olmuşdur.
    2.Bildiyimiz kimi, Məkkənin fəthindən iki həftə sonra Peyğəmbər (s) yeni yürüşə çıxmalı olur. Bunun üçün Rəsulullah (s) Məkkənin idarə edilməsini özü olmadığı zaman iyirmi bir yaşlı İtab ibn Üseyd adlı bir gəncə həvalə edir və ona insanlara namaz qıldırmağı tapşırır.
    3.Peyğəmbərin (s) həyatının son aylarında müsəlmanlar Bizans üzərinə yürüşə çıxırlar. Qoşunda bacarıqlı sərkərdələr, döyüşçülər vardı. Heç şübhəsiz ki, bu kimi orduya mahir sərkərdə təyin edilməli idi. Bəs görəsən, Peyğəmbər bu çətin vəzifəyə kimi təyin edəcəkdi? Allahın rəsulu (s) Üsamə ibn Zeydi yanına çağırır, ordunun bayrağını ona verərək onu əmir təyin edir. Bu zaman Üsamənin on səkkiz yaşı vardı.
    Bütün bu deyilənlərdən aydın olur ki, Peyğəmbər (s) gənclərin yaradıcılıq qabiliyyətini dəyərləndirmiş, onlarda özünəinam, güclü iradə, polad əzm aşılaya bilmişdi ki, bu da onların cəmiyyətdə mühüm rol oynamalarına, məsuliyyət tələb edən ağır işləri görmələrinə səbəb olmuşdu. Bunun nəticəsində də islam dünyanın müxtəlif yerlərinə yayılmışdı.
    Beləliklə, gənclərə olan bu münasibət sayəsində Peyğəmbər (s) İslamın dəyərlərinə, prinsiplərinə iman gətirmiş, əməl etmiş bir nəsil yetişdirə bilmişdi ki, bu nəslin islamın yayılmasındakı rolu əvəz edilməz idi.
    Bunun üçün hər bir başçı, reformaçı gəncləri ətrafına toplamağı bacarmalı, onların cəmiyyət üçün faydalı olacaq imkan və bacarıqlarını qiymətləndirməli, tərəqqi və inkişafda onların istedadından yararlanmalıdır. Bütün bunları peyğəmbərimiz (s) edə bilmişdi. Peyğəmbər (s) hamı üçün bir nümunə idi. Gəncləri cəlb etmək üçün onların əxlaqi dəyərlərini inkişaf etdirmək, mədəni səviyyələrini yüksəltmək, onları etdikləri işlərdə məsuliyyətli etmək, müasir zərərli, mənfi yöndən təsiredici vasitələrdən qorumaq lazımdır. Bütün dünyada müsəlman gəncini əxlaqi dəyərlərdən uzaqlaşdırmaq, yararsız, əxlaqdan xali, pozğun gənc kütlə halına salmaq üçün iş gedir. Bunun qarşısını almaq üçün İslamımızdan iki əllə yapışmalıyıq.
    Bölmə: İSLAM MƏQALƏLƏRİ | Əlavə etdi: Terane | Baxılıb: 590 | Tarix: 14.10.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  Sentyabr 2012  »
    BeÇaÇCaCŞB
         12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 1
    Qonaqlar: 1
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru