Ana Səhifə » 2012 » Sentyabr » 25 » Braziliyada müsəlman qadınların hicabda şəkil çəkdirmələrinə icazə verilib
Braziliyada müsəlman qadınların hicabda şəkil çəkdirmələrinə icazə verilib
17:58
Müsəlman qadınlar pasport, şəxsiyyət və sürücülük vəsiqəsi üçün başörtüyü ilə şəkil çəkdirə biləcəklər.
“Selef.my1.ru” xarici KİV-ə istinadən bildirir ki, Braziliyada müsəlman qadınlara başörtülü olduqları halda sənəd üçün şəkil çəkdirmələrinə icazə verilib. Bu barədə qərar Fos du-İquasu şəhərində yeni qanunun qüvvəyə minməsindən sonra qəbul edilib.
Bununla da Braziliyada müsəlman qadınlar başörtülü halda pasport, şəxsiyyət və sürücülük vəsiqəsi əldə etmək üçün şəkil çəkdirmək hüququna malik olublar. Qərarı Latın Amerikasının “Fox News” telekanalına şərh edən edən ölkənin tanınmış müsəlman ictimai xadimi Möhsün əl-Həssani başörtüyünün kapris deyil, müsəlman qadının geyimi olduğunu deyib.
Fos du-İquasu şəhərindəki “Ömər əl-Xəttab” məscidinin direktoru olan əl-Həssani qərarın qəbulundan dolayı məmnun olduqlarını bildirib.