Fransa müsəlman ölkələrindəki səfirliklərini bağlayır
06:49
“Selef.my1.ru” xarici KİV-ə istinadən bildirir ki, Fransa Misirdəki səfirliyi bu ölkədəki mədəniyyət mərkəzini və təhsil qurumlarının fəaliyyətini baş verə biləcək etiraz aksiyalarından dolayı bazar gününədək dayandırıb.
Açıqlamasında səfirliyin tabeçiliyindəki mərkəzlərin 4 gün ərzində fəaliyyət göstərməyəcəyi bildirilib. Mövzu ilə bağlı xəbərlərdə Fransanın Misirdən beynəlxalq müqavilələrə müvafiq olaraq, səfirlik işçilərinin təhlükəsizliyinin mühafizəsini tələb etdiyi öz əksini tapıb.
Məlumat üçün deyək ki, bir müddət əvvəl Fransa Xarici İşlər Nazirliyi 20 ölkədə konsulluq, səfirlik və təhsil qurumlarının fəaliyyətinin cümə gününə təsadüf edən 21 sentyabr tarixində müvəqqəti dayandırılması barədə qərar qəbul etmişdi.
Xarici KİV sözügedən tədbirlərin ölkənin “Çarli Hebdo” satirik jurnalında Həzrəti Məhəmmədi təhqir edən karikaturaların dərci ilə əlaqəli olduğunu yazıb.