Ağ Evdə yeni açılan məsləhətçilik bölümündə müsəlmanları təmsil
vəzifəsinə baş örtüklü bir qadın təyin edilib. Obamanın dinlər haqqında
və cəmiyyətin sosial problemlərinin həlli ilə bağlı məlumat verməsi
üçün imzaladığı qərarın nəticəsi olaraq, bu vəzifə Dalya Mücahidi adlı
qadına tapşırılıb.
Dünya müsəlmanları üzərində araşdırma aparan
"Gellap" araşdırma mərkəzinə rəhbərlik edən Mücahidi inanır ki bu
vəzifəyə təyin olunmaqla onun öz tərcübələrini və müsənmanlarla bağlı
apardığı araşdırmaları bu sahədə faydalı olacaq.
Mücahidi yeni vəzifəsi əsnasında müsəlmanların düşüncələrini və Amerikadan nə gözlədiklərini prezident Obamaya çatdıracaq.
Biznesin təşkili və kimya mühəndisliyi təhsilini alan Mücahidi
"İslam adından kim danışır?" , "1 milyard müsəlman bu barədə nə
düşünür?" adlı islami kitabların müəllifidir . 6 illik bir zəhmətin
nəticəsi olan bu kitabda 35 fərqli müsəlman, ya da uşaqlığı
müsəlmanların yaşadığı ölkədə keçən, 50 mindən çox müsəlmanla
aparılan müsahibələr yer alıb.
"Amerikada ən savadlı insanlar müsəlmanlardır". Dalya Mücahidi Ağ
Evə daxil olan ilk müsəlman qadın olaraq belə deyir: "Bu günə
qədər baş örtüyü mövzusuna bəlkə də bu qədər önəm verilməyib. Mənim
yerimdə çox insan ola bilərdi. Ancaq məni seçməklərində səbəb,
müsəlmanların düşüncələrini dinləmək istəklərindən irəli gəlir. Mən də
Gellapdakı işimə uyğun olaraq onların bu istəklərini həyata keçirə
bilərəm. Amma yenə də mən Ağ Evdə belə bir vəzifəyə qoyulan ilk başı
örtüklü müsəlmanam".