Türkiyənin Antalya vilayətində məscid məhkəmə tərəfindən hərraca çıxarılıb.
Lent.az-ın “hurriyet”ə istinadən məlumatına görə, buna səbəb Əyyub Sultan Camesinə mülk kağızının (kupçi) verilməməsidir.
Vilayətin Kəmər rayonun turistik zonalarından olan Göynük kəndindəki bu
məscidin inşasına 2006-cı ildə başlanılıb və bu ilin əvvəlində tikinti
başa çatıb. Üç il ərzində camenin kupçi problemini həll etmək mümkün
olmayıb.
Belə ki, 2112 kv.m ərazidə tikilən camenin inşa olunduğu ərazinin 20.5
kv.m-i Sait Qaplan adlı şəxsə məxsusdur. Ondan başqa, ərazidə 28
nəfərin hissəsi var. Qaplan özünə aid ərazini məscidə verməyəcəyini
bəyan edib, nəticədə iş məhkəməyə qədər gedib çatıb. Kəmər rayon Mülki
İşlər Məhkəməsi camenin hərraca çıxarılması barədə qərar qəbul edib.
Start qiyməti 6710840 (təxminən 3 milyon manat) olan came mayın 4-də
hərraca çıxarılacaq. 3 mərtəbəli məscid il hərracda alıcı tapmasa,
mayın 14-də yenidən satışa qoyulacaq.
SART DEYIL CAMININ HHECÄYÄ OLDUGUDU ASAS ODUR KI BU MESCIDDÄ IBADÄTLÄR GÖZÄL OLSUN DÄVÄT GÖZÄL OLSUN BIDÄTLÄR OLMASIN MÄNÄ COX GARANLIG GALDI ALLAHIN EVIDÄ HÄRRACA CIXAR NÄ BILIM NÄ ISTÄSÄN CIXAR INDI COX YAZIG
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər. [ Qeydiyyat | Giriş ]