Belçikada müsəlmanlara qarşı ayrı-seçkilik pik nöqtəyə çatıb.
“Selef.my1.ru” Türkiyə mətbuatına istinadən bildirir ki, Avropanın İslam əleyhdarlığı ilə tanınan ölkələrindən olan Belçikada aparılan araşdırmalar müsəlmanlara qarşı ayrı-seçkiliyin dözülməz həddə çatdığını ortaya qoyub.
Belə ki, Belçika Azlıqlar Forumunun (BAF) apardığı araşdırma nəticəsində belçikalıların ölkədə mühacir həyatı yaşayan Şimali Afrika regionundan olan miqrantlara kirayə ev verməkdən imtina etdikləri məlum olub.
BAF-ın araşdırmalara dair hazırladığı hesabatda diqqəti cəlb edən məqamlardan biri isə adı Məhəmməd olan miqrantlara Anvers və Gent şəhərlərində kirayə ev verilməməsidir. Müsəlmanlara qarşı ayrı-seçkiliyin getdikcə təhlükəli həddə çatdığı ölkədə artıq müsəlmanların kirayə evi belə çətinliklə tapdıqları qeyd edilib.
Forum rəhbəri Naimə Şarkavi araşdırma nəticələrinin Belçikada qorxunc trendin başlandığına işarə etdiyini bildirərək, ölkədə ayrı-seçkiliyə qarşı mübarizə aparılmamasından şikayətlənib.