Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19921 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (17089 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (14154 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9944 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9361 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2012 » Sentyabr » 28 » Heç kəsin başqalarında nifrət yaratmaq hüququ yoxdur
    Heç kəsin başqalarında nifrət yaratmaq hüququ yoxdur
    16:22
    Birləşmiş Ştatlarda bir neçə biqeyrətin istehsal etdiyi Həzrəti Məhəmmədi təhqir xarakterli filmin ərəb dilinə dublyajı 11 Sentyabr hadisələrinin 11-ci ildönümündə sosial mətbuata ötürüldü.

    Filmə haqlı etirazlar elə istehsalçıların da planlaşdırdığı kimi ABŞ və digər Qərb ölkələrinə qarşı zorakılıq aktları ilə müşayiət olundu.

    Liviyanın Benqazi şəhərində radikal sələfilər, müsəlman milislər və ya əl-Qaidə döyüşçüləri olduqları güman edilən silahlılar fürsətdən istifadə edərək, Birləşmiş Ştatların bu ölkədəki səfirini və köməkçilərini yandıraraq öldürdülər. Aradan uzun müddət keçməmiş Fransanın satirik jurnallarından biri söz azadlığını və dünyəviliyi müdafiə iddiası ilə Həzrəti Məhəmmədi təhqir edən karikaturaları dərc edərək, yüz minlərlə nüsxə satışı fürsətini fövtə vermədi.

    Həzrəti Peyğəmbəri təhqirin müsəlmanlar arasında onlarla insanın həyatını itirməsinə səbəb olan aksiyalar tədricən səngiyir. Ancaq baş verənlər haqda ətraflı düşünməklə çıxarılacaq nəticələr vardır. Belə ki, əvvəla filmin peşəkarcasına hazırlanmış təxribat olduğu aydındır. Məqsəd isə hamıya bəlli olduğu kimi, hər şeydən əvvəl ABŞ ilə islam aləmi arasında qarşılıqlı hörmət-ehtiramı bərpa etməyə çalışan, üstəgəl indiyədək mövcud prezidentlər arasında mövqeyi ilə İsrailin maraqlarının əleyhinə ən çox çıxan ABŞ prezidenti elan edilən Obamanın kreslosunu laxlatmaq, mümkün qədər onun yenidən prezident seçilməsinə mane olmaqdır. Gəl ki, bu təxribatçı qrupun planı baş tutmadı. Obamanın yenidən prezident seçilməsi ehtimalı getdikcə çoxalır. Dünya müsəlmanlarının liderləri və əksəriyyət həm peyğəmbərimizə yönəlmiş təhqirləri, həm də İslamın adından yol verilən zorakılığı lənətlədilər. Bu arada Benqazidə Birləşmiş Ştatların səfirini öldürənlərə etiraz məqsədilə keçirilən nümayişlərdə on minlərlə insan iştirak etdi.

    İkincisi, Həzrəti Məhəmmədi təhqir məqsədilə çəkilən film və karikaturalar qətiyyən söz azadlığı çərçivəsində qiymətləndirilə bilməz. Şübhəsiz ki, söz azadlığı dini inancların müzakirəsini və tənqidini ehtiva edir. Ancaq təhqir tənqid ilə eyni olmadığına görə nə hüquqi, nə də əxlaqi baxımdan tənqid sayıla bilər. Avropa hüququ müqəddəs sayılan şəxsiyyətlərin və dəyərlərin təhqirini söz azadlığı çərçivəsində qiymətləndirmir. Belə ki, Avropa İnsan Haqları Məhkəməsinin 1994-cü il tarixli (Otto Preminger) qərarında Həzrəti İsa barəsində təhqir xarakterli filmin nümayişinin qadağan olunması (“yurddaşların dini heysiyyətlərinin təhqirinə qarşı müdafiəsi” səbəbi ilə) müqaviləyə müvafiq hesab edilmişdi.

    Avropa Birliyi ölkələri bir şəxs və ya qrupun irq, etnik kimlik, cins, millət, dini inanc, cinsi seçim və digər məsələlərdə təhqirə məruz qalmasını cinayət məcəllələrində və ya “nifrət” ifadəsini qanun layihələri ilə qadağan edir. Bir çox ölkənin də belə bir qanun layihəsinə ehtiyac duyduğu şübhəsizdir. Birləşmiş Ştatlarda “nifrət” məsələsi cinayət məcəlləsində öz əksini tapmasa da Ali Məhkəmənin qəbul etdiyi qərarlar zorakılıq hallarına səbəb olma xüsusunda “açıq və mövcud” təhlükə ehtiva edən ifadələrin qadağan olunmasını hüquqi baxımdan qanunauyğun hesab edir.

    Üçüncüsü, yalnız söz və ifadə azadlığının deyil, dünyəviliyin də dindarlar tərəfindən müqəddəs sayılan dəyərlərin təhqirinə icazə verdiyi iddiası qəbuledilməzdir. Fransa jurnalının redaktoru Jerard Biard rəhbəri olduğu mətbu orqanı “ateist, demokratik və dünyəvi” kimi xarakterizə edərək deyir: “Jurnalımız dinlərin siyasi və ictimai məkana çıxdıqları təqdirdə əleyhinədir. Laiq bir dövlətdə özünüzü hər hansı bir dinə aid etmək hüququnuz yoxdur”. Fransız tipli avtoritar dünyəviliyin din düşmənliyinə çatan üzünü ən yaxşı nümayiş etdirən də hər halda Fransadakı irqçi və İslam düşməni partiyanın lideri Marin Le Penin dərhal peyda olaraq, filmin və karikaturaların dərc edilməsinin söz azadlığı olduğunu bildirməsi, fikirlərini müdafiə etməklə kifayətlənməyib müsəlmanların küçədə başörtüyü, yəhudilərin isə kipa geyinmələrinin qadağan olunmasını istəməsidir.

    Dəyərli sosioloq, Paris Sosiologiya Akademiyasının pedaqoqu professor Nilüfər Gölə dəyərlərə hücumun ekranına çevrilən söz azadlığının tərifinin yenidən verilməsinin vacibliyini bildirərkən haqlıdır. Tanınmış kanadalı filosof Çarlz Teylor Qərbdə və bütün dünyada dünyəviliyə yenidən tərif verilməsinin əhəmiyyətini qeyd edərkən tamamilə düz buyurub. Mövzuya qayıdacağıq.
    Bölmə: İSLAM MƏQALƏLƏRİ | Əlavə etdi: Terane | Baxılıb: 555 | Tarix: 22.11.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  Sentyabr 2012  »
    BeÇaÇCaCŞB
         12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 3
    Qonaqlar: 3
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru