O kəslər ki, Allaha iman gətirmiş və qəlbləri Allahı zikr etməklə aram tapmışdır. Bilin ki, qəlblər (möminlərin ürəkləri) yalnız Allahı zikr etməklə aram tapar! (ər-Rad 28)
Sən və qardaşın möcüzələrimlə
gedin və Məni zikr etməkdə zəiflik göstərməyin. (Bu sizin ürəyinizə
mətanət, dizinizə qüvvət verər). (Ta ha 42)
(Ya Rəsulum!) Quranda sənə vəhy olunanı oxu və (vaxtı-vaxtında) namaz
qıl. Həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirər.
Allahı zikr etmək (Allahın cəlalını və əzəmətini həmişə, hər
yerdə yada salmaq), şübhəsiz ki, (savab etibarilə bütün başqa
ibadətlərdən) daha böyükdür. Allah nə etdiklərinizi (bütün yaxşı və pis
əməllərinizi) bilir! (əl-Ənkəbut 45)
Həqiqətən, Allah məhz müsəlman
kişilər və qadınlar, mömin kişilər və
qadınlar, (Allaha) müti kişilər və qadınlar, doğru danışan kişilər və
qadınlar, səbirli kişilər və qadınlar, təvazökar (yalnız Allah
qarşısında kiçilən) kişilər və qadınlar, sədəqə verən, oruc tutan
kişilər və qadınlar, ayıb (övrət) yerlərini (zinadan) qoruyub saxlayan
kişilər və qadınlar və Allahı çox zikr edən kişilər və qadınlar üçün
(axirətdə) məğfirət (bağışlanma) və böyük bir mükafat (Cənnət)
hazırlamışdır! (əl-Əhzab 35)
Yükləyə bilmək üçün qeydiyyatdan keçməlisiniz. [ Qeydiyyat | Çıxış ]
Bölmə: İSLAM | Əlavə etdi: Selef
| Baxılıb: 1939 | Yüklənib: 425| Tarix: 26.12.2024