Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19922 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (17090 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (14156 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9946 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9362 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2012 » Sentyabr » 22 » Gəncliyin bugünkü problemi: mənəvi boşluq
    Gəncliyin bugünkü problemi: mənəvi boşluq
    06:56
    Cəmiyyətimiz gəncdir. Əhalimizin xeyli hissəsi gənc nəslin nümayəndələrindən ibarətdir.

    "Günahkar uşaq”, "günahkar gənclik” bir problem kimi ölkəmizin gündəmindədir. Bir sözlə, baş verənlər gənc nəslin gələcəyindən narahat olmağa əsas verir.

    Halbuki gənclik hər bir ölkənin potensialıdır. Uca Yaradan öz kitabında belə buyurur:

    "Hər kəs sabah üçün nə etdiyinə (axirət üçün özünə nə hazırladığına) nəzər salsın” (əl-Həşr, 18).

    Qurani-Kərimin digər bir ayəsində isə oxuyuruq:

    "Hər kəs (dünyada) nə etdiyini və (özündən sonra) nə qoyub getdiyini (dünyada nəyi edib, nəyi etmədiyini, bütün yaxşı və pis əməllərini, günahını, savabını) biləcəkdir!” (əl-İnfitar, 5).

    Yuxarıdakı ayələrdə Uca Allah insana dünya və əbədi axirət həyatı ilə yanaşı, gələcəyi inşa etmək xüsusunda da xəbərdarlıq edir.

    Gələcək üçün toxum bu gün səpilməlidir, daşlar bu gün bünövrəsinə oturdulmalıdır. Axı gələcək bu günün uşaqlarının, yeniyetmələrinin qəlblərində gizlidir. Nə əkərsənsə, onu da biçəcəksən!

    Sən bir tuba (Peyğəmbərin (Ona Allahın salamı və xeyir-duası olsun!) cənnətdə olduğunu buyurduğu ağac) ağacını da sulaya bilərsən, zəqqumu da! Bir fateh də böyüdə bilərsən, bir dələduz, quldur da! Sağlam yetişən gənclik bir şans və ya rəhmət yağmurudur. Əks təqdirdə gələcək nəsil böyük risk və ya atom bombasından fərqli olmayacaqdır.

    Bir ölkənin ən böyük sərmayəsi insandır. İnsanın sərmayəsi isə onun bəşəriyyətə verdiyi töhfə ilə ölçülür.

    Ola bilsin ki, hazırda bütün dünyada gənc nəsillər problemlidir. Burada tanınmış psixoloq Yunqun sözünü xatırlayıram: "Dövrümüzün nevrozu kollektiv mənəviyyat boşluğudur”. Qiymətli alim, psixiatr Kamal Sayar isə belə deyirdi: "Modern şəhərlərin üzərində mələklər dolaşmır”.

    Ancaq gəncliyin ürəyini toxuya biləcək ziyaya malik olduğumuza baxmayaraq, problemlərlə mübarizə apardığımız üçün bu həqiqət bizi daha çox qəhr edir. Dünyanın əksər ölkələrinin iri şəhərlərində kameralar quraşdırılmaqla insanların hərəkətlərinə nəzarət edilir. İstanbulda, Nyu-Yorkda, dünyanın başqa iri şəhərlərində vəziyyət belədir. Küçələr, metro stansiyaları və digər ictimai məkanlar bizi izləyən "göz”lərlə doludur. Terror, qəsb, soyğunçuluq, xülasə getdikcə artan cinayətlər çarəni müəyyən mənada hər bir insana bir nəzarətçi ayırmaqda qoyub. İnsanın başqa bir insandan əmin-amanlıqda olmasına duyduğu ehtiyac günbəgün artır.

    Belə bir sual məni düşündürür: "Görəsən, bütün insanlar oğurluq etsəydilər, gücləri yetdiyi qədər zorakılığa yol versəydilər, yalan danışsaydılar, Quranın mələklərə məlumat mahiyyətində bildirdiyi "qantökən və fitnə-fəsad çıxaran” kəslər olsaydılar bu qədər nəzarətçi "göz” kifayət edərdimi? Yaxud həmin kameralara nəzarət edən kəslər fitnəkar və qantökən olsaydılar onlara da bir "göz” ayırmaq lazım gəlməzdimi?

    Ürəyə laqeyd yanaşılan münasibətlər, imanı görməməzliyə vuran çarələr, Allaha bağlı olmağı gözardı edən dünyəvi təmayüllər, Allahsız və axirət həyatının yer almadığı əxlaq formalaşdırmağa çalışan sekulyar zehniyyətlər… Hər insana bir nəzarətçi – budur hazırkı vəziyyətimiz. Bu, insanın insandan qorxmasıdır.

    Görəsən nə üçün cinayətə meylli gənclər "istehsal” etməyə başlamışıq?

    Onların anadangəlmə təmiz ürəklərinə nə oldu? Necə oğurlandı qəlbləri? Biz onlara nə verə bilmədik? Və ya nə verdik ki, şüşə qırıqları üzərində yürüməyə başladılar? Əlləri kirləndi, ayaqları palçığa batdı, ürəklərini qara ləkələr örtdü!

    "Məhvə doğru sürüklənən gənclik” problemi ortaya çıxdı. Nə üçün? Bəlkə də bu başıbəlalı prosesi adlandırmaqda belə çətinlik çəkəcəyik. Çünki cəmiyyət olaraq üzərimizə sanki öz reseptlərimizə müharibə elan etmək missiyası yüklənib. Övladlarımızın, gənclərimizin qəlblərini xilas etmək gərək! Ancaq necə? Nə ilə?

    Çarə insanı fiziki baxımdan müalicə edən həkimlərdə deyildir. Kir örtmüş qəlbi kardioloq müalicə edə bilmir və ya pozulmuş beyinə cərrahın kəskin alətləri heç bir təsir göstərmir.

    Başqa bir iksir gərəkdir. Fərqli bir ürək həkimi, başqa bir beyin təbibi…

    Deyirlər ki: "Dini bir kənara qoyun. Biz uşağın beynini də, qəlbini də inşa edərik!” Xeyr! Bu, qeyri-mümkündür. Bəşər övladının ürəyinin və beyninin inşasında işlədilən avadanlıq ya Yaradandan gəlir, ya da şeytandan. Gözəlliyin mənbəyi Yaradan, çirkinliyin bələdçisi isə şeytandır. Yalan danışmaq pis əməldirmi? Bəs cinayət törətmək necə? Oğurluq etmək və narkotikdən istifadə barədə fikriniz nədir?

    Bütün dəyərləri müəyyən edərək, onları insana təqdim edən bir "istehsalçı” lazımdır. Bəs kimdir o? Mən, sən, o deyil. İnsanın öhdəsinə qalsa, bir-birini təkzib edən, ziddiyyətlərlə dolu minlərlə lüzumsuz cümlə sərf edərdi.

    Başqa bir sual: Kimə qarşı məsuliyyət hiss etməli?

    Birdən nəzarət kameralarını quran gücə qarşı kameralar görməzsə? Onda istədiyin günahı, cinayəti işləyə bilərsən. Halbuki Allahı görürmüşcəsinə, sən Onu görməsən də Onun səni gördüyünü ürəyinə və beyninə həkk edən bir şüura sahib olmanı da unutmayaq.

    Kameralarsız, ancaq Rəbbin nəzərləri üstündə olan bir həyat, bu şüurla yoğrulmuş beyin və ürək… Mənəvi boşluq içərisində olan kəsdən fəzilət gözləmək yersizdir. Qəlbində nur, beynində ziya olmayanın işıq saçmasını gözləməyin mənası yoxdur.

    Əgər aldığınız təhsil sistemi kimi nə üçün yetişdirəcəyini müəyyən etməmişsə yaxud ona yüklədiyimiz ideoloji missiya ilə profili dünyəvi, müqəddəs dəyərlərlə əlaqəsi kəsilmiş, müqəddəs olanı örnək almaqdan çıxarılmış insan yetişdirmək vəzifəsi vermişsinizsə, başqa sözlə desək, rüzgar əkibsinizsə, biçəcəyiniz yalnız fırtına olacaqdır. Elə hazırkı dövrdə də gənclər belə bir fırtınaya düşüblər, sovrulub gedirlər.

    Bu problemə ad qoymaq lazımdırsa, bu, mənəvi boşluqdur. Budur bütün dünyada insanın düçar olduğu bəla! İnsanların qəlbləri boşaldılır. Uca Allah Quranda buyurur:

    "Kim Mərhəmətli (Allahın) zikrindən üz döndərsə, Biz şeytanı ona calayarıq və o da ona yoldaş olar. Şeytanlar) onları doğru yoldan çıxardar, onlar isə özlərinin haqq yolda olduqlarını güman edərlər! Nəhayət, o, (qiyamət günü) hüzurumuza gəldikdə (öz yanında olan yoldaşına) belə deyər: "Kaş ki, mənimlə sənin aranda şərqlə qərb arasındakı məsafə qədər uzaqlıq olaydı. Sən nə pis yolda imişsən!” Bu gün (peşmançılığınız) sizə heç bir fayda verməz. Siz birlikdə zülm (küfr) etdiyinizə görə əzaba da ortaqsınız!” (əz-Zuxruf, 36-39).

    Allahın ayələrini həm dünya, həm də axirət yurdu barədə dəyərləndirmək mümkündür. Allahı xatırlamayanın dostu şeytan olar. O şeytan ki, Allah onun insanın düşməni olduğunu bildirir. O şeytan insana müsəllət olduqda onun şüurunu "həbs” edər, onu heyvandan daha rəzil vəziyyətə sürükləmək üçün əlindən gələni edər.

    Uşaqların şəxsiyyəti əvvəlcə ailədə, sonra məktəbdə, küçədə və ünsiyyət vasitələri ilə formalaşır, təkmilləşir. Bu dördlük arasında ən böyük yük ailənin üzərinə düşür. Belə ki, uşaqlarının hər bir halını ürəklərində hiss edə bilən valideynlər övladının məktəb həyatını, küçədəki davranışlarını və ünsiyyət vasitələrini düzgün istiqamətləndirə bilərlər.

    Valideynlərin həssaslığı dövlətin, hökumətlərin, mətbuatın nizamlanmasını, təhsil sisteminin və uşağa ötürülən hər cür informasiyanın sağlamlığına gətirib çıxaracaqdır. Bunun üçün hərə öz qapısının ağzını süpürməlidir. Övladımızın küçədə və məktəbdə udduğu havanı saflaşdırmaq, qəbul etdiyi informasiya dalğalarını "süzgəc”dən keçirmək vaxtıdır.

    Məktəblərin həbsxana, təhsil işçilərinin həbsxana nəzarətçisi, uşaqların potensial cinayətkar, valideynlərin isə həbsxana ziyarətçisinə çevrilməsini istəmiriksə, hər gün övladlarımızın gözünə qorxu və narahatlıqla baxmağa razı deyiliksə, narkotik aludəçisi olmasını arzulamırıqsa, dəyərlərini itirən varlıqlara çevrilmələrindən narahatıqsa dövlətin ürək qapısını daha bərk döyməliyik.

    Çünki bir uşaq həm gələcəyin fatehi, həm də potensial cinayətkardır. Onun üzərində işləyərək, gizlənmiş fatehi tapan adını tarixə yazdıracaqdır. Övladının cinayətkara çevrilməsinə imkan və şərait yaradan isə məğlubiyyəti və peşmanlığı dadacaqdır…

    Bir gün insana deyiləcək ki: "Bax, bu sənin axirət üçün hazırladığın azuqədir”. Həmin gün görəcəklərimiz ötən günlərdən topladıqlarımızdır. Onlar bizə: "Sabaha nə hazırladığına diqqət et!” deyə xəbərdarlıq edir.
    Bölmə: İSLAM MƏQALƏLƏRİ | Əlavə etdi: Terane | Baxılıb: 712 | Tarix: 24.11.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  Sentyabr 2012  »
    BeÇaÇCaCŞB
         12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 1
    Qonaqlar: 1
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru