Yas
mərasimlərinin icrası zamanı ifrata yol verməmək üçün bəzi ayinlərin
sayının məhdudlaşdırılması ictimaiyyət tərəfindən müsbət hal kimi
qiymətləndirilsə də, bəzi üzdəniraq mollalar bunun əleyhinədir. Din
pərdəsi altında xurafatı, mövhumatı təbliğ edən bu cür "din xadimləri"
görünür, maddi gəlirlərinin sayındakı azalmadan yamanca narahatdırlar.
Məsələyə münasibət bildirən Qafqaz Müsəlmanları İdarəsinin mətbuat
katibi Rəhimə Dadaşova "OLAYLAR"a verdiyi açıqlamasında bildirib ki, bu
cür arzuolunmaz halları aradan qaldırmaq üçün mollaların attestasiyası
vacibdir: "QMİ-də qeydiyyatda olan bütün mollalar attestasiyadan keçib.
Odur ki, bizim bu sahədə problemimiz yoxdur. Eyni tədbirin regionlarda
da həyata keçirilməsi güman edirəm ki, mollaların qeyri-qanuni
fəaliyyətini məhdudlaşdırmaq baxımından faydalı olardı".