Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19921 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (17089 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (14154 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9944 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9361 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2010 » Sentyabr » 15 » Məsələlərə dar çərçivədən baxmaq
    Məsələlərə dar çərçivədən baxmaq
    14:53


    <b><span style="color:blue">Bu yazını səmimi qəlblə yazaraq qardaşlarıma və bacılarıma bir nəsihət etmək istəyərdim. Onlara biz müsəlmanların oynadığı vacib rolu və Allah qarşısındakı vəzifəmizi xatırlatmaq istərdim.

    Bu məqalənin yazılma səbəbi barədə qısa məlumat verək. Saytın 8 sentyabr tarixində yayımlanan "Səudiyyə kralı islamçıların səsini boğur" məqaləsinə etiraz edən bir şəxs özünəməxsus tərzdə etiraz etdi və məsələyə dar çərçivədə yanaşaraq məsələnin əsas mahiyyətindən uzaqlaşdırmağa çalışaraq hətta bizə qarşı haqsızlıq etməkdən çəkinmədi.

    Əziz müsəlmanlar! Azərbaycanda ilk əvvəldən aparılan sələfi dəvətini xatırlayırsınızmı? İnsanlara böyüklərini kor-koranə təqlid etməməyi öyrədərkən. Deyərdik ki, hər hansı bir sözün kimdən sadir olmasından asılı olmayaraq hər bir söz Quran və Sünnət mizanında ölçülməlidir. Əgər tabe olacağımız kimlərsə varsa, o kəslər ölülərimizdir. Yəni, bundan əvvəlki nəslimiz indiki nəslimizdən xeyirlidir. Eləcədə ilk nəsil sonradan gələn digər nəsillərdən xeyirlidir. Biz insanları bu cür İslama dəvət edirdik, onlara kor-koranə təqlidin bir xəstəlik olduğunu, Allahın bizə verdiyi ağıl nemətini korlayan bir xərçəng olduğunu öyrədərdik. Onlardan beyinlərini azad etmələrini və haqq kəlama qulaq vermələrini istəyərdik. Onlar bizə deyəndə ki, dədə-babalarından bu cür eşidiblər və məgər biz yumurtadan təzə çıxmış ətcə cücələr olaraq onların dədə-babalarından çox bilirdikmi? Sözsüz ki, xeyr! Onlardan az bilsək də, təcrübəmiz az olsa da, Allahın parlaq nurunu görmək üçün sadəcə açıq-düşüncəli beyindən başqa heç bir şeyə ehtiyacımız yox idi. Əgər beynimizi stereotiplərdən azad edərək baxəş dairəsini genişləndirsəydin Allah da sənin sinəni genişləndirəcək və qəlbinə hidayət nuru salacaqdı. Bax bu cür biz insanları İslama dəvət edərdik!

    Lakin zaman ötdü və çox şey dəyişdi. Təqliddən qaçmağa çalışanlar təqlidin ən pis şəklinə düçar oldular. Artıq indi yaşayan avtoritetlərin sözlərinin məhbusu olanları görürük. Qəliz danışaraq sözümüzü fəlsəfi təlimlərə bənzətmək istəmirik, sözümüz həqiqətdə çox bəsitdir. Şəxsiyyətlərə və avtoritetlərə kor-koranə təqlid etmək doğru deyildir! Hər insan xəta edə bilər və bu xətasını görsək bir-birimizi o xəta haqqında ağah etməkdə heç bir eyib yoxdur. Əksinə xətanın təhlükəsinin böyük olduğunu görsək ətrafımızdakılara həmin xətanın mahiyyətini izah etməyimiz üzərimizə düşən bir borcdur. Belə xətalar həm kiçiklərimizdən, həm də böyüklərimizdən vaqe ola bilər.

    O zaman gördüyüm xətalar barəsində sizi agah etmək mənim borcumdur, çünki bu xətalarda böyük bir təhlükə görürəm.

    Həmin şəxs belə bir cavab verdi:

    Quote
    "Heç bir sələfi alim: əl-Albani, ibn Bazz, ibn Useymin, Fouzan, Ali əş-Şeyx və s. nə saudiyyə rəhəbrliyi barədə belə sözlər deyib,..."


    Bu söz doğru deyildir! Doğrudur ki, Şeyx İbn Useymin, Şeyx İbn Baz, Şeyx Ali Favzan, Şeyx Aluş-Şeyx və digər səudiyyə alimləri öz hökumətlərini tənqid etməyiblər. Bunun isə iki səbəbi vardır. Birinci səbəb budur ki, səudiyyə ərəbistanında mücəmələ mədəniyyəti olaraq tanınan bir düşüncə tərzi vardır. İnsanların bir-birilərini yola verməkləri adi bir adətdir. Hətta bir çox şeyx bir-birilərinə qarşı yazıda ağır sözlər söyləsələr də, qarşılaşdıqda bir-birilərini "yola verməyə" çalışırlar. Bu, onların ədəblərindəndir.

    İkinci səbəb isə budur ki, bu şeyxlər iki xeyirdən hansının böyük olmasına qərar verərək onu seçirlər. Əgər onlar hökumətə qarşı danışsalar sözsüz ki, məqamlarını itirəcəklər və məqamlarını itirdikləri təqdirdə bu cür açıq dəvət apara bilməyəcəklər. Çünki praktika göstərir ki, səudiyyədə kim hakimiyyətə qarşı açıq tənqid nümayiş etdiribsə öz məqamından endirilib. Məsələn, Şeyx Humud bin Uqla əş-Şueybi hakimiyyətə qarşı olan sərt mövqeyinə görə həmişə pərdə arxasında saxlanılıb. Bu cür şeyxlər çoxdur, onlar bu mövqelərinə görə heç vaxt ön plana çıxmayıblar.

    Şeyx əl-Albani və Şeyx Muqbilə gələndə isə, onlar səudiyyə hakimiyyətini olduqca sərt tənqid ediblər. Məsələn baxın görün Şeyx əl-Albani - rahiməhullah - 461-ci kasetdə (dəq: 11:25) nə deyir:

    استعانت بالكفار وأحللتهم في ديارها ومكنتهم من التصرف فيها كما يشاؤون , ورفعت الصليب في أرض التوحيد , واقترن الصليب مع راية لا إله إلا الله محمد رسول الله .وهذه مخالفة خطيرة جدا من دولة التوحيد أن تدخل الصليبيين إلى أرضها دون أن يراق من دماء هؤلاء الصليبيين ولا قطرة دم, هذه خطيرة وعظيمة جدا من دولة التوحيد يكفي أن نفهم أنها أولا خالفت نصا صريحا من قوله عليه السلام :(إنا لا نسعين وفي رواية مسلم (لن نستعين) بمشرك, وثانيا خالفت الواقع الذي يشهده كل مسلم لا فرق بين حاكم ومحكوم ولا فرق بين عالم ومتعلم من حيث أن الدولتين اللتين استغاثت بهما من دون الله تبارك وتعالى ألا وهي أمريكا وبريطانيا يعرفون جيدا كل المسلمين حكاما ومحكومين بأنها أعدى الدول الكافرة للإسلام والمسلمين, وهما الدولتان الرئيستان في مساعدة اليهود والتمكين لهم في فلسطين ومع ذلك فلا تزال الدولة السعودية تقول وتصف هاتين الدولتين بأنها من الدول الصديقة , فإذا كانت أمريكا وبريطانيا هي دولتان صديقتان لبلاد التوحيد فما أدري كيف أمكن الإعلام السعودي أن يجمع بين النقيضين , بين التوحيد وبين الشرك والكفر بالله عز وجل


    Qısa tərcüməsi:

    "(Səudiyyə hökuməti) öz ölkələrində kafirlərdən kömək istəyiblər, və onlara o ölkədə dilədikləri kimi hərəkət etməklərinə imkan veriblər. Tövhid torpağında xaçı yüksəldiblər və xaç "ləə iləhə İlləllah, Muhammədər-Rasululllah" bayrağı ilə yan-yana gətirilib. Bu tövhid dövləti tərəfindən çox təhlükəli bir müxalifətdir ki, xaçlılardan heç bir qan axıtmadan, nə də bir damla qan tökmədən həmin xaçlıları öz torpaqlarına salıb. Bunu anlamaq üçün onların peyğəmbərin - salləllahu aleyhi va səlləm - "biz müşriklərdən heç halda kömək istəmərik" sözlərinə müxalif olmaqlarını anlamağımız kifayət edər. İkinci isə hər bir müsəlmanın şahid olduğu bir reallığa müxalif olub bu dövlət, bu həqiqəti görməkdə hakimlə məhkum arasında fərq yoxdur, nə də alim ilə mutəallim arasında fərq yoxdur, beləki bu dövlətin Allahdan savayı kömək olaraq çağırdığı bu iki dövlət Amerika və Britaniyadır. Hakim və məhkum qarışıq müsəlmanların hamısı bilir ki, kafir ölkələri içində İslama və müsəlmanlara qarşı ən düşmən dövlətlər bunlardır. Yəhudilərə Fələstində yerləşməyə kömək edən ən əsas iki dövlət də bunlardır. Bütün bunlarla belə səudiyyə dövləti hələ də bu iki dövlətə dost dövlətlər deməyə, onları bu sifətlə vəsf etməyə davam edir. Əgər Amerika və Britaniya tövhid ölkəsi üçün iki dost dövlətdirsə, o zaman Səudiyyə mətbuatının bu iki ziddi, yəni tövhid ilə şirk və küfrü bir arada necə topladıqlarını bilmirəm!!!"

    Sözün düzü Şeyx əl-Albani - rahiməhullah - bu cür sözləri çox söyləyib. Onun bundan da şiddətli sözlərini görmək olar. Şeyx Muqbil bəlkə də Şeyx əl-Albanidən də sərt olub, ömrünün son illərinə qədər Səudiyyə dövlətini tənqid edib. Şeyx Muqbil'in məsələn "Məxracu minəl-Fitnə" adlı kitabı məşhurdur. Bir çox kitabında kral Fəhdi "Hədimul-Harameyniş-Şərifeyn" adlandırır. Yəni "İki şəfərli haram məscidini dağıdan, məhv edən!" Kral boynuna xaç taxanda Şeyx Muqbil "əl-Valə val-Bəra" adlı kasetində onun bu əməlini küfr adlandırır. Bəli, bəli! Biz çox gözəl bilirik ki, Şeyx Muqbil həyatının son aylarında bu fikirlərindən dönüb, çünki xəstə olanda Səudiyyə hökumət dairələri şeyxin müalicəsini öz boyunların götürmüşdülər və Şeyx Muqbildən əvvəlki kitabları haqqında soruşanda buyurmuşdu ki, Səudiyyə haqqında dediklərini bütün kitablarından çıxarıb yenidən çap eləsinlər! Bunun səbəbini isə belə izah etmişdi ki, yaxşılığa yalnız yaxşılıqla cavab verə bilər, yəni Səudiyyə hökuməti ona yaxşılıq etdiyi üçün o da təndiqlərini kitabdan çıxarmaqla yaxşılıqla cavab verə bilər. Sözümüz bunda deyildir, lakin sizin diqqətinizi bir suala çəkmək istəyirik; Şeyx Muqbil - rahiməhullah - ömrünün son aylarından başqa bütün ömrü boyu təkfirçi, xavaric olmuşdur? Yoxsa ömrü boyu minhəci batil minhəc olub? Sizdən bu sualımızın üzərində yaxşı düşünmənizi istəyirik. Şeyx Əhməd ən-Nəcmi Şeyx Muqbilin bu görüşlərinə görə hətta öldükdən sonra tənqid etmiş və onu sələfilik dairəsindən kənara atmışdır. İndi siz nə deyəcəksiniz? Şeyx Əhməd ən-Nəcmi Şeyx Muqbil haqqında deyir: "sələfiliyi qaralamışdır", "Səudiyyə dövləti, tövhid dövlətinə qarş nifrət bəsləyib..", "sələfilikdən çıxıb təəssübə düşüb..." Məgər siz Şeyx Əhməd ən-Nəcmi'nin dediyi sözləri ilə razısınızmı? Belə düşünürəm ki, razı olmayacaqsınız.

    Mən belə düşünürəm ki, istər Şeyx Muqbil olsun, istərsə də Şeyx əl-Albani olsun, bütün bu alimlərin səudiyyə haqqında dediyi sözlər onları xavaric və təkfirçi etmir və etməməlidir. Çünki hər bir söz haqq tərəzisində ölçülməlidir. Baxmaq lazımdır ki, həqiqətən də deyilən sözlər haqdırmı? Yoxsa bu sözlər batil fikirlər, xəyali təsvirlər üzərində qurulub? Əsas olan budur!

    Biz bu sözümüzlə bağlı nəsihətimizin sonunda bir iki sətrə yer verəcəyik. Ona görə də bu dediklərimizi ağlınızda tutun!

    Məzkur şəxs daha sonra deyir:

    Quote
    "... nə də şeyx Mədxəli və müsəlmanlar barədə alçaldıcı "mədxəlilər" sözü deyib"


    Əziz qardaşlar və bacıllar! İlk əvvəl bilmək lazımdır ki, "mədxalilər" adı alçaldıcı ad deyildir. Siz hardan çıxardınız ki, "mədxalilər" adı alçaldıcı addır?! "Mədxalilər" adı şeyx Rabi əl-Mədxalinin düşüncələrinə tabe olanlara verilən addır. Məgər kimisə Şeyx əl-Mədxaliyə nisbət etmək alçaldıcı ad olur?! Kiməsə alçaldıcı ad vermək istəsən həmin adamı alçaldıcı bir şeyə, alçaldıcı bir insana nisbət edirsən. Məsələn, deyirsən ki, bu adam "marksist"dir, yəni alçaq kommunist Karl Marksın düşüncələrinə tabedir. Bax bu cür desən alçaldıcı olar. Lakin əl-Mədxaliyə nisbət etmək nə üçün alçalldıcı olmalıdır ki?! Siz ad qoşmaqla razılaşmaya bilərsiniz, ad qoşulmasına etiraz edə bilərsiniz. Lakin burada Malcolm X-in məşhur bir sözünü xatırlayıram. Ondan jurnalistlər Kennedy'nin öldürülməsi haqqında soruşanda bu frazanı işlətmişdi: "Chickens coming home to roost!" Yəni "Toyuqlar gecələmək üçün hinlərinə geri qayıdırlar." Yəni, bizim dildə desək "nə əkərsən, onu biçərsən!" "Nə tökərsən aşına, o da çıxar qaşığına!" Bu ad qoşmaq modasını salanlar kimlər olub? Bu qutbi, sururi kimi adları qoşanlar kimlər olublar? Nə üçün ad qoşmağa gələndə yalnız "mədxali" adına etiraz edirik? İndi kim Şeyx əl-Mədxali ilə razılaşmırsa qutbi, sururi adları ilə çağırılırlar. Məsələn, Şeyx Bəkr Əbu Zeyd - rahiməhullah - Seyyid Qutbu müdafiə etdiyi üçün ona da "qutbi" adı qoşmuşdular. Eyni adları Şeyx İbn Cibrin, Şeyx İbn Uqla üçün deyirdilər. Hətta cahil insanlar İbn Cibrinə (rahiməhullah) "ibn xəta" da deyiblər Eyni adları Şeyx Səfər əl-Havali üçün deyirdilər. Nə üçün bu adlar deyiləndə etiraz edən yox idi? Ona görə də deyiblər ki, "nə əkərsən, onu biçərsən!"

    Bəs görəsən "mədxalilər" deməklə nə qəsd olunur?! Mədxalilər deməklə adətən günahsız camaata ad qoşanlar, onları bidətdə ittiham edənlər, onları yersiz yerə qaralayanlar, onları öz ağıllarına görə qara siyahıya salanlar qəsd olunur. "Mədxalilər" adını son zamanlar dilədiklərini "minhəcdən çıxardıb", dilədiklərini "minhəcə salan" qruplar haqqında deyiblər. Bu cür insanları qaralamaq xisləti o qədər şərr, o qədər murdar bir xislətdir ki, nalayiq şəkildə insanları qaralayıb bitirdikdən sonra öz aralarında bir-birilərini qaralamağ keçirlər. Şeytan onları necə pis aldadıb!

    Bu cür xüsusiyyətlər mənə bir növ yəhudilər xüsusiyyətlərini xatırladır. Yəhudi əslli Abdullah bin Salam İslamı qəbul edəndə yəhudilər ilə onun arasında baş verənləri xatırlamalısınız. Peyğəmbərimiz - salləllahu aleyhi va səlləm - birinci dəfə yəhudilərdən Abdullah bin Salam haqqında soruşanda onlar demişdilər ki. "O, bizim aramızda ən yaxşıdır, ən yaxşının oğludur. O, bizim aramızda bir ağadır, bir ağanın oğludur. Bizim aramızda ən çox bilənimizdir, ən çox bilənin oğludur." Abdullah bin Salamın müsəlman olduğunu biləndən sonra isə dedilər ki, "o, bizim ən pisimiz və ən şərlimiz və ən pisimizin oğludur..." Atasına qədər Abdullah bin Salamı - radiyallahu anhu - qaraladılar. Necə ola bilər ki, bir insan bir etiqadda insanların ən yaxşısı olsun, etiqad dəyişəndən sonra isə insanların ən murdarı, ən pisi, ən şərlisi olsun?! Gördüyünüz kimi bu, yəhudilərin pis sifətlərindən bir sifətdir. İndi sizə bir-iki misal verib özünüzün nəticə çıxarmanızı istəyirəm. Faleh əl-Hərbi adında bir şeyxi tanıyırsınız? Tanımırsızsa qısaca sizlərə məlumat verim. Faleh əl-Hərbi zamanında adi şeyxlərdən biri idi, Şeyx Rabi əl-Mədxalinin yaxın dostu idi, Şeyx əl-Mədxali kimi camaata ad qoşar, camaatı bidətdə ittiham edərdi. Şeyx əl-Mədxali onun haqqında deyirdi: "Ona bidətçidən başqa heç kəs hücum etməz!" Başqa yerdə deyir: "Şeyx Faleh əl-Hərbi sələfi mənhəcini ən yaxşı bilənlərdən biridir. Qutbilərin, hizbilərin və digərlərinin gizləndikləri yerlərini ən yaxşı tanıyan kəslərdən biridir...Ona qarşı yalnız bidət və zəlalət əhli danışır, çünki o, sünnətin bayrağını daşıyanlardan biridir..." Zaman ötdü və Şeyx Faleh öz müəllimini də tənqid etməyə başladı. Bundan sonra əl-Mədxali görün Şeyx Faleh haqqında nə dedi: "Onda həddadiliyik əlamətləri görünür. Biz və digər şeyxlər indiyə qədər ona nəsihət etmişik." Bir başqa yerdə deyir: "O, on üç xüsusiyyətdə rafizilərə bənzəyir." Falehin taleyini bölüşənlərdən biri də Əbul-Həsən əl-Maribi oldu. Əvvəllər əl-Mədxali onu qardaşımız, hörmətli şeyx, alləmə, sələfi, mücahid adlandırardı. Onun haqqında deyərdi: "Cərh və Tədilin zəkası Əbul-Həsən əl-Maribidir." əl-Maribi isə daha sonra əl-Mədxali ilə razılaşmayanda dərhal onun düşməni oldu; əl-Mədxali artıq onun haqqında ən pis şəkildə danışmağa başladı. Sözlərinin birində onun haqqında deyir: "Allaha and olsun ki, biz Əbul-Həsən və onun davamçılarından böyük yalançı görməmişik...ixvanul-muslimin və təbliğ camaatı bu əyri, saxta, yalançı, lənətlənmiş, oğru camaatla müqayisədə sadəcə miskindirlər..." Eyni taleyi bölüşənlərdən biri də Muhamməd əl-Məğravidir. Əvvəllər əl-Mədxali onun haqqında deyərdi: "Biz onu bir imam sayırıq. Kim onu tənqid edirsə onu etibardan düşürmək lazımdır." Başqa yerdə deyir: "Şeyx əl-Məğravi sələfi alimlərdən, sələfi dailərdən biridir...inşə Allah, onun heç bir təzkiyyəyə ehtiyacı yoxdur." Daha sonra əl-Məğravi də onunla ixtilaf etdikdə əl-Mədxali onun haqqında ilk əvvəl dedi: "əl-Məğravi kiçik bir elm tələbəsidir, o, dünyanın imamı deyil ki...o, imam zad deyil. Allaha and olsun ki, o sadəcə yazığ kiçik bir tələbədir, o, hələ də mənhəcin nə olduğunu bilmir...o, hələ indiyə qədər ayağı büdrəyən bir kiçik tələbədir." Yenə eyni taleyi bölüşənlər arasında Şeyx əl-Albaninin tələbəsi Əli Həsən əl-Hələbi vardır. Əvvəllər əl-Mədxali onun haqqında deyərdi ki, o, "Şamın alimidir." "Şeyx əl-Albaninin tələbəsidir." Daha sonra əl-Hələbi ondan fərqli düşünməyə başlayanda ona da hücum edərək dedi: "Əgər Əli əl-Hələbi bidətçi deyilsə, o zaman bu dünyada bidətçi tanımıram." Bir başqa yerdə isə demişdir: "O, əl-Albaninin tələbələrindən biri deyil."

    Bu taleyi bölüşənlər çoxdur. Bu qrupdan ayrılan hər birinə də ad qoşurlar. Haddadiyə adını qoşduqları adam da daha əvvəl onlardan biri idi. Lakin sonra azğınlığında onları da keçdi, müsəlmanları İbn Hacər və ən-Nəvəvinin kitablarını yandırmağa çağırdı. Ona görə də onu "haqlı" olaraq bayıra atdılar, çünki öz adlarına ləkə gətirirdi. İndi də öz aralarında "hələbiyyə", "maribiyyə" kimi adlarla camaatı qismlərə bölürlər.

    Amma görəsən düşünən heç düşündümü ki, bu adları böyük alimlərdən heç kəs təqdir etməyib? Məsələn Şeyx İbn Useymin deyir: "Sən qutbisən, sən camisən, bütün bunlar boş və yersiz şeylərdir.Məgər kimisə söyüb onun xeyirli tərəflərini qeyd etmək ədalətdəndirmi? Bütün bunlar qələtdir..."

    Yenə Abdullah bin Həsən əl-Quud deyir ki, "hardan çıxdı bu sururi ləqəbi?"

    O zaman adil olmaq lazımdır. Əgər "mədxalilər" adı xoşa gəlmirsə eyni şəkildə qutbilər, sururilər, həddadilər kimi adlar da xoşa gəlməməlidir. Əgər desəniz ki, onların özlərinə xas xüsusiyyətləri var ki, onları digər sünnilərdən ayırır, eyni şeyi "məxalilər" haqqında da demək olar və biz bu ürəkbulandırıcı bəzi xüsusiyyətləri yuxarıda qeyd etdik.

    Bilirsinizmi, əziz qardaşlarım, bizim sizə izah etdiyimiz həqiqət çox bəsitdir. Şəxsiyyətlərə bağlanmayın. Fulan şeyx haqqında belə dedilər, fulan şeyx məsləhət deyil, fulankəs mötəbər deyil, fulankəsin minhəci əyridir deyərək insanları və onlara hörmət edənləri siniflərə ayırmayın. Əgər heç kəsə ad qoşmasaq, əgər sadəcə kiminsə xəta etdiyini görüb onun xətasını söyləməklə kifayətlənsək və ya kiminsə fikri ilə razılaşmadığımızı desək və burada dursaq, yəni bundan ötə gedərək ad qoşmasaq, haqqı haqq olaraq, batili batil olaraq təyin etsək bu cür fitnələr ortaya çıxmaz. Yoxsa əgər fulankəs fulankəs haqqında belə demişdir deyərək insanları çəkindirməyə çalışsaq görün başımıza nə gələcək:

    - Şeyx Muqbil bir çox sələfi şeyxlərini tənqid edib. Onların içində Muhamməd Aman əl-Cami, Şeyx Muhamməd Saleh əl-Useymin kimiləri var. Şeyx İbn Useymin haqqında demişdir: "O, əhli-sünnədən deyildir."

    - Şeyx Əhməd ən-Nəcmi isə Şeyx Muqbili tənqid etmiş və onun sələfilikdən çıxıb təəssübə düşdüyünü demişdir.

    - Mədxali isə Bəkr Əbu Zeyd, İbn Cibrin, Muhamməd bin Muxtar əş-Şənqiti, əl-Hələbi, əl-Maribi, Səfər əl-Havali, Adnan Arur və çox-çox-çox şeyxi cərh edib, onları bidətdə ittiham edib. Biz bu siyahını saysaq çox uzun çəkəcək.

    - Muhamməd bin Hadi əl-Mədxali də Bəkr Əbu Zeydi, əl-Hələbini və daha bir çox kimsəni cərh edib.

    - Sultan əl-İd isə Muhamməd bin Hadini ikiüzlülükdə ittiham edir.

    - Ubeyd əl-Cabiri isə Yəhya əl-Hacurini tənqid edir.

    - Yəhya əl-Hacuri, Səlim əl-Hilali köhnə dostları əl-Hələbini bidətçi adlandırırlar.

    - Faleh əl-Hərbi isə əl-Mədxalini bidətçi sayır, onları bidətdə ittiham edir.

    - "əl-Ləcnə" Murad Şükri, əl-Hələbi, əl-Ənbari və bəzi digər elm tələbələrini irca bidətində ittiham edir.

    Bu şeyxlər, elm tələbələri öz aralarında bir-birilərini cərh edirlər, əgər müsəlmanlara bu yolu öyrətsək o zaman onların öz aralarında parçalanmaqlarından qurtula bilməyəcəklər. O zaman nə üçün onlara bu yolu öyrədirsiz? Niyə "fulankəs mötəbər" deyil deyərək bir iki şeyxin kiminsə haqqında dediyi sözlərini gətirib onu qara siyahıya salırsınız? Məgər belə etməyinizin nə qədər doğru olmadığını görmürsünüzmü? Deyənlər məhz bu xüsusiyyətlərə görə belə kimsələrə "mədxalilər" ləqəbini qoşublar. "Nə əkərsən, onu biçərsən!"

    Ona görə də alimlər deyiblər ki, "كلام الأقران بعضهم ببعض يطوى ولا يروى" Eyni zamanda yaşamış kəslərin bir-biriləri haqqında dedikləri gizli saxlanar, rəvayət edilməz."

    O zaman siz deyə bilərsiz ki, bəs nə üçün özünüz alimlərin bir-biriləri haqqında dediklərini bizlərə misal verirsiz? Məgər bu yazımızdan məqsədimizin nə olduğunu anlamadınız? Biz bu sitatlarla gedilən bu yolun necə parçalanmaya sürüklədiyindən danışırıq. Sizləri insanlara ad qoşmaqdan çəkindirməyə çalışırıq. Əks təqdirdə müsəlmanlar öz aralarından hər zaman yeni bir qrupa bölünəcəklər. İndi əl-Mədxalinin tərəfdarları ilə əl-Hələbinin tərəfdarlarının bir-birilərinə forumlarda necə hücum etdiklərini bir görsəydiniz nəyi qəsd etdiyimizi daha da yaxşı anlardınız!

    Yekun olaraq deməliyəm ki, heç bir hökumət, nə də heç bir alim tənqidə qarşı xüsusi immunitetə sahib deyildir. Əgər bir hökumət xəta edirsə, bunun xəta olduğunu söyləməkdə və bunun təhlükələrindən danışmaqda heç bir problem yoxdur. Buna görə insan xavaric və təkfirçi olmaz, nə də ki, mənhəcində bir problem olmaz. Əgər olsaydı onda gərək eyni sifətləri Şeyx Muqbil və Şeyx əl-Albani haqqında da söyləyək. Eynilə alimləri tənqid etmək, onların nədə xəta etdiyini söyləməyimizdə problem yoxdur. Bununla insan təkfirçi, xavaric, qutbi, hizbi olmur. Əgər belə olsaydı o zaman alimlərin bir-birilərin qarşı sözlərini əlimizdə bayraq edib bir-birimizə ad qoşmağa doğru asanlıqla addımlaya bilərik.

    Doğrusunu Allah bilir!


    Bölmə: İSLAM MƏQALƏLƏRİ | Əlavə etdi: Umar | Baxılıb: 1063 | Tarix: 22.11.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 1
    16.09.2010
    1. rovshen (rovshen) [Məqalə]
    Allah razi olsun

    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  Sentyabr 2010  »
    BeÇaÇCaCŞB
      12345
    6789101112
    13141516171819
    20212223242526
    27282930
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 2
    Qonaqlar: 2
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru