Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19900 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (17073 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (14121 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9929 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9347 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2012 » Sentyabr » 19 » Peyğəmbərin (s) gənclərə münasibəti (Birinci hissə)
    Peyğəmbərin (s) gənclərə münasibəti (Birinci hissə)
    06:38
    Peyğəmbər (s) İslamın dəyərlərinə, prinsiplərinə iman gətirmiş, əməl etmiş bir nəsil yetişdirdi. Bu nəslin əsas hissəsi gənclərdən ibarət idi. Gənclər hər bir yeni olanla münasibət qurarlar.

    Ən tez təsirlənənlər də onlardır.Hadisə və əşyalara tez reaksiya verər, münasibət bildirərlər. Yaşlı nəsilə gəlincə, onlar hər bir dəyişiklik və islaha qarşı çıxar, köhnəni dəstəkləyər, yeniyə qarşı olarlar.Gənclər Peyğəmbərin ətrafına toplanmaqla, onun gətirdiyini dəstəkləməklə, ona dəvət etməklə, onu müdafiə etməklə böyük rola malik idilər. Bunun üçün Peyğəmbər (s) gənclərin qayğısına qalır, onların tərbiyəsinə xüsusi diqqət yetirir, böyük məsuliyyətlər üçün onları yetişdirirdi.Ortaya belə bir sual çıxır: Bəs, onda Peyğəmbər (s) gənclərlə necə davranır, ilkin gənc nəsili hansı qaydalar əsasında tərbiyələndirirdi?Bu sualların cavabını aşağıdakı kimi göstərə bilərik:

    I. MÜVAZİNƏTLİ TƏRBİYƏ
    Allahın rəsulu (s) gəncləri elə bir üslubla tərbiyələndirirdi ki, bu üsulda ağılla hissin, ruhla bədənin, elmlə işin vəhdəti, tarazlığı əsas idi. Bu tip dəqiq tarazlaşdırma tərbiyədə ən doğru metod hesab edilir. Özbaşınalıq isə mənlik şüurunun formalaşmasına xələl gətirən, həqiqi, islami yoldan sapmaya səbəb olan “bəla”dır.
    Rəsulullah (s) gənclərin tərbiyəsində müşahidə ediləcək hər bir səhv addıma, cəhdə, hərəkətə, mənfiyönlü fəaliyyətə qarşı kəskin münasibət bildirirdi. Məsələn, bir dəfə Peyğəmbər (s) səhabələri ilə oturarkən Qiyamət gününü təsvir edir. Səhabələr azacıq qorxurlar. Bir qrup səhabə ayrıldıqdan sonra ağlayır, Osman ibn Məz`unun evində toplaşaraq gündüzləri orucla, gecələri ibadətlə keçirmək, zövcələrinə, ləzzətlərə yaxınlaşmamaq, mish (heyvan qılından hazırlanmış paltar) geyinmək, dünyadan üz çevirmək, sərgərdan dolaşmaq, rahiblər kimi ömür sürmək qərarına gəlirlər. Xəbər Peyğəmbərə çatdıqda Osmanın evinə gəlir, ancaq onu evdə tapmır. Zövcəsindən soruşur: “Mənə çatanlar doğrudurmu?” Qadın Peyğəmbərə (s) yalan danışmaq istəmir və deyir: “Osman sənə bunu özü desə, daha inandırıcı olar.” Peyğəmbər gedir. Osman evə gəldikdə arvadı ona hər şeyi danışır. Osman öz yoldaşları ilə Peyğəmbərin yanına gəlir. Peyğəmbər (s) onlara deyir: “Məgər, sizlərə sərf etməyi bildirmədimmi?” Onlar: “Biz sadəcə xeyir olanı istəmişik.” deyirlər. Peyğəmbər deyir: “Mən bunu sizə əmr etməmişdim. Nəfsinizin sizin üzərində haqqı vardır. Oruc da tutun, yemək də yeyin. Gecələri yatın da, ibadət də edin. Mən də həm oruc tutur, həm də yeyirəm, gecələri həm yatır, həm də ibadət edirəm. Ət də, piy də yeyirəm, zövcələrimin yanına gedirəm. Kim mənim sünnətimdən üz döndərərsə, məndən deyildir!” Sonra Peyğəmbər (s) camaatı bir yerə toplayaraq onlara belə xitab etdi: “O ki, qaldı zövcələrini, dünya nemətlərini, yuxunu özlərinə haram edən qövm olsun! Mən sizə keşiş və rahiblər kimi olmağı əmr etmirəm. Mənim dinimdə qadınları, ət (yeməyi) tərk etmə, (zahidlik üçün) yer seçmə yoxdur. Ümmətimin sərgərdanlığı oruc, rahibliyi cihaddır. Allaha ibadət edin. Ona heç bir şeylə ortaq qoşmayın! Həccə gedin, ümrəni yerinə yetirin! Namaz qılıb zəkat verin! Ramazanı oruc tutun! Düz yolla gedin ki, doğru yolda olasınız. Sizdən öncə gələnlər (özlərinə) əzab-əziyyət verdikləri üçün cəhənnəmə girdilər. Özlərinə əzab-əziyyət verdikləri üçün Allah da onlara əzab-əziyyət verdi. Onlardan yerdə qalanlar monastırlarda (zahidlik və rahiblik evlərində) olanlardır.”
    Bu deyiləndən belə bir nəticə çıxarmaq olar ki, Allahın rəsulu (s) səhvən atılmış addımlara, rahibliyə, dünya nemətlərindən vaz keçməyə qəti olaraq qarşı çıxmış, aydın şəkildə izah etmişdi ki, inzivaya çəkilməkdən, zövcələri tərk etməkdən və dünya nemətlərindən üz döndərməkdən ibarət rahibliyə, zahidliyə İslamda yer yoxdur. İslam bədənin tələbatları ilə ruhun ehtiyacları arasında müvazinət yaratmağa çağırır. İnsan yeməklə, içməklə, geyinməklə, yaşayış yeri seçməklə, evlənməklə maddi tələbatları ilə yanaşı mənəvi, ruhi, nəfsi istəklərini də təmin etmiş olur. Beləliklə, Peyğəmbər (s) öz səhabələrini bədənin tələbatları və ruhun ehtiyacları arasında müvazinət yaratmaqla tərbiyə edirdi.
    Dövrümüzdə isə maddiyyatçılıq hər yeri bürümüş, fəlsəfənin əsas şüarı hər maddi olan nə varsa ona şamil edilmiş, mənəvi, ruhu olana isə biganə qalmışdır. Müasir gənclərin özlərini yenidən, nəzərdən keçirmələrinə, ruhi kamilləşməyə böyük ehtiyacları vardır. Bu isə nəfslə mücadilə, ruhi tərbiyə təlimləri, özünü doğru yola, islaha sövq etmə bacarığı tələb edir. Qoy, bizim şüarımız Allahın aşağıdakı kəlamı olsun:
    “Ey Rəbbimiz, bizə dünyada da, axirətdə də gözəl nemətlər ver, bizi cəhənnəm əzabından qoru!”

    II. GƏNCLƏRƏ MEHRİBANLIQ GÖSTƏRMƏK
    Peyğəmbər (s) gənclərə mehribanlıq göstərərdi. Məhz, bu xüsusiyyət də Peyğəmbəri (s) gənclərə sevdirmiş, onları onun ətrafına toplamışdı. Qurani-Kərim Peyğəmbərin (s) insanlarla mülayim, mehriban davranışını belə tərifləyir:
    “(Ya Rəsulum!) Allahın mərhəməti səbəbinə sən onlarla (döyüşdən qaçıb sonra yanına qayıdanlarla) yumşaq rəftar etdin. Əgər qaba, sərt ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər. Artıq sən onları əfv et, onlar üçün (Allahdan) bağışlanmaq dilə, işdə onlarla məsləhətləş, qəti qərara gəldikdə isə Allaha təvəkkül et! Həqiqətən Allah (Ona) təvəkkül edənləri sevər!” (Ali-İmran, 159)
    Allahın rəsulu (s) mehriban olmağa çağırar və deyərdi: “Mehribanlıq (mülayimlik) nəyin üzərinə qonarsa onu zinətləndirər. Nədən ayrılarsa onu boş, quru edər.”
    Başqa bir hədisdə isə deyilir: “Dində dərinə varmayın. Allah onu asan edib. Ondan (dindən) gücünüz yetəni götürün. Həqiqətən, Allah asan olan bir saleh əməli edəni sevər.”
    Allah rəsulunun (s) həyatı ilə tanış olanlar onun (s) gənclərlə mehriban, mülayim davranmasına dair çoxlu faktlara rast gəlirlər. Məsələn,
    a) Səhabələrdən Ənəs ® rəvayət edir ki, “Allahın rəsulu (s) üç gün öz qardaşlarından biri ilə görüşmədikdə, ortada dolaşmazsa barəsində xəbər alar, görərdisə dua edər, xəstə imişsə baş çəkərdi. ”
    b) İbn Abbasdan (s) rəvayət olunur ki, “Peyğəmbər (s) danışdıqda, bir məsələ barəsində soruşduqda başa salsın və onu başa düşsünlər deyə (dediklərini və soruşduğunu) üç dəfə təkrarlayardı. ”
    v) Zeyd ibn Sabit ® rəvayət edir ki, “Peyğəmbərlə (s) əyləşdiyimiz zaman Axirət barəsində danışdığımız zaman o da (axirət barəsində) danışar, dünya barəsində danışdıqda o da (dünya haqqında) danışar, yemək-içmək xüsusunda söhbət etdiyimizdə o da (bu barədə) söhbət edərdi. ”
    q) Əbu Hümeysədən rəvayət olunur ki, “Rəsulullaha (s) peyğəmbərlik verilmədən qabaq onunla bir işlə bağlı görüşməli idik. Yadımda çıxdığı üçün iki gündən sonra səhərisi görüşəcəyimiz yerə getdim. Orada idi. Dedi: “Ay cavan, mənə əziyyət verdin, axı! Mən üç gündür ki, buradayam.”
    ğ) Cərir ibn Abdullah ® rəvayət edir ki, “(Bir dəfə) insanlar Peyğəmbərin (s) evinə getmişdilər. Ev adamla dolmuşdu. Cərir də gəlir və çöldə əyləşir. Peyğəmbər (s) bunu gördükdə paltarını götürür, yumarlayır və ona (Cərirə) verərək deyir: “Bunun üzərində otur.” Cərir isə onu üzünə qoyur və öpür.”
    d) Salman əl-Farisi ® deyir: “Rəsulullahın (s) yanına getmişdim. Yastığa dirsəklənmişdi. Yastığı mənə atdı və dedi: “Ey Salman, qardaşının ona baş çəkdiyi zaman öz yastığını hörmət olaraq ona verən elə bir müsəlman yoxdur ki, Allah onu bağışlamasın!”
    Yuxarıda deyilənlərdən Peyğəmbərin (s) gənclərə olan lütfü, mehribanlığı, onlarla mülayim davranması aydın olur. Məhz, elə bu, dəvətin uğur qazanmasının, gənclərin İslami missiya üçün tpolanmasının səbəblərindəndir. Dəvətçilər, başçılar və alimlər gəncləri özlərinə cəlb etmək, onları təsirləndirmək istəyirlərsə, bu məziyyətdən yararlanmağı bacarmalıdırlar. (Ardı var...) .
    Bölmə: İSLAM MƏQALƏLƏRİ | Əlavə etdi: Terane | Baxılıb: 588 | Tarix: 14.10.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  Sentyabr 2012  »
    BeÇaÇCaCŞB
         12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 1
    Qonaqlar: 1
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru