Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19632 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (16749 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (13830 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9577 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9101 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2010 » İyul » 13 » Fitnə anında nə etməliyik
    Fitnə anında nə etməliyik
    19:25


    Həmd ALLAH`adır. Ona həmd edir, Ondan yardım və bağışlanma diləyirik. Nəfslərimizin şərindən və pis əməllərimizdən ALLAH`a sığınırıq. ALLAH kimi hidayətə yönəltsə, onu heç kim azdıra bilməz, kimi azdırsa, ona hidayət edən olmaz. Şəhadət edirəm ki, ALLAH`danbaşqa ibadətə və itaətə layiq haqq məbud yoxdur. O, Təkdir və şəriki yoxdur. Şəhadət edirəm ki, Muhəmməd Onun qulu və Rəsuludur.

    Ey müsəlmanlar!.. ALLAH`dan layiqincə qorxun. Çünki, Ondan layiqincə qorxmaqla insan azğınlıqdan qorunur, günahlardan,  qorxulardan və məhvedici vəziyyətlərdən xilas olur. Kim ALLAH`danlayiqincə qorxarsa, O da həmin insanın nurunu artırar. Bunun nəticəsində hidayəti, bəsirəti və pisliyi bir-birindən ayırar. ALLAH belə buyurur:

    "Ey iman gətirənlər! Əgər ALLAH`dan qorxsanız, O sizə haqla-nahaqı ayırd edən (bir nur) verər (dünyada və axirətdə çıxış yolu göstərər), günahlarınızın üstünü örtüb sizi bağışlayar. ALLAH böyük lütf (mərhəmət) sahibidir!” (əl-Ənfal surəsi, 8/29)

    Ey ALLAH`ın qulları! ALLAH`dan layiqincə qorxun. Onun sağlam şəriəti ilə hərəkət edib, doğru yoluna bağlı olun. Çünki, o aydındır və orada azmaq mümkün deyil.

    "Bu, şübhəsiz ki, Mənim doğru yolumdur. Onu tutub gedin. Sizi (ALLAH`ın) yolundan sapdıracaq yollara uymayın. (ALLAH) sizə bunları tövsiyə etdi ki, pis əməllərdən çəkinəsiniz!” (əl-Ən`am surəsi, 6/153)

    ALLAH`ın doğru yolu, Quran və güvənilən elçisi Muhəmmədin - sünnəsidir. Rəsulullah - bu yolla getmiş, əshabını tərbiyə etmiş, ümmətini bu yola yönləndirmişdir. Həddi aşmadan və xələl gətirmədən orta yolu tutaraq inanc və ibadətdə buna uyğun əməl etməkdir. ALLAH belə buyurur:

    "(Ey müsəlmanlar!) Beləliklə də, sizi (ədalətli və seçilmiş) bir ümmət etdik…” (əl-Bəqərə surəsi, 2/143. )

    Bu İslam şəriətinə xas olan mərhəmətli və böyük mübarizə, gedilməsi zəruri olan haqq və ədalət yoludur. ALLAH belə buyurur:

    "(Ya Rəsulum!) Sənə əmr edildiyi kimi, düz (yolda) ol. Səninlə birlikdə iman gətirənlər (tövbə edib ardınca gedənlər) də düz (yolda) olsunlar. (ALLAH`ın əmrlərini pozub) həddi aşmayın, çünki, O sizin nə etdiklərinizi görəndir!” (Hud surəsi, 11/112. )

    İmanın doğruluğunun və müvəffəq olmanın şərtlərindən biri də insanın bütün həyatı boyu yaxşı və pis hallarda doğru yolda olmasıdır. Yaxşı hallarında şükr edir, pis hallarında səbr edir

    və qarşılığını ALLAH`dan gözləyir, Peyğəmbərin - tutduğu və ümmətini yönləndirdiyi yolla gedir. Çünki, elə bir xeyir yoxdur ki, peyğəmbər - onu ümmətinə  göstərməsin. Eyni zamanda elə bir şər də yoxdur ki, ümmətini ondan çəkindirməsin. Ümmətini çox aydın bir yolda qoydu, belə ki, ondan yalnız məhv olanlar azar. Rəsulullah - özündən sonra Qiyamətə qədər ümmətinin başına gələcək böyük fitnələr və müsibətlər yaradacaq ayrılıq və ixtilafları, çəkişmə və bölünmələri xəbər verdi. Pusquda duran düşmənlər, haqq və ədalət yolundan azan kinli kafirlər və cahillər bu fitnələrin odunu yandırar. Ümmət arasında fitnə odu alovlanar və hərarəti artar, zərəri və təhlükəsi daha da böyüyər. O anda həqiqətlərin bir çoxu bilinməz və anlayışların bir çoxu bir-birinə qarışar, ölçülər pozular. Bu səbəbdən bir çox insan məhv olar. 

    Fitnələr belədir. Ağıl və bəsirət sahiblərini heyrətləndirir. Ümmət içərisində fitnələr böyüdükcə belə olur. Əli ibn Əbi Talıb fitnələri belə tərif edir: "Başlanğıcda gizli şəkildə başlayır, nəticədə çirkin zülmə çevrilir. Qəlblər doğru yolda ikən azır. İnsanlar xilas olduqdan sonra dəlalətə düşür. Fitnələr qarşısında istəklər də çoxalır. Ortaya çıxdığı zaman görüşlər qarışır, ona yönələnin belini sındırır, ona qarışanı parçalayır. Fitnələrdə hikmət yox olur, zalımlar danışır, yaxın əlaqə  pozulur, ağıllı insanlar fitnələrdən qaçır, rəzillər fitnələr çıxarır. Fitnədə qohumluq bağları kəsilir və İslamdan uzaqlaşırlar.” Daha sonra fitnələrdən uzaq olmağı tövsiyə edərək, belə deyir: "Fitnələri dəstəkləyən və bidətlərin mənsubu olmayın. Camaata və itaət qaydalarına sıx bağlı olun. ALLAH`ın hüzuruna zalımlar kimi deyil, məzlumlar kimi gedin! Şeytanın və düşmənlərin hiylələrindən  çəkinin!” Bu çox böyük və açıq izahdır! Fitnə həqiqətini təfsilatı ilə açıqlayır. İman və qətilik, bəsirət və elmlə dolu qəlbdən çıxmış nə böyük bir nəsihət!.. Fitnə ilə imtahana çəkildi və onun haqqında məlumat verdi. Fitnə oduna atıldı və səbr etdi. Fitnəyə qarşı böyük bir imtahandan keçirildi. Ümmətə Qiyamətə qədər davam edəcək gözəl yollar açdı. 

    Ey ALLAH`ın qulları!.. Əsrlər boyu fitnələr ortaya çıxmaqda davam etmişdir. İslam ümməti indi də beynəlxalq məsələlərdən ortaya çıxan hadisələr və onların yaratdığı nəticələrlə imtihana çəkilir. Bu hadisələr, dalğaları bir-birilə toqquşan fitnələr və qasırğalar yaratmışdır. İslam ölkələri və müsəlmanlar böyük zərərlər və təhlükələrlə üzləşmişlər. Belə ki, bunun qarşısında kəskin görüş və zəka sahibləri, hətta hadisələrin gedişini bilənlər də çaşıb qalmış, gələcəkdə vəziyyətin necə olacağı ilə bağlı heç nə bilmirlər. Əksər insanlar eşitdiklərini və oxuduqlarını izah etməklə və hadisələri təqib etməklə məşğuldur. Əsli olmayan xəbərlər ortaya atanlar da bu hadisələri fürsət bilirlər. Sabit həqiqətlərə və etibarlı məlumatlara əsaslanmayan yalanları, uydurma xəbərləri və iftiraları yayırlar. Bütün işləri cəmiyyətdə narahatlıq yaradan və milləti faydasız şeylərlə məşgul edən ehtimallar və görüşlərdir. 

    Fitnələr zamanı və müsibətlər qarşısında ümmətin vəziyyəti belə olmamalıdır. Belə vəziyyətlərdə İslam ümməti dinə müraciət etməli və yolunu düzəltməli, bütün işlərdə, hər səviyyədə qullara  ALLAH`ın şəriətini öyrətməli,  RƏBB`inə yönələrək və Ona ibadət etməlidirlər. ALLAH`ın dininə yardım edərək, ALLAH`ın kəlamını ucaldaraq, İslamı və İslam əhlini pusquda dayanan düşmənlərin şərindən və hiylələrindən qoruyaraq, tövbə və istiğfar çox etməli və ALLAH`ın önündə boyun əyməlidirlər. Bütün bunlar ilahi rəhmətin və rəbbani lütfün enməsinə, qaranlıqların və ümmətdən bəlanın çəkilməsinə səbəb olar. ALLAH belə buyurur:

    "…Nə üçün ALLAH`dan bağışlanmağınızı diləmirsiniz ki, bəlkə, rəhm olunasınız?” (ən-Nəml surəsi, 27/46) 

    Əbu Hureyrədən rəvayət edilən bir hədisdə Rəsulullah - belə buyurur:

     "Fitnələr olacaq. O fitnələrdən yalnız boğulanın yalvarışı kimi bir dua xilas edə bilər.” (əl-Hakim. İbn Əbi Şeybə)

    Qərar verən və ümmətin mühüm şəxslərindən olan insanların əsas vəzifələrindən biri də müsəlmanların birliyi və cərgələrinin bütöv olmasına çalışmaq, düşmən güclərə və təxribatçılara qarşı çıxmaq, fitnə odunun sönməsinə, fitnəyə səbəb olan amillərin aradan qaldırılmasına və ümmət əleyhinə olan pislikləri və təhlükələri ondan uzaqlaşdıracaq qərarlarla mümkün qədər təsirini azaltmağa çalışmaqdır. İnsanlara gəldikdə isə, onlar fitnələrə dalmaqdan uzaq olmalı, hər birini  maraqlandıran dünyəvi işlərə və ibadətlərə yönəlməli, dillərini və digər əzalarını fitnəyə qarışmaqdan qorumalıdırlar. Rəsulullah - ümmətini buna yönləndirmiş, bunun insanın xoşbəxtliyi və müvəffəqiyyəti üçün olduğunu, onun xilasına səbəb olduğunu bildirmişdir. əl-Miqdad ibn əl-Əsvəd belə rəvayət etmişdir: "ALLAH`aand olsun ki, Rəsulullahın - belə buyurduğunu eşitdim:

     "Xoşbəxt insan fitnələrdən uzaq olandır. Xoşbəxt insan fitnələrdən uzaq olandır. Xoşbəxt insan fitnələrdən uzaq olan və bəla ilə imtihana çəkilib, səbr edəndir." (Əbu Davud)

    Əbu Hureyrədən rəvayət edilən bir hədisdə isə Rəsulullah - belə buyurur:

     "Kar və kor fitnələr olacaq. Onlara yönələnləri özünə çəkəcək. Fitnələrə dillə qarışmaq, qılıncla vurmaq kimidir.” (Əbu Davud. İbn Macəh)

    Həmçinin Abdullah ibn Amr ibn As belə deyir: "Bizlər Rəsulullahın - ətrafında ikən fitnədən  bəhs edərək belə buyurdu:

     "İnsanların təbiətlərinin pozulduğunu və etibarlılıqlarının azaldığını və belə olduqlarını görəcəksən...”

    (Belə deyərkən) barmaqlarını bir-birinə keçirdi. Ona doğru getdim və belə dedim: "ALLAH məni sənə fəda etsin, o zaman mən nə edim?” Belə buyurdu:

    "Evinə qapan, dilinə sahib ol. Bildiyini de və bilmədiyində sus. Öz işinlə maraqlan və insanların işinə qarışma!” (Əbu Davud. İbn Macəh.)

    "Önünüzdə qaranlıq gecənin zülmətləri kimi  fitnələr vardır. İnsan onda gündüzünü mömin kimi,  axşamını kafir kimi və axşamını mömin kimi, gündüzünü isə kafir kimi keçirər. O zaman oturan ayaq üstə olandan, ayaq üstə olan yeriyəndən, yeriyən qaçandan daha xeyirlidir.”

    Dedilər ki: "Bizə nə əmr edirsən?” Belə buyurdu:

    "Evlərinizdə oturun!” (Əbu Davud. əl-Hakim)

    Bu nəbəvi yönləndirmələrə səhabələrin və tabiinin öndərləri, İslamın bəsirətli imamları tabe olmuş və ümməti də buna yönləndirmişlər. Səhabələr arasında fitnələr mövzusunu ən yaxşı bilən Huzeyfə ibn əl-Yəman belə deyir:

    "Fitnələrdən çəkinin. İnsan ona görünməsin. ALLAH`a and olsun ki, bir insan ona görünsə, həmin selin qurbanı olacaq. Onu gördüyünüz zaman evlərinizdə toplanın, qılınclarınızı sındırın, yaylarınızı parçalayın. Üzlərinizi örtün.”

    Səhabələrin öndərlərindən bəzisi belə etdi. Sa`d ibn Əbi Vaqqas, Abdullah ibn Ömər  və bir çox dəyərli səhabələr fitnələrdən uzaq oldu. Ümmət onların bu davranışını mədh etdi və İbn Teymiyənin bildirdiyi kimi, bunu onların ən böyük xüsusiyyətlərindən saydı. 

    Ey İslam Ümməti! ALLAH`danlayiqincə qorxun, gizli və açıq fitnələrdən çəkinin. ALLAH`a  dönün və saleh əməllərlə Ona yaxınlaşın. Bu iman qardaşlığı üçün bir zərurət, yaxşılıq və ehsan nümunələrindəndir.

    "…Özünüz üçün əvvəl (dünyada) nə yaxşı iş görsəniz, ALLAH dərgahında onun daha xeyirli və daha böyük mükafatı olduğunu görəcəksiniz.” (əl-Muzzəmmil surəsi, 73/20)

    Ey möminlər! Uca RƏBB`inizə İslam ümmətindən bəla və fitnələri uzaqlaşdırması, müsibət və çətinlikləri aradan qaldırması üçün dua edin. Çünki, O, hər şeyi eşidən və cavab verəndir. O, nə gözəl dost və nə gözəl yardımçıdır. RAHMAN və RAHİM olan ALLAH`ın adı ilə. Qovulmuş şeytanın şərindən ALLAH`a sığınıram.

     "İnsanlar (möminlər) yalnız: "İman gətirdik!” - demələrilə onlardan əl çəkilib imtahan olunmayacaqlarınımı sanırlar? (Xeyr, iman gətirmək şəhadət kəlməsini təkcə dillə demək deyildir. Biz onları yeri gəldikcə malları, övladları və canları ilə sınayacağıq ki, hansının həqiqi, hansının yalançı mömin olduğunu ayırd edib bilək!)” (əl-Ankəbut surəsi, 29/2)

    ALLAH məni və sizləri Quran və Peyğəmbərlərin sünnəsi ilə faydalandırsın. Bu sözümü deyərək, ALLAH`danözüm üçün, sizlər və bütün müsəlmanlar üçün hər cür günahdan bağışlanma diləyirəm. Siz də Ondan bağışlanma diləyin! Şübhəsiz ki,  O, bağışlayan və mərhəmət edəndir. 

    Təmiz və mübarək həmd ALLAH`adır. Ona həmd edir və böyük nemətlərinə görə Ona şükr edirəm. Şəhadət edirəm ki, ALLAH`danbaşqa ibadətə və itaətə layiq haqq məbud yoxdur. O, təkdir və şəriki yoxdur. Şəhadət edirəm ki, Muhəmməd Onun qulu və Rəsuludur. ALLAH Ona, ailəsinə və əshabına xeyir-dua etsin...

    Ey ALLAH`ın qulları! ALLAH`danlayiqincə qorxun, ALLAH`a ibadətdə ALLAH rizası ilə hərəkət edin. ALLAH`ın sevdiyi və razı olduğu saleh əməllər və sözlərlə, Peyğəmbərin - sünnəsilə ALLAH`a yaxınlaşın. Çünki, Rəsulullah - ümmətinə daim nəsihət etmiş, onu daim xeyirli olanlara yönləndirmiş, bədbəxtlık və azğınlığa səbəb olan təsirlərdən çəkindirmişdir.

    Şübhəsiz ki, Onun ümmətinə ən böyük nəsihətlərindən biri də insanı böyük fitnələrin baş verməsindən və insanın peşman olmasından əvvəl ömrünü və həyatını hər an ibadət və itaətlə keçirməyə təşviq etməsidir. Həmçinin bununla bağlı Rəsulullahın - ən böyük nəsihətlərini  Əbu Hureyrədən rəvayət etmişlər. Rəsulullah - belə buyurur:

     "Yeddi şeydən əvvəl saleh əməllərə nəzər yetirin. Unutduran  yoxsulluğu, azğınlaşdıran zənginliyi, ağlı qarışdıran yaşlılığı, ölümü və ya Dəccalımı gözləyirsiniz? (O Dəccal) nə pis gözlənəndir. Yoxsa Qiyaməti gözləyirsiniz? Qiyamət, daha qorxulu və daha acıdır.” (ət-Tirmizi)

    Bəzi alimlər bu hədis üçün belə deyirlər: Bunda məqsəd, Dəccalın ortaya çıxmasından əvvəl ibadətə tələsməyə, fəlakətlər gəlməzdən əvvəl anları dəyərləndirməyə təşviq etməkdir. 

    Ey ALLAH`ın qulları! Ondanlayiqincə qorxun.. İbadətlərdə yarışın. Fitnələrdən əvvəl saleh əməllər işləyin. Bidətlərdən və sonradan ortaya çıxan əməllərdən çəkinin. Bəzi insanların bu ayda etdiyi bidətlərdən biri də Şaban ayının on beşinci gecəsini qeyd etmək, Rəsulullahdan - və səhabədən nəql edilən səhih bir rəvayətin olmamasına baxmayaraq, o gecəyə xas ibadətlər etməkdir. Ümmətin keçmiş alimlərinin bu gecəni qeyd etdiyi rəvayət edilməmişdir. Bu, İmam Nəvəvinin, İmam İraqinin, İbn Teymiyyənin və digər İslam alimlərinin bildirdiyi kimi sonradan uydurulmuşdur. 

    Ey ALLAH`ınqulları!.. Rəsulullahın yoluna bağlı olun və bu bidətdən çəkinin!. Çünki, yolların ən xeyirlisi Rəsulullahın yoludur. Əməllərin ən pisi sonradan uydurulanlardır. Sonradan uydurulan hər əməl bidət və hər bidət azğınlıqdır. Eşidin, itaət edin və camaatdan ayrılmayın! Şübhəsiz ki,  ALLAH`ın nəzarəti camaatın üzərindədir. 

    İzzət sahibi və bağışlayan ALLAH`ınəmr etdiyi kimi seçilmiş Peyğəmbərə xeyir-dua edin. ALLAH belə buyurur:

    "Həqiqətən, ALLAH və Onun mələkləri Peyğəmbərə salavat göndərirlər (xeyir-dua verirlər). Ey iman gətirənlər! Siz də ona salavat göndərib (onun üçün salavat deyib) layiqincə salamlayın! " (əl-Əhzab surəsi, 33/56)

    Bölmə: İSLAM MƏQALƏLƏRİ | Əlavə etdi: rovshen | Baxılıb: 1585 | Tarix: 26.04.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 1
    14.07.2010
    1. azik (azik30) [Məqalə]
    Allah razı olsun
    Məqaləniz Təzkiyə və Tərbiyə bölməsinə əlavə edildi

    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Loqin:
    Şifrə:
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  İyul 2010  »
    BeÇaÇCaCŞB
       1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 1
    Qonaqlar: 1
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru