Lent.az-ın məlumatına görə, Londonda ərəb dilində çıxan "əl-Şərqülövsət”
qəzetinin yazdığına görə, konfransda Bəhreynin yüksək rütbəli rəsmiləri
Tehran hakimiyyətini bölgədə narkotik qaçaqmalçılığı ilə məşğul
olanları himayə etməkdə və qonşu dövlətlərdə bu sayaq maddələrin
yayılmasına cəhd göstərməkdə suçlayıb. Onun sözlərinə görə, son günlərdə
100 kiloqramdan artıq narkotik maddəni Bəhreynə qanunsuz keçirmək
istəyən 6 İran vətəndaşı saxlanılıb. Tutulmuş iranlılar komitə
başçısının dediklərini təsdiqləyiblər.
Məlumata əsasən, konfransın sonuncu günü ünvanlarına bu sayaq
ittihamların səslənəcəyini bilən İslam Respublikasının təmsilçiləri
toplantıda iştirak etməyib. "Bəhreyn təhlükəsizlik xidmətinin
araşdırmaları nəticəsində Tehran hakimiyyətinin narkomafiyanı himayə
etməsi haqda təkzibedilməz faktlar əldə edilib. İrana ünvanladığımız
sorğuların və etiraz məktublarının cavabsızlığı, ölkə rəsmilərinin
münasibəti narkotik maddələrin qanunsuz yayılmasında onların əli
olduğunu bir daha təsdiqləyir”.
Bəhreynin Narkomaniyaya Qarşı Mübarizə Komitəsinin rəhbəri Mübarək bin
Abdulla çıxışında bildirib ki, Tehran nümayəndələrinin konfransda
iştirakını və səslənən ittihamlara cavab vermələri arzu olunurdu:
"Bəhreyn təhlükəsizlik xidmətinin araşdırmaları nəticəsində Tehran
hökumətinin narkomafiyaları himayə etməsi haqda inkar edilməz faktlar
əldə edilib. Bizim ünvanladığımız sorğular və etiraz məktublarına Tehran
rəsmilərinin yanaşma tərzi bizdə bu ölkənin narkotik maddələrin
yayılmasında bir başa əli olduğuna dair faktları bir daha təsdiq etmiş
olur.”
Yəmənin narkomanlığa qarşı mübarizə komitəsinin rəhbəri Məsəbül Sufi də
çıxışı zamanı deyib ki, bölgə ölkələrində yayılması üçün nəzərdə
tutulmuş 33 ton narkotik maddə aşkarlayıblar. Onun da sözlərinə görə,
araşdırmalar nəticəsində bu "malların” arxasında da İran təhlükəsizlik
qüvvələrinin dayandığı aşkarlanıb.