Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19921 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (17089 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (14154 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9944 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9361 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2009 » May » 26 » Fatihə surəsinin şərhi
    Fatihə surəsinin şərhi
    11:05
    Müəllifin ön sözü.
    Rəhman və Rəhim olan Allahın adı ilə! Həqiqətən həmd Allahadır! Biz Ona həmd edirik,
    Ondan kömək və bağışlanmağımızı diləyirik! Nəfslərimizin şərindən və pis əməllərimizdən
    Allaha sığınırıq! Allah kimə hidayət verərsə, onu heç kim azdıra bilməz. Kimi də azdırsa, ona
    heç kim hidayət verə bilməz. Mən şəhadət edirəm ki, Allahdan başqa haqq ilah yoxdur. O,
    Təkdir və Onun heç bir şəriki yoxdur. (Eyni zamanda) Şəhadət edirəm ki, Məhəmməd Allahın
    qulu və Elçisidir. Allahım Məhəmmədə, Onun əhli-beytinə, əshabələrinə və Qiyamət gününə
    qədər, onun göstərdiyi doğru yola sadiq qalanlara xeyir-dua və çoxlu salam et!
    Möhtərəm müsəlmanlar! İlk öncə hamınızı Allahın salamı ilə salamlayıram və Uca Allahdan
    bizləri doğru yola müvəffəq etməyini diləyirəm. (Amin.) Beləliklə hörmətli oxucular
    Azərbaycan dilində Fatihə surəsinin şərhi haqqında tam əhatəli bir əsərə rast gəlmədiyim üçün
    bu mövzu haqqında bir kitab yazmağı özümə vacib bildim. Çünki mənim bu kitabı təqdim
    etməyimin əsası budur ki, namaz qılanların çoxu Fatihə surəsinin mənasını bilmirlər, və zəruri
    hal olduğu üçün qeyd edirəm. Buna görə də, bu məsələ ilə bağlı müxtəlif şərhlər qeyd etmişəm.
    Mən hesab edirəm ki, bu kitab möminlər tərəfindən yaxşı qarşılanacaqdır. Uca Allahdan
    müsəlmanlar üçün bu kitabı oxuyub faydalanmağını diləyirəm. O, Eşidən və cavab verəndir.
    Bununla belə, şərhlərin ən üstün dərəcəsi və mükəmməl olanı, bir şeyi açıqlamaq istəyən adamın
    düşüncələrini ən gözəl şəkildə ortaya qoyan sözü söyləyənin, məqsədini ən gözəl şəkildə bəyan
    edən və sözü dinləyənin anlamasına ən yaxın olanı Allahın kəlamıdır. Həmd və təriflər tək olan
    Allahadır.
    Fatihə surəsinin nazil olma səbəbləri.
    Fatihə surəsi yeddi ayədir və Məkkədə nazil olmuşdur. Fatihə Surəsinin harada və nə vaxt nazil
    olduğu mövzusu ixtilaflıdır və bu mövzuda dəyişik rəvayətlər vardır. Əli (r.a) belə demişdir:
    “Fatihatu'l-Kitab Məkkədə Ərşim altında bir xəzinədən nazil olmuşdur.” Bu rəvayətə baxaraq
    təfsirçilər, Mücahidin "Fatihə Surəsi Mədinədə nazil olmuşdur." sözünü səhv olaraq başa
    düşmüşlər. Übeyy ibn Ka'b'dən (r.a) gələn səhih bir rəvayətdə: “Fatihə, Qurandan ilk nazil
    olanlar arasındadır.” Bu rəvayətdə isə Fatihə Surəsinin ilk nazil olan surə olduğu irəli
    sürülməkdədir. Eləcə də, Fatihə surəsi Məkkədəmi enmişdirmi? Yoxsa Mədinədəmi
    enmişdirmi? Bu haqda Quran təfsirçiləri fərqli rəylər qeyd etmişdilər. Beləliklə Əli ibn Əbu
    Talib, İbn Abbas, Katabə, Əbul-Əliy ər-Riyahi Rufey və başqaları: “Məkkədə nazil olmuşdur”
    deyiblər. Lakin Əbu Hurəyrə, Mücahid, Ata b. Yesəyər, əz-Zühri və başqaları: “Mədinədə nazil
    3
    Fatihə surəsinin şərhi.
    olmuşdur” deyiblər. Digər rəyə görə isə: “Yarısı Məkkədə, yarısı da, Mədinədə nazil olmuşdur”
    deyilmişdir. Bu fikri Əbu'1-Leys Nəsr b. Məhəmməd b. İbrahim əs-Səmərqəndi öz təfsirində
    qeyd etmişdir. Beləliklə birinci rəy daha doğru və səhihdir. Çünki Hicr surəsi Məkkədə nazil
    olmuş və icma ilə qəbul edilmiş və bununla belə, bu barədə heç ixtilaf olmamışdır. Eyni
    zamanda da Hicr surəsinin 87-ci ayəsində Uca Allah belə buyurmuşdur: "(Ya Rə sulum!) Biz
    sə nə (hə r namazda oxunub) tə krarlanan yeddi ayə ni (Fatihə surə sini) və (bö yü k)ə zamə tli
    Quranı verdik." (ə l-Hicr, 15/87)
    Fatihə surəsinin bir çox adları vardır.
    Beləliklə Fatihə surəsinin bir neçə adlarını qısa olaraq qeyd edək:
    1-ci “Əl-Fətiha”: "Açılacaq bir şeyin və yaxud ilk açılan, oxunub yazılacaq, bir şeyin əvvəli"
    deməkdir. Quran-Kərimin tərtibində ilk surə Fatihə olduğu üçün bu surəyə bu ad verilmişdir.
    2-ci “Əlhamdulillah” Həmd surə: Surənin birinci sözü "Əlhamd" olduğu üçün və ya surə,
    Allaha Həmd etdiyi üçün ona bu ad da, verilmişdir.
    3-cü “Ummul Kitab”: yəni "Kitabın anası" deməkdir, Fatihə surəsinə bu adın verilməsi,
    Quranın təməl prinsiplərini əhatə etməkdədir. Belə ki, surədə Uca Allah, layiq olduğu sifətlərlə
    xatırlanmaqda, qulların, tək ona qulluq etmələri və yalnız ondan kömək diləmələrinin lazım
    olduğunu, və eyni zamanda, keçmişdəki azmış ümmətlərin vəziyyətinə qayıtmasınlar deyə, zikir
    edilmişdir. Beləcə də, bu surədə ümumi prinsiplər zikr edilməkdədir və bunun üçündə bu surəyə
    "Ummul Kitab" adı verilmişdir.
    4-cü “Ummul Quran”: Quranın anası" deməkdir. Çünki bu haqda Allahın Elçisi, (Allahın xeyirduası
    və salamı onun üzərinə olsun) buyurdu: “Əlhəmdulilləh, Ummul Qurandır...”
    5-ci “Əl-Əsas”: Fatihə surəsi Quranın təməl prinsiplərini əhatə etdiyi üçün ona
    "Əl Əsas" da, deyilmişdir,
    6-cı “Əs-saləh” “Namaz surəsi” deməkdir. Fatihə surəsinə bu ad da, verilmişdir. Çünki
    Fatihəsiz namaz qəbul olunmaz. Ona görə ki, Allahın Elçisi (Allahın xeyir-duası və salamı onun
    üzərinə olsun) : “Fatihəni oxumayan adamın namazı yoxdur” buyurmuşdur. Bununla belə, hər
    bir vacib namazda ən azından hər bir rükətində bir dəfə Fatihə surəsini oxuması vacibdir.
    7-ci “Əş-Şəfa”: Fatihə surəsi mənəvi xəstəliklərə şəfa mahiyyətində olduğu üçün ona bu ad da
    ona verilmişdir.
    Fatihə surəsini nazil edən Mələk.
    Bəzi elm adamları, Hz. Cəbrayılın Fatihə surəsini nazil etmədiyini iddia etmişdilər. Buna səbəb
    isə Müslim tərəfindən İbn Abbasdan (r.a) gələn rəvayətdir: Belə ki: “Hz. Cəbrayıl Peyğəmbərin
    (Allahın xeyir-duası və salamı onun üzərinə olsun) yanında olduğu zaman üst tərəfdən bir səs
    eşitdi. Başını qaldırdı və belə dedi: Bu, bu ana qədər açılmamış və bu gün açılan səmadakı bir
    qapıdır. O qapıdan bir mələk endi, bunun haqqında da, belə dedi: Bu, bu günə qədər nazil
    olmamış və ilk olaraq bu gün yer üzünə nazil olan bir mələkdir. Bu mələk salam verib belə dedi:
    Səndən əvvəl heç bir peyğəmbərə verilməmiş və sənə verilən iki nurun müjdəsini sənə gətirirəm.
    Bunlar, Fətihatu'1-Kitəb (Fatihə surəsi) ilə Bəqərə surəsinin son ayələridir. Bu surələrdən
    oxuduğun zaman hər bir hərfin mütləq qarşılığı savabı sənə veriləcəkdi.” (Müslim, Salətu'lmüsafirin
    248). İbn Atiyyə (rahiməhullahi təalə) deyir ki: “Ancaq bu vəziyyət sözü keçən elm
    adamının zənn etdiyi kimi deyil. Bu hədis Hz. Cəbrayılın Peyğəmbərə (Allahın xeyir-duası və
    salamı onun üzərinə olsun) sözü keçən mələkdən daha əvvəl gəlmiş olduğunu, o mələyin gəlişini
    və onunla birlikdə nazil olacaq olanı xəbər vermək üzrə gəldiyini göstərməkdədir. Buna görə
    Hz. Cəbrayıl, bu surənin nazil olma səbəbində ortaq hərəkət etmiş olar. Doğrusunu ən yaxşı
    bilən Allahdır.” İmam Qurtubi bu mələ ilə bağlı deyir: “Bizlər bu ayənin nazil olmağını
    Məkkədə olduğunu əvvəldən açıqlamışdıq. Hz. Cəbrayıl, Uca Allahın buyruğu səbəbi ilə bu
    4
    Fatihə surəsinin şərhi.
    surəni endirmişdir: "Onuə min olan ruh (Hz. Cə brayı l) endirmiş dir." (Ş uə ra, 193), Bununla belə
    bütün Quran-Kərimin Hz. Cəbrayıl tərəfindən endirilmiş olmasını dəlildir. Beləliklə Hz.
    Cəbrayıl bu surənin oxunuşunu Məkkədə endirmiş olub. Mədinədə də, bunun savabını ifadə
    etmək üzrə sözü keçən mələk tərəfindən endirilmiş olar. Ən yaxşısını bilən Allahdır.” (İmam
    Qurtubi, əl-Camiu li-Əhkəmi’l-Qur’an, 1/339-340).
    “Bismi” cümləsi ayədən sayılır yoxsa yox?
    Bunu qeyd edək ki, bəzi əshabə, təbiin, və Küfə xalqının əksəriyyətinə görə, Fatihə surəsi yeddi
    ayədir. Eyni ilə Mədinə xalqının əksəriyyəti və digər alimlərə gəlincə isə, fatihə surəsinin
    xaricində yeddi ayə olduğunu iddia etmişlər, amma “Ən amtə aleyhim”-dən sonra isə, yeddinci
    ayə olduğunu söyləmişlər. Çünki Ümmu Sələmə (r.a.) rəvayət edir ki: “Allahın Elçisi (Allahın
    xeyir-duası və salamı onun üzərinə olsun) əl-Fatihə surəsini oxudu və «Bismilləhir-Rahmənir-
    Rahimil-Həmdu lilləhı Rabbil-Alə-mini bir ayədir» qeyd etdi.”
    Bunu da qeyd edək ki, “Bismilləhir-rahmənir-rahim” cümləsini başlı başına bir ayə olduğunu
    İslam aləmində ixtilaf edilmişdir. Lakin surələrin əvvəlində olan “Bismi” cümləsi Quran-
    Kərimdən bir ayə olduğu barəsində bütün İslam alimləri ittifaq etmişlər. Çünki “Bismi” cümləsi
    Nəml surəsinin otuzuncu ayəsində açıqca zikr edilmişdir. “Mə ktub Sü leymandan gə lir və orada
    "Bismillə hir-rahmanı r-rahim”(Allahın adı ilə. Yəni bismilləhla başlanaq) " deyə yazılır. (Nə ml,
    30)Beləliklə İmam Şafi görə “Bismi” cümləsi hər surədən bir ayədir və bunların hamısı
    Quranda yüz on üç ayədir. Buna görə fatihənin yeddi ayəsindən birincisi “Bismi” cümləsidir.
    Bundan ötəri Şafi məzhəbində olanlar namazda “Bismi” cümləsini bərkdən oxuyarlar. Çünki
    Şafi məzhəbində olanlar deyirlər ki; “Sələf (ilk dövrdə hədis alimləri) “Bismi” cümləsi
    Müqəddəs kitablarda zikir olunmuşdur”
    İmam Malikə görə “Bismi” cümləsi, yalnız Nəml surəsində keçən bir ayədir. Bunun xaricində
    fatihənin və digər surələrin başında təbərrük və surələri bir-birindən ayırmaq üçün yazılmışdır
    və buna görə O, surələrdən bir ayə deyil. Bu səbəblə “Bismi” cümləsi namazda bərk ilə gizli
    olaraq da, oxunmaz.
    Hənəfi məzhəbinə gəlincə isə, Onlara görə “Bismi” cümləsi, müstəqil bir ayədir. Surələrin
    əvvəlində olan “Bismi” cümləsi, surələrdən bir ayə deyil, və təbərrük ilə surələri bir-birindən
    ayırmaq üçün qoyulmuşdur. “Bismi” cümləsinin fatihə kimi hər rükətdə oxunması vacib deyil.
    Fəqət gərək namaz xaricində, hər mühüm işin başında oxunması sünnətdir. Onun üçün namazın
    hər rükətində, qiraətin başında “Bismi” cümləsi oxunar. Lakin ortasında oxunmaz. Ancaq
    namazda oxunuşun əvvəlində “Bismi” cümləsini bərkdən deyil, gizli olaraq oxunar.” Lakin
    doğru rəyə gəlincə isə, “Bismilləhir-rahmənir-rahim” cümləsi Fatihə surəsinin ayəsindən hesab
    olunur. Ona görə ki, Əbu-Hureyrə (r.a.) rəvayət edir ki: “Allahın Elçisi (Allahın xeyir-duası və
    salamı onun üzərinə olsun) Fatihətul-Kitab (Quranın başlanğıc surəsi) yeddi ayədir. O, ayələrin
    ilki Bismilləhir-Rahmənir-Rahimdir” Eyni zamanda, Əli (r.a) belə izah edir ki: “Bismilləh
    fatihədən bir ayədir, çünki Allahın Elçisi (Allahın xeyir-duası və salamı onun üzərinə olsun)
    “Bismilləh” cümləsini oxuyurdu və onu fatihədən hesab edirdi” Eyni zamanda Səhih Müslimdə
    Ənəs, (r.a) Allahın Elçisinin (Allahın xeyir-duası və salamı onun üzərinə olsun) : "Az əvvəl mənə
    bir surə endirildi." dediyini və Bismilləhir-Rahmənir-Rahim oxuyaraq başladığını rəvayət
    edir. (Səhih Müslim, c. 4, s. 112)
    Həmçinin Quran yazarkən "Tövbə" surəsindən başqa bütün surələrin başlığı altında
    "Bismilləhir-rahmənir-rahim" yazmaq vacibdir. Ey zamanda heyvan kəsərkən və ya ova silahla
    atəş edərkən yalnız "Bismilləh" demək də, vacibdir.
    Bismilləh kəlməsinin fəziləti haqqında.
    Bununla belə, Allahın Elçisi (Allahın xeyir-duası və salamı onun üzərinə olsun) Bismilləh
    kəlməsinin fəziləti haqqında belə buyurmuşdur:
    5
    Fatihə surəsinin şərhi.
    "Hər hansı bir sözə və ya əhəmiyyətli bir işədə Allahın adı xatırlanmadan başlanırsa o iş,
    nəticəsiz olar" (Əhməd b. Hənbəl, Müsnəd, c. 2, s. 359).
    Tabəri, Bismilləh kəlməsinin izahında deyir: "Zikri Uca və adları müqəddəs olan Allah təala.
    Peyğəmbəri Məhəmmədə (Allahın xeyir-duası və salamı onun üzərinə olsun) bütün işlərinin
    başında Allahın ən gözəl adlarını zikr edərək başlamağı öyrədir. Bütün əhəmiyyətli işlərini ifa
    etmədən əvvəl Allahın gözəl adlarını xatırlamasını bildirir və onu bu şəkildə qeyd edir. Beləcə
    də, Peyğəmbərinə və bütün varlıqlarına bir yol göstər, onların da danışmalarının, məktublarının
    və bütün işlərinin başında bu yolu əməl etmələrini qeyd edir" Deyirəm: "Bismilləh" deyən
    adamın nəyisə oxumağa başlarsa, "Allahın sənin adını xatırlayaraq oxumağa başlayıram."
    demək istədiyi aydın olar. Əgər qalxarkən və ya oturarkən yaxud başqa bir iş edərkən
    "Bismilləh" deyəcək olursa "Allahın adını xatırlayaraq ayağa qalxıram." Və ya "Allahın adını
    xatırlayaraq bu işi edirəm." demək istədiyi aydın olar. "Bismilləh" cümləsində olan “Allah”
    kəlməsi Uca Allahın bütün yaradıqlarının Rəbbi və özünə qulluq edilən şəklində izah olunur.
    Ayrıca olaraq Uca Allah hər hansı bir varlığa "Allah" deyilməsini qadağan etmişdir. Eyni ilə
    Uca Allah "Allah" sözündən sonra isə "Rahmən" sözünün varlıqlarının, özlərinə də bu adı
    vermələrini də qadağan etmişdir.
    "Rahmən və Rəhim olan Allanın adı ilə" ifadəsində əvvəl "Allah" sözünün zikr edilib daha
    sonra da sıra ilə, "Rəhman" və "Rəhim" sözlərinin zikr edilmələrinin səbəbi budur ki, Ərəblər,
    bir şeydən xəbər vermək istədiklərində, əvvəl onun adını qeyd edərlər ki, dinləyən adam,
    kimdən söhbət gedir bilsin. Daha sonra da ona bildirilən şeyin sifətlərini qeyd edirlər və o
    sifətlən də, qeyd edilən şeyə xas olma dərəcəsinə görə sıralayırlar.
    Rahmən, Rahim kəlmələri eyni kökdəndir, lakin bir-birlərindən fərqli bir mənalar verir.
    Məsələn: "Rahmən"ın mənasını budur ki, bütün varlıqlara rəhmət edən. Amma "Rahim"in
    mənasının isə, yalnız möminlərə mərhəmət edən mənasını deməkdir. Çünki Əbu Səid əl-Xudri,
    (r.a) Allahın Elçisinin (Allahın xeyir-duası və salamı onun üzərinə olsun) belə buyurduğunu
    rəvayət edir: "Məryəm oğlu İsa belə demişdir: "Rəhman" axirətdə və dünyada mərhəmət
    edəndir. "Rahim" isə yalnız axirətdə mərhəmət edəndir." Təbəri bu barədə deyir ki: "Rahmən"
    sözü, Allahın mərhəmətinin ümumi aid olduğunu, Amma "Rahim" sözü isə, Allahın rəhmətinin
    xüsusi bir məna da olduğunu ifadə edir"Mən deyirəm ki: Yuxarıdakı şərhlərdə Rahmən
    sifətinin həm möminə və həm də kafirə aid olunur, Yəni Rahmən möminlərə həm də
    kafirlərə yazığı gələn deməkdir. Rəhimin sifəti isə sırf möminlərə şamil olunur. Yəni Rahim
    qiyamət günü ancaq möminləri bağışlayacaqdır deməkdir.
    Qeyd edək ki, Ərəblər İslamdan əvvəl "Rahmən" sözünün nə demək olduğunu bilmirdilər,
    çünki dəlil olaraq müşriklərin, Allahın Elçisi (Allahın xeyir-duası və salamı onun üzərinə olsun) :
    "... “Rahmə n nə dir? ...deyə cavab... " (Furqan, 60). vermişdilər. Bununla belə, Allaha şərik
    qoşan müşriklər "Rahmən" sözünü əslində eşitmədiklərini iddia etmişlər.
    Həmd etmək.
    "Həmd Allahındır" məsələsi ilə bağlı Əbu Hurəyrə və Əbu Səid əl-Xudri (r.a) rəvayət edirlər ki,
    Allahın Elçisi (Allahın xeyir-duası və salamı onun üzərinə olsun) belə buyurmuşdur: "Qul “Həmd
    Allahındır” dediyi zaman, Allah da: “Qulum doğru söylədi. Həmd ediləcək tək mənədir” deyə
    buyurar." Eləcə də, Ənəs b. Malik (r.a) rəvayət edir ki, Allahın Elçisi (Allahın xeyir-duası və
    salamı onun üzərinə olsun) belə buyurdu: "Hər kim bir şey yediyi zaman Allaha həmd etməsi
    yaxud bir şey içdiyi zaman Allaha həmd etməsi səbəbindən Allah qulundan razı olar. "
    (Müslim, Zikr 89). Şəkk yoxdur ki, nə qədər nemət varsa, əl-hamdulilləh (həmd Allahadır)
    demək ondan daha fəzilətlidir. Çünki Ənəs b. Malik (r.a) rəvayət edir ki, Allahın Elçisi (Allahın
    xeyir-duası və salamı onun üzərinə olsun) belə buyurmuşdur: "İçindəki hər şeyiylə birlikdə
    dünya, mənim ümmətimdən bir kişinin əlində olarsa, daha sonra da bu adam əl-hamdülilləh
    deyəcək olsa, bu əl-hamdülilləh heç şübhəsiz bütün bu nemətlərdən daha fəzilətli olar. " (Əs-
    Siracu'l-Mü-nir, 3, 195). Deyirəm: Hədisin mənası budur ki, Bir adama dünya verilmiş və daha
    sonra da ona “əl-hamdulilləh” sözü pay edilib onu söyləməsi lütfündə olmuş isə, söylədiyi “əl6
    Fatihə surəsinin şərhi.
    hamdülilləh” sözü bütün dünyadan daha fəzilətlidir. Çünki dünya fanidir, söylədiyi “əlhamdülilləh”
    sözü isə əbədidir. Ona görə də “əl-hamdülilləh” sözü "geriyə qalan qalıcı saleh
    əməllər" arasındadır. Onsuz da Uca Allah belə buyurmuşdur: "Ə bə di qalan yaxşı ə mə llə r isə
    Rə bbinin yanı nda hə m savab, hə m də (Allahı n mə rhə mə tinə )ü mid etibarilə daha xeyirlidir!"
    (Kə hf, 18/46) Şəkk yoxdur ki, “əl-hamdülilləh” sözünü demək də Allahın lütfündəndir. Bu
    məsələ ilə bağlı Allahın Elçisi (Allahın xeyir-duası və salamı onun üzərinə olsun) belə izah
    etmişdir: "Allahın qullarından biri, “Ey mənim Rəbbim, şəxsinin Cəlalına, səltənətinin
    əzəmətinə yaraşacaq şəkildə sənə həmd edirəm” dedi. Yazıçı mələklər üçün bunu yazmaq çətin
    gəldi. Bunu necə yazacaqlarını bilmədilər. Səmaya çıxışlar və belə dedilər: Ey Rəbbimiz, sənin
    qulun elə bir söz söylədi ki, onu necə yazacağımızı bilmirik İzzət və Cəlal sahibi olan Allah
    qulunun nə söylədiyini daha yaxşı bildiyi halda deyər ki: Qulum nə dedi? Mələklər: Ey
    Rəbbimiz, o belə dedi: Ey mənim Rəbbim, şəxsinin Cəlalına, səltənətinin əzəmətinə yaraşar
    şəkildə sənə həmd edirəm, dedi. Uca Allah o iki mələyə belə dedi: Bu sözü qulumun söylədiyi
    şəkildə yazınız. Nəhayət o mənə qovuşacağında o sözün qarşılığını mən ona (mükafatımı)
    verəcəyəm." (İbn Mace, Ədəb 55).
    Əlhəmdulilləh deməsinin fəziləti.
    Elm adamları, Allahın qulu: "əl-hamdülillahir rabbi'l aləmin" deməsininmi yoxsa "lə iləhə
    illəllah" deməsininmi daha fəzilətli olacağı barəsində fərqli fikirlər qeyd etmişlər. Birinci rəyi
    dəstəkləyən elm adamları: "əl-hamdülillahir rabbi'l-aləmin" deməsinin daha fəzilətli olacağını
    söyləmişlər. Çünki bu həmdin əhatəsi içərisində "lə iləhə illəllah" deyə ifadə edilən tövhid də var.
    Buna görə Allahın qulu "əlhamdülillah" deməsində həm tövhid, həm də həmd vardır. Lakin "lə
    ilahə illəllah" deməsində yalnız tövhid sözüdür qəsd olunur iddia etmişlər. Amma ikinci rəyi
    dəstəkləyən bəzi elm adamları isə: "lə iləhə illəllah" demənin daha fəzilətli olacağını iddia
    etmişlər. Çünki bu tövhid sözü küfr və şirki rədd edir. Bunun deyilməsi üçün insanlarla
    döyüşməyə əmr olunduğunu demişlər. Çünki Allahın Elçisi (Allahın xeyir-duası və salamı onun
    üzərinə olsun) : "Mən insanlarla “lə ilahə illəllah” sözünü dəyənə qədər döyüşməklə əmr
    olundum" deyə buyurmuşdur. (Buxari, İman 17, Salət 28..., Müslim, İman 32). Beləliklə ən
    doğru və səhih olan ikinci rəydir. Cünki "lə iləhə illəllah" cümləsində həm tövhid, həm də Allaha
    həmd ilə tərif daxildir. Eyni zamanda birinci rəydə qiyas vardır, amma səhih hədis olan zaman
    qiyas olunmaz, çünki səhih hədisdə bunun daha hansı fazilətli olduğuna hökm verən
    Peyğəmbərin (Allahın xeyir-duası və salamı onun üzərinə olsun) bu dediyirdir: "Mən və məndən
    əvvəlki bütün peyğəmbərlərin söylədiyi ən fəzilətli söz; lə ilahə illəllah vəhdəhu lə şərikə ləh
    (Allahdan başqa ibadətə layiq heç bir ilah yoxdur, O bir və təktir, Onun heç bir şərikidə
    yoxdur) sözüdür." (Tirmizi, Dəavət 122; Muvəttə, Qur'an 32, Hacc 246.)
    Ələmlərin Rəbbi.
    Müsəlmanlar, Uca Allahın digər bütün nemətlərinə təriflənməyə, həmd edilməyinə dəmək
    olduğu üzərində icma etmişlər. Allahın lütf etdiyi nemətlərdən biri də imandır. Bu da imanın
    Allahın hərəkəti və yaratması ilə olduğunun dəlilidir. Buna dəlil də Uca Rəbbimizin:
    "Alə mlə rin rə bbi" buyruğudur. Aləmlər isə, bütün yaratıkları ifadə edər. Bunlardan biri də
    imandır.
    Təbəri deyir ki: “Aləmlərin Rəbbi: İnsanların, cinlərin, mələklərin, göylərin və yerin rəbbi
    deməkdir. Ərəb dilində "Rəb" sözü, "Özünə itaət edilən ağa, bir şeyi düzəldib düz edən, bir şeyin
    sahibi" mənasını ifadə edir.”
    Həmdin mənası.
    "Həmd"in ərəb dilindəki mənası əskiksiz tərif, "səna"dır. Yəni Həmd. təzim istiqamətiylə gözəl
    bir şekilde Allaha tərif etməkdir. Qurtubi, «Ərəb dilində həmdin mənası, mükəmməl bir
    7
    Fatihə surəsinin şərhi.
    surətdə tərifləməkdir” demişdir. “Əl-həmd” sözünün əvvəlində gələn əlif və ləm hərifləri bütün
    həmd və tərif növlərinin yalnız Allah üçün zikir olunduğunu mənasını verir. Uca Allah bütün
    həmdləri haqq edəndir. Çünki ən gözəl adlar və ən uca sifətlər onundur. Təbəri deyir ki:
    "Əlhamdulilləh” kəlməsin mənası bütün tərif və şükrlər Allaha məxsusdur." deməkdir.
    Həmd ilə Şükür.
    Əbu Cəfər ət-Təbəri ilə Əbul-Abbas əl-Mübərrəd, həmd ilə şükürün eyni mənada olduğunu
    söyləmişlər. Lakin İmam Qurtubi bu fikir doğru olmadığını qeyd etmişdir. Eyni zamanda ət-
    Təbəri həmd ilə şükür sözün eyni mənanı verdiyini dəlil göstərmək üçün insanın şükür olmaq
    üzrə "Allaha həmd olsun" deməsinin doğru olacağını dəlil göstərmişdir. Cəfər əs-Sadiq və İbn
    Atanın dediklərinə görə: “Həmdin mənası Allaha şükür etməkdir. Çünki onun bizə şəxsinə
    həmd etməyinin öyrətməsi səbəbindən O, bizə bu sahədəki lütfünü xatırlatmaqdadır”
    Təbəri deyir ki: “Həmd: Allahın gözəl ad və sifətləridir. Şükür isə Allahın verdiyi nemətlərdən
    ötəri tərifləməkdir. Bəzi elm adamı demişdirlər: “Şükür həmddən daha ümumidir. Çünki şükür
    həm dil ilə həm orqanlarla həm də ürək ilə olar, Amma həmd isə yalnız dil ilə olar” Digər elm
    adamları isə: “Həmdin daha ümumi əhatəli olduğunu və həmd, həm şükür mənasını həm
    tərifləmək mənasını əhatə etməkdədir. Bu isə şükürdən daha ümumidir. Həmd, şükür yerinə
    istifadə edilə bildiyi halda şükür həmd yerinə istifadə edilə bilmədiyi haldadır” demişlər. İbn
    Abbas (r.a) bu barədə belə demişdir: “Əl-hamdulilləh şükür edən hər kəsin istifadə etdiyi bir
    sözdür. Adəm (ə) da asqırdığı zaman "əl-hamdulilləh" demişdir.” Uca Allah Nuha (ə) belə
    deməsini əmr etmişdir: “Bizi zalı m tayfanı nə lində n qurtaran Allaha hə md olsun!” – de.” (ə l-
    Muminun, 28).İbrahim (ə) də belə demişdir: "Qocalığı mda Mə nə İ smayı lı və İ shakı bağış layan
    Allaha hə md olsun." (İ brahim, 39).Davud ilə Süleyman (ə) hekayəsində də Uca Allah bizə
    bunu xatırlamaqdadır: "Onları n ikisi dedi ki: Bizi birç ox mö min qulları ndanü stü n tutan
    Allaha hə md olsun." (Nə ml, 15)Uca Allah sonuncu Peyğəmbəri sayılan Məhəmmədə (Allahın
    xeyir-duası və salamı onun üzərinə olsun) da belə əmr etmişdir: “De: “Ö zü nə heç birö vlad
    gö tü rmə yə n, mü lkü ndə heç birşə riki olmayan, aciz qalmamaqdanö trü (Ö zü nə kö mə k edə cə k)
    heç bir dosta mö htac olmayan Allaha hə md olsun!” (İ sra, 111).Cənnət-əhli də belə deyəcəklər:
    “Qə m-qü ssə ni bizdə n uzaq edə n Allaha hə md olsun!” (Fatı r, 34) “Və duaları nı n sonunda:
    “Hə md olsun alə mlə rin Rə bbi olan Allaha!” (sö zlə ri olacaqdı r). (Yunus, 10). Buna görə "Əlhamdulilləh"
    cümləsi şükür edən hər kəsin söylədiyi sözdür. Uca Allahın: "Əl-hamdulilləh"
    buyruğu ilə əlaqədar olaraq Cəfər əs-Sadiq (ə) belə demişdir: “Uca Allahı yaxşı şəkildə sifətləri
    ilə tərifləyən hər kimsə Allaha həmd etmiş olar.” Eləcə də, deyirəm: Allaha həmd etmək üç
    şəkildə olar: Birincisi, Allah sənə bir şey verdiyi zaman o şeyi sənə kimin verdiyini bilib
    tanımaqdır. İkincisi, sənə verdiyi şeyə razı olmağındır. Üçüncüsü isə onun lütf etdiyi güc sənin
    bədənində qalmağa davam etdiyi müddətcə hər hansı bir şəkildə Allaha üsyan etməməkdir. Ona
    görə də bunlar Allaha həmd etmənin şərtləridir.
    Həmd və təriflər Allahındır.
    Uca Allah "həmd" ilə öz şəxsini tərifləyib sənə etmiş və Quran-Kərimdə öz şəxsinə tərifləyərək
    həmd ilə başlatmışdır. Bu barədə Uca Allah özündən başqasına heç kəsə həmd etməsinə icazə
    verməmişdir. Eyni zamanda Quran-Kərimdə Uca Allah Peyğəmbərinin dili üzrə özlərini bu
    şəkildə tərifləmələrini qadağan etmək üzrə belə buyurmuşdur: “Ö zü nü zü tə riflə mə yin (tə mizə
    çı xarmayı n). O, Allahdan qorxub pisə mə llə rdə nçə kinə nin kim olduğ unuə n gö zə l bilə ndir! "
    (Nə cm, 32) “Əl-həmdu-lilləh” sözünün əvvəlində olan “Əl” artikl olmaq ilə yəni "Bütün
    həmdlər Allaha aiddir" mənasını ifadə edir.
    Aləmlərin Rəbbi.
    8
    Fatihə surəsinin şərhi.
    Uca Allahın: “Aləmlərin Rəbbi” zikir etməsi, yəni onların maliki, sahibi deməkdir. Hər hansı
    bir şeyə malik olan hər kəs o şeyin rəbbidir. Çünki "ər-Rab", əl-Malik deməkdir. Əs-Sihah adlı
    lüğətdə belə qeyd olunur: “Rəbb, Uca Allahın adlarındandır. Başqası haqqında ancaq izafət ilə
    istifadə edilə bilər. Ərəblər cahilliyə dövründə bu sözü hökmdar haqqında istifadə etmişlər”
    “Rəbb” kəlməsi, Ağa mənasında da zikir olunmuşdur: “Rə bbinin (Ağ anı n) yanı nda mə ni də
    yada sal!” (Yusuf, 42) Qeyd olunmuş ayədə “Rəbb” kəlməsi “Ağa” mənasında zikir olunur.
    Eyni zamanda Yusifin (ə) şəriətində "Rəbb" kəlməsi "Ağa" mənasında istifadə edilməsinin icazə
    verilmişdir. Eləcə də, “Rəbb” kəlməsi islah edib düzəldən, işləri çəkib çevirən, düzəldən və idarə
    edən mənasına da qeyd olunur. Eləcə də, məbud (İləh) mənasını da əhatə edir. Elm adamları
    Uca Allahın “Rəbb” adı ilə bağlı belə demişdilər: “Bu Uca Allahın ən böyük adıdır. Çünki dua
    edənlər bu adı istifadə edərək çox dua edərlər. Quran-Kərimdə bunu da qeyd edə bilərik.
    Məsələn əl-İmran surəsinin sonlarında, İbrahim surəsində və digər surələrdəki dualar Allaha
    müraciət edərək “Rəbb” kəlməsi ilə zikir olunur”
    İmam Qurtubi deyir ki: "Rəbb" kəlməsinin əvvəlində əlif və ləm həriflərini yazaraq "ər-Rab"
    deyildiyi zaman yalnız uca Allah nəzərdə tutulmuş olar. Çünki buradakı "əlif və ləm" hərifləri
    əhd üçündür. Əgər "Rəbb" kəlməsinin əvvəlində "əlif və ləm" hərifləri yazılmadığı zaman olsa
    Uca Allah üçün də qulları üçün də ortaq olaraq istifadə edilə bilər. Məsələn "Allah, qulların
    rəbbidir" deyildiyi kimi "Zeyd evin rəbbi (sahibi)dir" deyilər. Uca Allah bu vəziyyətdə rəblər
    rəbbidir və Allahdan başqa bütün "rəblər" (sahiblər) isə yaradıcı və ruzi verici deyil.” (İmam
    Qurtubi, əl-Camiu li-Əhkami’l-Qur’an, 1/370). Deyirəm: “Rəb” kəlməsi lüğətdə tərbiyə
    mənasındadır. Tərbiyə isə hər hansı bir şeyi öyrədəndir. Yəni bir şeyi islah (düzəltmə) edənə və
    ya tamamlayana onu tərbiyə etmiş deyərlər. Bunun üçün davamlı kitablarla məşğul olanlara
    «Rabbaniyyun» deyilir. Rəb sözü, tərbiyə kökündən törədilmişdir. Uca Allah İnsanları öyrədən
    və idarə edəndir.
    Aləmlər.
    Uca Allahın: "əl-aləmin" buyruğu ilə əlaqədar olaraq şərh-əhli və təfsirçilər bir çox fərqli rəylər
    qeyd etmişlər. Katabə deyir ki: "əl-aləmin" kəlməsi "aləm" sözünün çoxluğudur. Uca Allahdan
    başqa olan hər bir varlığı aid olunur.” İbn Abbas (r.a) deyir ki: "Aləmlər" cinlər və insanlar
    mənasını əhatə edir. Dəlili isə Uca Allahıın: "Bü tü n alə mlə rə xə bə rdarlı qçı olsun deyə ..."
    (Furqan, 1) buyruğudur. Lakin Peyğəmbər (Allahın xeyir-duası və salamı onun üzərinə olsun)
    isə, heyvanlara xəbərdarlıqçı olmamışdır.” əl-Fərra və Əbu Ubeydə deyir ki: Aləm ağılı çatan
    hər bir kəslərə aid olunur. Bunlar də dörd ayrı ümmətdirlər: İnsanlar, cinlər, mələklər və şeytanlar.
    O baxımdan ağılı çatmayan heyvanlara aləm, deyilməz. Çünki bu şəkildə çoxluq (əl-aləmin
    və əl-aləmin) yalnız ağılı çatan varlıqlar üçün istifadə edilir.” Ər-Rəbi b. Ənəs də Əbul-Əliyədən
    belə dediyini rəvayət etmişdir: “Cinlər ilə insanlar bir aləmdir. Bunların xaricində yer üzünün
    dörd bucağı vardır. Bu bucaqlardan hər birisində min beşik aləm vardır və Allah bunları ibadəti
    üçün yaratmışdır.” Deyirəm: Bu mövzudakı doğru və səhih rəy budur ki, hər cür varlıq aləm
    kəlməsini əhatə edir. Yəni bütün varlıqlar qəsd olunur. Buna dəlil isə Uca Allahın bu
    buyruğudur: “Firon dedi: “Alə mlə rin Rə bbi nə dir? (Nə cü rş eydir?)” (Musa: ) “Ə gə r yə qin
    inanacaqsı nı zsa, (bilin ki) O, gö ylə rin, yerin və onlar arası nda olanları n (bü tü n varlıqların )
    Rə bbidir!” deyə cavab verdi.” (Ş uə ra, 23-24).Əz-Zəccəc demişdir ki: “Aləm Uca Allahın dünya
    və axirətdə yaratdığı hər bir şeydir.”
    Allah və Onun rəhməti.
    Uca Allahın rəhmətindən budur ki, məxluqatlar Ona daha çox itaət etsinlər və üsyandan daha
    çox uzaq olsunlar, o cümlədən Ondan qorxmağı həm də rəhmətinə ümid etsinlər deyə Uca
    Allah bu barədə bələ buyurmuşdur. “(Ya Rə sulum!) Qulları ma xə bə r ver ki, (tö vbə edə cə klə ri
    9
    Fatihə surəsinin şərhi.
    tə qdirdə ) Mə n, hə qiqə tə n, bağış layanam, rə hm edə nə m. Eyni zamanda daə zabı m daç ox
    ş iddə tliə zabdı r” (Hicr, 49-50). “Gü nahları bağış layan, tö vbə lə ri qə bul edə n, cə zası ş iddə tli,
    kə rə mi bö yü k olan (Allahdandı r)... (Gafir, 3) Səhih Müslimdə Əbu Hureyra (r.a) rəvayət edir
    ki, Allahın Elçisi (Allahın xeyir-duası və salamı onun üzərinə olsun) belə buyurmuşdur: "Əgər
    mömin Allah qatında olan cəzanın nə olduğunu bilsə heç bir kimsə onun cənnətini ümid etməz.
    Əgər kafir də Allah qatındakı olan rəhmətini bilsə heç kim onun cənnətindən ümid kəsməz."
    (Müslim, Tövbə 23)
    Məlik sözün oxunuşu.
    Təbəri deyir ki: “Haqq-hesab gününün hökmdarı” : "Hökmdar" deyə tərcümə edilən "Malik"
    sözü üç şəkildə oxunmuşdur: Birinci oxunuş şəkli: Məlikdir. Mənası isə "Hökmdar, mülk sahibi"
    deməkdir. Bu oxunuş şəklinə görə ayənin mənası belədir: "Varlıqların, hesaba çəkilib cəza
    və ya mükafat! Qiyamət gününün hökmdarı, və tək sahibi yalnız Allahdır. Bu sözün ikinci
    oxunuş şəkli Malikdir. Mənası isə "Hökm vermə haqqına sahib və ya qiyamət gününü gətirməyə
    gücü çatan" deməkdir. Abdullah b. Abbas (r.a) bu oxunuş şəklini belə izah etmişdir. "İnsanların
    cəzalandırılacaqları və ya mükafatlandıracaqları qiyamət günündə hökm vermə səlahiyyəti,
    yalnız Allaha aiddir. Dünyada olduğu kimi o gün, Allahdan başqa heç bir kimsə hökm verə
    bilməyəcəkdir" Abdullah b. Abbas (r.a) bu şəkildəki izahından sonra bu ayələri oxumuşdur.
    “Ruhun (Cə brailin) və mə lə klə rin sə f-sə f duracağı gü n Rə hmanı n izin verdiyi kimsə lə rdə n
    baş qa heç kə s danış mayacaq, danış an da doğ runu deyə cə kdir” (Nə bə , 38). Təbəri, birinci
    oxunuş şəklinin bu səbəblərdən ötəri seçimə layiq olduğunu demişdir: Hökmran və mülk sahibi
    olmaq eyni zamanda qərar vermək sahib olmağı və hökm vermə gücündə olmağı da əhatə edir.
    Halbuki Malik sözü, "Hökm vermə səlahiyyətini sahib" şəklində izah edildiyi təqdirdə,
    hökmranlığı və mülk sahibliyini ifadə etməz. Ayələri daha əhatəli mənada götürmək əlbətdə ki,
    daha uyğundur. Digər tərəfdən, bu ayədən əvvəlki ayələrdə, Uca Allah bütün aləmlərin rəbbi,
    yəni özünə itaət edilən ağası, düzəldib düz edəni və sahibi olduğunu bəyan etmişdir. Dərhal o
    ayənin sonunda da eyni mənası dəyişik bir söz ilə ifadə etməsi əlbəttə ki, ilahi kəlama uyğun
    deyil. Beləliklə "Məlik" şəklindəki oxunuş formasını əsas götürüb qiyamət günündə bütün
    mülkün və hökmranlığın ona aid olduğunu söyləmək "Malik" şəklindəki qiraəti əsas götürərək
    "Qiyamət günündə hökm verməyə yalnız o səlahiyyətlidir." deməkdən daha fəzilətlidir. Bu
    sözün üçüncü oxunuş şəkli isə Malikədir. Mənası isə "Ey qiyamət gününün Sahibi" deməkdir.
    Ayəni bu şəkildə oxuyanlar, bundan sonra gələn ayələrə bu ayə arasında əlaqəni
    qüvvətləndirmək üçün belə oxumuşlardır. Çünki bunlara görə bu və bundan sonra gələn
    ayələrin mənası belədir: "Ey, qiyamət gününün sahibi, yalnız biz sənə qulluq edirik və yalnız
    səndən kömək diləyirik... " Tabəri, bu oxunuş şəklinin də seçimə layiq olmadığını bəyan etmiş,
    daha sonra gələn ayələrlə əlaqəsini qüvvətləndirmə səbəbinin doğru olmadığını zikr etmişdir.
    Çünki Abdullah b. Abbas, Cəbrayılın, Uca Allahın Peyğəmbərə "Ey Məhəmməd, de ki:
    aləmlərin rəbbi olan, Rahmən və Rəhim olan və qiyamət gününün sahibi olan Allaha həmd
    olsun. Ey Məhəmməd, yenə də ki: " yalnız biz sənə qulluq edirik və yalnız səndən kömək diləyirik
    " şəklində əmr etdiyini söylədiyini rəvayət etmişdir. Beləcə bu oxunuş şəklinə ehtiyac
    qalmamışdır.” Elm adamları isə "Məlik" oxunuşununmu yoxsa "Malik" oxunuşununmu daha
    bəlli olduğu barəsində fərqli fikirlər irəli sürmüşdülər. Hər iki oxunuşu Tirmizi Allahın
    Elçisindən r rəvayət etmişdir. Əbu Xatim deyir ki: "Malik" yaradanı tərifləmək barəsində
    "Məlik"dən daha aydındır. Varlıqları tərifləmək barəsində isə Məlik sözü "Malik"dən daha bellidir.
    Aralarındakı fərq də budur: Varlıqlardan "Malik" olan adam "Məlik (hökmdar)" olmağa
    bilər. Uca Allah isə "Malik" olduğuna görə eyni zamanda "Məlik"dir də. Deyirəm: Kimisi də
    "Malik" sözünün daha bəlli olduğuna dair vacib bir hərf ehtiva etməsini dəlil göstərmişdir. Bu
    sözü bu şəkildə oxuyan bir kimsə, "Məlik" deyə oxuyandan on yaxşılıq götürülər. Bu, sözün
    şəklinə baxdığımız təqdirdə belədir. Mənasına baxdığımız vaxt bunu ifadə etməz. Digər


    tərəfdən "Məlik" şəklindəki oxunuş da sabit olmuşdur və bu sözdə "Malik" sözündə
    açıqladığımız şəkildə geniş bir məna vardır. Ən doğrusunu yaxşı bilən Allahdır.
    Məlik (Hakim) adını varlıqlara verilə bilməz.
    Hər hansı bir kimsənin belə bir ad ilə özünü adlandırması və Allahdan başqa kimsəyə belə
    deyilməsi icazə verilmir. Səhih Buxari ilə Müslimdə Əbu Hureyra (r.a) rəvayət edir ki, Allahın
    Elçisi (Allahın xeyir-duası və salamı onun üzərinə olsun) belə buyurmuşdur: "Allah Qiyamət
    günündə yer üzünü ovcuna götürər. Səmanı da sağında düyüb qatlayar. Sonra da: Mən
    Məlikəm (Hökmdaram), yer üzünün hökmdarları harada? deyər. " (Buxari, Rikak 44; Müslim,
    Sıfatul-münafikin 23) Yenə də, Əbu Hureyra (r.a) rəvayət edir ki, Allahın Elçisi (Allahın xeyirduası
    və salamı onun üzərinə olsun) buyurmuşdur: "Allah qatında adların ən alçaq olanı özünə
    "hökmdarlar hökmdarı (məliku'l-əmlək)" adını verən adamdır. " (Buxari, Ədəb 114; Müslim,
    Ədəb) Əhməd b. Hənbəl deyir ki: "Mən hekayəni rəvayət edən ravi Əmr əş-Şeybanidən hədisdə
    qeyd olunan “ən alçaq” sözünün mənasını soruşdum, o mənə: "Ən alçaq, yəni ən zəlil deməkdir"
    dedi. " (Müslim, Ədəb 20). Qeyd olunmuş hədisdə aydın açıq aşkar başa düşmək olur ki, hər bir
    kəsə Məlik adini qoymaq olmaz, amma “Əbdül Məlik” (Hökmdarın qulu) adını qoymaq icazə
    verilir. Yenə də Əbu Hureyrədən (r.a) belə dediyi rəvayət olunur ki, Allahın Elçisi (Allahın
    xeyir-duası və salamı onun üzərinə olsun) belə buyurmuşdur: "Qiyamət günündə Allahın ən çox
    qəzəb edəcəyi, ən adi və pis görəcəyi adam (dünyada ikən) "maliklər maliki" deyə adlandırılan
    kimsədir. Halbuki uca Allahdan başqa məlik yoxdur" (Müslim, Ədəb 21) İbnul-Hassar deyir ki:
    "Məliki yaumiddin" ilə "məliku'1-mulk" da belədir. Bu adların bütün varlıqlar haqqında istifadə
    etməsinin haram qılındığı barəsində görüş ayrılığı olmamalıdır. Eynilə məliku'l-əmlək demənin
    haram qılınması kimi." Allahın "Din Gününün Maliki (Hökmdarı)" olması necə başa
    düşülməlidir? Birinci şərh şəkli: Ərəb qrammatikasında "Malik" kəlməsi feli sifətlərə aid olunur
    və bu növ feli sifətlərə “İsmu fail” deyilir. Yəni hər bir işin icrasını bildirir. Ərəb dilində adı fail
    isə, bəzən özündən sonrakına izafə edir. Bu vəziyyətdə gələcək ifadə edən hərəkət mənasındadır.
    Belə bir ifadə doğru, səhvsiz, ağlan aydın ola bilər bir ifadədir. Məsələn, bir kimsə: Bu sabah
    Zeydi vurucudur" dediyi təqdirdə, Zeydi vuracaq demək olar. Yenə də: Bu gələcək il Beytullaha
    həcc edəndir" dediyimiz təqdirdə bunun mənası: Gələcək il həcc edəcək; deməkdir. Necə ki,
    hərəkətin, hələ o işi işləmədiyi halda özünə izafə edildiyi də görülən bir xasdır. Bununla
    gələcəkdə o hərəkəti edəcəyi izah edilmək istənmişdir. Ona görə də Uca Allahın da "din
    gününün Hökmdarı" buyruğu da bu şəkildə, gələcək haqqında şərh edilib açıqlanır. Yəni o din
    gününə malik olacaq. Yaxud meydana gəldiyi təqdirdə din gününə malik olacaq, mənasındadır.
    İkinci bir şərh şəkli: Malik sözü, qüdrətə raci qəbul edilərək açıqlanır. Yəni o din günündə qadir
    olacaq və ya din gününü var etməyə, meydana gətirməyə qadirdir. Çünki bir şeyin maliki
    demək, o şeydə qənaət edən və ona güc çatdıran deməkdir. İzzət və Cəlal sahibi olan Allah da
    hər şeyə malikdir və öz iradəsinə görə o şeyləri çək-çevir edər. Mülkiyyəti altında olan heç bir
    şey Onun iradəsinə, qənaətinə qarşı çıxa bilməz. Ancaq birinci şərh şəkli ərəb dilinə daha
    uyğundur. Bunu Əbul-Kazım əz-Zeccaci söyləmişdir. Üçüncü bir şərh şəkli: Əgər: O həm din
    gününün həm də başqa şeylərin maliki olduğu halda nə deyə xüsusilə din gününü zikr etmişdir?
    Deyiləcək olsa bu cavab verilər: Çünki dünyada onlar mülkiyyət barəsində (Uca Allah ilə)
    anlaşılmazlıq içərisində idilər. Firon, Nəmrut və başqaları kimi. O gün mülkündə heç kim
    onunla çəkişə bilməyəcək, qarşı çıxarmayacaqdır. Hamısı Ona boyun əymiş olacaq. Necə ki
    Uca Allah: “Bu gün hökm kimindir?” (Mumin, 16) Yəni o gündə Uca Allahdan başqa əməllərin
    qarşılığını verəcək hakim olmayacaqdır. Bunu da qeyd edim ki, sifət olmaq baxımından
    "Malik" ilə "Məlik" arasındakı fərq uca Allah "Məlik" olmaqla təqdirdə bu, Onun şəxsi
    sifətlərindən biri olar. Əgər "Malik" olmaqla isə, bu da onun hərəkəti sifətlərindən biri olar.
    Gün

    Gün sözündən məqsəd günəşin batmasına qədər olan vaxtdır. Lakin Fatihə surəsində olan
    “gün” sözündən məqsəd budur ki, Qiyamətin başlanğıcı ilə cənnət və cəhənnəmliklərin hər
    birisinin daxil olduqları vaxta qədər ki, zaman üçün zikir olunmuşdur. "Gün" sözü onun qısa bir
    an haqqında da istifadə edilə bilər. Çünki Uca Allah belə buyurmuşdur: "Bu gü n dininizi sizin
    üçü n tamamladı m" (Maidə , 3) Gün mənasını verən "yaum" sözünün çoxlu şəkilçisi "əyyam"
    (günlər) şəklində qeyd olunur. Bunun əsli şəklindədir daha sonra "ya" ilə "vav" idğam edilərək
    "Əyyam" şəklində olmuşdur. Təbəri deyir ki: “Haqq-hesab gününün” deyə tərcümə edilən
    "Yaumiddin" ifadəsindəki "Din" sözünün mənası "Cəzalandırma və əməllərin qarşılığını
    verməsini" deməkdir. Bu ayə də keçən "Din" sözü də bu mənadadır" Abdullah b. Abbas,
    Abdullah b. Məsud, Katadə və İbni Cureyc də burada ki "Din" sözündən məqsədin,
    "Cəzalandırma və hesaba çəkmə" olduğunu demişlər. Abdullah b. Abbasım belə dediyi rəvayət
    edilmişdir. "Yaumiddin" demək, "Varlıqların hesaba çəkildiyi gün" deməkdir ki, o da "qiyamət
    günüdür." Allah, o gün varlıqlara, etdikləri əməllərin qarşılığını verəcəkdir.”
    Əd-Din.
    Din günündən məqsəd əməllərə verilən qarşılıq və əməllər səbəbindən hesaba çəkmək deməkdir.
    İbn Abbas, İbn Məsud, İbn Cureyc, Katabə və başqaları belə söyləmişdirlər. Bu Peyğəmbərdən
    (Allahın xeyir-duası və salamı onun üzərinə olsun) də rəvayət edilmiş bir şərh şəklidir. Bu
    açıqlamanın doğruluğuna Uca Allahın bu buyruqları da dəlildir: “O gü n Allah onları n cə zası nı
    layiqincə verə cə k və onlar Allahı n (Allahı n onlara verdiyi və din) açı q-aş kar bir haqq olduğ unu
    bilə cə klə r” (Nur, 25) “Bu gü n hə r kə sö zə mə linə gö rə cə zalandı rı lacaqdı r. Bu gü n heç bir zü lm
    (haqsı zlı q) ola bilmə z. Allah tez haqq-hesabçə kə ndir” (Mumin, 17) “Bu gü n sizə (dü nyada)
    etdiyinizə mə llə rinə və zi (mü kafatı və ya cə zası ) verilə cə kdir” (Casiyə , 28)Din eyni zamanda
    itaət mənasına da gəlir. Buna görə "din" sözü müştərək ortaq bir söz qeyd olunur.
    Yalnız sənə ibadət edirik və yalnız səndən kömək diləyirik.
    Təbəri deyir ki: Burada məqsəd yəni “Ey Allahım, başqasına deyil ancaq sənə boyun əyərik,
    sənə qulluq edirik. Sənə ibadət edirik. Ey Allahım, etdiyimiz ibadətlərdə, itaətlərdə və bütün
    işlərimizdə ancaq səndən kömək diləyərik. Səndən başqa heç bir varlıqdan kömək istəmirik.
    Səni inkar edən kafirlər isə işlərində səndən başqa dua etdikləri bütlərdən kömək istəyirlər.
    Amma biz bunlardan deyirik.” Abdullah b. Abbas, bu ayənin izahında belə demişdir: "Cəbrayıl
    Məhəmmədə (s.ə.v) Uca Allahın belə buyurduğunu demişdir. "Ey Məhəmməd! de ki: "Ey
    rəbbimiz, ancaq sənə təvəkkül edirik, səndən qorxar və sənə ümid bağlayırıq" Təbəri, ayənin
    "Səndən qorxar və sənə ümid bağlayırıq." şəklindəki izahı yerinə "Sənə boyun əgər və sənə
    təslim olarıq" şəklində izah etmənin daha uyğun olacağını söyləmişdir. Çünki ayədə zikr edilən
    "Ancaq sənə qulluq edirik." ifadəsi hər şeydən Əvvəl, boyun əyməyi və təslim olmağı ifadə edir.
    Qorxu və xahiş də "Boyun əymə" ifadəsi içində mövcuddur." demişdir. Surənin əvvəlindən bura
    qədər Uca Allaha Həmd ilə Səna edilməkdədir. “İbadət edirik” yəni "itaət edirik”
    mənasındadır. Eyni zamanda İbadət itaət və zillətlə boyun əymək deməkdir. "Və yalnız səndən
    kömək diləyərik", yəni köməyi, dəstəyi və müvəffəqiyyəti yalnız səndən istəyirik. Əgər məf'ul
    "İyyakə: yalnız sənə" deyilməsi nə üçün hərəkətin (Nə a'budu və nəstəinin: İbadət edərik, kömək
    diləyərik) deyilişindən əvvəl gəlmişdir? deyiləcək olursa, bu haqda bələ cavab verilir: Ərəblər
    əhəmiyyətli olanı bir şeyi əvvəl deyirlər.

    ARDI VAR !!!

    Bölmə: İSLAM MƏQALƏLƏRİ | Əlavə etdi: Abdulaziz | Baxılıb: 1779 | Tarix: 22.11.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  May 2009  »
    BeÇaÇCaCŞB
        123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 3
    Qonaqlar: 3
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru