Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19630 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (16749 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (13829 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9577 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9100 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2008 » Oktyabr » 21 » Namazın fəziləti və səhv səcdəsi haqda
    Namazın fəziləti və səhv səcdəsi haqda
    01:24
    Həqiqətən, möminlər nicat tapmışlar! O kəslər ki, namazlarında (hər şeyi unudaraq ruhən və cismən yalnız Allaha) müti olub (Ona) boyun əyərlər!" (23/1-2).
    Abdullah İbn Məsud (r.a.) deyir: mən Peyğəmbərdən (s.a.v.) hansı əməlin Allaha sevimli olmasını soruşduqda Peyğəmbər (s.a.v.) buyurdu: "Vaxtında qılınan namaz ..." (Buxari).

    Əbu Hüreyrə (r.a.) Peyğəmbərin (s.a.v.) belə buyurduğunu eşitmişdir: "Əgər sizlərdən birinin evinin qarşısından çay axarsa və həmin adam orada hər gün beş dəfə çimərsə onun bədənində çirkdən bir əsər-əlamət qalarmı? Səhabələr: "xeyr, onun bədənində çirkindən heç bir əsər-əlamət qalmaz" deyərək, cavab verdilər. Peyğəmbər (s.a.v.) buyurdu: "Beş vaxt namaz da belədir. Allah bu namazlar ilə günahları yuyur" (Buxari).
    Ummu Həbibə Peyğəmbərin (s.a.v.) belə buyurduğunu rəvayət edərək deyir: "Kim gün ərzində on iki rükət sünnə (könüllü) namaz qılarsa cənnətdə onun üçün ev tikilər" (Müslim).

    Müsəlman qardaş və bacılar! Namaz əhəmiyyətli bir ibadətdir. O, Islamın ikinci əsasıdır. Onu layiqincə, vatlı-vaxtında yerinə yetirmək lazımdır. Namazın hərəkətləri, edilən səhvlər haqda eşitdiyimiz çoxsaylı suallara cavab olaraq sizlərə namazın hərəkətləri haqda qısa da olsa məlumat vermək istəyirik.

    Namazın şərtləri: Namazın doğru olması üçün bu şərtlər tamamlanmalıdır.

    1. Namaz vaxtının daxil olması. Hər bir namazın öz vaxtı vardır və Allah bizə bu müəyyən vaxtlarda, gün ərzində beş vaxt namaz qılmağı əmr etmişdir.
    2. Övrət yerini (ayıb yerlərini) örtmək. Kişinin övrəti göbəkdən dizə qədərdir. Qadının bütün bədəni övrətdir. Yalnız üz və əl müstəsnadır.
    3. Nəcasətdən uzaq olmaq. Namaz qılmaq istəyən adam bütün nəcasət və natəmizliklərdən təmizlənməli və pak olmalıdır. Onun paltarı və namaz qıldığı yer təmiz olmalıdır.
    4. Qibləyə, Kəbəyə tərəf yönəlmək.
    5. Niyyət etmək. Niyyət qəlbdə olur. Onu dil ilə demək bidətdir. Beləliklə namaza dayanan müsəlman niyyəti qəlbində etməli və bu niyyət namaz boyunca davam etməlidir.

    Namazda olan söz və hərəkətlər üç qismdir: rüknlər, vacibatlar və sünnələr.

    Namazın rüknünü bilərəkdən və ya unudaraq tərk edənin namazı və ya həmin rükəti batildir. Edilməyən rükn yenisi ilə tamamlanmalıdır.

    Vacibatları bilərəkdən tərk edənin namazı batil, səhvən tərk edənin namazı isə batil olmur və bunun əvəzinə səhv səcdəsi etmək kifayətdir.

    Namazın sünnələrini bilərəkdən və ya səhvən tərk edənin namazı hər iki halda doğrudur. Amma namazda naqislik olur.

    Peyğəmbər (s.a.v.) rüknləri, vacibatları və sünnələri yerinə yetirərək kamil namaz qılmışdır.

    Namazın 14 rüknü vardır, onlar:
    1. Fərz namazı qılmaq üçün qiyamda durmaq.
    2. Təkbirətul ehram. Yəni namaza başlayarkən "Allahu əkbər" demək.
    3. Fatihə surəsini oxumaq.
    4. Hər rükətdə rüku etmək.
    5. Rükudan qalxmaq.
    6. Sonra qamətini düz tutmaqla rükudan əvvəlki vəziyyətə qayıtmaq.
    7. Səcdə etmək.
    8. Səcdədən qalxmaq və iki səcdə arasında oturmaq.
    9. Deyilən bütün əməllərdə tələsməmək və onları lazımınca etmək.
    10. Sonuncu təşəhhüd.
    11. Sonuncu təşəhhüd "Ət-təhiyyatu vas-salavatu..." üçün oturmaq.
    12. Sonuncu təşəhhüddə salavatı "Allahummə salli alə..." oxumaq.
    13. Rüknləri deyilən tərtiblə etmək.
    14. Salam "Əssalamu aleykum" vermək.

    Hörmətli oxucu! Namazın rüknlərini yerinə yetirməyən adamın namazı batildir. Ona görə də rüknü tərk etdikdə onu tamamlamaq lazımdır.

    Namazın vacibatları səkkizdir, onlar:

    1. Təkbirətul ehramdan başqa bütün təkbirlər vacibdir.
    2. Rükudan qalxarkən "Səmiəllahu limən həmidəh" demək.
    3. Rükudan qalxdıqdan sonra "Rəbbənə və ləkəl həmd" demək.
    4. Rükuda bir dəfə "Sübhanə rəbbiyəl azim" demək.
    5. Səcdədə bir dəfə "Sübhanə rəbbiyəl ələ" demək.
    6. İki səcdə arasında bir dəfə "Rəbbiğfirli" demək.
    7. Üçrükətli və ya dördrükətli namazlarda birinci təşəhhüdü "Ət-təhiyyatu vas-salavatu..." demək.
    8. Birinci təşəhhüd üçün oturmaq.

    Namazın vacibatlarını bilərəkdən tərk edənin namazı batil sayılır. Səhvən tərk edənin namazı isə doğrudur. Lakin bunun əvəzinə səhv səcdəsi etmək kifayətdir.

    Namazın sünnələri:

    Namazın sünnələrini tərk etməklə namaz batil olmur. Onlar iki qismdir, sözlü və feli.

    Namazın sözlü sünnələri çoxdur. Məsələn, Istiftah duası "Sübhanəkə Allahummə və bihəmdikə...", Istiazə "əuzu billəhi minə-ş-eytanir rəcim", bismilləh və amin demək. İlk iki rükətlərdə fatihədən sonra başqa sürə oxumaq. Rükudan qalxdıqdan sonra "Milu-s-əmavati və milul ardi və milu mə şitə min şeyin bədu"nu oxumaq. Rüku, səcdə və səcdəarası zikrləri bir dəfədən artıq demək. Sonuncu təşəhhüddə salavatdan sonra edilən duaları oxumaq.

    Namazın feli sünnələri bunlardır: Təkbirətul ehramı deyərkən, rükuya gedərkən və rükudan qalxarkən əlləri qaldırmaq. Sağ əli sol əlin üzərinə və sinəyə qoymaq. Səcdə yerinə baxmaq. Rüku edərkən əlləri dizlərə qoymaq, onurğa sümüyünü düz tutmaq, başı və bədəni orta vəziyyətdə saxlamaq. Səcdə edərkən qarını baldırlardan, baldırları da topuqlardan aralı tutmaq və s. Deyilən bu əməllər sünnədəndir və bunları etməyin savabı çoxdur. Tərk edən adam isə günah qazanmır.

    Səhv səcdəsi: namazda sonuncu təşəhhüdü oxuduqdan sonra, salamdan öncə və ya sonra, tərk olunan və ya artıq edilən hərəkətin əvəzinə iki dəfə səcdə etməkdir.
     
    Bölmə: İSLAM MƏQALƏLƏRİ | Əlavə etdi: Selef | Baxılıb: 1814 | Tarix: 25.04.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 1
    10.02.2010
    1. sebahet (möminä) [Məqalə]

    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Loqin:
    Şifrə:
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  Oktyabr 2008  »
    BeÇaÇCaCŞB
      12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 1
    Qonaqlar: 1
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru