12
Fatihə surəsinin şərhi.
Elm adamları “İyyəkə” kəlməsinin oxunuşu ilə əlaqədar icma ilə hər iki yerdə "iyyəkə"
kəlməsinin "ya" hərfini şəddəli olaraq oxunmasını doğru olaraq qəbul etmişlər. Lakin Əmr b.
Faid isə, hemzeyi əs-reli "ya" hərfinin birini ixtisara salaq şəddəsiz olaraq "iyəkə" şəklində
oxumuşdur. Çünki o, "ya" hərfinin şəddəli oxunuşu ağır olduğundan ötəri "ya" hərfini şəddəli
oxumasını xoş görməmişdir. Amma bu oxunuş qəbul olunmamış şəklindədir. Çünki o zaman
məna: "Sənin günəşinə və ya işığına ibadət edirik" kimi bir hal götürülür. Çünki ifadəsi "günəşin
işığı" mənasını verir.
Fatihə surəsinin 5-ci ayəsində “Yalnız sənə ” «İyyəkə» ilə başlanan cümlə bütpərəstliyin tam
şəkildə kökünü kəsir. Çünki müşriklər Allaha yaxınlaşmaq üçün bütləri ilə vasitə axtarırdılar.
“Biz, onlara ancaq bizi Allaha dahaç ox yaxı nlaş dı rsı nlar deyə ö vliyalara ibadə t edirik” -
(Deyirdilə r) (Zumə r, 3) Bundan ötəri Uca Allah belə buyurmuşdur: “Şü bhə siz ki, mə scidlə r
Allahı ndı r. (Ona gö rə də ) Allah ilə birlikdə heç bir kə sə dua etmə yin” (Cinn, 18) Eyni zamanda
«İyyəkə» kəlməsi Uluhiyyət Tövhidindən də xəbər verir. Eləcə də, “Biz yalnız Sənə ibadət
edirik” (Fatihə, 5) Ayədə keçən “nəabudu” kəlməsi dua mənasını da qəsd edir. Yəni: “Biz
yalnız Sənə dua edirik və yalnız Səndən kömək istəyirik” mənasını da əhatə etməkdədir. Çünki
bu cür tələffüzün səbəbi Uca Allahın Ğafir surəsinin 60-cı ayəsində duanı ibadət adlandırmışdır.
“Rə bbiniz dedi: "Mə nə dua edin, Mə n də sizə cavab verim. Hə qiqə tə n, Mə nə ibadə t etmə yə
tə kə bbü r gö stə rə nlə r Cə hə nnə mə zə lil olaraq girə cə klə r.” (Mumin, və yaxudĞ afir, 60). Eyni
zamanda Allahın Elçisi (Allahın xeyir-duası və salamı onun üzərinə olsun) bu ayəni dərhal
oxuduğundan sonra belə buyurmuşdur: «Dua ibadətdir.» (Ət-Tirmizi, hədis № 3372; İbn Mace
hədis № 3828, Şiə mənbələrindən; əl-Kafi, 2/467). Beləliklə Dua kəlməsi şəri mənada Allahdan
ehtiyaclarını istəməkdir. Necə ki, Uca Allah bu haqda belə zikir etmişdir: “(O zaman)
Zə kə riyyə Rə bbinə dua edə rə k dedi: “Ey Rə bbim! Mə nə də Ö z tə rə fində n pak birö vlad bə xş et!
Sə n, hə qiqə tə n, duaları eş idə nsə n.” (İ mran 38).Beləliklə Allahdan ehtiyaclarını istəmək ibadət
adlanır və Allahdan qeyrisinə yönələ bilməz. Necə ki, Uca Allah bu haqda bu cür bizə
öyrədərək belə qeyd edir: “Biz yalnı z sə nə ibadə t edirik və yalnı z (ehtiyacları mı zı ) sə ndə n
kö mə k istə yirik” (Fatihə , 5)
Dümdüz Yol.
“Bizi dümdüz yola yönəlt” Bu buyruq, Rəbbə qulluq edənin Rəbbinə etdiyi bir duası və bir
müraciətidir. Mənası budur: Bizə dümdüz yolu göstər və ona yönəlt. Sənə yaxın olmaya
çatdıran hidayətinin yolunu göstər. Elm adamı belə demişdirlər: “Uca Allah, Fatihə surəsində
özünə həmd səna və duanın əsasını zikir etmişdir. Yəni bu surənin yarısı ən əhatəli şəkildə həmd
təriflər vardır. Digər yarısında isə qulların Rəbbindən ehtiyaclarının təməlinin istəməsi vardır.
O baxımdan bu surədə olan duanı dua edənin edəcəyi ən fəzilətli duasıdır. Çünki bu sözləri
aləmlərin Rəbbi olan Allah söyləmişdir. Eyni zamanda Uca Allah şəxsən özünün söylədiyi
kəlamı ilə dua etmiş olur.
Hədisi şərifdə də: "Allah qatında duadan daha fəzilətli heç bir şey yoxdur" (Tirmizi, Dəavət 1;
İbn Macə, Dua 1; Müsnəd, 2, 362) deyə zikir olunmuşdur. Bu duanın mənasının bu olduğu da
deyilmişdir” Hidayətin əsl mənasının meyl etdirmək olduğu da zikir olunmuşdur. Uca Allahın:
“Hə qiqə tə n, biz, Sə nə ü z tutduq" (Ə raf, 156) buyruğu də bu mənadadır. “Hidayət” kəlməsi bir
kəsin mülkiyyətindən o birinin mülkiyyətinə meyl etməkdədir.
Fudayl b. Iyad deyir ki: "Dümdüz yol (yəni sıratal mustəqim) həcc yoludur. Bu isə xüsusi bir
mənadır. Mənanın ümumi olması daha uyğundur." “Sırat” sözünün ərəbcə əsl mənası “Yol”
deməkdir. Uca Allah da belə buyurmuşdur: “Bu,şü bhə siz ki, Mə nim doğ ru yolumdur
(Sİ RATDIR) . Onu tutub gedin. Sizi (Allahı n) yolundan sapdı racaq yollara uymayı n. (Allah)
sizə bunları tö vsiyə etdi ki, pisə mə llə rdə nçə kinə siniz” (Ə nam, 153).Təbəri deyir ki: “Bizi
dümdüz yola yönəlt” yəni Ey Allahım, özlərinə nemət verdiyin qullarını müvəffəq etdiyin o
doğru yolda, bizləri də qərarlı olmağa müvəffəq et. Bizləri, özlərinə itaət etməkdə və ibadət etmə
nemətini verdiyin, mələklərin, Peyğəmbərlərin, imanında sadiq insanların, şəhidlərin və saleh
13
Fatihə surəsinin şərhi.
qullarının yoluna yönəlt "Bizi doğru yola yönəlt" ayəsinin sözündəki "Bizi yönəlt" deyə tərcümə
edilən "İhdinə" sözü "Hidayət etmək" kökündən törəmişdir. Mənası "Açıqlamaq, göstərmək,
aparmaq, müvəffəqiyyətli etməkdir. Təbəri buradakı ifadənin, "Sən bizi doğru yolda qərarlı
olmağını müvəffəq et. O yolda getməkdə bizə müvəffəqiyyət bəxş et." mənasını verdiyini
demişdir və Abdullah b. Abbasın (r.a) da ayəni bu şəkildə izah etdiyini rəvayət etmişdir. Eyni
zamanda Abdullah b. Abbas (r.a) belə rəvayət edilmişdir: "Cəbrayıl, Allahın Elçisinə r dedi ki:
"Ey Məhəmməd, de ki: "Sən bizə doğruya aparan yolu ilham et." Uca Allahın , Məhəmmədə
doğru yolu ilham etməsi, onu müvəffəq qılması deməkdir. Təbəri deyir ki: "Bu ayənin ifadə
etdiyi məna, bundan əvvəlki ayənin ifadə etdiyi məna kimidir. Yəni bu ayədə də qula. rəbbinə
itaət etməkdə qərarlı olmağa müvəffəq qılınmasını istəməsi əmr edilməkdədir. Buna görə bu və
bundan əvvəlki ayələrin mənası belədir: "Ey Allahım, yalnız sənə ibadət edərik. Sənin heç bir
ortağın yoxdur. İbadəti sənin xaricindəki ilah və bütlərə deyil, yalnız sənə təsis edərik. Sən bizə,
sənə ibadət etməmizdə kömək et. Sən bizləri, özlərinə nemət verdiyin Peyğəmbərlərini və
itaətkar istifadə edən müvəffəq etdiyin yola və üsula müvəffəq et." Təbəri deyir ki: "Hidayətin,
müvəffəqiyyətə çatdırma mənasını verdiyi Ərəb dilində məşhur olan bir xasdır. Necə ki, bu
ayədəki hidayətdən törədilən “Lə yəhdi” sözü də bu mənadadır... “Allah zalı mlar də stə sini
hidayə tə yö nə ltmə z” (İ mran, 86) Yəni Allah, zalım bir dəstəni haqqa müvəffəq etməz. Qurankərimin
şərh etdiyi adlanan əshabə və təbiin, “Sıratal müstəqimin” mənası haqqında müxtəlif
fikirlər zikr etmişlər. Əli ibn Əbu Talıb və Abdullah b. Məsud, (r.a) "Sıratal mustəqim"dən
məqsədin, Uca Allahın kitabı olduğunu rəvayət etmişlər. Cabir b. Abdullah, Abdullah b.
Abbas, Abdullah b. Məsud, Əbdürrəhman b. Zeyd, İbni Səman əl-Ənsarı (r.a) "Sıratal
mustəqim"dən məqsədin "İslam" olduğunu demişlər. Məhəmməd b. əl-Hanəfiyyə və Abdullah
b. Abbasdasın nəql olunan digər bir fikrinə görə "Sıratal mustəqim"dən " məqsəd. Allanın
dinidir.
Nemət Olanlar.
"Nemət verdiyin şəxslərin yoluna": Buradakı yol (sırat) birinci "sırat"dan, bir şeyin bir şeydən
əvəz olması şəklində bir əvəzdir. Mənası isə: Bizim hidayətimizi davamlı et, deməkdir. Bu ayədə
sözü keçən yolun (siratın) bir başqa məna olduğunu da söylənmişdilər. Ömər b. əl-Xattab və
İbn əz-Zübeyr (r.a) ayənin bu qismini “sirat” sözündən sonra "mən" əlavə edərək şəklində oxumuşlar.
"Nemət verdiyin" kimlər olduqları barəsində fərqli rəylər irəli sürülmüşdür. Ancaq
təfsirçilərin böyük əksəriyyəti deyir ki: “Burada peyğəmbərlərin, sıddiqlərin (Sadiq olanların,)
şəhidlərin və salehlərin yolu nəzərdə tutulmuşdur.” Bu fikirləri də Uca Allahın buyruğundan
zikir olunmuşdur: “Allaha və Peyğə mbə rə itaə t edə nlə r (axirə tdə ) Allahı n nemə tlə r verdiyi
nə bilə r (peyğə mbə rlə r), siddiqlə r (tamamilə doğ ru danış anlar, etiqadı dü rü st, peyğə mbə rlə ri
hamı danə vvə l tə sdiq edə nşə xslə r),şə hidlə r və salehlə rlə (yaxşı ə mə l sahiblə riylə ) bir yerdə
olacaqlar. Onlar necə də gö zə l yoldaş lardı r” (Nisa, 69). Beləliklə Ayədə bunların dümdüz yol
üzrə olduqlarını göstərməkdədir. Fatihə surəsində də nəzərdə tutulanda budur.
Təbəri deyir ki: "Əgər deyiləcək olsa ki: "Nə üçün burada nemət verilənlərin kimlər olduqları və
o nemətlərin nələr olduqları zikr edilməmişdir?" cavab olaraq deyilər ki: "Ərəblər
danışmalarının bir qismi ilə ifadə etmək istədikləri şeyləri ifadə edə bilsələr, sözü qısa kəsərlər,
hər şeyi zikr etməyə lazımlılıq görməzlər. "Özlərinə nemət verdiyin şəxslər" ifadəsi də bu
qabildəndir. Çünki Uca Allah bundan əvvəlki ayələrdə qullarına, özündən kömək istəmələrini
və doğru yolda davam etməyə müvəffəq qılınmalarını diləmələrini əmr etmişdir. Beləcə,
buradakı "nemətdən məqsədin, "Seçmə qulların tutduqları sağlam və dümdüz yol (sıratal
mustəqim)" olduğu aydın olmuşdur.
Qəzəbə uğrayanlar və azmışlar.
14
Fatihə surəsinin şərhi.
“Qəzəbə uğramışların və azmışların yoluna deyil” Kimlər olduqları barəsində fərqli fikirlər
vardır. Lakin icma isə, qəzəbə uğrayanların yəhudilər, azmışlarda xaçpərəstlər olduğu demişlər.
Çünki Adiyy b. Hatimdən (r.a) rəvayətinə görə, Peyğəmbər (Allahın xeyir-duası və salamı onun
üzərinə olsun) belə buyurmuşdur: "Yəhudilər, Allahın qəzəbləndiyi şəxslərdir, Xristianlar da
azmış şəxslərdir." (Tirmizi, 2954: Müslim, Salat: 27; Əbu Davud, Salat: 17) Eyni ilə Abdullah b.
Abbas, Abdullah b. Məsud, Rebi' b. Ənəs, Abdullah b. Zeyd və atası Zeyd də "Qəzəbə
uğrayanlardan məqsədin, Yəhudilər olduğunu demişlər. Bu təfsirin doğruluğuna Uca Allahın
yəhudilər haqqındakı: “Və Allahı n qə zə binə düç ar oldular.” (Bə qə rə , 61) “Allahı n onlara
qə zə bi tutmuş ” (Fə th, 6). Lakin xristianlar haqqında da Uca Allah belə buyurmuşdur: “Ə vvə lcə
onlar yolunu azmış , birç oxları nı da azdı rmış və (sonra da) dü mdü z yoldançı xmış lar” (Maidə ,
77) Eyni zamanda bəzi təfsirçiləri şərhinə görə, qəzəbə uğrayanların müşriklər, azmışlar da
münafiqlərdir. Deyirəm: Qəzəb; şiddət, qatılıq deməkdir. Sərt təbiətli adam üçün deyilər. Eyni
ilə bu söz qatılığı səbəbi ilə olduqca zərər verici, qəddar ilan haqqında istifadə edilər. sözü isə,
üst-üstə dözən dəvə dərisindən bir parça deməkdir. Bununla belə, sərt olan şəxslər üçün bu ad
verilmişdir. “Azmışların yoluna deyil” buyruğunda isə keçən "dalal" sözü Ərəbcə doğru yoldan,
haqq yoldan azaraq uzaqlaşıb getmək deməkdir. Təbəri deyir ki: "Qəzəbə uğrayanlardan
məqsəd, Uca Allahın bu ayədə bəyan etdiyi Yəhudilərdir. “De: “Allah yanı nda cə za etibarilə
bundan daha pisini sizə xə bə r verimmi? (Bu,) Allahı n lə nə tlə diyi, ona qə zə blə ndiyi,ö zlə rini də
meymunlara və donuzlara dö ndə rdiyişə xslə r və tağ uta ibadə t edə nlə rdir. Onlar, (axirə tdə ) yeri
daha pis olan və doğ ru yoldan dahaç ox azanlardı r!” (Maidə , 60).
Uzun bir rəvayət olunan hekayə ilə “Adiy b. Hatim (r.a) deyir ki: "Allahın Elçisi (Allahın xeyirduası
və salamı onun üzərinə olsun) məsciddə oturar ikən onun yanında idim, orada olanlar
mənim üçün "Bu, Adiy b. Hatimm"dir. Dedilər mən amansız (hər hansı bir adamın himayəsinə
sığınmadan) və yazısız olaraq Mədinəyə gəlmişdim. Allahın Elçisi (Allahın xeyir-duası və salamı
onun üzərinə olsun) doğru yönəlincə əlimdən tutdu. Allahın Elçisi (Allahın xeyir-duası və salamı
onun üzərinə olsun) daha əvvəl belə buyurmuşdu: "Ümid edirəm ki, Allah, onun əlini mənim
əlimə verər." Allahın Elçisi (Allahın xeyir-duası və salamı onun üzərinə olsun) ayağa qalxdı. O
sırada hüzuruna yanında bir uşaq olan bir qadın gəldi. O ikisi, "Səndən bir şey istəyimiz var."
dedilər. Allahın Elçisi (Allahın xeyir-duası və salamı onun üzərinə olsun) onların ehtiyaclarını
verdi. Ondan sonra mənim əlimdən tutub evinə qədər apardı. Xidmətçi, altına döşək qoydu.
Allahın Elçisi (Allahın xeyir-duası və salamı onun üzərinə olsun) onun üzərinə oturdu. Mən də
onun qarşısında oturdum. Allahın Elçisi (Allahın xeyir-duası və salamı onun üzərinə olsun)
Allaha həmd edib onu təriflədikdən sonra belə buyurdu: "Lə iləhə illəllah" (Allahdan başqa
ibadətə layiq ilah yoxdur) Deməkdən səni saxlayan nədir? Sən, Allahdan başqa bir ilah
olduğunu bilirsənmi?" Dedim ki: "Xeyr." Sonra bir az danışdı, daha sonra belə buyurdu: "Sən,
hər hansı bir şeyin Allahdan daha böyük olduğunu bilirsən "Alləhu Əkbər" (Allah ən
böyükdür.) Deməkdən qaçırsanmı?" dedim ki: "Xeyr." Buyurdu ki: "Şəkk yoxdur ki, Yəhudilər
Allahın qəzəbləndiyi şəxslərdir. Xaçpərəstlər isə, yollarını azanlardır. "Dedim ki: "Mən
Müsəlman olaraq gəldim." Bu sırada baxdım ki, Allahın Elçisinin (Allahın xeyir-duası və salamı
onun üzərinə olsun) üzü sevincdən dəyişdi” (Tirmizi, Quranın. Təfsiri: Hədis Nömrə: 2953)
Abdullah b. Şakiyk deyir ki: “Bir adam Allahın Elçisinə (Allahın xeyir-duası və salamı onun
üzərinə olsun) sual verdiyini eşitdiyim. "Ey Allahın Elçisi (Allahın xeyir-duası və salamı onun
üzərinə olsun) bunlar kimlərdir?" Allahın Elçisi(Allahın xeyir-duası və salamı onun üzərinə
olsun): (Yəhudiləri göstərərək) "Bunlar, qəzəbə uğrayanlardır" buyurdu. Adam: "Bunlar
kimlərdir?" deyə soruşdu. Allahın Elçisi (Allahın xeyir-duası və salamı onun üzərinə olsun):
(Xristianlar nəzərdə tutaraq) "Onlar da yollarını azanlardır." Buyurdu” (Əhnəd b. Hənbəl,
Müsnəd, c. 5, s. 77)
Taberi deyir ki: Ayədə zikr olunan "Azmışlardan məqsəd, Uca Allahın Maidə surəsinin 77-ci
ayəsində bəyan etdiyi kimi Xristianlardır. Eyni zamanda Təbəri deyir ki: "Ərəb dilində, hər
doğru yoldan ayrılan və möhkəm yolu tutmayan bir kimsəyə "Azmış" deyilir. Uca Allah
xristianları "Azmış" olaraq zikir etməsi, onların, haqq dini buraxıb başqa yolla getmələrini
bəyan etmişdir.
15
Fatihə surəsinin şərhi.
Amin deyildiyi zaman.
Təməl hədis qaynaqlarında Əbu Hureyredən (r.a) gələn rəvayətə görə, Allahın Elçisi (Allahın
xeyir-duası və salamı onun üzərinə olsun) belə buyurmuşdur: "İmam amin dediyi zaman siz də
amin deyin. Çünki hər kimin amin deməsi mələklərin amin deməsi ilə üst-üstü düşərsə keçmiş
günahları bağışlanar." ( Buxari, Azan 111, 113, Təfsir 1. surə 2; Müslim, Salat 72; Əbu Davud,
Salat 168; İbn Macə, İqamə 14; Muvatta, nida 44-47). Beləliklə Elm adamları (Allahın rəhməti
onların üzərilərinə olsun) deyirlər ki: “Keçmiş günahların bağışlanması, bu hədisin şərhi dörd
şeyin haqqında bağlıdır”
1) İmamın amin deməsi.
2) İmamın arxasında namaz qılanların amin deməsi.
3) Mələklərin amin deməsi
4) Camaatın amin deməsinin mələklərin amin deməsinə eyni zaman düşməsi.
Eləcə də, eyni düşmə ilə əlaqədar; duanın qəbul edilməsi haqqındadır, deyildiyi kimi, zaman
haqqındadır, duanın xüsusiyyət baxımından təmiz və səmimi qəlbən edilməsi hankında
deyilmişdir. Çünki Peyğəmbər (Allahın xeyir-duası və salamı onun üzərinə olsun) belə
buyurmuşdur: "Duanızın qəbul ediləcəyini bilərək Allaha dua edin və bilin ki Allah qafil və
başqa şeylərlə əylənən bir ürəyin duasını qəbul etməz." (Tirmizi, Deavat 65)
Amin sözünü fəziləti.
Amin kəlməsinin fəziləti ilə əlaqədar Əbu Züheyr (r.a) rəvayət edir ki, “Bir gecə Allahın Elçisi
(Allahın xeyir-duası və salamı onun üzərinə olsun) ilə birlikdə çıxmışdım. Təmiz qəlblə dua edən
birinin yanından keçdik. Peyğəmbər (Allahın xeyir-duası və salamı onun üzərinə olsun) onun
duasını eşidərək bir anda dayandı. Ondan sonra Peyğəmbər r : "Əgər möhürləsə duası qəbul
olunar" dedi. Orada olanlardan biri: "Nə ilə möhürləyəcək ey Allahın Elçisi?" deyə soruşdu.
Peyğəmbər (Allahın xeyir-duası və salamı onun üzərinə olsun) : "Amin ilə" dedi. "Çünki o amin
ilə duasını bitirsə (qəbulunu) tələb etmiş olur" Peyğəmbərə (Allahın xeyir-duası və salamı onun
üzərinə olsun) bu sualı soruşan adam dua edən adamın yanına getdi və ona: "Ey filankəs, duanı
möhürlə (amin deyərək bitir) və (qəbul olunacağına dair) müjdə olsun" dedi.” (Əbu Davud,
Salat 167-168.) Amin sözünün mənası elm əhlinin çoxuna görə "amin" sözü, dua mənasında
istifadə edilən bir söz olaraq "Allahım bizim duamızı qəbul et!" deməkdir. Bəziləri isə: "Amin"
Uca Allahın adlarından biridir, demişdir. Eyni zamanda Cəfər b. Məhəmməd Mücahid və Hilal
b. Yisaf və İbn Abbas (r.a) bunu Peyğəmbərdən (Allahın xeyir-duası və salamı onun üzərinə
olsun) rəvayət etmişdir. Amma bu səhih bir rəvayət deyil. Çünki bunu İb-nu'1-Arabi zikir
etmişdir. Tirmizi deyir ki: Amin sözünü mənası budur ki, "Allahım sən bizim ümidlərimizi boşa
çıxarma!" deməkdir.
İmamın "Amin" Deməsi.
İmam amin deyərmi? və yaxud açıqdan deyərmi? mövzusunda elm adamları arasında fikir
ayrılığı vardır. Şafi və Mədinəlilərin rəvayətinə görə, Malik Kufəlilər və Mədinə əhli: “İmam
amin kəlməsini açıqdan deməz” demişlər. Təbəri ilə İbn Həbibin fikri də budur. İb-nu'1-Kasım
rəvayət edir ki, İmam Malik belə demişdir: “İmam amin deməz. Onun arxasındakılar yəni ona
qoşulan camaat amin, deyər” Eyni zamanda İmam Malikin məzhəbinə aid olanlar və
Misirlilərində fikri budur. Bunların dəlilləri isə Əbu Musa əl-Əş'ari'nin (r.a) rəvayət etdiyi bu
hədisdir: “Allahın Elçisi (Allahın xeyir-duası və salamı onun üzərinə olsun) bizə xütbə irad etdi.
Bizə sünnətlərimizi açıqladı, necə namaz qılacağımızı öyrətdi və belə dedi: "Namaz qıldığınız
16
Fatihə surəsinin şərhi.
vaxt səflərinizi düz edin. Ondan sonra sizdən hər hansı bir kimsə imam olsun. İmam: “Allahu
Akbər “dediyi vaxt siz də təkbir gətirin. "qəzəbə uğramışların və azmışların yoluna deyil" dediyi
zaman siz də "amin" deyin. Allah sizin duanızı qəbul edər” (Müslim, Salat 62). Lakin səhih rəy
budur ki, İmam "amin" sözünü açıqdan deyə bilər, çünki Vail b. Hucrunun (r.a) rəvayət etdiyi
bu hədisdir: “Allahın Elçisi r "və ləddallin"i oxuduqdan sonra: Amin deyər və səsini
yüksəldərdi.” (Əbu Davud, Salat 167-168; Tirmizi, Salat 70) Eyni zamanda "Buxarı də:
“İmamın amin kəlməsini açıqdan deməsi” deyə bir başlıq açmışdır.( Buxari, Azan 111) Ata
deyir ki: "Amin" bir duadır. İbn əz-Zübeyr və onun arxasından namaz qılanlar elə bir amin
dedilər ki məsciddə bir səs kütləsi eşidildi. Tirmizi deyir ki: “Peyğəmbərin (Allahın xeyir-duası və
salamı onun üzərinə olsun) əshabələrindən və onlardan sonrakılardan elm əhlindən bir çoxu bu
fikirdədir. Bunlar adamın amin kəlməsini yüksək səslə deməsini və asta səslə deməməyini qəbul
edirlər. Şafi, İmam Əhməd və İshak da bu fikirdədir. Muvattada və Buxarı ilə Müslimdə İbn
Şihabın (r.a) belə dediyini rəvayət olunur: “Allahın Elçisi (Allahın xeyir-duası və salamı onun
üzərinə olsun) "amin" deyərdi.” (Muvatta, Salat 44; Buxari, Azan 111; Müslim, Salat 72)
İbn Macənin Sünnə əsərində Əbu Hureyre (r.a) rəvayət edir ki: “İnsanlar "amin" deməyi tərk
etdilər. (Amma) Allahın Elçisi (Allahın xeyir-duası və salamı onun üzərinə olsun) isə "qəzəbə
uğramışların və azmışların yoluna deyil" dediyində "amin" deyərdi. Onun amin deməsi birinci
səfdə olanlar eşidər və bu səs ilə məscid dollar idi.” (İbn Macə, İqamə 14) Beləliklə imam ilə
camaatın amin deməsi birlikdə olar və camaat İmamdan əvvəl amin deməsini olmaz, çünki
Allahın Elçisi (Allahın xeyir-duası və salamı onun üzərinə olsun) "İmam amin dediyi zaman siz
də dərhal ondan sonra amin deyin" deyə buyurmuşdur. (Buxari, Azan 111, 113; Dəavat 4;
Müslim, Salat 72)
Əbu Hənifənin məzhəbində olanlar deyirlər ki: Amin kəlməsini səssiz olaraq içdən demək
açıqdan deməkdən daha yaxşıdır. Çünki amin bir duadır. Uca Allah da belə buyurmuşdur:
"Rəbbinizə yalvara-yalvara, həm də gizlicə dua edin." (Əraf, 55) Buna dəlil isə, Uca Allahın:
"Hər ikinizin duasını qəbul etdim." (Yunus, 89) buyruğunun şərhi ilə əlaqədar olaraq gələn
rəvayətdir. Burada deyildiyinə görə Hz. Musa dua edir, Hz. Harun da amin deyirdi. O
baxımdan Uca Allah hər ikisinin də duasını qəbul etmişdir. Buna cavab olaraq deyirəm :
Ümumi olaraq duanı gizli olaraq daxildə deməsi daha fəzilətlidir. Lakin camaat namazı gəlincə,
Fatihənin sonunda İmam yüksək səslə amin deməsini zikir olunmuşdur. Eyni zamanda icma ilə
qəbul olunmuşdur ki, Fatihə özü bir duadır və İmam tərəfindən camaat namazlarında yüksək
səslə oxunur. Buna görə duanın açıqdan edilməsi sünnətdir. Sünnət olan dualardan isə amin
demək onun kimidir.
Bizdən Əvvəlkilər "Amin" deməsi.
"Amin" sözü bizdən əvvəl yalnız Musa ilə Haruna (ikisinə də salam olsun) verilmiş və
öyrədilmişdir. Tirmizi əl-Hakim "Nəvadiru'l-Usul" adlı əsərində bunu zikr etmişdir. Ənəs b.
Malik rəvayət edir ki, Allahın Elçisi (Allahın xeyir-duası və salamı onun üzərinə olsun) belə
buyurdu: "Uca Allah mənim ümmətimə özlərindən əvvəl kimsəyə verilməmiş üç şeyi verdi.
Salam. Bu cənnət əhlinin öz aralarındakı salamlaşmalarıdır. Mələklərin saf-saf düzülməsi (kimi
namazda düzülmək) və amin demək. Musa ilə Harunun dediklərindən başqa” ("amin"
əvvəlkilərdən kimsəyə verilməmişdir.) Əbu Abdullah deyir ki: “Bunun mənası budur ki, Musa
Firona qarğış etmiş Harun da amin demişdir. Uca Rəbbimiz də Quran-Kərimində Hz. Musanın
duasını qəbul olunmağını bizə belə zikr edir: "Hə r ikinizin duası nı qə bul etdim." (Yunus, 89)
Belə də qeyd olunur ki, amin sözü bu ümmətə xasdır. Çünki Peyğəmbər (Allahın xeyir-duası və
salamı onun üzərinə olsun) belə buyurmuşdur: "Yəhudilərin salam və amin deməkdən ötəri sizə
paxıllıq etdikləri qədər heç bir şeydən ötəri paxılıq etməmişlər" Eləcə də, İbn Macənin əsərində
İbn Abbas (r.a) rəvayət edir ki, Peyğəmbər (Allahın xeyir-duası və salamı onun üzərinə olsun)
belə buyurdu: "Yəhudilər sizləri amin dediyiniz üçün paxıllıq etdikləri qədər heç bir şeydən ötəri
paxıllıq etməmişlər. Ona görə də çoxlu amin dəyin." (İbn Macə, İqamə 14) Elm adamları
17
(Allahın rəhməti onların üzərilərinə olsun) deyirlər ki: “Kitab-əhlinin bizlərə (müsəlmanlara)
paxıllıq etmələrinin səbəbləri budur ki, Fatihə surəsinin əvvəlində Allaha həmd edirik, Eyni ilə
Onun şəninə tərif edirik. Ondan sonra Ona itaət etmək, Onun yoluna yönəlməyini istəyirik və
bizi dümdüz yola çatdırması üçün bir dua edirik. Daha Sonra da birlikdə amin demək ilə Kitabəhlinə
qarşı qarğış edirik və bu səbəbdəndir ki, onlar bizlərə (Müsəlmanlara) paxıllıq edirlər”
Namazda Fatihə surəsinin oxumağın qanunları.
Maliki məzhəbində məşhur olan rəyə görə. Əgər İmam bərkdən camaat namazında Quran
oxuyarsa, bu vəziyyətdə imama qoşulan şəxslər Fatihə və başqa bir surəni də, oxumaz. Çünki
Uca Allah belə buyurmuşdur: "Quran oxunan zaman onu dinlə yin və susun...." (Ə raf, 7/204)
Bununla belə, İmam haqqında Allahın Elçisi (Allahın xeyir-duası və salamı onun üzərinə olsun)
də, belə buyurmuşdur: "Quran oxuduğu vaxt siz də susub dinləyin" (Müslim, Salət 63) "Hər
kimin bir imamı var isə imamın oxumağı onun üçün də, oxumaq sayılır" (Müsnəd, 3, 339;)
İmam Əlıməd b. Hənbəli İmam Şafidən belə rəvayət edir ki: “İstər imam olsun istər camaat,
imam istər açıqdan oxusun istər gizli oxusun hər rükətdə Fatihə surəsini oxumadıqca heç bir
kimsənin namazı sayılmaz.” İmam Şafi İraqda olduğu zaman camaat namazında imama
qoşulan şəxs haqqında belə deyərdi: (İmam) gizli oxuduğu təqdirdə Fatihə surəsini (imama
uyan şəxs) içindən oxumalı. Lakin İmam açıqdan oxuduğu təqdirdə (imama uyan şəxs də)
Fatihə surəsini oxumamalıdır.” Maliki məzhəbində məşhur rəy olduğu kimi. Eyni zamanda
İmam Əhməd b. Hənbəlidə bu fikirdədir. Amma İmam Şafi Misirə gəldikdən sonra bu şəkildə
fikrini dəyişərək: “Camaat namazında İmam istər açıqdan oxusun istər gizli oxusun Fatihəni
oxumadan heç bir şəxsin namazı səhih olmaz” qeyd etmişdir.
Eləcə də, İbnü'l-Münzir nəql edir ki, Kufəlilər deyirlər ki: “İmama uyan şəxs heç bir şey
oxumaz. İmam istər açıqdan oxusun, istər gizlidən. Çünki Peyğəmbər r dedi: "İmamın oxuması
onun üçün (imama uyan şəxs üçün) də oxumağı hesab olunar" hədisi dəlil gətirirlər. Sad b. Əbi
Vakkas ilə Ömər ibn Xəttab: «İmamın arxasında oxuyanın ağzına daş doldurulmasını
diləyirəm» demişlər, İbn Məsud (r.a) də; «Ağzıma torpaq dolsun» dediyi rəvayət edilmişdir.
Əbu Hənifə və onun məzhəbində olanlar deyirlər ki: “Camaat namazında İmamın arxasında
İmam istər bərkdən istər gizli oxusun İmama qoşulan şəxs üçün nə Fatihə surəsi, nə də başqa bir
surə, nə gizli olaraq, nə də açıqdan oxumağı şərt deyil. İmam Qurandan nə oxusa kifayətdir. Bu
fikirlərinə dəlil olaraq bu ayəni göstərərlər: «(Namaz qı larkə n) Qurandan (sizə ) asan gə lə ni
oxuyun!» (Muzzə mmil, 20) Peyğəmbər (Allahın xeyir-duası və salamı onun üzərinə olsun) dedi:
"İmamın oxuması onun üçün (imama uyan şəxs üçün) də oxumağı hesab olunar" İmam Əhməd
İbn Hənbəl Müsnədində, bu hədis qeyd olunur. Amma bu hədisin mənbəyi zəifdir. Çünki
Malik, Vəhb İbn Kəysandan O, da Cabirdən bu hədisi rəvayət etmişdir. Bu hədis başqa yollarla
da rəvayət edilmişdir ki, lakin bunlardan heç birisinin Allahın Elçisinə (Allahın xeyir-duası və
salamı onun üzərinə olsun) gedib çatmır və mənbəyi də səhih deyil. Ən doğrusunu Allah bilir.
Beləliklə bu mövzuda camaat namazında İmama qoşulan şəxs üçün Fatihə surəsini oxumasının
vacib olub olmamağı haqında alimlərin üç fikri vardır:
A) İmama vacib olduğu kimi imama qoşulan şəxsə də Fatihəni oxumaq vacibdir. Çünki Allahın
Elçisi (Allahın xeyir-duası və salamı onun üzərinə olsun) ümumi olaraq bu haqda belə
buyurmuşdur: "Fətihatu'l-Kitabı (Fatihə surəsini) oxumayan kimsənin namazı olmaz."
(Müslim, Salət 38). Bu rəy İmam Şafinin ən axrıncı rəyidir.
B) İmama qoşulan şəxsə, nə Fatihə, nə də başqa bir ayə oxumaq vacib deyil. İstər bərkdən istər
gizli oxunan namazda olsun heç bir şey oxumaq lazım deyil. Dəliləri isə bu ayədir: «(Namaz
qı larkə n) Qurandan (sizə ) asan gə lə ni oxuyun!» (Muzzə mmil, 20) Əbu Hənifə və onun
məzhəbində olanların fikridir.
18
Fatihə surəsinin şərhi.
C) Camaat namazında İmamın gizli oxuduğu zaman imama qoşulan şəxs üçün Fatihə surəsini
oxumaq vacibdir, amma İmamın bərkdən oxuduğu zaman isə imama qoşulan şəxs üçün Fatihə
surəsini vacib deyil. Necə ki, Səhih Müslimində Əbu Musa əl-Əş'ari'dən rəvayət edir ki, Allahın
Elçisi (Allahın xeyir-duası və salamı onun üzərinə olsun) belə buyurmuşdur: "İmam yalnız özünə
qoşulan şəxs üçündür. Buna görə də İmam təkbir götürdüyü zaman siz də təkbir alın, oxuduğu
zaman isə susun" (Müslim, Salat 63)
Əbu Davud, Tirmizi, Nəsəi, İbn Macə kimi hədis alimləri bu haqda Allahın Elçisindən (Allahın
xeyir-duası və salamı onun üzərinə olsun) : «Quran oxunduğu zaman susun» nəql etmişlər. Eyni
zamanda Müslim İbn Haccac da eyni şəkildə bunu doğru və möhkəm saymışdır. Bu mövzu
Qurana daha yaxındır və bunu Quran ilə əməl etməmiz vacibdir. "Quran oxunan zaman onu
dinləyin və susun...." (Əraf, 7/204). İmam Əhməd İbn Hənbəl və İmam Malik də bu fikirdədir.
Beləliklə doğru və səhih rəy 3-cü fikirdir. Ən doğrusunu ancaq Allah bilər.
Əbu Hənifənin xaricində qalan digər imamlardan sayılan Şafinin, Əhmədin, Malikin və icma ilə
alimlərin səhih və doğru fikirlərdən biridə budur ki, hər bir namazda Fatihənin oxunması hər
bir şəxs üçün vacibdir. Yəni ümumi olaraq hər bir kəs üçün hər bir rükətdə Fatihə surəsini
oxunması vacibdir. Çünki Peyğəmbər (Allahın xeyir-duası və salamı onun üzərinə olsun) belə
buyurmuşdur: "Fətihatu'l-Kitabı (Fatihə surəsini) oxumayan kimsənin namazı olmaz."
(Müslim, Salət 38).
Fatihə surəsi haqqında.
Bununla belə, Fatihə surəsində zikr olmasında, Allaha həmd etmək, Onu ucaltmaq və Onu
qulları tərəfindən tərifləməkdir. Allahın böyüklüyü, hökmranlığı. Qüdrət və mülkünün əzəməti
barəsində bilmək üçündür ki, Qullar, nemətləri qarşısında Rəblərini xatırlasınlar, Ona həmd
etsinlər və beləcə Onun daha çox verdiyi nemətlərinə layiq olsun və eyni zamanda bolca
mükafatlarını layiq olsunlar. Uca Allahın, Fatihə surəsində özünü tanıma nemətini lütf etdiyi
şəxsləri və özünə itaət etməyə müvəffəq etdiyi şəxsləri zikr etməsi, qullarının, dinləri və
dünyaları barəsində əllərində olan nemətlərin hamısının Allah tərəfindən olduğunu onlara
bildirməsi üçündür. Beləcə bütün istəklərini yalnız Allaha yönəltsinlər, ehtiyaclarını yalnız
ondan istəsinlər. Uca Allahdan başqa büt, qəbir sahibləri və bənzəri şeylərdən istəməsinlər. Uca
Allahın, Fatihə surəsində, özünə üsyan edənlərdən intiqam alındığım və əmrlərinə qarşı
gələnlərin cəzalandırıldığını zikr etməsi, qullarını özlərinə qarsı gəlməkdən çəkindirməsi və
özlərini Allahın qəzəbinə gələcək şeylərə düşməkdən uzaqlaşdırması üçündür. Əks halda Uca
Allah da onları, digər ümmətlərin uğradıqları cəzalara çarpdırar və onları da həlak edər. Ona
görə də "Ummul Qur'an" olan Fatihə surəsi ən böyük bir hikmət və ən mükəmməl bir hüccət
(sübut və dəlil) olduğunu şübhəsizdir. Hər halda bu kitabda mexaniki və yaxud fiqhi barəsində
müəllifin xətası olubsa, bizim ilə mütləq əlaqə saxlayın. abdulaziz1@box.az