Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19922 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (17090 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (14156 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9946 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9362 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2010 » İyun » 26 » Duada əlləri üzə sürmək
    Duada əlləri üzə sürmək
    00:17



    Mərhəmətli, Rəhimli Allahın adı ilə!

    Əlhəmdulilləh həmdən kəsiran, tayyibən mubərakən fih, vassalətu vassələmu alə Rasulihil-Kərim, lə nəbiyyə badəhu, vassələmu alə əlihi va əshəbihi əcməin.

    Düşünürük ki, mövzu maraqlı bir mövzudur. Çoxları bu əməlin bidət olduğunu düşünürlər. Görəsən bu belədirmi? Bunun bidət olduğunu kim söyləmişdir və nə üçün söylənmişdir? Bu barədə mötəbər alimlərin görüşü nədir?
    Bu suallara mövzunun gedişində cavab verməyə çalışacağıq və Allahın izni ilə mövzu ilə əlaqədar olan hədislərə də deyinəcəyik. Va billəhi təufiq!


    Mövzu ilə əlaqədar Allahın izni ilə hədisləri və onların sənədlərini və onlar haqqında alimlərin hökmlərini hədis bölməsində müzakirə edəcəyik. Lakin hələki burada məsələ haqqında alimlərin görüşlərini qeyd etməyə çalışacağam.

    Əgər biz bu məsələni müzakirə ediriksə, burada iki şeyin arasında fərq qoymaq lazımdır. Duadan sonra əlləri üzə sürmək həm namaz daxılındə, həm də namazdan kənarda olmaqla iki cürdür. Alimlər namazda qnut duasından sonra əlləri üzə sürmək məsələsini müzakirə ediblər. Bir də namazdan kənarda adi halda duadan sonra əlləri üzə sürmək vardır və bizim burada açdığımız mövzu əsasən ikinci məsələyə aiddir.

    Bu barədə görüşləri üç yerə bölmək olar.

    1. Alimlərə görə bu əməl sünnətdir.
    2. Bu əməl sünnət deyildir, nə də bidət deyildir.
    3. Bu əməl bidətdir.

    Sonuncu görüşü çox az sayda alimlər dəstəkləyirlər və müasir alimlərdən bu görüşü Şeyx əl-Albani dəstəkləyir.

    Lakin dediyimiz kimi, məsələ müzakirəyə açıq bir məsələdir və mövzunu daha da detallarına keçməmişdən əvvəl bu barədə bəzi müasir alimlərin görüşlərini söyləmək istəyirəm. Şeyx İbn Cibrinə, hafizəhullah, bu barədə sual verirlər:

    "Namaz qılan üçün sünnətdəndir ki, Allaha dua edərkən əllərini qaldırsın? Əgər duasını bitirərsə əlləri ilə üzünü məsh etsin, yoxsa nə etsin?"

    "İnşə Allah bunu edə bilər. Duada əlləri qaldırmaq haqqında qırx iki hədis varid olmuşdur və əs-Suyuti bunları bir arada toplamışdır və bu, "Fad əl-Via fi Əhədis Raf əl-Yədeyn fid-Dua" adında nüsxədə çap olunmuşdur.
    Əlləri üz sürməyə gəldikdə isə, bu barədə iki hədis gəlmişdir və onlar barədə mübahisə vardır. Lakin sələfdən çoxu bunu etmişdir və bunun sələfdən, səhabə və tabiindən rəvayət olunması, sələfin, səhabə və tabiinin və onlardan sonra gələnlərin arasında məşhur olması dəlalət edir ki, onlar bu əməli qəbul ediblər və bunun sünnətdən olduğunu biliblər." "İbn Cibrin ilə sual-cavabdan"


    Bu barədə Şeyx İbn Useymin, rahiməhullah, deyir:

    "(əl-Haccəvinin) "Əlləri ilə üzünü məsh edər" sözü: müəllifin sözünün zahirindən anlaşılır ki, qunut duasından sonra əlləri üzə sürmək sünnətdir. Bunun dəlili isə Ömərin, radiyallahu anhu, hədisidir: "peyğəmbər, salləllahu aleyhi va səlləm, əllərini qaldırdıqda onları üzünə sürmədən endirməzdi." Lakin bu hədis zəifdir və bu hədisin şahidləri də zəifdir. Buna görə də Şeyxul-İslam İbn Teymiyyə bu sözü inkar etmiş və demişdir: "Dua edən əllərini üzünə sürməməlidir. Çünki əlləri üzə sürmək ibadətdir və insan ona əməl edərsə Allah yanında hüccəti olacaq səhih dəlilə ehtiyacı vardır. Amma hədis zəifdir və hüccət olacaq şəkildə sabit deyildir. Lakin İbn Hacər "Buluğ əl-Məram" kitabında dedi: "Buna şahidlik edən bütün bu hədislər birlikdə bunun həsən olmasını tələb edir."
    Kim bu hədisi həsən sayırsa ona görə buna əməl etmək sünnətdir, lakin kim həsən saymırsa və onun zəif hədis olaraq qaldığını söyləyirsə, ona görə buna əməl etmək bidətdir. Buna görə də bu məsələdə üç görüş vardır:
    Birinci görüş: Bu, sünnətdir.
    İkinci görüş: Bu, bidətdir.
    Üçüncü görüş: Bu, nə sünnətdir, nə də bidətdir. Yəni mübahdır. Əgər kimsə bunu edərsə, onun bidətçi olduğu söylənməz, əgər tərk edərsə əməl etmədiyinə görə azarlanmaz.
    Mənə yaxın olan görüş: Bu, sünnət deyildir, çünki bu barədə varid olmuş hədislər zəifdir. Sünnətin isə zəif hədislə təsbit edilməsi mümkün deyildir və Şeyxul-İslam İbn Teymiyyə bu görüşü qəbul etdi. Çünki iki "əs-Səhih" kitabında və bu ikisindən başqa kitablarda varid olmuş çoxlu hədislərə əsasən sabit olmuşdur ki, peyğəmbər, salləllahu aleyhi va səlləm, dua edərkən əllərini qaldırmışdır, lakin onları üzünə sürməmişdir. Çox-çox gətirilən və nəqli üzərində bol miqdarda mübahisələrin olduğu belə bir sünnətin "əs-Səhih"lər və digərləri kimi mötəbər kitablarda məlum olmaması, bunun əslinin olmadığına dəlalət edir.
    Buna əsasən də (deyirəm): Daha uyğun olan əlləri üzə sürməməkdir. Lakin bu əməli edənləri, onun haqqında varid olmuş hədislərin (alimlər tərəfindən) həsən dərəcəsinə qaldırıldığını nəzərə alaraq inkar etmirik. Çünki bu, alimlərin üzərində ixtilaf etdikləri bir məsələdir."

    "Şərh əl-Mumti alə Zad əl-Mustəqni"
    "bab əs-Salət ət-Tətavvu"

    Şeyx İbn Useymin bir başqa yerdə isə deyir:

    "Alimlərdən bəziləri zəif hədislərin çox olması halında onların bir-birini qüvvətləndirməsinə əsaslanaraq "əli üzə sürmək sünnətdir" dedilər. Mənim görüşümə görə isə duadan sonra əli üzə sürmək sünnət deyildir. Lakin kim sürərsə, onu inkar etmərik və kim tərk edərsə yenə onu inkar etmərik."
    "Məcmu əl-Fətava var-Rasəil əş-Şeyx Muhamməd Saleh əl-Useymin", cild: 14. "bab əs-Salət ət-Tətavvu"

    Bu barədə İbn Useyminin, rahiməhullah, sözləri çoxdur və bütün bunlardan anladığımız budur ki, bu əməl ona görə bidət deyildir.
    Kitabında namazda qnut duasından sonra əlləri qaldırmayı müzakirə edən İmam ən-Nəvəvi, rahiməhullah, bu zaman əlləri üzə sürməyin hökmündən danışır. O, deyir:

    "Lakin duanı bitirdikdən sonra əlləri üzə sürməyə gəldikdə isə, əgər biz desək: (Qnut duasında) əllərini qaldırmaz, o zaman ixtilafsız əlləri üzə sürməyin də məşru olmadığı anlaşılar. Lakin əgər desək ki, əllərini qaldıra bilər, o zaman iki görüş vardır. Bu iki görüşdən ən məşhuruna görə əlləri üzə sürmək müstəhəbdir. Bu görüşü qəbul edənlər içində Qadi Əbu Tayyib, Şeyx Əbu Muhamməd əl-Cuveyni, İbn Sabbağ, əl-Mutəvalli, eləcədə öz kitabında Şeyx ən-Nasr, əl-Ğazzali və "əl-Bəyan" kitabının sahibi vardır. İkinci görüşə görə isə əllərini üzünə sürməməlidir, doğru olan da bu görüşdür. Muhaqqiqlərdən əl-Beyhaqi, ər-Rafi və digərləri bunu doğru sayıblar. əl-Beyhəqi dedi: Sələfin bəzilərindən namazdan kənarda duada bunu etmək rəvayət edilsə də, onlardan heç kəsdən bu məqamda (namazın içində) əlləri üzə sürmək barədə heç bir şey hifz etməmişəm. Lakin namazın içində isə əlləri üzə sürmək barədə heç bir xəbər, heç bir əsər və heç bir qiyas sabit deyildir. Doğru olan bunu etməmək və sələfdən rəvayt olunduğu kimi əlləri qaldırdıqdan sonra üzə sürməməklə məhdudlaşdırmaqdır.Daha sonra isnadı ilə birlikdə Sünən Əbi Davudda Muhamməd bin Kab əl-Qarazidən, o da İbn Abbasdan, radiyallahu anhumə, peyğəmbərin, salləllahu aleyhi va səlləm, belə dediyini rəvayət etdi: "Əllərinizin içləri ilə Allaha dua edin, onlarınüst tərəfi ilə etməyin! Bitirdikdən sonra onlarla üzünüzü məsh edin!" Əbu Davud dedi: Bu hədis bir çox yoldan Muhamməd bin Kabdan rəvayət olunur və bunların hamısı əsassızdır. Hədisin mətni də zəifdir. Daha sonra əl-Beyhəqi Əli əl-Bəşanidən rəvayət edir: dedi: Abdullahdan - yəni İbn Mübarəkdən - dua edərkən üzlərini əlləri ilə məsh edənlər barədə soruşdum. Dedi: "Bunun üçün bir sübut görmürəm."Əli dedi: "Mən onu (ibn Mübarəki) bunu edərkən görmədim." Dedi: Abdullah, vitr namazında rükudan sonra qnut tutardı və əllərini qaldırardı." Bu əl-Beyhaqinin əs-Sünən" kitabındakı sözlərinin sonu idi. Onun Şeyx Əbu Muhamməd əl-Cuveyniyə yazdığı məşhur bir risaləsi vardır və orada ona qarşı qnutdan sonra üzü məsh etməyi tamamilə inkar edir. Bu barədəki mübahisə uzundur.

    Lakin Ömərin - radiyallahu anhu - hədisinə gəldikdə isə: peyğəmbər, salləllahu aleyhi va səlləm, duada əllərini qaldırdıqda onları üzünü məsh etmədən yerə salmazdı. ət-Tirmizi bunu rəvayət etdi və dedi: "Hədis ğəribdir, Hamməd bin İsa bunu tək rəvayət etmişdir və bu Hamməd zəifdir. Şeyx Abdulhaqq isə "əl-Əhkam" kitabında zikr edir və deyir: "ət-Tirmizi dedi: "Bu hədis səhihdir" və "ət-Tirmizi bunun səhih olduğunu deyir" deməsində xəta etmişdir, çünki ət-Tirmizi əslində hədisin ğarib olduğunu söylədi."

    "əl-Məcmu Şərh əl-Muhəzzəb", 3/480

    Şafi məzhəbindən məşhur imam əş-Şeyx Şəms əd-Din Muhamməd bin əl-Xatib əş-Şirbini, rahiməhullah, İmam ən-Nəvəvinin "Minhəc ət-Talibin" əsərinə şərh yazmışdır. İmam ən-Nəvəvi, rahiməhullah, "əl-Minhəc" əsərində namazda qnutdan sonra əlləri qaldırmaq və sonra üzü məsh etmək barədə deyir:

    "Əllərini qaldırsın, lakin üzünü məsh etməsin!"

    əl-Xatib əş-Şirbini bunun müzakirəsində qnutda duadan sonra əlləri ilə üzü məsh etməyin sünnət olmadığını qeyd edir və bu barədə gələn xəbərlərin əsassız olduğunu zikr edir. Daha sonra isə namazdan kənarda duadan sonra üzü məsh etməkdən danışarkən deyir:

    "Namazdan kənarda duadan sonra üzü məsh etməyə gəldikdə isə (İzz əd-Din) ibn Abdussələm bunu qadağan etdikdən sonra demişdir: "Bunu cahildən başqa heç kəs etməz." sitatın sonu. İki əl ilə üzün məsh edilməsi barədə xəbərlər varid olmuşdur, onlardan bəziləri ğarib olduğu halda, bəziləri də zəifdir. Buna baxmayaraq təhqiqində bunun müstəhəb olduğu görüşündədir."

    "Muğnil-Muhtac ilə Marifəti Məanil-Əlfəz əl-Minhəc", 1/257-258. Dar əl-Marifə, Beyrut/Livan - hicri 1418 (miladi 1997).

    Hənbəli məzhəbinin məşhur müctəhid alimi İmam Muvaffəq əd-Din ibn Qudamə əl-Maqdisi, rahiməhullah, mövzu barədə deyir:

    "Qnutu bitirdikdən sonra, əlləri ilə üzünü məsh etməlidirmi? Bu barədə iki görüş vardır: birinci: Bunu etməməlidir, çünki Əhməddən rəvayət olunduğuna görə belə demişdir: "Bu barədə bir şey eşitməmişəm." Çünki dua namazdadır və namazın digər dualarında olduğu kimi (qnutda) üzü məsh etmək müstəhəb deyildir. İkinci: Müstəhəbdir, bizim rəvayət etdiyimiz hədisə görə: Saib bin Yezid rəvayət edir ki, Allahın Elçisi - salləllahu aleyhi va səlləm - dua edərkən əllərini qaldırardı və əlləri ilə üzünü məsh edərdi." Beləki namazdan kənarda olduğun zaman dua edərkən adətən əlləri qaldırırlar və əlləri ilə üzü məsh edirlər. Bu halda isə (qnutdakı dua) namazın digər dualarından fərqlənir, çünki digər dualarda əl qaldırılmır."

    "əl-Muğni", 2/585. Dar Aləm əl-Kutub, Riyad - üçüncü nəşr; hicri 1417 (miladi 1997).

    İmam İbn Qudamənin sözünün zahirindən anlaşılan budur ki, namazdan kənarda duadan sonra üzü məsh etmək müstəhəbdir.

    Doğru olanı Allah bilir!

    Bölmə: İSLAM MƏQALƏLƏRİ | Əlavə etdi: Umar | Baxılıb: 1254 | Tarix: 23.11.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  İyun 2010  »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 1
    Qonaqlar: 1
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru