Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19900 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (17073 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (14121 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9929 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9347 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2012 » Sentyabr » 19 » Allah qarşısında həyalı olmaq
    Allah qarşısında həyalı olmaq
    06:52
    Abdulla ibn Məsuddan rəvayət edir ki, “Bir dəfə Rəsulullah Allahın rəsulu (s) belə dedi: “Allahdan yetərincə həya edin!”.

    Dedik: “Ey Allahın rəsulu, Allaha şükürlər olsun ki, rəbbimizdən həya edirik.” Peyğəmbər buyurdu: “Elə deyil, Allahdan yetərincə həya etmək, başda olanlardan (göz, qulaq, dil və s.), qarını doldurandan (yemək-içmək) qorunmaq, , ölüm və bəlanı xatırlamadır. Kim bunları edərsə, Allahdan yerərincə həya etmiş olar.”Təbii ki, kimdənsə, nədənsə həya etməklə Allah təaladan həya etmək arasında böyük fərq vardır. Əslində, Allah təaladan həya edən insan ən həyalı, ən mədəniyyətli birisidir. İslam dini həyaya, gözəl tərbiyəyə xüsusi yer ayırır. Diqqət yetirin, Allah təala öz peyğəmbəri Məhəmmədi (s) onun etdiyi gecə ibadətləri, mütəmadi orucları, başqa ibadətlərindən dolayı deyil, məhz malik olduğu həya və çox gözəl əxlaqından dolayı tərifləyir: “Şübhəsiz ki, sən böyük bir əxlaq üzərindəsən!” (Əl-Qələm, 4)
    Həya, bu dinin əxlaqi ünvanıdır. Hər bir dinin öz əxlaqı və ya əxlaq normaları var, bu dinin də əsas əxlaqı həyadır. Əbu Hüreyrədən ® rəvayət olunur ki, Peyğəmbər (s) buyurub; “İman yetmiş və bir neçə (başqa rəvayətlərdə altmış və bir neçə) şöbədir (pillədir). Ən üstünü “Lə iləhə illəllah” (demək), ən aşağısı isə yol üzərindən insanlara əziyyət verən bir şeyi götürməkdir (təmizləməkdir). Həya da imandan bir şöbədir.”
    Müasir dövrdə isə vəziyyət dəyişib. Məsələn, gecə yolda gedərkən, birdən yanına bir paket zibil düşür. Kim hardan, hansı mərtəbədən atdı, bilmirsən. Gənclərimizdə də abır-həya qalmayıb. Ətrafındakılarını nəzərə almadan istənilən hərəkəti edir, istənilən ifadəni işlədirlər. Əlbəttə, çox nadir də olsa, çəkinən və utananlar da var. Bir hərəkəti etməyə, ya bir sözü deməyə çəkinən, qızaran varsa, bu da həyadandır. Bu cür insanların mövcudluğu yaxşıdır. Çünki, indi çoxlarının ağzından oxşar ifadələri eşitmək olar; “Mən azad insanam. Qanundan çıxmıram ki?! İstədiyimi deyə, istədiyimi də edə bilərəm.”
    Bir gün Rəsulullah yolda gedərkən bir nəfərin öz dostuna: “Nə üçün utanırsan, axı?!” - deyə nəsihət etdiyini görür. Yaxınlaşır və deyir: “Həya etmək imandandır”.Həqiqətən də imanı düzgün olan kimsə həyalı olar. Həya etmək isə bütün insanlar tərəfindən bəyənilir. Rəsulullah (s) başqa bir hədisdə buyurub: “Həya etmək ancaq xeyir gətirər.” Digər rəvayətdə “Həya etmək ümumən (həmişə) xeyirdir” deyilir. Bunları söyləyən isə peyğəmbər olmaqdan savayı, insanların ən həyalısı idi. Həya Allahın da Öz qulları ilə rəftarında göstərdiyi xüsusiyyətlərdən biridir. Bir hədisdə deyilir ki, Rəsulullah (s) buyurub: “Hətta Allah təala, Ona əllərini qaldırıb dua edən qulunun əllərini boş (duasını qəbul etmədən) qaytarmağa həya edər.” başqa bir hədisdə isə oxuyuruq: “Ömrünü İslamda keçirən qoca bir ixtiyara Allah cəhənnəm əzabı verməkdən həya edər.” Möminlərin anası Hz. Aişə ® Peyğəmbərin (s) əxlaqını və həyasını belə vəsf edib: “Rəsulullah bakirə qızın örtükdə utanmasından daha çox həya edərdi.”
    Əlbəttə, həya etmək həmişə müsbət nəticə vermir. Bəzi hallarda isə həya etmək yersiz sayılır. Məsələn, Elm əldə etmək və ya lazımi bir şeyi soruşmaqdan utanmaq yersizdir. Elm, həya və təkəbbürlü olmaqdan dolayı itər, yox olar. Ya utanmağı , ya da təkəbbürlü olmağı səbəbi ilə bir şey öyrənmək istəməyən insanlar elmsiz qalarlar . Beləcə də elm yox olar.
    Peyğəmbərimizin (s) Hz. Zeynəblə ® toyu günü camaat axşama qədər oturmuş, dağılışmamışdı. Peyğəmbər (s) onlara “ durun gedin” – deyə bilmir, utanırdı. Hz. Zeynəb ® isə örtülü vəziyyətdə divarın bir kənarında oturub qalmışdı. Bu vəziyyətdən sıxılan Rəsulullah (s) qonaqlardan üzr istəyir və çıxır və Hz. Aişənin ® evinə gedir. Hz. Aişə ® onu (s) görüb hal-əhvalını xəbər alır və “Gəlin necədir?” - deyə soruşur. Peyğəmbər (s) onunla ® bir-az söhbət etdikdən sonra yenə toy məclisinə qayıdır. Görür ki, camaat hələ də dağılışmayıb. Bir azdan yenə də izin alır və çıxmaq istəyəndə camaat ona (s): “ Sən narahat olma, get! Biz buradayıq!” - deyirlər. Bu dəfə Rəsulullah (s) Hz. Həfsanın ® yanına gedir. Bir-az söhbət etdikdən sonra gecə yarısı evə qayıdır. Camaat yavaş-yavaş dağılışır və evlərinə gedirlər. Səhəri günü Allah təala belə bir ayə nazil edir: “Ey iman gətirənlər! Peyğəmbərin evlərinə sizə yeməyə icazə verilmədən (yeməyə dəvət olunmadan) girib onun bişməsini gözləməyin. Lakin dəvət olunduqda gedin və (yeməyinizi) yedikdən sonra (orada bir-birinizlə) söhbətə qapılmayıb dağılın. Bu (sizin çox oturmağınız), Peyğəmbərə əziyyət verir, amma o sizdən (bunu sizə deməkdən) utanırdı. Lakin Allah doğru sözdən çəkinməz. Onlardan (Peyğəmbərin zövcələrindən) bir şey soruşduqda, pərdə arxasından soruşun (evlərinə daxil olmayın). Bu həm sizin, həm də onların ürəklərinə daha çox təmizlik bəxş edər. Sizə Allahın Peyğəmbərini incitmək, özündən sonra onun zövcələri ilə evlənmək əsla yaraşmaz. Həqiqətən, bu, Allah yanında böyük günahdır!” (əl-Əhzab, 53).
    Dövrümüzdə isə insanlar çağırılmadan qonaq gəlirlər. Bəzən də 3-4 gün qalırlar. Yaxud səhər gəlib, axşam gedir, boş-boğazlıq və qeybət edirlər.
    Yazımızın əvvəlində qeyd etdiyimiz hədisi ətraflı izah etmək istərdik. Abdulla ibn Məsuddan rəvayət edir ki, “Bir dəfə Rəsulullah Allahın rəsulu (s) belə dedi: “Allahdan yetərincə həya edin!”. Dedik: “Ey Allahın rəsulu, Allaha şükürlər olsun ki, rəbbimizdən həya edirik.” Peyğəmbər buyurdu: “Elə deyil, Allahdan yetərincə həya etmək, başda olanlardan (göz, qulaq, dil və s.), qarını doldurandan (yemək-içmək) qorunmaq, , ölüm və bəlanı xatırlamadır. Kim bunları edərsə, Allahdan yetərincə həya etmiş olar.”
    Allahdan yetərincə həya edən kimsə, başının (qafasının) əhatə etdiyi bütün əzaları qorumalıdır. Yəni, başda olan üzvləri Allah təalanın çəkindirdiyi şeylərdən, günahlardan uzaq tutmalıdır. Başa daxil olan əzalar isə göz, qulaq, dil və beyindir. Əlbəttə, bunlardan ən əsası və demək olar ki, digərlərini də idarə edən beyindir. İnsan beynini lüzumsuz şeylərə sərf etməməlidir. Hələ, spirtli içkilər içib beyinlərini “dağıdanlar”, içəndən sonra heyvanlardan fərqlənməyənlər bir yana qalsın. Allah təala daim insanı Qurani Kərimlə günahlardan çəkindirir. İnsan isə bunlara məhəl qoymadan ən ali olan beynini xarab edir. İndi isə artıq o qədər yolumuzu azmışıq ki, Allahın bizə verdiyi ağıl və beyin nemətini seriallara baxıb düşünməklə, mənasız mahnılar dinləyib sözləri əzbərləmək və s. lazımsız şeylərlə doldururuq. Beynimizi zibil qutusu etmişik. Hər növ zibili içinə yığır və iyləndirir , elm almaqdan məhrum edirik.
    Gözünüzü qoruyun! Allahın əmr etdiyi kimi günahlardan çəkinərək, haram olan şeylərə baxmayaraq gözü qorumaq lazımdır. Qulağımızı qeybətdən, mənasız mahnılardan, sözdən, dedi-qodudan, hər gün saatlarla danışılan lətifələrdən və yalandan qorumalıyıq. Qulağımızı yalandan da qorumalıyıq. Allah təala yəhudiləri məhz bu cür təsvir edir: “Ya Peyğəmbər (Ya Rəsulum!) ürəklərində inanmadıqları halda, dildə (ağızları ilə): “İnandıq”, deyənlərin (münafiqlərin), yəhudilərdən yalana qulaq asanların, sənin hüzuruna gəlməyən başqa bir camaata qulaq asanların (onlara casusluq edənlərin) küfr içində vurnuxanları səni kədərləndirməsin” (əl-Maidə, 41). Əslində isə mömin bəndə Quranda vəsf edildiyi kimi olmalıdır: “Onlar boş (yersiz) bir söz eşitdikləri zaman ondan üz çevirib: “Bizim əməllərimiz bizə, sizin əməlləriniz də sizə aiddir. Sizə salam olsun! Biz cahilləri istəmirik!” – deyirlər. ”
    Biz, həmçinin dilimizi qorumalıyıq. Dildir insanı ən çox cəhənnəmə sürükləyən. Dil, qəlbin tərcümanıdır. Qəlbdə nə varsa, insan nəyi düşünürsə, dil onu bir yolla ifadə edir. Peyğəmbərimiz (s) buyurub: “Adəm oğlunun günahlarının çoxu dilinin ucbatındandır.” Dilin etdiyi günahlar və insanın başına gətirə biləcək bəlalar haqqında danışsaq çox uzun çəkəcək. Qısası, insan başında olan əzalarını günahlardan qorumalıdır. Hər bir addımda düşünməli, düzgün qərar verməlidir. Allah təala əl-İsra surəsində buyurur: “(Ey insan!) Bilmədiyin bir şeyin ardınca getmə (bacarmadığın bir işi görmə, bilmədiyin bir sözü də demə). Çünki qulaq, göz və ürək bunların hamısı (sahibinin etdiyi əməl, dediyi söz barəsində) sorğu-sual olunacaqdır.” (əl-İsra, 36). Həmçinin, Peyğəmbər (s) deyib: “Pislik nədə olarsa, onu çirkin edər. Həya isə nədə olarsa, onu gözəl edər”.
    Hədisin davamında Peyğəmbər (s) qarını qorumağı da həyadan sayır. Allahdan həya edən bəndə, yalnız və yalnız halal yeməli, hər bir haramdan - kiçik də olsa belə - çəkinməlidir. Qarnına gedən hər bir şeyin “hesabatını” etməlidir ki, Axirət günü hesabı ağır olmasın. Haram yeməyə isə başqasının malını yemə, satarkən aldadıb artıq pul alma, faiz alma, siqaret çəkmə, yetim malını haqsız olaraq yemə və s. kimini daxil etmək olar.
    Həmçinin, hər bir müsəlman ölümü daim xatırlamalıdır. Hər an ölüm gələcəyini düşünməli, hazır olmalıdır. Peyğəmbərimiz (s) ölümü çox düzgün təsvir edərək belə deyib: “Ləzzətləri məhv edəni xatırlayın.” Həqiqətən, insanın dünyada aldığı bütün ləzzətləri ölüm məhv edir.
    İnsan yalnız dünyada olmaq və dünyada hər şeyi əldə etməyə çalışarsa, daim sıxıntı və zorluq içində yaşayar. Axirəti istəyən isə rahat olar. Çünki onun gözü fani dünya malında və zinətində olmaz.

    Bölmə: İSLAM MƏQALƏLƏRİ | Əlavə etdi: Terane | Baxılıb: 620 | Tarix: 14.10.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  Sentyabr 2012  »
    BeÇaÇCaCŞB
         12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 1
    Qonaqlar: 1
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru