Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19900 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (17073 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (14121 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9929 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9347 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2012 » Sentyabr » 19 » Peyğəmbəri təhqir filminin qaranlıq məqamları
    Peyğəmbəri təhqir filminin qaranlıq məqamları
    06:29
    Həzrəti Məhəmməd və İslam dinini təhqir xarakterli filmin istehsalının təfsilatına dair yeni detallar gün üzünə çıxır. Artıq filmin aktyor heyəti “aldadıldıqlarını” bildiriblər.

    Misir, Liviya və Yəməndə geniş xalq kütlələrinin etirazına səbəb olan “Müsəlmanların məsumiyyəti” filminin rejissoru Sem Besil adlı şəxsin həqiqətən mövcudluğu belə mübahisə mövzusu olduğu bir vaxtda aktyor heyəti mətbuata açıqlamalarında aldadıldıqlarını bəyan etdilər.

    Amerika yəhudisi olduğu və sərvətini əmlak bazarındakı əməliyyatlardan qazandığı bildirilən filmin rejissoru “Müsəlmanların məsumluğu” adlı filmə beş milyon ABŞ dolları məbləğində vəsait sərf edib. Besil sözügedən məbləği yəhudi iş adamlarından aldığını artıq etiraf edib.

    “Youtube.com” videoportalında yerləşdirdiyi mesajlar istisna olmaqla Besil barəsində internet saytlarında doğru-dürüst məlumata rast gəlinmir. Maraqlıdır ki, xarici mətbuat bir qədər əvvəl Birləşmiş Ştatlarda Sem Besil adlı əmlakçının qeydiyyatda olmadığını yazıb.

    Filmin bazara çıxarılma tarixi

    ABŞ-da istehsal olunan və iyun ayının sonunda Hollivud bulvarındakı kiçik özəl “Vine” kinoteatrında nümayiş etdirilən filmin bəzi hissələrinin ərəb dilinə çevrilərək, “Youtube.com” videoportalında yerləşdirilməsi ilə islam dünyasında etiraz dalğasının başlanmasına start verildi. Filmdən kadrlar məlum sayta hələ iyul ayının 1-də Sem Besil ləqəbli şəxs tərəfindən ingilis dilinə tərcümə edilərək, yüklənildiyi də öyrənilib.

    Aktyorlar filmin ssenarisindən və məzmunundan doğrudanmı bixəbərdirlər?

    Aldadıldıqlarını iddia edən film truppası İslam dini və Həzrəti Məhəmməd haqda nalayiq ifadələrin filmə sonradan edilən dublyaj əsnasında əlavə olunduğunu və qeyd edilən ifadələrin aktyorlara təqdim edilən çıxış vərəqələrində yer almadığını vurğulayıb.

    Kaliforniyanın Beykrsfild regionunda yaşayan aktyor Sindi Li Qarsiya yerli mətbuata açıqlamasında 2 min il əvvəl Misirdəki həyatdan bəhs edən “Çöl döyüşçüləri” adlı filmə çəkildiyini güman etdiyini deyib. Qarsiya filmin rejissorunu məhkəməyə vermək niyyətində olduğunu da qeyd edib.

    Filmin rejissoru olduğu bildirilən yəhudi Sem Besil “Müsəlmanların məsumluğu” ekran “əsər”ini təhrikedici məqsədlə istehsal etdiyini etiraf edib. Filmin hazırlanmasına təşviq edən şəxslərdən biri isə ABŞ-ın Florida ştatında bir neçə il əvvəl Qurani-Kərimi yandırmaq aksiyası keçirən rahib Terri Consdur. Ərəb dünyasında filmə dəstək kampaniyası isə Kaliforniya ştatının sakini, islam əleyhdarlığı ilə tanınan misir əsilli xristian qibti Morris Sadekdir.

    Filmin çəkilişinə tərəf çıxanlar arasında əvvəllər məhkum həyatı yaşamış Nakoula Basselinin də adı çəklir. Nakoulanın saxta sənədlərlə dələduzluq ittihamı ilə 21 ay azadlıqdan məhrum və yüzminlərlə dollar məbləğində təzminat ödəməyə məhkum edildiyi məlumdur.

    Liviya və Misirdəki hücumlar aylar əvvəl planlaşdırılıb

    Filmlə bağlı toplanılan bütün informasiya Liviya, Misir və Yəməndəki ABŞ səfirliklərinə hücumların uzun müddət qabaqcadan planlaşdırıldığını deməyə əsas verir.

    Liviyanın Benqazi şəhərində Amerika konsulluğuna təşkil edilən hücumun peşəkar təlim keçmiş qrup tərəfindən həyata keçirildiyi, sözügedən qrupun akt əsnasında raketlərdən istifadə etdiyi istintaqa məlumdur.

    Liviyalı nümayişçilər etiraz aksiyaları zamanı bir qrupun hadisəni təxribata sürükləyərək, aradan çıxdığını deyiblər. Benqazidəki hücum vaxtı 4 Amerika vətəndaşı ilə yanaşı, 10 liviyalının da həyatını itirdiyi qeyd edilir.

    Liviyadakı hücum aktına görə məsuliyyəti öz üzərinə götürdüyü iddia edilən “Ənsar əş-Şəriə” təşkilatı sonradan yazılı açıqlamasında səfirliyə hücumla bağlı heç bir əlaqəsinin olmadığını bəyan etdi.

    “Hadisələrin arxasında hansı qüvvələrin olduğu…”

    Filmin istehsalının və səfirliklərə hücumun eyni mərkəzdən idarə olunduğu gün keçdikcə daha da aydın olur. Siyasi müşahidəçilər islam dünyasının həssas balansını bilən siyasətçilərin məlum filmlə bir neçə “quş”u birlikdə vurmağa çalışdığını qeyd edirlər.

    Bunlardan biri Suriyadakı qətliamı ört-basdır etməkdir. Buna “Ərəb baharı”ndan sonra özünə gəlməyə çalışan ölkələrdə “əl-Qaidə” təşkilatının nüfuzunu hələ də qoruyub-saxladığını göstərmək və noyabr ayında Birləşmiş Ştatlarda keçiriləcək seçkilərdə islamçıların qarşısındakı maneələri aradan qaldırdığı iddia edilən prezident Barak Obamanı çətin vəziyyətdə qoymaqdır.

    Liviya hökuməti və Ümumliviya Milli Konqresi hadisəni araşdırmaq üçün müştərək qurum formalaşdırıldığını elan edib. Qurum istintaqın davam etdiyini və hazırda “hadisənin arxasında hansı qüvvələrin dayandığını açıqlaya bilməyəcəklərini” bəyan edib.

    Hücumun hansı formada həyata keçirilməsi ilə bağlı Liviya rəsmiləri tərəfindən heç bir açıqlama verilməzkən qeyri-rəsmi mənbələr tərəfindən Benqazidəki ABŞ səfiri və diplomatik korpusun digər nümayəndələrinə edilən hücum zamanı raketlərdən və Kalaşnikov markalı avtomatlardan istifadə edildiyi bildirilib.
    Bölmə: İSLAM MƏQALƏLƏRİ | Əlavə etdi: Terane | Baxılıb: 535 | Tarix: 14.10.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  Sentyabr 2012  »
    BeÇaÇCaCŞB
         12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 1
    Qonaqlar: 1
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru