Yüz minlərlə insanın iştirak etdiyi mitinqdə iştirakçılar Həzrəti Məhəmmədi örnək götürməyə çağrılıb.
“Selef.my1.ru” xarici KİV-ə istinadən bildirir ki, Türkiyənin Diyarbəkir şəhərində İslamı təhqir xarakterli “Müsəlmanların məsumiyyəti” filminə etiraz məqsədilə mitinq keçirilib.
Peyğəmbər Sevdalıları Platformu tərəfindən təşkil edilən mitinqdə yüz minlərlə insan iştirak edib. Təkbir və Peyğəmbərə salavat səslərinin ucaldığı mitinqdə iştirakçılar Həzrəti Məhəmmədə qarşı edilən təhqirlərin qarşılıqsız qalmayacağını bildiriblər.
Qurani-Kərimin ifası ilə başlayan tədbirdə çıxış edən Başörtüyü Səfərbərliyi Platformunun (BSP) sədri Saleh Dəmir mitinqin islam peyğəmbərini təhqirə “Yox” demək üçün toplaşdıqlarını deyib. BSP sədri islam peyğəmbərini təhqirlərə ən gözəl reaksiyanın onun həyatını nümunə götürərək, yaşamaq olduğunu qeyd edib.
Natiqlərdən alim Molla Sahab Korkutata Allahın rəsulunun bütün bəşəriyyətə göndərildiyini, bu səbəbdən ərəb, türk və kürdlərin qardaş olduqlarını ifadə edib.