İngiltərədə 13 yaşlı Alfie Patten adlı oğlan ata olub. Lent.az-ın “The
Sun” qəzetinə istinadən məlumatına görə, həmin körpənin anasının isə 15
yaşı var.
İngiltərənin ən gənc atası olan Alfie qəzetə aşıqlamasında atasının ona
həftədə cəmi 10 sterlinq verdiyini deyib: “Atamdan həftədə aldığım 10
sterlinqlə uşağı necə saxlayacağımı bilmirəm. Anam bilsə, vəziyyətim
pis olacaq. Sevgilimlə bir uşağımızın olmasını istəyirdik, amma
başqalarının reaksiyasına görə tərəddüd edirdik”.
Qeyd edək ki, İngiltərədə 2006-cı ildə 18 yaşına çatmamış hamilə
qalanların sayı 39 mini keçib. Bu qızlardan 7 mininin yaşı hələ 16
olmayıb.