Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19632 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (16749 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (13830 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9577 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9101 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2008 » Dekabr » 20 » Ziyarət və ziyarətgah haqqında düşüncələr_Məqaləyə rəddiyyə
    Ziyarət və ziyarətgah haqqında düşüncələr_Məqaləyə rəddiyyə
    01:26
    Yenə ənənəmə uyğun olaraq xəbərləri izləyirdim. www.lent.az xəbər saytında ziyarətə və ziyarətgahlara aid bir yazı diqqətimi cəlb etdi. Həmişə dini mövzular olanda həmin xəbər diqqətimi çəkir. Bu ilk növbədə Allaha, Onun dininə, Onun peyğəmbərinə (ona salam olsun) olan hörmətdən irəli gəlir. Açığı həmdə bu sahədə ixtisas sahibi olduğum üçün bu məsələlərdə yan keçə bilmirəm. Yazıdan belə anladım ki, məqaləni hazırlayan müsəlman bacımız ziyarətgahlara qarşı çox həssas, onları müdafiə edəndir. Bu təqdirə layiqdir. Çünki, keçmişinə, ənənəsinə, milli sərvətlərinə laqeyd olan, bu məsələlərdə səhlənkar olan, bu məsələləri ələ salan, xalqı, cəmiyyəti təhqir etmiş olur, cəmiyyəti təhqir etmiş olan, özü də bu cəmiyyətdən, bu xalqdan olduğu üçün özünü təhqir etmiş olur. Xalqımızın çoxu bu məsələdə heç də həssas deyil. Hansı bazara, hansı iki insanın olduğu bir söhbətə daxil olsan, mütləq hamısı bizim camaatdan danışır. Bu isə ədalətsizlik, milli düşmənçilik və təbəqələşməyə gətirib çıxarır. Amma islam bütün bunları rədd edir, islam insanları birliyə, cəmiyyətin hamısını bir-birinə bağlı olmağa çağırır. İslamda ziyarət ən əhəmiyyətli yerlərdən birini tutur. Ata-anananı, yaxınları, övladları, qohum-əqrəbəları ziyarət etmək insanın ömrünü uzadır, onun ruzisinin bollaşmasına səbəb olur. Müasir dövrümüzdə bu ziyarət forması telefonla da, internetlə də həyata keçirilir. Bəzən o qədər işlər olur ki, uzaqda olan qohumları ziyarət edə bilmirik, amma telefonla onlardan xəbər tuturuq, bəzən elə olur ki, aylarla, günlərlə istədiyimiz insanları ziyarət edə bilmirik. Amma qəlbimiz, fikrimiz orada qalır. Telefonla danışanda belə rahatlıq tapırıq. Allah dostlarını ziyarət də bu cürdür. Onların söhbətini dinləməyi, onların məclisində oturmağı arzu edirik. Amma dünyasını dəyişəndən sonra yenə də əl çəkmirik. Gedib qəbirinə ziyarət edəndə özümüzdə rahatlıq hiss edirik. Bu normal hadisədir. Lakin bu ziyarətləri və bu cür ziyarətgahları heç kim inkar etmir. Məsələyə dini aspektdən baxsaq ziyarətin müxtəlif formaları və yolları var. Bu barədə həm Qurani Kərimdə, həmdə Allah elçisinin sözlərində müəyyən nüanslar var. Bu nüansları müsəlman bacımız müəyyən Quran ayələrindən və müəyyən kəlamlardan istifadə edərək öz anladığı tərzdə qələmə verməyə çalışıb. Məsələn, həmin yazının müəllifi Kəhf surəsinin 21-ci ayəsini dəlil gətirib. Həmin ayədə Allah təala buyurur ki: “- (İnsanları–Tərsusun əhalisini) onların halı ilə beləcə tanış etdik ki, Allahın (məxluqatın öləndən sonra diriləcəyi haqqındakı) vədinin doğru olduğunu və qiyamətin qopacağına əsla şübhə olmadığını bilsinlər. O zaman (Tərsusdakı möminlər və kafirlər) öz aralarında onların (əshabi-kəhfin) işi (və ya insanın öləndən sonra dirilib-dirilməyəcəyi, dirilmənin yalnız ruhla, yaxud ruh və bədənlə birlikdə olacağı kimi dini məsələlər) barəsində mübahisə edirlər. (Nəhayət, əshabi-kəhf öldükdən sonra kafirlər) dedilər: “Onların üstündə bir bina tikin. Rəbbi (onların öldüyünü, yaxud yenidən yuxuya getdiyini və nəyə etiqad etdiyini) daha yaxşı bilir!” Onların (əshabi-kəhfin) haqqındakı mübahisədə qalib gələnlər (möminlər) isə: “Onların (məzarı) üstündə (Allaha ibadət etmək məqsədilə) bir məscid tikəcəyik!” – dedilər”. Bu ayəni dəlil gətirən müsəlman yazar insanların diqqətini əhəmiyyətli bir məsələyə çəkir. Qeyd edir ki, niyyət-Allaha ibadət etmək, icraçılar (qalib gələnlər) möminlərdir. Bununla da məzar üzərində məscid tikilməsinin qanunauyğunluğunu bəyan edir. Bu xanım dəqiq əminrdmi düz dediyindən. Yoxsa bu ayəni bu cür təfsir edir. Bəlkə möminlər məscid tikdilər ki, onlar kimi dini yalnız Allaha xas qılaraq ona ibadət etsinlər? Bəlkə onlar məscid tikdilər ki, bütün batil ilahları, bütləri, pirləri rədd edib yalnız uca və diri olan Allaha ibadət etsinlər? Bəlkə onlar məscid tikdilər ki, onların xatirəsi Qiyamətə qədər gələcək insanlara bildirilsin ki, hamısı yalnız dini, duanı, ibadəti, nəziri, qurbanı yalnız bir olan Allaha yönəltsinlər. Yoxsa bunlar o qədər də əhəmiyyətli deyil, elə əhəmiyyətli olan məhz məscidin tikilməsi barədə Qurandan dəlil gətirməkdir. Məgər Quranda yalnız bu ayəni dəlil gətirməklə kifayətlənmək olarmı? Bəs digər ayələr? Quranda Allah təala bütün peyğəmbərləri bizim yadımıza salır. Mən yalnız bunu deyə bilərəm ki, gəlin birlikdə baxaq, görək İbrahim peyğəmbəri (ə.s) Allah təala bizim yadımıza necə salır. Bununla bağlı bir neçə ayəni sizə xatırlatmaq istəyirəm. Allah təala buyurur: “85 - Həmin vaxt o (İbrahim), atasına və tayfasına belə demişdi: “Siz nəyə ibadət edirsiniz?
    86 - Allahı qoyub yalançı tanrılarımı istəyirsiniz?
    87 - Aləmlərin Rəbbi barəsində zənniniz nədir?” (Onun ruzisini yeyib bütlərə tapınırsınız? Məgər bunun cəzasını çəkməyəcəksiniz?!)
    88 - (İbrahim) ulduzlara bir nəzər saldı.
    89 - Və (ətrafındakıları özündən uzaqlaşdıqmaq məqsədilə) dedi: “Mən xəstəyəm!”
    90 - (İbrahimin yanındakılar xəstəliyin onlara yoluxmasından qorxaraq, həm də o gün qeyd edəcəkləri bayrama tələsərək) ondan üz çevirib getdilər.
    91 - (İbrahim) xəlvətcə onların tanrılarının yanına gedib (istehza ilə) dedi: “Məgər (yanınızda olan bu təamları) yeməyəcəksiniz?
    92 - Sizə nə olub ki, danışmırsınız?”
    93 - Sonra bütlərin üstünə yüyürüb sağ əli ilə onlara möhkəm bir zərbə endirdi.
    94 - (Bundan xəbər tutan tayfası) yüyürə-yüyürə onun yanına gəldi.
    95 - (İbrahim onlara) dedi: “Siz özünüz yonub düzəltdiyiniz şeylərəmi ibadət edirsiniz?
    96 - Halbuki sizə də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır!”
    97 - Onlar dedilər: “Bunun (İbrahim) üçün bir bina tikin, (içərisini odunla doldurub) özünü də oda atın!”
    98 - Onlar onun üçün belə bir hiyə qurmaq istədilər, Biz isə onları çox səfil (zəlil) bir vəziyyətə saldıq. (Hiylələri baş tutmadı, İbrahimə heç bir şey edə bilmədilər).
    99 - (İbrahim oddan xilas olduqdan sonra) dedi: “Mən Rəbbimə doğru (Allahın mənə buyurduğu yerə - Şama tərəf) gedirəm. O mənə doğru yolu mütləq göstərəcəkdir!”
    100 - (İbrahim müqəddəs torpağa yetişdikdən sonra dua edib) dedi: “Ey Rəbbim! Mənə salehlərdən olan (bir övlad) bəxş et!”
    101 - Biz də ona həlim xasiyyətli bir oğlan uşağı (İsmail) ilə müjdə verdik.
    102 - O, yüyürüb qaçmaq (atasına kömək edə bilmək) çağına (on üç yaşına) çatdıqda (İbrahim) dedi: “Oğlum! Yuxuda gördüm ki, səni qurban kəsirəm. Bax gör (bu barədə) nə fikirləşirsən!” O dedi: “Atacan! Sənə nə əmr olunursa, onu da et. İnşallah, mənim səbirlilərdən olduğumu görəcəksən!”
    103 - Onların hər ikisi (Allahın əmrinə) təslim olduğu və (İbrahim İsmaili qurban kəsmək üçün) üzüstə yerə yıxdığı zaman
    104 - Biz ona belə xitab etdik: “Ya İbrahim!
    105 - Artıq sən röyanın düzgünlüyünü (Allah tərəfindən olduğunu) təsdiq etdin!” (Sənə yuxuda nə əmr olunmuşdusa, onu yerinə yetirdin. Allah sənə lütf edərək oğlunun yerinə bir qoç kəsməyi buyurur). Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.
    106 - Şübhəsiz ki, bu, açıq-aydın bir imtahan idi.
    107 - Biz ona böyük bir qurbanlıq (Habilin qurbanlıq qoçunu) əvəz verdik.
    108 - Sonradan gələnlər arasında onun üçün (yaxşı ad, gözəl xatirə) qoyduq.
    109 - (Onu belə yad edirlər: ) “İbrahimə salam olsun!”
    110 - Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!
    111 - Şübhəsiz ki, o Bizim mömin bəndələrimizdən idi!” (əs-Saffat (Səf-səf duranlar) surəsi, 85-111). Bəs bu ayələr nədən xəbər verir? Bir anlıq düşünün ölüb dünyadan köçmüş, heç özünə kömək edə bilməyən bir pir necə bu qədər insanlara kömək edə bilər? Gedib daşın başına fırlanmaqla, lap götürək mənəvi tərəfini qəbirdə durub o dünyasını dəyişmiş bir insandan kömək istəmək necə məqbul ola bilər? Üstəlik sizin qeyd etdiyiniz kimi biz hansı dəlilə əsasən o mömin qulu vasitəçi götürə bilərik. Belə deyək ki, ondan kömək istəməsək belə, niyə məhz onun qəbirində durub Allaha dua etməliyik. Bunu Allah bizə Quranda vacibmi edib, yoxsa peyğəmbər bu işə bizləri dəvət edib? Halbuki o artıq dünyasını dəyişib, qəbirdədir, mömin qul olduğu üçün nemət görür və ya günahkar olduğu üçün əzab çəkir. Ziyarətinə gedəndə bizi eşidirmi, eşitsə belə, bizi tanıyırmı, tanısa belə, tanımasa da belə amma bizə bəs necə kömək edə bilər? Həmin pirə getməyi bizə kim əmr edib? Allahmı, ya peyğəmbərmi? Bu ağlasığmaz bir işdir. İbrahim peyğəmbərin atası, qövmü məgər Allaha iman etmirdilər ki? Məgər Məhəmməd peyğəmbərin (s.ə.s) əmiləri yaradanın Allah olduğunu bilmirdilər ki? Sadəcə onlar da bizim bu camaat kimi deyirdi ki, bunlar vasitəsilə Allaha yaxınlaşırıq. Allah və Onun rəsulu (s.ə.s) bizə yalnız haranı ziyarət etməyi bildiribsə oranı ziyarət etmək üzərimizə mütləq vacibdir. Məsələn Həccə getmək. Bu cümləm yalnış anlaşılmasın. Biz Amerikaya da, Fransaya da, Türkiyəyə də, bir çox uzaq ölkələrdə olan əməlisaleh şəxslərin qbirlərinə də ibrət üçün ziyarət edə bilərik. Peyğəmbərimiz də yalnız bizim üçün üç ziyarətgah müəyyən edib. Biri Mədinədə Peyğəmbərin qəbiri olan yer, biri Qüdsdə İsa peyğəmbərin doğulduğu və yaşadığı yer, digəri isə Məkkədə, Kəbənin olduğu yer. Burdan başqa olan ziyarətgahlar heç bir dini məsuliyyət kəsb etmir. Ana-atanın, baba-nənənin, saleh insanların qəbrini ziyarət etmək, onların hallarına baxmaq bizi özümüzə qaytardığı üçün ziyarət etmək olar. Amma gedib oranın daşlarından öpmək, dünyasını dəyişib köçən insanlardan kömək istəmək artıq şirk hesab olunur. Ümumi olaraq isə ziyarət etmək ibrət üçün yaxşıdır. Sadəcə bəzi insanlar elə zənn edir ki, pirlərə gedib nəzir verməklə, qurban kəsməklə istədiklərinə çatacaqlar. Hətta bu barədə o qədər söz danışılır ki, bir çox vətəndaşlarımız pirə nəzir qurbanı kəsdikdən sonra işlərinin düzəldiyini bildirirlər. Ən böyük və etibarlı islam alimlərindən olan İbn Həcər əl-Əsqəlani “Əz-Zəvacir” adlı kitabında deyir ki; “Bəzi İmam Şafinin ardıcılı olan alimlər qəbirlər üzərində məscid tikməyi, qəbirlərə doğru durub namaz qılmağı qəbirlərə, Kəbəyə, Rüknü-Yəmənə Yəmən Küncünə), Həcərül-Əsvədə (qara daşa) əl sürtmək kimi əl sürtməyi, qəbirlərin ətrafında Kəbədəki kimi təvaf etməyi (başına dolanmağı, fırlanmağı), buna bənzər digər əməlləri böyük günah kimi qəbul etmişlər. Məhəmməd peyğəmbər (s.ə.s) qəbirlər üzərində məscid tikib, orada ibadət edənə lənət etmiş, əməlisalehlərin qəbri üzərində məscid tikənləri Qiyamət günündə Allah yanında ən şərli insanlar olaraq bildirmişdir. Qəbrin üzərində məscid tikməyin mənası qəbirə ibadət kimi qəbul olunur. Bu barədə dəlil gətirən xanım yazıçı başqa ümmətlərdən misal verməklə Məhəmməd ümmətini Allaha şərik qoşmağa dəvət edir. Bu açıq aşkar belə görsənir. Çünki unutmaq olmaz ki, əvvəlki ümmətlərə bildirilən şəriət bizə bildirilən şəriətdən fərqlidir. Ola bilər ki, Mağara əhli üzərində qəbir bina edilsin, amma bunu Qurandan dəlil kimi göstərib pirə ibadət edənləri yüksəltmək yolverilməzdir. Bu barədə İmam Hənəfi və onun ardıcılları da sərt mövqe nümayiş etdirmiş, qəbir üzərində namaz qılmağı doğru qəbul etməmişlər. Allaha yaxın olduqlarına görə əməlisaleh şəxslərdən, Allah dostlarından olanlara hörmət göstərmək məqsədi ilə onların qəbirlərinin üstündə ibadətgah düzəltmək, məscid tikmək adət halına gəlmişdi. Bu adət nəticədə insanları bütpərəstliyə, pirpərəstliyə apardığı üçün Məhəmməd peyğəmbər (s.ə.s) bu məsələni qadağan edib, bunu edən yəhudi və xristianları da qınamışdı. Bundan başqa aşağıdakı xəbərdarlığı da etmişdir: “Yaxşı bilin ki, sizdən əvvəlki ümmətlər, peyğəmbərlərinin və əməlisaleh şəxslərinin qəbirlərini məscid etmişilər (İbadətgah etmişdilər). Amma siz qəbirləri məscid etməyin, sizə bunu qadağan edirəm” (Müslim Səhih). Əbu Davud və Tirmizinin rəvayətinə görə İbn Abbas belə demişdir: “Allah rəsulu (s.ə.s) qəbiri ziyarət edən qadınları, qəbir üzərinə məscid tikən və şam yandıranları lənətləmişdir”. Tirmizi dedi ki: “Bu barədə Əbu Hüreyrə və Aişədən də rəvayət gəlmişdir”. Buxari və Müslim həzrəti Aişədən (r.a) rəvayət edirlər ki, Ümmi Həbibə ilə Ümmü Sələmə Həbəşistanda gördükləri və içərisində bəzi təsvirlər olan bir kilsə haqqında Peyğəmbərə (s.ə.s) xəbər verdilər. Peyğəmbər (s.ə.s) də onlara belə cavab verdi: “O kəslər arasında əməlisaleh şəxs olub, sonra öldükdə dərhal onun qəbri üzərinə bir məscid tikər və orada bu şəkilləri çəkərdilər. Bunlar Qiyamət günündə uca Allahın hüzürunda məxluqatın ən pisləridir”. Hədisin ləfzi Müslimə aiddir. Bütün islam alimləri deyiblər ki, bax bu məsələ müsəlmanlara Peyğəmbərlərin və elm adamlarının qəbirlərini məscdiə döndərməyi haram edir. İslam peyğəmbəri (s.ə.s) də bildirib ki, qəbirə doğru namaz qılmayın və qəbirlərin üzərində oturmayın. Bu hədisi də Müslim rəvayət edib. Bu o deməkdir ki, yəhudilər və xristianlar kimi qəbirlərə doğru dayanıb, qəbirləri qiblə etmək, orada namaz qılmaq insanı qəbirə ibadət etməyə yönəldər. Bu barədə islamda, islam mənbələrinə açıq aşkar və bitib tükənməz dəlillər vardır. Allah taəala xalqımızı doğru yola yönəltsin. Amin! Həmçinin mühüm məsələ budur ki, mən özüm bu yazıya rədiyyə yazmağa utanıram. Çünki açıq-aşkar Quran ayələrindən istifadə edən müsəlman bacımız yenə də xətaya düşür. O bildirir ki, şəhidlər və Allaha yaxın kimsələri ölü hesab etmək doğru deyil. Əlbəttə o məntiqi cəhətdən nəzəriyyəsini Qurana əsaslandırmağa çalışır. Təəssüf ki, buna nail ola bilmir. Çünki bizim dəyərli peyğəmbərimiz də dünyasını dəyişəndə orada olanlar onun ölməsini qəbul etmək istəmir, böyük şəxsiyyətlərdən biri, Ömər bin Xəttab bildirir ki, kim desə peyğəmbər ölüb, mən onu öldürəcəm, peyğəmbər ölməyib, o ölməz. Bunu eşidən peyğəmbərimizin ən yaxın dostu, onunla bərabər hər çətinliyə qatlanıb Mədinəyə hicrət edən dostu Əbu Bəkr (Allah ondan razı olsun) bildirir ki, artıq peyğəmbər ölüb, kim peyğəmbərə ibadət edirdisə bilsin ki, peyğəmbər də sizin kimi bir insan idi və öldü. Amma kim diri olan, daima yaşayan Allaha ibadət edirdisə yenə də Allaha ibadətini davam etdirsin. Allah hər zaman, hər yerdə sağdır və əbədi diridir. Bu hadisə bizə onu göstərir ki, hətda peyğəmbərlərdən belə kömək istəmək olmaz, bəs onda biz hansı məntiqə, hansə ağıla əsaslanıb deyə bilərik ki, ölmüş əməlisalehlərdən kömək istəmək olar. Yəni bildirmək istəyirəm ki, “ölü” və “diri” məsələsini açıq aşkar izah edə bilməyən yazar burada xətaya meyl edir. Təbidir ki, sizə həmin yazını yuxarıda təqdim etdim. Bildirilir ki, burada dinə zidd heç nə yoxdur. Amma Allahın və onun şərəfli peyğəmbərinin dəvətinə və bizə bildirdikləri həqiqətə tamamilə ziddlik var. Mən özümü təmizə çıxarmıram. Mən bütün gənclərimizi müqayisəyə dəvət edirəm, onlar özləri bilsin ki, kimdən kömək istəmək lazımdır, özləri bilsin ki, Allah təala insanları ölənlərdən kömək istəmək yox, diri olandan, yaradandan, ruzi verəndən kömək istəməyə çağırdı. Allah buyur ki, “Mən insanları və Cinləri mənə ibadət etmək üçün yaratdım”. Allah təala bizi heç nə ikən yaratdı. Məgər Həzrəti Əlinin kəlamları bu müsəlman yazara çatmadımı. O ilk dəfə peyğəmbərimizin dəvətinə, islama girəndə uşaq vaxtı, atasından icazə istəmək qərarına gəlir, sonra fikrindən dönüb, hamımıza ibrət olacaq böyük bir söz deyir: “Məgər Allah məni yaradanda atama demişdi ki, səni yaradacam”. Həzrəti Əlinin bu sözü məgər bu yazara çatmadımı? Məgər Allah bizi yaradanda bu əməlisaleh qullara bizim üzərimizdə qədər təyin etməmi yaratdı. Yoxsa bizə şəriət, yəni Allah və Rəsulumu (s.ə.s) pirlərdən gedib öpməyi, başına dolanmağı, orada məscid tikib namaz qılmağı əmr etdi? Pirlər bizim hansı işimizi düzəldə bilərlər? Məgər İbrahim peyğəmbər (ə.s) o böyüklükdə ölkədə, o böyüklükdə pirlərin, bütlərin hamısını dağıdanda, qıranda, böyük bütə isə əl dəyməyəndə, camaatına deyəndə ki, bunu sizin böyük piriniz edib, onda orada olanlar şoka düşmədimi? Çünki dedilər ki, Ya İbrahim! Səndə bilirsən ki, bizim bu pirlər danışa bilmir. Əsla! Aldanmayın. Bizi yaradan, sonra öldürən, Qiyamət günü yenidən dirildən yalnız Allahdır. Allah təala buyurur: “(Ya Rəsulum!) Bəndələrim Məni səndən soruşduqda: Mən (onlara) yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər” (əl-Bəqərə (İnək) surəsi, 186).

    Əkrəm Həsənov (İlahiyyatçı)

    Bölmə: İSLAM MƏQALƏLƏRİ | Əlavə etdi: Abusaleh | Baxılıb: 2050 | Tarix: 26.04.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 1
    21.12.2008
    1. BACI (MUSELMAN-BACI) [Məqalə]
    ALLAH razi olsun

    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Loqin:
    Şifrə:
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  Dekabr 2008  »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 1
    Qonaqlar: 1
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru