Əssalamu aleykum va rahmatullah
Vitr namazının vaxtı İşa namazının qılınmasından (yəni nə vaxt İşa namazını qıldızsa, o vaxtdan başlayır) sübh namazının başlanmasına qədərdir. Peyğəmbər (səlllallahu aleyhi və səlləm) demişdir: "Allah sizin üçün Vitr namazını bəxş etmişdir. Onun vaxtı İşa namazının qılınmasından sübh namazının başlanmasına qədər olan vaxtdır." (Sünən Tirmizi, 425. Şeyx Əlbani səhih demişdir)
Vitr namazının növləri:
A) 1 rükət. (Tam 1 rükət namaz qılmaq)
B) 3 rükət. (2 rükət sübh namazı kimi qılmaq, sonra 1 rükət tam qılmaq, yəni vitri qılmaq)
C) 5 rükət. (4 rükəti ardıcıl olaraq sübh namazının 1-ci rükəti kimi qılmaq, davam olaraq 5-ci rükəti tam qılmaq, yəni vitri qılmaq. Bunlar elə bil ki tam bir namaz kimi qılınır, yəni təşəhhüd və təslim son rükətdə, yəni vitr namazında deyilir)
D) 7 rükət. (6 rükəti ardıcıl olaraq sübh namazının 1-ci rükəti kimi qılmaq, davam olaraq 7-ci rükəti tam qılmaq, yəni vitri qılmaq. Bunlar elə bil ki tam bir namaz kimi qılınır, yəni təşəhhüd və təslim son rükətdə, yəni vitr namazında deyilir)
E) 9 rükət. (7 rükəti ardıcıl olaraq sübh namazının 1-ci rükəti kimi qılmaq, davam olaraq 8-ci rükətdə təşəhhüdü söyləmək, sonra qalxıb 9-cu rükətdə, yəni vitr namazında təşəhhüdü və təslimi deyərək namazdan çıxmaq)
F) 11 rükət. (10 rükəti cüt-cüt (yəni, 2+2+2+2+2) qılıb salam verməklə tamamlamaq, sonda da 1 rükət vitri qılmaq)
G) 13 rükət. (12 rükəti ardıcıl olaraq sübh namazının 1-ci rükəti kimi qılmaq, davam olaraq, 13-cü rükəti tam qılmaq, yəni vitri qılmaq. Bunlar elə bil ki tam bir namaz kimi qılınır, yəni təşəhhüd və təslim son rükətdə, yəni vitr namazında deyilir)
Hazırladı - Əli Zülfüqar