Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19922 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (17090 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (14156 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9946 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9362 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2012 » May » 22 » Ümid
    Ümid
    14:23
    Ümid var olmanın səbəbidir. Bir insanın əlindən ümidini alsanız, o, yaşamaq, var olmaq səbəbini itirər. Ümidləri ölərsə, insanın yaşamaq arzusu qalmaz və həyat eşqi sönər.


    "Bir an”la yaşamaq, "bir an” da olmaq anlayışı nə Quranda var, nə kainatda, nə də təbiətdə. "Olmaq” davam edən bir prosesdir. Ona görə Quran "Biz bir şeyin olmasını dilədiyimiz zaman ona "ol!” deyirik” - deyir. "Ol!” əmrini almaqla varlıq var olmağa başlayır. Yəni "olmaq” prosesinə start verilir...
    Yer üzünə "ol!” əmri verildi və o da "6 gün"də olmağa başladı. Hələ də olmağa davam edir və yəqin ki, qiyamətə qədər də davam edəcək.
    Həzrəti Məryəmə İsanın müjdəsi verildikdən sonra doğuma qədər 9 ay keçdi. Yəni bir İSA "olmağa” başladı.
    Ümidin keçmişlə heç bir bağı yoxdur, o, yalnız gələcəklə əlaqədardır. Bir şeyə ümid edilməsə, onun olması mümkün deyil. Ümid edənlə, ümid edirmiş kimi görünən fərqlidir. Ümid inamdır. Allaha inam, Onun vədlərinə inam, Onunla qovuşacağına ümid... "Münafiq” müsəlman olan deyil, müsəlman görünəndir. Onun imanında problem olduğu üçün o, münafiqdir. Ümidini itirdiyi üçün iman problemi yaşayır.
    İblis – ümüdü olmayandır və ya ümüdünü itirən iblisləşər. Ümüdsüzlük küfürdür.
    Ümüd "anı” dəyişir, çəkib bizi o anın içindən çıxardır. Ümüd meracdır. Allah bir sonrakını yaradarkən sizin bir öncəki davranışınıza baxar: "imtahan zamanı qulum nə etdi?” deyər. Təslimiyyəti necə yaşadı? Qulun etdiyinə və onun Allaha olan ümüdünə qarşılıq olaraq bir sonrakı "an” olmağa başlayır.

    Həzrəti Adəm "an”ı mütləqləşdirsəydi, günahdan sonra tövbə etməzdi. Günahı etdiyi anda ümüdsüzləşər, peşman olsa belə geriyə dönüş olmadığını düşünərək ümüdsüzlüyə qapılardı. Lakin o Allahdan ümüdünü kəsmədi, tövbə edərək günahında israr etmədi, peşman olduğunu dilə gətirərək bağışlanacağına ümüd etdi. Allah da onu bağışladı.
    İblis ümidsüzləşdiyi üçün günahında israr etdi. Bağışlanacağına ümüd etmədi. Hər ümüdünü itirən insan İblisin prototipidir.
    Ümüd olmasaydı, kimsəsiz səhrada Həzrəti İbrahim insanları həccə çağırmazdı. O, ümüd edib çağırmasaydı, əsrlər sonra biz bu çağırışı eşidib, o dəvətə cavab olaraq həccə getməzdik.
    Həzrəti Nuh ümüd etməsəydi, quruda gəmi düzəltməzdi. O, gəmiyə minərkən də "bismillah” deyir, dayanacağı məkan üçün də öncədən "bismillah” deyir. Tufandan sağ çıxacağına ümüdü olmasaydı, varacağı məkan üçün "bismillah” deyərdimi? Gəminin sağ-salamat mənzilbaşına çatacağına ümüd edir.
    Ümüd Allaha inamdır.
    Həzrəti Musanın anası ümüd etməsəydi, Musanı bir beşikdə Nilin sularına buraxardımı? Deməli, Allaha ümüd etsən, inansan, O da Musanı Fironun, - yəni düşməninin, - evində belə olsa yetişdirər.
    Həzrəti Musanın məhz bu şəkildə ölümdən qurtuluşu bir möcüzədir. Amma onun bir də saraydan qurtuluşu var. Heç bir ssenarist belə gözəl ssenari yaza bilməzdi. Saraydan qurtarmaq, oradan Musanı xilas etmək üçün onu "cani” etmək. Həm də günahsız birini öldürərək, cinayətə alət olmaq.
    Bu, Allahdır! Bir peyğəmbər seçəcək və onun əli ilə "günahsız bir adamı öldürdəcək"...
    Həzrəti Musa bu qətli törətməsəydi, Misirdən qaça bilməz, saraydan xilas ola bilməzdi. Ona görə bu cinayət onun əli ilə gerçəkləşdirildi. Cinayət etdikdən həmən sonra Həzrəti Musa tövbə etdi və olduğu məkanı tərk edərək nəfsini tərbiyə etməyə başladı. Ona görə "Mən nəfsimə zülüm etdim” dedi. Bu, bir ümüd dərsidir. Bu dərsdən sonra Musanın cinayət edən əli bir "möcüzə əl” olmağa başladı.
    Tarixi ümidini itirməyənlər yazır.
    Bir iş görənlər ümüdlü olanlardır. Ümüd etdikləri üçün dayanmadan zəhmət çəkirlər. Heç bir halda ümüdlərini itirmirlər.
    Ümüdsüz olanlar isə sadəcə yatarlar. Ya da ki, başqa bir deyimlə yatanlar ümüdsüzlərdir.
    Allah Qurani Kərimlə bizə ümüd dərsi verir. Peyğəmbərlərini örnək göstərir. Onların müjdələri gələcəyə ümüdlə bağlıdır. Onlara iman etməyənlər isə ümüdsüzlərdir. Gələcəklə bağlı bütün ümüdlərini itirdikləri üçün inkar etdilər. Həlak olan qövmlər niyə mələk Peyğəmbər istədilər? Baxın, onlar heç biri peyğəmbərliyi inkar etmədilər. Lakin "bir mələk göndərilməli deyildimi?” deyə sual verdilər. Çünki insana olan ümüdlərini itirmişdilər. İnsan nəslindən bir peyğəmbər çıxacağına olan ümüdləri ölmüşdü. Ümüd imanın övladıdır. İman edərkən ümid edirsən.
    Ona görə peyğəmbərlər göndərilərkən iman edənlərə ümid verir, onları gələcəkdə olacaq xeyirlə müjdələyirlər. İnsanlıq üçün bir gələcək inşa edirlər. Cənnət kimi bir gələcək...
    Bölmə: İSLAM MƏQALƏLƏRİ | Əlavə etdi: Terane | Baxılıb: 610 | Tarix: 24.11.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  May 2012  »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 5
    Qonaqlar: 5
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru