İmamlıq etiqadı İmamlıq etiqadı və ya on iki imam etiqadı imamiyyə firqəsini digərlərindən fərqləndirən bir etiqaddır. Bu etiqada əsasən imamlıq vəzifəsi əhli-beytdən müəyyən şəxslərə aiddir. Bu etiqad üzərində bir çox hökmlər qurulmuşdur. Buna əsasən imamlar Muhamməd’dən – salləllahu aleyhi va səlləm – başqa digər bütün peyğəmbərlərdən üstündür, imamlardan hər hansı birini inkar edən kafirdir, on iki imamdan hər biri peyğəmbərin – salləllahu aleyhi va səlləm 34 Cabir bin Yezid bin əl-Haris əl-Cafi əl-Kufi; hicri 127-ci ildə vəfat etmişdir. İbn Hibban onun haqqında deyir: "Səbai olmuşdur, Abdullah bin Səba’nın əshabındandır. Belə deyərdi: "Əli dünyaya geri dönəcək.” əl-Uqeyli isə sənədi ilə Zəidə’nin belə dediyini rəvayət etmişdir: "Cabir əl-Cafi rafizidir, peyğəmbərin – salləllahu aleyhi va səlləm – səhabələrini söyərdi.” ən- Nəsai və digərləri onun "tərk olunmuş biri” olduğunu deyirlər. Yəhya bin Main deyir: "Hədisləri yazılmaz, nə də fəziləti qeyd olunmaz.” İbn Hacər dedi: "Zəif ravidir, rafizidir.” Bax: "Mizənul-İtidəl”, 1/379-380; "Təqrib ət-Təhzib”, 1/123; əl-Uqeyli, "əd-Duafə”, 1/191-196 35 "Vasəil əş-Şiə”, 20/151 36 "Əayan əş-Şiə”, 1/208 37 "Ricəl əş-Kəşşi”, səh: 191 İrşadu’l-Ğabi ilə Məzhəb Əhli’l-Beyti fi Sahbi’n-Nəbi – xüsusi əmri ilə təyin olunmuşdur və bunu inkar etmək küfrdür. Bu siyahını uzatmaq mümkündür. Lakin qeyd etmək lazımdır ki, belə bir etiqad daha sonradan ortaya çıxmış bir etiqaddır. İlk şiələr bu görüşlərdən xəbərsiz olublar. Bəzi tədqiqat əhlinə görə belə bir etiqadı ilk olaraq ortaya atan Şeytan ət-Taq38 ləqəbi ilə tanınan bir şiədir. "Ricəl əl-Kəşşi” kitabında rəvayət olunur ki, Şeytan ət-Taq bu etiqadı insanlar arasında yaymağa başlamış və İmam Zeyd bin Əli bundan xəbər tutmuşdur. Daha sonra bu şayələrin həqiqətini öyrənmək məqsədi ilə onun arxasınca adam göndərmişdir. Zeyd ona müraciət edərək soruşur: "Mənə çatdırdılar ki, sən, Muhamməd’in ailəsində itaət edilməsi fərz olan imamların olduğunu iddia edirsən.” Şeytan ət-Taq dedi: "Bəli! Sənin atan Əli bin əl- Hüseyn həmin imamlardan biri idi.” Dedi: "Axı bu necə ola bilər?! (Uşaq olarkən) məni yedizdirərdi, ağzıma yemək tikəsini qoyarkən tikənin isti olduğunu görüb onu əli ilə soyudardı. Sənin iftirandan belə çıxır ki, o, isti yemək tikəsinə görə mənə ürəyi yanırdı, lakin cəhənnəm atəşindən mənə yazığı gəlməyib?”39 (Şeytanut-Taq) dedi: "Ona dedim: Sənə xəbər verib bununla sənin kafir olmağını xoş görməmişdir. Kafir olsan sənə şəfaətçi ola bilməz. Allaha and olsun ki, sən (Allahın) məşiyyəti altındasan.”40 əl-Kuleyni’nin "əl-Kafi” əsərindəki rəvayətində isə deyilir: "Zeyd bin Əli, Əbu Cafərə dedi: "Ey Əbu Cafər! Atamla birlikdə masa qarşısında oturardıq, mənə yağlı tikə yedizdirərdi və isti tikələri soyuyana qədər soyudardı, çünki mənə ürəyi yanırdı. Necə olur ki, cəhənnəm atəşindən mənə ürəyi yanmamışdır, sənə öyrətdiyi dini mənə öyrətməmişdir?!” Şeytanut-Taq ona belə cavab verdi: "Sənə fəda olum! Cəhənnəm atəşinə görə də sənə ürəyi yandığı üçün bunu sənə xəbər verməmişdir, çünki qəbul etməyərək cəhənnəmə daxil olacağından qorxmuşdur. Lakin mənə xəbər vermişdir, əgər qəbul etsəm nicat tapacam, əgər qəbul etməsəm, cəhənnəmə daxil olacağıma görə mənə ürəyi yanmayacaqdır.”41 38 "Şeytan ət-Taq”ın əsl adı Muhamməd bin Əli ibn Numan’dır, hicri 160-cı ildə vəfat etmişdir. Şiələr onu "Mömin ət-Taq” deyərək adlandırırlar. İbn Hacər – rahiməhullah – deyir: "Deyirlər ki, insanların onu Şeytan ət-Taq ləqəbi ilə adlandırması xəbəri rafizi şeyxi Hişam bin əl-Həkəm’ə çatdıqda onu "Mömin ət-Taq” adlandırdı.” O, bir çox zəlalət fikirlərini yaymaqla ittiham olunmuşdur. "əş-Şeytaniyyə” və ya "ən-Numaniyyə” firqəsi onun adı ilə bağlıdır, radikal bir şiə firqəsidir. Bax: "Ricəl əl-Kəşşi”, səh: 185; "Ricəl əl-Nəcəşi”, səh: 249; "Lisənul-Mizən”, 5/300-301; ən-Növbəxti, "Firaquş-Şiə”, səh: 78; "Səfinətul-Bihar”, 1/333; "Məqalətul-İsləmiyyin”, 1/111; "əl-Miləl van-Nihəl”, 1/186; İbnul-Xayyat, "əl-İntisar”, səh: 14- 48. 39 Yəni, necə ola bilər ki, mənim atam mənə bu qədər ürək yandırdığı halda, belə vacib bir məlumatı məndən gizli saxlasın?! Məgər mənim dindən cahil qalıb cəhənnəmə daxil olmağıma razı olardımı?! 40 "Ricəlul-Kəşşi”, səh: 186 41 əl-Kuleyni, "Usul əl-Kafi”, 1/174
Bütün bunlardan sonra oxuyucular özlərinə belə bir sual verə bilərlər; necə ola bilər ki, İmam Zeynul-Abidin öz doğma oğlu Zeyd bin Əli’yə iddia olunan bu imamlıq etiqadını öyrətməmişdir?!
Zeyd bin Əli haqqında rəvayətlər
Yuxarıda qeyd etdiyimiz kimi şiə alimləri Zeyd bin Əli və onun davamçılarını zəlalət əhlinə aid edirlər. Onlara görə imamiyyə ilə razılaşmayan və səhabələri sevən kəs zəlalət əhlidir. Lakin bununla belə öz kitablarında Zeyd bin Əli haqqında gözəl rəvayətlər nəql olunmuşdur. Onlardan bəzilərini tanışlıq üçün təqdim edirik: Zeynul-Abidin’in belə dediyi rəvayət olunur: "Övladlarım arasından "Zeyd” deyərək çağırılan biri çıxacaqdır. Kufədə qətl olunacaq, kilsədə çarmıxa çəkiləcək, qəbri açılaraq qəbrindən çıxarılacaq. Səmaların qapısı onun ruhuna açılacaq, səma sakinləri onun gəlişinə sevinəcəklər. Yaşıl (cənnət) quşlarının bir hissəsi olub Cənnətdə dilədiyi kimi süzəcəkdir.”42 Zeydilərdən Əbul-Carud rəvayət edir: "Əbu Cafərin yanında oturmuşdum, Zeyd bin Əli daxil oldu. Əbu Cafər onu gördükdə dedi: "Bu əhli-beytin seyyididir!”43 İmam əs-Sadiq’dən isə bu barədə çox rəvayət gəlmişdir. Bu rəvayətlərdən birində qeyd olunur ki, "Zeydin şəhid olması əs-Sadiq’ə çatdırıldıqda ağladı və dedi: "Allaha and olsun ki, əmim Zeyd və onun yoldaşları, Əli bin Əbi Talib və onun yoldaşları kimi şəhid getdilər.”44 Digər rəvayətdə isə İmam əs- Sadiq, Əbu Valid əl-Kahilidən soruşur: "Əmim Zeydi gördünmü?” Dedi: "Bəli, çarmıxa çəkilmiş halda gördüm və insanların bəzilərini sevincli, bəzilərini isə kədərli halda gördüm.” Dedi: "Onun üçün ağlayanlar onunla birlikdə Cənnətdədir, onun halına sevinənlər onun qanına şərik olmuşdur.”45 Həmzə bin Həmran rəvayət edir: "əs-Sadiqin yanına gəldim və məndən soruşdu: "Ey Həmzə! Hardan gəlirsən?” Dedim: "Kufədən!” (Bunu eşidərək) o qədər ağladı ki, göz yaşları saqqalını islatdı. Ondan soruşdum: "Ey peyğəmbər övladı! Səni bu qədər çox ağladan nədir?” Dedi: "Əmim Zeydi və ona nə etdiklərini xatırladım.”46 Bu sözlər imamiyyə mənbələrindəki şahidliklərdir. Zamanımızdakı şiələr bu sözləri ya inkar edirlər, ya da öz adətlərinə sadiq qalaraq bu sözlərin təqiyyə ilə deyildiyini iddia edirlər. Allahdan onlara insaf nemətindən nemətləndirməsini diləyirik! 42 əs-Saduq, "əl-Əməli”, (səh: 40); "Bihərul-Ənvar”, 46/168; "İsbətul-Hudat”, 3/9 43 "Ricəlul-Kəşşi”, səh: 151; "Mucəm əl-Xoyi”, 7/348; "Bihərul-Ənvar”, 46/170, 194; "Əməli əs- Saduq”, səh: 275 44 "Əməli əs-Saduq”, səh: 349; "Bihərul-Ənvar”, 46/171; "Uyunul-Əxbar”, 1/228 45 "Kəşful-Ğummə”, 2/442; "Bihərul-Ənvar”, 46/193 46 "Əməli əs-Saduq”, səh: 321; "Bihərul-Ənvar”, 46/172; "Əməli ət-Tusi”, səh: 446
|