Hər dəfə kölgəmə baxdıqda onun “ər-Rəd ” surəsinin 15-ci ayəsini haqqı ilə yaşadığını hiss edirəm. Onun Allaha təslimiyyətinə qiptə edirəm. “Rəbbim! Gölgəmin səmimiyyətini mənə də qismət et!” - deyə dua edirəm.
Bütün günah işləyən bəndələrə müjdə! Günahlarınızı savaba çevirə bilərsiniz. Bunun üçün “əl-Furqan” surəsinin 70-ci ayəsini oxuyub, əməl etməyiniz kifayət edər.
Allah yolunda xərclədiyimiz hər şey Cənnət bağçamızda bir ağacın əkilməsinə vəsilə olar. Üstəlik də xərclədiklərimiz sevdiyimiz şeylərdən olarsa! Sonunu fikirləşin.
Ailə üzvlərimdən kimsə cənnətlə arama girməyə çalışarsa, ona “əl-Məaric” surəsinin 11-14-cü ayələrini xatırladaraq, kənara çəkilməsini istəyərəm. Saleh əməl sahibi olması üçün dua edirəm.
Ömrümüz üç qutu içində davam edir: evimiz, maşınımız və iş yerimiz. Qaranlıq, buz kimi və dar olan isə 4-cü qutuda başa çatır. Bu qutunu ya Hurilər açar, ya da Zəbanilər.
Nə vaxt ki, yerimə uzanıb yatmaq istəsəm, “Ali-İmran” surəsinin 191-ci ayəsinin sanki mənə nazil olduğunu hiss edirəm. Allahı zikr edərək, dilimi hər zaman təravətli saxlamağa çalışıram.
Göydə bir-birini ötməyə çalışan buludları görsəm, “əl-Əraf” surəsinin 57-ci ayəsinin mənə işarə etdiyini düşünürəm. Bunula Allahın hər an fəaliyyətdə olduğu mənə aydın olur.
Dünya həyatı teatr səhnəsi, sən də hər kəs kimi bir iştirakçısan. Rolunu başa vurduqdan sonra gəldiyin yerə geri dönəcəksən.
İmtahanımız universitet imtahanına bənzəyir. Hər iki imtahanda zamanla mübarizə gözə çarpır. Hər ikisində də suallara tam və düzgün cavab verən müvəffəqiyyət qazanır. Universitet sənə fakültə, Rəbbimiz isə Cənnət verir!
Səhabələrin imanlarını artırıb sevindikləri saatları yatmaqla zay etməyimiz günah olaraq bizə kifayət edər.
Yolda gedərkən bir zənci ilə qarşılaşdığımda isti qaya parçası altında inildəyən, ancaq imanından vaz keçməyən Hz. Bilal yadıma düşür. “Ey Rəbbim! Sən “Allah təkdir, şəriki yoxdur!” deyən şəhidə verdiyin imanı, mənə də ver!” - deyə dua edirəm.
Qarşımda ucalan hündür dağlara baxdığım zaman sanki onların mənə: “Nə yaxşı ki, “əl-Əhzab” surəsinin 72-ci ayəsinin yükünü öz boynunuza götürdünüz”, - dediklərini eşidirəm. Mən də onlara: “Kaş ki, bu yükü mənim üzərimdən götürsəydiniz!” - deyə yalvarıram.
Başıma bir müsibət gəldiyi zaman rahatlanmaq üçün “ət-Təğabun” surəsinin 11-ci ayəsinə müraciət edirəm. Həm səbr edərək savab qazanır, həm də günahlarımın bağışlandığını hiss edirəm.
Möcüzələr tablosu olan göy üzünə nəzə saldığımda “əl-Mülk” surəsinin 3-cü ayəsini yada salaraq, rəbbimlə dialoqa keçirəm. Onun qüdrətini xatırlayır, səcdəyə qapanıram.
Dəftərinin sağdan verilməsini istəyənlər sağ tərəfə çəkilmək məcburiyyətindədirlər. Sağa gedən yol isə Məhəmməd peyğəmbərin (s) yoludur.
Günəşin qürubundan sonra “əl-Furqan” surəsinin 47-ci ayəsinin yaşadığım bölgəyə və oradakı insanların fitrətinə bir yorğan kimi örtüldüyünü görürəm.
Oturaraq qulaq asmaq istədikdə “Qalx və insanları xəbərdar et!” ayəsinin sanki mənə nazil olduğunu düşünürəm. Ya “əl-İnşirah” surəsinin 7-ci ayəsini yaşamağa çalışar, ya da yerimdə oturub qalaram.
Ailəm və dostlarım məni Allah yolunda etdiklərimə görə qınadıqda “əl-Maidə” surəsinin 54-cü ayəsinin mənə gülümsədiyini görürəm. Etdiklərini adi qəbul edər, həm də imanım artar.
Dəli, kor, kar və topal bir insan gördüyüm zaman sanki qulağıma kiminsə belə pıçıldadığını hiss edirəm: “Sənə verdiyim nemətlərin qədrini bilməyin üçün onları belə yaratdım”.
Cənnətə gedən yol tikanlarla doludur. Ayağımıza batan hər bir tikanın rəbbimizin rizasını qazanmaq üçün gözəl bir fürsət olduğunu hər zaman düşünməliyik.
Süfrəyə oturduğum zaman “Əbəsə” surəsinin 24-cü ayəsini yadıma salır, süfrəmdəki nemətlər haqda dərin düşüncəyə dalıram.
Ey insan! Ayaq saxla! Dünyaya ruzi dalınca qaçmaq üçün gəlmədin...
Səbətə düşən hər bir balıq “ən-Nəhl” surəsinin 14-cü ayəsinin bir xəbərçisidir. Nə vaxt balıq görsəm, sanki bu ayənin mənə nazil olduğunu düşünürəm.
Boş oturduğum zaman sağ çiynimdəki mələyin qələmi ilə mənə vurduğunu və: “Allah boş oturan insanları sevmir”, - dediyini hiss edirəm. Dərhal xeyir iş görməyə tələsirəm.
İşlədiyiniz günahları gizlədən Uca rəbbimizin bizdən nəsə istədiyini düşündünüzmü?
Əlimə daş aldığımda Fələstinli uşaqları gözümün önünə gəlir. O an əllərim gücsüz, taqətsiz yanıma düşür.
Stəkanımdakı südü gördüyümdə inəyi, inəyin qarşısındakı yaşıl otu və mükəmməl bir sənət əsərini ağlıma gətirir və Allaha belə dua edirəm: “Yaşıl otu ağ südə çevirən rəbbim necə də qüdrətlidir!”
“Qəlblər yalnız Allahı xatırlamaqla, onu zikr etməklə aram tapar” ayəsini oxuduğum zaman rahatlığı sapqın müsiqi növlərində, əyləncədə görənlərin halına acıyıram.
Nə vaxt ki, “Allahım! Məni sabitqədəm et!” - deyə dua edirəm, “Muhəmməd” surəsinin 7-ci ayəsinin qulaqlarıma nəsə pıçıldadığını hiss edirəm.
“Cəhənnəmdə bir müddət yandıqdan sonra Cənnətə qaytarılacağıq” deyənlərin Cəhənnəm ayələrini bir daha oxumalarını məsləhət görürəm.
Yolda gedərkən əsasına sarılmış bir yaşlı görsəm, dərhal “əl-Həcc” surəsinin 5-ci ayəsini xatırlayıram.
Dünyanın hər tərəfindən Cəhənnəmə pulsuz avtobuslar hərəkət edir. Biletləri isə satan şeytandır.
Maddi və mənəvi bir rahatsızlıq keçirsəniz, bilin ki, əməlinizə “Taha” surəsinin 124-cü ayəsində qeyd edilən mikrob qarışıb.
Makiyajlı, allı-qırmızılı kosmetika ilə bol-bol bəzənmiş başıörtülü bir qadın görəndə: “Hicabsız daha gözəlsiniz”, - demək keçir ağlımdan. Ancaq deyə bilmirəm.
Quran hər kəsin dilini başa düşür, kaş ki, insanlar da Quranın onlara nə demək istədiyini başa düşmək istəsəydilər!
Pulunuzu itirməklə dünyanın sonu gəlməz. Ancaq əqidənizi itirdinizsə, o zaman cəhənnəmin sonu görünməz...
Hz. Ömərin (Allah ondan razı olsun!) yanında “Bizə sadəcə Quran yetər” deyən bir səhabənin halını düşündünüzmü?
Qəh-qəhə ilə güldüyümdə, sanki qulağımda bu səs cingildəməyə başlayır: “Cənnətləmi müjdələndin?”
Qıldığımız namazlar, oxuduğumuz kitablar əsla bizi aldatmasın. Çünki edəcəklərimiz etdiklərimizdən daha çoxdur…
Namaz qəfəsdəki quşa bənzəyər, uçduğu zaman bir daha geri qayıtmaz…
O zamanın sərxoşları Allah və rəsulunu sevər, ona hörmət edərdilər. İndiki əyyaşlar isə Allahı tanımaq belə istəmirlər…
Gənc yaşda ölümü düşünmək dünya və içindəkilərə meydan oxumaqdır.
Mübarizəmizin yeni Ömərlərə, Bilallara, Əlilərə, Əbu Bəkrlərə ehtiyacı var. Adınız nə olursa-olsun, əqidə və yaşayışınız onlarınkı kimi olmalıdır!
Sanki bir səs artıq çəkilərimizin kasıbların haqqı olduğunu bizə söyləyir. Bu artıq çəkiləri idman zallarında əritmək üçün tər tökmək əvəzinə, az yeyib Allah yolunda xərcləməyimiz daha faydalı olmazdımı?!