Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19921 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (17089 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (14154 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9945 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9361 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2010 » Avqust » 24 » Günahların oruca təsiri
    Günahların oruca təsiri
    20:48


    Allah – Təbərakə va Təalə - deyir:

    "Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi sizə də vacib edildi ki, bəlkə qorxasınız (çəkinəsiniz)!”

    (əl-Bəqara, 183)

    Allah bu sözlərində orucu bəşər övladına vacib etməsinin hikmətinə işarə edərək orucu təqvaya aparan bir səbəb olduğunu göstərmişdir. Məqsəd Allahdan qorxub Onun əmrlərini yerinə yetirmək və haram etdiklərindən çəkinməkdir. Ayədən anlamaq olar ki, günahlar orucun Allah yanındakı dəyərinə təsir edir.

    Peyğəmbər – salləllahu aleyhi va səlləm – deyir: "Kim yalan danışmağı və bu yalanı ilə əməl etməyi tərk etməzsə onun yeməyini və içməyini tərk etməsinə Allahın ehtiyacı yoxdur.”[1]

    Bu şərəfli hədis mövzumuzun kökünü təşkil edir. Yalan danışmaq və bu yalanın tələb etdiyi işlərə əməl etmək oruc kimi bir ibadətin dəyərini öldürür. Digər tərəfdən bu hədisə əsaslanıb böyük günah işləməyin orucu batil etdiyini söyləyə bilərikmi? Ya da orucu pozmasa da, orucun qəbul olunmamasına səbəbdirmi? Bu baxımdan hədisin mənası haqqında alimlər ixtilaf ediblər. Sələfdən bəzi zatlar, Şamın böyük imamı əl-Əvzai və zahiri məzhəbinin ən məşhur alimi İbn Həzm günahların orucu pozduğunu deyir, lakin dörd imam və ümmətin böyük əksəriyyətinə görə günahlar orucu pozmasa da onun savabından məhrum edirlər.

    əl-Hafiz Bədrud-Din əl-Ayni deyir:

    "Alimlər qeybət, nəmimə və yalanın orucu pozub pozmamasında ixtilaf ediblər. İmamların böyük əksəriyyəti orucun bununla pozulmaması görüşünə yiyələniblər, bu əməllərdən təmiz olmaq sadəcə orucun kamilliyindəndir. əs-Səvri’dən rəvayət olunur ki, qeybət orucu pozur. Bunu əl-Ğazali "əl-İhyə” kitabında qeyd etmiş və demişdir: "Bunu Bişr bin əl-Haris rəvayət etdi; dedi: Leys Mücahiddən rəvayət etdi: "İki xislət orucu pozur: qeybət və yalan.” Bunu bu sözlərlə əl-Ğazali zikr etmişdir. Mücahiddən bilinən görüş isə budur: "Kim iki xislətdən qorunarsa orucu salamat olar: qeybət və yalan.” Bu şəkildə İbn Əbi Şeybə bunu Muhamməd bin Fudeyl’dən, o da Leys’dən, o isə Mücahiddən rəvayət etmişdir. İbn Əbid-Dunyə isə Əhməd bin İbrahimdən, o da Yalə bin Ubeyd’dən, o da əl-Aməş’dən, o isə İbrahimdən belə dediyini rəvayət etdi: "Onlar deyərdilər: Yalan danışmaq orucu pozur.”Eynilə Yəhya bin Yusuf’dan, o, Yəhya bin Səlim’dən, o da Hişam’dan, o da İbn Sirin’dən, o isə Ubeydə əs-Səlmani rəvayət etdi; dedilər: "Orucu pozan iki səbəbdən çəkinin: yalan və qeybət.”[2]

    İmam ən-Nəvəvi deyir:

    "Əgər oruclu olarkən qeybət edərsə asi olmuşdur, lakin bizə görə orucu pozulmamışdır. Həmçinin Malik, Əbu Hənifə, Əhməd və alimlərin hamısı bu görüşdədir, yalnız əl-Əvzai istisnadır. O, deyir: "Oruc qeybət ilə pozulur və qəzasını tutmaq vacibdir.”[3]

    İbn Həzm əz-Zahiri – rahiməhullah – deyir:

    "Orucu həmçinin hər hansı bir günahı etmək də pozur – istənilən günah, heç bir günah istisna deyildir - əgər bunu bilərəkdən, oruclu olduğunu xatırlayaraq edərsə; məsələn: ona halal olmayan qadın və ya kişi ilə sevişməsi və ya ona mübah olan xanımından və ya kənizindən başqasını – qadını və ya kişini - öpməsi, yaxud da öz xanımı, kənizi və ya başqaları ilə arxadan yaxınlıq etməsi və yaxud da yalan danışması, ya da qeybət və ya nəmimə etməsi, ya da namazı qəsdən tərk etməsi, yaxud da zülm etməsi və yaxud da bundan başqa insana edilməsi haram olan digər haramları etməsi.”[4]

    Daha sonra İbn Həzm yuxarıdakı hədisi və digər mənaları yaxın olan hədisləri təqdim edərək öz mövqeyini isbat etməyə çalışmışdır. Bunun üçün sələfdən bir çox kimsədən nəql gətirmişdir. Lakin alimlərin böyük əksəriyyəti bu hədisləri və bu rəvayətləri İbn Həzmin anladığı şəkildə şərh etməyiblər. Onlar bu əməllərin orucu pozmadığını, lakin savabından məhrum etdiyini deyiblər.

    əl-Hafiz İbn Hacər əl-Asqalani – rahiməhullah – yuxarıdakı hədisin şərhində alimlərin görüşlərini nəql etmişdir:

    "İbn Battal dedi: Bunun mənası/məqsədi orucu tərk etməyi əmr etmək deyildir. Bunu mənası sadəcə olaraq yalan danışmaqdan və yalanla birlikdə zikr olunmuş işlərdən çəkindirməkdir. Bu söz onun "kim içki satarsa qoy donuzu da doğrasın!” sözləri ilə eynidir. "Doğrasın” isə kəssin deməkdir. Bu hədisdə həqiqətdə donuzu kəsməyi əmr etməmişdir, lakin (içki satmaqdan) çəkindirmiş və içki satanın günahının böyüklüyünü göstərmişdir. "Allahın ehtiyacı yoxdur” sözlərinə gəldikdə isə bunun heç bir məfhumu yoxdur, çünki Allahın heç bir şeyə ehtiyacı yoxdur. Mənası budur ki, Allah onun oruc tutmasını istəmir, ehtiyac sözü istək sözünün yerində işlənmişdir. Buna yaxın bir mənanı Əbu Ömər bin Abdil-Bərr daha əvvəl söyləmişdir.

    İbnul-Munir haşiyəsində deyir: Bu, (əməlin) qəbul olunmaması mənasında bir metaforadır, necəki başqasından bir şeyi istədikdə, o isə bunu etmədiyi üçün qəzəbləndikdə belə deyirlər: "Mənim buna ehtiyacım yoxdur!” Qəsd olunan yalan danışmaqla məşğul olan birinin orucunun rədd olunması, yalandan salamat olan birinin orucunun qəbul olmasıdır. Bu mənaya yaxın bir məna Allahu Təalənin bu sözləridir: "Onların nə əti, nə də qanı Allaha çatmaz. Allaha çatacaq olan yalnız sizin təqvanızdır.”[5] Mənası budur ki, bir şeyin qəbul olmasının mənşəyi sayılan Allahın razılığına nəsib olmayacaq. İbnul-Arabi dedi: Bu hədisin tələb etdiyi budur ki, (hədisdə) zikr olunan əməli kim edərsə orucuna görə savab qazanmaz. Mənası, orucdan qazanılan savabı yalan və (hədisdə) onunla bərabər zikr olunmuş əməllərin günahlarına qarşı dura bilməz.[6] əl-Beydavi deyir: Orucun əmr olunmasındakı məqsəd ac və susuz qalmağın özü deyildir, əksinə şəhvətləri sındırmaq, pislikləri əmr edən nəfsi xatircəm olan nəfsə tabe etdirməkdir. Əgər bu hasil olmazsa Allah ona qəbul etmə nəzəri ilə baxmaz, beləliklə onun "Allahın ehtiyacı yoxdur” sözləri qəbul olunmaması anlamına gələn bir məcazdır, səbəbi inkar etməklə nəticəni tələb etmişdir. Doğrusunu Allah bilir!

    Bu hədisi dəlil gətirərək bu əməllərin orucu naqis etdiyini[7] dedi və bundan sonra kiçik günahların kəffarətinin böyük günahlardan çəkinmək olduğunu qeyd etdi. əs-Subki əl-Kəbir bu hədisə cavab olaraq bu babın hədisində və oruc bölməsinin əvvəlində keçən hədisdə birinci görüşü dəstəkləyən güclü dəlilin olduğunu demişdir, çünki söyüş, hay-küy, yalan və bunların əsasında əməl etmək qeydsiz-şərtsiz haramdır, oruc da qeydsiz-şərtsiz əmr olunmuşdur. Əgər oruclu halda bu əməllərin baş verməsi ilə oruca heç bir təsir olmasaydı, oruc zamanı edilməsi şərtilə bu əməllərin orucla bağlı zikr olunmasında anlaşılacaq bir məna olmazdı. Bu iki hədisdə zikr olunduğuna görə bizim diqqətimizi iki məsələyə yönəltməkdədir:

    Birinci: bu əməlləri oruc zamanı etmək başqa zamanlarda edilməkdən daha çirkindir. İkinci: orucu bu əməllərdən salamat saxlamağa təşviq etmək və bu əməllərdən salamat olmaq orucda bir kamillik sifətidir. Dedi: Əgər bu əməllərdən salamat olmasa orucu naqis olar.”[8]

    İmam ən-Nəvəvi – rahiməhullah – orucun pozulduğunu deyənlərin dəlillərini gətirmiş və onlara cavab vermişdir:

    "Əbu Hureyrə’nin zikr olunmuş hədisini[9] dəlil gətirdi, həmçinin digər hədisini dəlil gətirmişdir ki, orada Allahın Elçisi – salləllahu aleyhi va səlləm – deyir: "Kim yalan danışmağı və bu yalanı ilə əməl etməyi tərk etməzsə onun yeməyini və içməyini tərk etməsinə Allahın ehtiyacı yoxdur.” əl-Buxari rəvayət etmişdir. Yenə ondan[10] rəvayət gəlir ki, Allahın Elçisi – salləllahu aleyhi va səlləm – dedi: "O qədər oruc tutan var ki, orucundan ona qalan aclıqdan başqa bir şey deyildir, neçə (gecə vaxtı) ayaqda duran var ki, duruşundan ona yuxusuzluqdan başqa bir şey qalmır.” Bunu ən-Nəsai və İbn Macə "əs-Sünən” əsərlərində rəvayət edirlər. Bunu həm də əl-Hakim "əl-Müstədrək”də rəvayət etmiş və "bu, əl-Buxari’nin şərtinə görə səhihdir” demişdir. Yenə ondan rəvayət gəlir ki, Allahın Elçisi – salləllahu aleyhi va səlləm – deyir: "Orucluq təkcə yemək və içməkdə olmur. Orucluq həm də boş-boş danışmaqda və söyüş söyməkdə vardır.” əl-Beyhəqi rəvayət etmiş, həmçinin əl-Hakim "əl-Müstədrək”də rəvayət edərək demişdir: "Bu, Muslimin şərtinə görə səhihdir.” Başqa bir hədisi də dəlil gətirirlər: "Beş şey oruclunun orucunu pozur: qeybət, nəmimə, yalan, öpmək və yalandan and içmə.”[11] Əshabımız sonuncudan başqa digər hədislərə cavab olaraq deyirlər ki, qəsd olunan orucun kamilliyi və tələb olunan fəziləti yalnız boş-boş sözlərdən, pis sözlərdən qorunmaqla olur, yoxsa orucun batil olması mənasını vermir. Axırıncı "beş şey orucu pozur” hədisinə gəldikdə isə batil bir hədisdir, dəlil sayılmaz. əl-Məvardi, əl-Mutəvalli və bu ikisindən başqa alimlər burada qəsd olunanın orucun özü deyil, savabının batil olmasıdır.”[12]

    Təqdim etdiyimiz bu qısa məlumatlardan anlamaq olur ki, oruc yalnız yeməkdən, içməkdən və cinsi əlaqədən uzaq durmaqla olur. Orucun hikməti daha genişdir. Oruc yalnız qarına və övrət yerinə nəzarət etməklə tamamlanmır, oruc həmçinin ağıza və bədənin digər üzvlərinə riayət etməklə tamamlanır. Oruc olarkən insan yalnız gözəl söz danışılmalı, ya da sakit durmalıdır. Biz məsələdə ixtilaf etmiş alimlərin sözləri işığında haram əməllərin oruca nə qədər təhlükəli bir təsirinin olduğunu görürük. Haram əməllərin sayından və keyfiyyətindən asılı olaraq orucun savabı ya qismən, ya da tamamən itirilə bilər. Sözümüzün sonunda peyğəmbərimizin – salləllahu aleyhi va səlləm – sözlərini qardaşlarımıza xatırlatmaq istəyirik:

    "O qədər oruc tutan var ki, orucundan ona qalan aclıqdan başqa bir şey deyildir, neçə (gecə vaxtı) ayaqda duran var ki, duruşundan ona yuxusuzluqdan başqa bir şey qalmır.”[13]

    [1] "Sahih əl-Buxari”, 1903

    [2] əl-Ayni, "umdətul-Qari Şərhu Sahih əl-Buxari”, 10/394; Darul-Kutubil-İlmiyyə, Beyrut, birinci nəşr: 1421/2001

    [3] ən-Nəvəvi, "əl-Məcmu Şərh əl-Muhəzzəb”, 6/398; Məktəbətul-İrşad, Cuddə

    [4] İbn Həzm, "Əl-Muhəllə bil-Əsər”, 6/177; İdəratut-Tibəatil-Muniriyyə, Misir, birinci nəşr: hicri 1349

    [5] əl-Həcc, 37

    [6] Yəni, orucun savabı yalan və yalanla birlikdə zikr olunanların (qeybət , səfehlik və sair) günahı ilə bir bərabərdə deyildir ki, o günahlara qarşı dura bilsin!

    [7] Yəni orucun savabını naqis edir

    [8] İbn Hacər, "Fəthul-Bari bi Şərh Sahih əl-Buxari”, 5/235; Dar Taybə, ər-Riyad, birinci nəşr: 1426/2005

    [9] Əbu Hureyrə rəvayət edir ki, peyğəmbər – salləllahu aleyhi va səlləm – demişdir: "Sizdən biriniz oruclu olarsa söyüş söyməsin və cahillik (səfehlik, boşboğazlıq) etməsin; əgər bir kəs onunla vuruşarsa və ya söyərsə qoy desin: "İnni saimun (mən orucluyam) .” Bunu əl-Buxari (1894) və Muslim (1151) rəvayət etmişdir.

    [10] Əbu Hureyra’dan

    [11] Şeyx Muhamməd Nəcib əl-Mətii bu hədis haqqında əlavə etdiyi qeyddə deyir: "Bunu İbnul-Cəvzi "əl-Məvduat”da "beş şey orucu və dəstəmazı pozur” sözləri ilə Ənəs’in hədisindən rəvayət etmişdir. Sənədində Utbə bin Səud adlı bir ravi və cərh olunmuş digər üç ravi var. Əbul-Fəth əl-Əzdi bunu "əd-Duafə” kitabında Muhamməd bin əl-Həccac əl-Hamsi’nin tərcümeyi halında gətirmiş və hədisi onun üzündən illətli hesab etmiş və demişdir: "Onun hədisi yazılmaz.” İbn Əbi Hatim "əl-İləl” kitabında deyir: "Atamdan bu hədis barəsində soruşdum, dedi: "Bu hədis bir yalandır.” Hədisin saxtalıq (uydurmalıq) cizgiləri aşkar olmasına baxmayaraq Taqiyyud-Din əs-Subki "əl-Minhəc” əsərinə yazdığı şərhində hədisə zəif hökmü verməklə kifayətlənmişdir.”

    [12] ən-Nəvəvi, "əl-Məcmu Şərh əl-Muhəzzəb”, 6/398-399; Məktəbətul-İrşad, Cuddə,

    [13] Bu hədisi İbn Macə "əs-Sünən”də (1/539; hədis 1690) və ən-Nəsai "əl-Kubra”da (2/239; hədis 3249) rəvayət ediblər. Alləmə əl-Busiri "Misbəh əz-Zucəcə” kitabında deyir: "İsnadı səhihdir və raviləri siqadır.”

    Mənbə: İslami faydalar məkanı

    Bölmə: İSLAM MƏQALƏLƏRİ | Əlavə etdi: Umar | Baxılıb: 722 | Tarix: 22.11.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 1
    26.08.2010
    1. Meryem (MeRYeM) [Məqalə]
    Əssalamu aleykum va rahmatullah...

    Qardaş, Allah razı olsun...


    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  Avqust 2010  »
    BeÇaÇCaCŞB
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 2
    Qonaqlar: 2
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru