Ibn Əbu Dünya duaları qəbul olunanlar və dua barəsində fəsillərində əl-Həsənin hekayəsini rəvayət edir ki, Peyğəmbərin , sahabələrinin, ənsarların arasında Əbu Muallək adlı bir kişi var idi. O ticarətlə məşğul olurdu, özünün və başqalarının malları ilə uzaq ölkələrə səfər edərək onları satardı. O dinpərəst və təqvalı insan idi. Bir dəfə səfərdə ona təpədən dırnağa kimi silahlanmış quldur rast gəlir. O ona dedi: -Nəyin varsa qoy və mən səni öldürəcəyəm. - Qanımı nəyə görə tökürsən? Axı sənə yalnız mənim malım lazımdır –sahabə cavab verdi. - O onsuzda artıq mənimdir, lakin mən səni öldürmək istəyirəm. - Bu halda icazə ver dörd rükət namaz qılım. - İstədiyin qədər qıl! –quldur dedi. O dəstəmaz alıb dörd rükətli namaz qıldı. Sonuncu səcdədə Allaha dua edərək dedi: “Ey Sevgilim! Ey Sevgilim! Ey şanlı Ərşin Sahibi! Ey İstədiyini edən! Zəifləməyən qudrətinə görə, ədalətsizliyə yol verməyən mülkünə görə və Ərşinin dayaqlarını dolduran Nuruna görə məni bu quldurun şərindən qoru! Məni xilas et Ey Xilas edən!”. O bunu üç dəfə təkrar etdi və bu an əlində nizə ilə atlı peyda oldu. O nizəni atının qulaqlarının arasında yerləşdirdi, quldur onu gördükdə isə o ona hücüm edərək nizə ilə onu vurub öldürdü. Sonra o sahabənin yanına yaxınlaşaraq dedi: -Dur! -Atam anam sənə fəda olsun! Sən kimsən? Bu gün Allah sənin əllərinlə məni xilas etdi - o dedi. - Mən səmanın dördüncü qatından olan mələyəm. Sən dua ilə birinci dəfə müraciət etdikdə mən səma qapılarının guruldamasını eşitdim. Sonra sən ikinci dəfə dua etdin və mən səma əhlinin səs küyünü eşitdim. Sonra sən üçüncü dəfə dua etdin və mənə deyildi: “Məzlumun duası!”- və Allahdan onu öldürməyi mənə tapşırmağı xahiş etdim. Əl-Həsən dedi: “Əgər insan dəstəmaz alıb dörd rükət namaz qılsa və belə dua ilə (Allaha) müraciət etsə onun məzlum olub olmamasından asılı olmayaraq duası qəbul olar”.
Salam aleykum.Tebii ki gozel meqaledi.Sadece olaraq devet ucun bu meqaleni yerlesdirmek mene el gelir ki duzgun deyil.Adətən islama təzə gələn insanlar bu cur rəvayətlərə inanmırlar