Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19900 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (17073 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (14121 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9929 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9347 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2012 » Sentyabr » 19 » Öyrənmə (yadda saxlama) məharəti
    Öyrənmə (yadda saxlama) məharəti
    06:45
    Uca Allahın bizərə bəxş etdiyi, bəlkə də ən dəyərli nemətlərdən biri olan vaxtdan yararlanaraq əsl xoşbəxtliyi, səadəti əldə etmək üçün rəbbimizin buyurduğu hər bir şeyi oxumalıyıq.

    Oxuduqlarımıza yetərincə əməl etmək üçün onları dərindən öyrənməyimiz vacibdir. Bütün bunları nəzərə alaraq sizlərə “Öyrənmə məharəti” adlı bu məqaləni təqdim edirik.
    Birinci məharət: fəal oxu
    Fəal oxu məharətinə aşağıdakı üç mərhələni keçməklə yiyələnə bilərsən:
    I. Oxuöncəsi mərhələ
    Mütaliəyə psixoloji və əqli olaraq hazırlaşma: Sakit, münasib şəkildə işıqlandırılmış yer seç. Bu, fikrini daha da cəmləşdirməyə imkan verəcək. Nə oxuyacağını fikirləş. Mövzunun adı və paraqrafların adları ilə tanış ol. Bu, dərsin əsas məğzini başa düşməyə, çıxaracağın nəticə və tətbiq edəcəklərin üzərində diqqətini toplamağa səbəb olacaqdır.
    Öz-özlüyündə, oxunulacaq hissələrə “nə üçün?” , “nə vaxt?”, “harada?”, “kim?”, “nə?”, “necə?” kimi suallar ver. Bu, səndə hədsiz marağa, diqqətə səbəb olmaqla yanaşı, oxumağa istək, həvəs yaradacaqdır. Oxu üçün müəyyən istiqamətin, qayənin olması insanı öz məqsədlərini həyata keçirməyə sövq edir.
    Fərz etdiklərin xüsusunda tərtib etdiyin planla bağlı bəzi fikirləri irəli sür və sonra oxuduqların ilə onları müqayisə et. Fərziyyələr qiraət zamanı fikrimizi cəmləşdirməyə kömək edir. Fərziyyələrlə biz sonralar oxuduğumuz və ya eşitdiyimiz şeylər ətrafında olan təsəvvürlərimizin reallaşması zamanı bir coşqunluq hiss edirik.
    II. Oxuəsnası mərhələ
    Səthi tanışlıq prosesi: Mövzunu tam və sürətli şəkildə gözünü bu və ya digər sətir və ya söz üzərində saxlamamaq şərti ilə oxu. Gözünü daim qabağa “can atan” qiraətə alışdır. Hətta, mənanı tam başa düşməsən belə, cümləni təkrarlama. Ola bilsin ki, tam mənanı sonrakı cümlələrdə tapacaqsan. Bu tip sürətli və ya “səthi” oxumadakı əsas məqsəd dərslə ilkin tanışlıqdır.
    III. Oxusonrası mərhələ
    Təkrarlama prosesi: Başlıca məlumat və fikirləri təkrar et. Bunu, ya oxuduqlarını qısaca yazmaqla, ya da bəzi mühüm mülahizələri qeyd etməklə, və ya da ən mühüm fikirləri, əldə etdiyin nəticə və anlayışları sanki mühazirə edirmiş kimi öz-özünə danışmaqla et. Araşdırmalar göstərir ki, təkrarlama yadda saxlanılan biliklərin 70 %- ni yenidən hafizəmizə həkk edir.
    İkinci məharət: yığcamlama məharəti
    Yığcamlama hədsiz faydaya malik tədqiqat məharətindən sayılır. Bu məharətə praktiki çalışmalar sayəsində nail olmaq mümkündür. Yığcamlama və mülahizələri qeydə almanın faydası aşağıdakı kimdir:
    -Ən mühüm və əsas məlumatlar üzərində diqqətin toplanması sayəsində, oxunulan və eşidilən şeylər üzərində diqqətin cəmlənməsinə səbəb olur.
    -Başa düşmə və qavrama prosesinə kömək edir. Yığcamlama işi sayəsində mövzu və ondan doğan təfsilati nöqtələr xüsusunda ümumi yönlər formalaşır. Yığcamlama mövzunun ayrı-ayrı hissələrini bir-birindən ayırmağa imkan verməklə yanaşı, bu hissələri təsnifləşdirməyə də kömək edir ki, bunun da nəticəsində ümumi məna aydınlaşır, hafizədə bu mənanın “əyani” olaraq həkki baş verir.
    -Sonralar ehtiyac duyulacaq “mərkəzləşdirilmiş” məlumatlar bazasının genişləndirilməsinə gətirib çıxarır. Bəzi dərslərin sürəkli olaraq təkrar edilmə ehtiyacı ortaya çıxanda kitabları təkrarlamaq üçün kifayət qədər vaxt olmur və bu zaman yığcamlanmış material köməyə gəlir.
    -Fəal şəkildə vaxtın idarə edilməsinə imkan verir, vaxt itkisinin qarşısını alır və beləliklə, əlavə zəhmətə ehtiyac qalmır. On səhifə oxumaq əvəzinə oradakı ən mühüm fikirlərin yığcam halda toplanılmış iki səhifəni oxumaq daha münasibdir. Təbii ki, bu da davamlı yadda saxlama və dövrü təkrarlama xüsusunda insanda müsbət psixoloji təsirə səbəb olur.
    Yığcamlama işi necə aparılmalıdır?
    Mülahizə ortaya qoymanın və yığcamlama işinin bir-neçə yolu vardır. İstifadə ediləcək metod hansı növ materialın yığcamlanmasından və bu işdəki məqsəddən asılıdır.
    Yığcamlama işinin metod və üsullarına daxildir:
    1.“Pərakəndələmə ” üsulu: Əsas diqqətin yönəldiyi hissələrin və ya orijinalın yığcam nüsxəsinin konkret olaraq yazılması ilə, ayrı-ayrılıqda olan materialların toplanması ilə gerçəkləşir.
    2.“Skelet” üsulu: Bu üsul ayrıca sözlərlə, müxtəsər paraqraflarla, siyahıların tutulması ilə, materialı rəqəmləmə və rəmzi olaraq işarələmə ilə onun ana və ikinci dərəcəli başlıqlarla bölünməsi ilə gerçəkləşir.
    3.“Hörümçəkvari ” plan tutma üsulu: Əvvəlcə kağızın ortasında ya dairə, ya kvadrat, ya oval, ya da silindir daxilində əsas başlıq yazılır. Sonra ondan yanlara xətt və oxlar çəkilir. Hər bir xətt də öz növbəsində əlavə xətlərə ayrılır. Bu üsul özündə çox saylı təsnifatlandırmanı ehtiva edən mövzuların yığcamlaşdırılması zamanı keçərlidir. Bundan sonra qısa qeydlər aparılır.
    Üçüncü məharət: yadda saxlama qabiliyyəti
    Məlumat və biliklər necə öyrənilir (yadda saxlanılır) ?
    Yadda saxlamağın ən mühüm yollarına daxildir:
    -“Tutuquşu” üsulu: Çox sayda insanın yanında baş verən əzbər öyrənmə şifahi və ya yazılı deklamasiya ilə təkrarlama vasitəsilə gerçəkləşir. Ancaq bu üsul qüsurludur, çünki, bu zaman ünsiyyət sanki “titrəmələr” üzərində qurulur, ola bilsin ki, tələbə məlumatı özünün ruhi narahatçılıq şəraitində deklamasiya etdiyini aşkarlasın. Bu zaman beyin hər bir informasiya təsiri üçün “quru” və “boş” reaksiya verir. Ancaq bu, o demək deyildir ki, bu üsul qeyri-münasibdir. Bu üsulu digər metodlarla inkişaf etdirmək, onu tamamlayacaq vasitələrdən (məsələn, “təsəvvürə gətirmə, xəyal etmə qabiliyyəti”, “zəncirvari əlaqələndirmə” üsulları kimi) yararlanmaq lazımdır.
    - “Təsəvvürə gətirmə, xəyal etmə” üsulu: Bu elə bir üsuldur ki, onun vasitəsi ilə, əvvəlcə sezilən və xəyala gətirilən şeyin rasional təsviri yaradılır, sonra isə təcəssüm olunanın faktiki təsəvvürünə keçilir. Daha sonra bu mərhələ bir-neçə dəfə təkrar edilir ki, yadda saxlama qabiliyyəti güclənsin.
    -“Zehni əlaqələndirmə” üsulu: “Təsəvvürə gətirmə, xəyal etmə qabiliyyəti”indən doğan bir-sıra üsullardan biridir. Yenicə əldə edilən məlumatı geniş dairəli informasiyaya çevirmək asandır. Hər dəfə əlaqə yaratdıqca, yadda saxlama daha da asanlaşır.
    Dördüncü məharət: Təkrarlama
    1. Qeyd dəftərinə ən mühüm bənd və faktları yaz!
    2. Mütəmadi olaraq onları təkrarla!
    3. Mülahizələrini xatırlamaq üçün onların sayını apar və bacardığın qədər onları azalt!
    4. Təkrarlama və yadda saxlama zamanı öz-özünə sual verməkdən çəkin!
    5. Təkrarı xronoloji ardıcıllıqla apar!
    6. Ən mühüm yerləri rənglə, və ya işarələ!
    7. Öyrənmə zamanı mütəmadi olaraq dua et, Quran əzbərlə, namazlarına diqqət et! Həqiqətən, Allah insanı namazdan yayındıran işləri bərəkətləndirməz.
    Təkrarlama proqramı necə hazırlanmalıdır?
    Təkrarlama proqramının hazırlanması imtahanlara hazırlıq zamanı böyük rola malikdir. Təbii ki, bu tip proqramlar tələbənin qabiliyyətinə və səviyyəsinə uyğun olaraq, imtahanı veriləcək fəndən asılı olaraq aşağıdakı formada tərtib edilə bilər:
    1.Müəyyən materialları müntəzəm şəkildə öyrən!
    2.Mühüm sayıldığı üçün müntəzəm olaraq təkrara əməl et! Təkrarlama imtahandan bir gün qabaq və ya imtahan gecəsi deyil, hər bir materialın öyrənilməsindən sonra aparılmalıdır.
    3.İmtahan materiallarını xronoloji vaxt baxımından imtahanların tarixinə görə qruplaşdır!
    4.Təkrarlanması çox vaxt aparan materialları müəyyənləşdir!
    5.Yerdə qalan vaxtı hər bir material üçün ayrıca olaraq təyin et və buna uyğun olaraq onu bölüşdür!
    6.Çətin materialları asanından ayır!
    7.Proqramında istirahət saatlarına, zehnin daha yaxşı qavrama qabiliyyətinə stimul verən əyləncələrə də yer ayır!
    8.Təkrarlama zamanı zehni “pərakəndəlik”dən və diqqəti yayındıracaq fikirlərdən uzaq ol! Məşğul olan kəs diqqəti yayındıracaq xəyallardan azad olmalıdır.
    9.Əsla, yoldaşlarının təkrarlama üsulunu təqlid etmə! Hər bir insanın öz qabiliyyətinə uyğun üsulu vardır.
    10.Hər bir dərsin təkrarını ana və ikinci dərəcəli başlıqların yer aldığı “skelet” plan ilə gerçəkləşdir! Bütöv bir materialın “skelet” planını tutduqdan sonra hər bir başlığa dair məlumatları təkrarla! Məhz bu, inşallah, sənə imtahanda cavab verərkən dərsə dair bütün xırdalıqları qavramağa, öyrənməyə imkan verəcəkdir.
    Valideynlərinə əsəbiləşmə, onlar üçün etdiyin dualar sənin üçün ən böyük köməkdir.
    Sonda bu duanı oxumağı unutma: “Allahummə, inni əs`əlukə fəhmə-n-nəbiyyin, hifza-l-mursəlin. Allahummə-c`al əlsinətinə amiratən bizikrik və qulubənə bixaşyətik... İnnəkə alə mə təşəu qadir. Və həsbunə-l-lahu və nimə-l-vəkil!” (Allahım, səndən nəbi fəhmi, peyğəmbər hafizəsi istəyirəm! Allahım, dillərimizdən Sənin zikrini, qəlblərimizdən Sənin qorxunu əksik etmə! Həqiqətən, Sən istədiyinə qadirsən! Allah bizə bəs edər. O nə gözəl vəkildir!)
    Bölmə: İSLAM MƏQALƏLƏRİ | Əlavə etdi: Terane | Baxılıb: 680 | Tarix: 14.10.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  Sentyabr 2012  »
    BeÇaÇCaCŞB
         12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 1
    Qonaqlar: 1
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru