"Selef.my1.ru" Türkiyə mətbuatına istinadən bildirir ki, Fransanın cənubundakı Qufr Berger mağarasını ziyarət edən turistlər və alpinistlər mağaranın möhtəşəm və eyni zamanda qorxunc olduğunu qeyd edirlər. Mağaranın dibinə enməyə müvəffəq olan alpiistlər indiyədək burada 6 həvəskar idmançının həyatını itirdiyini bildirirlər. Alpinistlər "Yerin altındakı cənnət" adlandırdıqları Qufr Berger magarasının dərinliyinin 1 km təşkil etdiyini qeyd edirlər. İngilis fotoqraf Robi Şon mağaranın dərinliyinə enmək üçün 1 günün kifayət etdiyini, ancaq özünün bu səyahəti 3 gün ərzində başa vurduğunu deyir. Aşağıda sizə Şonun fotokamerasının obyektivindən Qufr Berger mağarasını əks etdirən fotoşəkilləri təqdim edirik: