Davos Forumunda baş vermiş qalmaqalın səbəbkarı olan İsrail prezidenti
Şimon Peres yaranmış vəziyyətə görə üzr istəyib. Lent.az-ın Türkiyə
mətbuatına istinadən məlumatına görə, Peres, üzrxahlığını bildirmək
üçün, onunla mübahisə edərək salonu tərk etmiş Türkiyənin baş naziri
Rəcəb Tayyib Ərdoğanı axtarıb.
Şimon Peres Ərdoğana zəng edərək, üzr istəyib. Prezidentlə Baş nazirin
telefon danışığının 5 dəqiqə çəkdiyi bildirilir.