Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19922 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (17090 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (14156 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9946 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9362 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2012 » Sentyabr » 12 » Fələstinin istismarı, məzbəhçilik və millətçilik
    Fələstinin istismarı, məzbəhçilik və millətçilik
    15:15
    Əgər dövlətin verdiyini az hesab edən yeniçərilər üsyan edərək: “Şəriət istəyirik”, - desələr, bu şəriətin istismarmı olmazdımı?!

    Gücünü nümayiş etdirmək, liderliyi ələ keçirmək, milli mənafeyi qorumaq və strateji məqsədlərə nail olmaqdan ötrü özünü Fələstinin tərəfdarı kimi qələmə vermək, “Bütün bunları Fələstin uğrunda edirəm”, - deyə car çəkmək də Fələstinin istismarıdır.

    Uzun illərdir ki, Fələstin İsrail zülmü altında inləyir. İşğalçı rejim İsrail addımbaaddım Fələstini “mədəsinə ötürür”. İsrailin Qəzza zolağını qəsb etməsinin qarşısını isə islam dünyası deyil, bir ovuc fələstinli mücahid alır.

    Sən demə, Suriya Fələstin mübarizəsini dəstəkləyib İsrail təcavüzkarlığına mane olurmuş. Bu dövlətin belə bir gücü olsaydı, Qolan yüksəkliklərini geri qaytarardı.

    Məgər Suriyada zalım rejim devrilib əvəzində bəlkə də sünnilərin əksəriyyət təşkil edəcəyi bir hökumət (ola bilsin “Müsəlman Qardaşlar” hərəkatının rəhbərliyində) qurulsa, onun İsraillə əməkdaşlıq edərək, Fələstin mübarizəsinə xəyanət edəcəyi ehtimalı vardırmı?!

    Bütün bunları nə üçün yazırammı? - “Hizbullah” hərəkatının lideri Həsən Nəsrullahın zalım Suriya rejimini dəstəklədiyini bəyan etdiyinə görə! Diqqət yetirin, Həsən Nəsrullah deyir:

    “İsrail və ABŞ-a müxalif olan istənilən rejimi dəstəkləyirik. Biz Suriya hökumətinə əvvəla İsrailə qarşı mövqeyinə, sonra isə islahatlar həyata keçirməyə və danışıqlara hazır olduğuna inandığımız üçün tərəfdar çıxırıq. Mən Suriyada məlum hadisələr başlanarkən prezident Bəşşar Əsəd ilə görüşdüm. Ona xalqın haqlı tələblər irəli sürdüyünü, islahatların zəruri olduğunu bildirdiyim zaman fikirlərimi müsbət qiymətləndirdi. Ancaq müxalifət danışıqlar masası arxasına oturmaq əvəzinə rejimi devirmək tərəfdarı idi”.

    Hansı rejimi?! Məgər müxaliflər legitim rejimimi devirmək istəyir ki, onlara qarşı çıxırsınız?!

    Rəcəb Tayyib Ərdoğan və Əhməd Davudoğlu da Bəşşar Əsədlə dəfələrlə görüşüb xalqın tələblərini nəzərə almasını dəfələrlə tövsiyə etdilər. Əsəd vəd verdi, ancaq vədinə xilaf çıxdı. Bir tərəfdən xalqın haqlı tələblər irəli sürdüyünü bildirmək, digər tərəfdən isə insanları amansızcasına qıran rejimi dəstəkləmək! Görəsən, bu ikisi bir araya necə sığır?

    Gəlin, məzlum xalqın nümayəndəsinin və insaflı şiə alimlərindən birinin dediklərinə diqqət yetirək:

    Suriya müxalifətinin ən böyük müqavimət cəbhəsi “Livat ət-Tövhid”in lideri Əbdülqadir Saleh:

    “Biz ədalətli bir dövlət qurulmasını istəyirik. Elə keçirilən dinc nümayişlərdə bu tələbləri rejimin nəzərinə çatdırdıq. Ancaq müqabilində amansız hücumlara, təqibə məruz qaldıq, xalqın üzərinə atəş açıldı. Suriya xalqının faciəsi yeni deyildir. Qırx ildir ki, Əsəd rejimi eyni dərəcədə sistemli təzyiq siyasəti yürüdür. Ancaq biz, artıq buna qarşı çıxır, etiraz səsimizi ucaldırıq! Hər bir vətəndaşın sərbəst şəkildə özünü ifadə edə biləcəyi, fikrini bildirməkdən çəkinmədiyi, haqq və ədalət məfhumlarının dəyərinin olduğu bir hakimiyyət formalaşdırılmasını tələb edirik. Allahın izni ilə Suriya xalqı bütün etnik ünsürləri ilə bu məqsədinə nail olacaqdır! Suriyada 18 aydır ki, hər gün yüzlərlə insan qətlə yetirilir. Bu müsibət xalqın başına yalnız azadlıq tələb etdiyi üçün açılır. Lütfən, bu qətliama və vəhşicəsinə həyata keçirilən siyasətə etiraz səsinizi ucaldın! Burada şahidi olduğunuz hadisələr film deyil, bütün çılpaqlığı ilə qarşınızda duran həqiqətdir”.

    Livan Ali Şiə Şurasının üzvü Seyyid Hani Fəhs:

    “Suriyada baş verənlər artıq cinayət olmaqdan çıxıb qorxunc faciəyə çevrilmişdir. Biz Suriya inqilabını dəstəkləməkdə gecikmişik. Livan şiələrinin 70%-nin Suriya hökumətini dəstəklədiyinə dair səsləndirilən iddialar həqiqəti əks etdirmir. Biz Suriya inqilabını dəstəkləyirik və bunu avqustun 10-da bir sıra şiə alimləri ilə birlikdə keçirdiyimiz toplantının sonunda qəbul edilən bildirişdə bəyan etmişdik. Suriya və ərəb ölkələrində baş verən xalq üsyanlarını dəstəkləyən şiələrin səsi əksəriyyət tərəfindən batırılır. Tehranın xarici siyasətdə yol verdiyi ən böyük səhv hadisələrə ideoloji nöqteyi-nəzərdən yanaşmasıdır.
    Bölmə: İSLAM MƏQALƏLƏRİ | Əlavə etdi: Terane | Baxılıb: 593 | Tarix: 24.11.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  Sentyabr 2012  »
    BeÇaÇCaCŞB
         12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 1
    Qonaqlar: 1
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru