Obamanın fars dilində “O, bizdən biridir” mənasına gəlməsi və Hz.
Əlinin dediyi iddia olunan “Qiyamət qopmadan əvvəl, uzun boylu bir şəxs
qərbdə hakimiyyəti ələ keçirəcək və dünyanın ən böyük ordusunun
komandanı olacaqdır” sözü İranda geniş müzakirə obyektinə çevrilib. Barak Obamanın keçmişi geniş müzakirə mövzusudur. Kenyalı bir
müsəlmanın oğlu və göbək adı Hüseyn olan B. Obamanın müsəlman olması
haqqında yayılan şayiələrə daha biri əlavə olunub. Belə ki, bu səfər də
İranda Obamanın “Mehdinin xəbərçisi, yəni “Böyük döyüşçü” olduğu iddia
edilir. Nüfuzlu «Forbes» jurnalındakı xəbərə görə,
maraqlı fakt
internet saytlarının birində XVII əsrdə qələmə alınmış “Biharul -Ənvar”
adlı kitabın yerləşdirilməsindən sonra məlum olub. Sözügedən kitabda
Hz. Əlinin belə dediyi qeyd olunur: “Qiyamət qopmadan əvvəl, uzun boylu
bir şəxs qərbdə hakimiyyəti ələ keçirəcək və dünyanın ən böyük
ordusunun komandanı olacaqdır. O, üçüncü imamın (Hz.Hüseyn) bəzi
əlamətlərini daşıyacaq. Şiələr onun bizdən olduğuna şübhə etməsin”.
Məlumat üçün bildirək ki, hazırda bir çox iranlıya görə, Barak Obama
Hz. Əlinin bəhs etdiyi həmin “Böyük Xilaskardır”. Qeyd edək ki, Barak
Hüseyn “Mübarək Hüseyn” mənasına gəlir. Qaradərili namizədin adı fars
əlifbası ilə O-BA-MA kimi hecalara ayrıldığı zaman “O bizdən biridir”
mənasına gəlir.